statusuna malik idi, geniş informasiya və konsultativ fəaliyyət həyata
keçirirdi, «Turizm dünyası» jurnalı, «Sərhəd rəsmiyyətçiliyi»
xəbərlər məcmuəsi və bir sıra xüsusi Bülletenlər («Turizm planlaş
dırılması və ərazilərin mənimsənilməsi», «Asudə vaxtlarda turizm».
«Yerləşdirmə vasitələri» və s.) nəşr edirdi.
RTTBI-nin mənzil-qərargahı Cenevrədə (İsveçrə) yerləşirdi.
RTTBI-nin həll etdiyi Bir çox vəzifələr Bu təşkilatın səviyyəsinin
yüksəldilməsini, yəni ona BMT-nin hökumətlərarası strukturu statusu
verilməsini tələb edirdi. 1970-ci ilin sentyabrında RTTBI-nin
fövqəladə Baş Assambleyasının iclasında (Meksika) Bu ittifaqın
adının dəyişib hökumətlərarası turizm təşkilatı - Ümumdünya
T urizm Təşkilatı (ÜTT) adı alması məsələsinə baxılmışdır. ÜTT-
nin Nizamnaməsi 1970-ci il sentyabr ayının 27-də qəbul edilmişdir.
1975-ci ildə Madrid şəhərində (İspaniya) Ümumdünya Turizm
Təşkilatının Birinci Baş Assambleyası keçirildi və Robert Lonati
Təşkilatın Baş Katibi seçildi. Həmin il rəsmən BMT-nin Beynəlxalq
ixtisaslaşmış təşkilatı - BMÜTT-nin yaranması ili hesab edilir.
BMÜTT-nin Nizamnaməsinə görə Bütün dövlət turizm təşkilatları -
RTTBI-nin üzvləri səsvermə proseduru olmadan yalnız BMÜTT-nin
Nizamnaməsini tanımaları barədə ərizə göndərməklə təşkilatın həqiqi
üzvü olmaq hüququ qazandılar.
Hazırda BMÜTT 156 həqiqi, 6 assosiasiya edilmiş və 400-
dən yuxarı qoşulmuş üzvlərdən ibarətdir. Həqiqi üzv - dövlətlər,
onların hökumətlərinin təsisatları; assosiasiya edilmişlər - xarici
siyasi müstəqilliyi olmayan ərazilər; qoşulanlar - Beynəlxalq və
milli təşkilatlar, turizm assosiasiyaları və şirkətləri, habelə turizmlə
bağlı
şirkətlərdir
(aviasiya
və
digər
nəqliyyat
şirkətləri,
turoperatorlar, turizm agentləri, mehmanxana və restoran assosiasi
yaları, bank müəssisələri, nəşriyyat şirkətləri, tədris və tədqiqat
institutları, yerli və regional turizm şuraları).
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Respublikası 2001-
ci ilin sentyabr ayında BMÜTT-nin Baş Assambleyasının XIV
sessiyasının qərarı ilə təşkilatın tam hüquqlu üzvlüyünə qəbul
edilmişdir. 2011-ci ildən isə Respublikamızdan 3 təşkilat -
472
Azərbycan Turizm və Menecment Universiteti, Azərbaycan Turizm
Assosiasiyası, Bakı Turizm İnformasiya Mərkəzi BMÜTT-yə
qoşulmuşlar.
Öz mahiyyəti və turizmin inkişafına təsirinə görə BMÜTT-yə
tay ola biləcək başqa Beynəlxalq təşkilat yoxdur. Onun fəaliyyəti
Beynəlxalq turizmin bütün cəhətlərini - hüquqi, inzibati, iqtisadi,
maliyyə, sosial, ekoloji, statistik, texniki, kadr təminatını əhatə edir.
BMÜTT-nin əsas məqsədi Nizamnamənin 3-cü maddəsinə
görə «iqtisadi inkişaf, Beynəlxalq qarşılıqlı anlaşmaya, əmin-
amanlıq, tərəqqi, irqi, cinsi, dil və din fərqi qoymadan bütün insanlar
üçün insan hüquqları və əsas azadlıqlarına ümumi hörmət və riayət
edilməsinə töhfələr vermək üçün turizmin inkişafına yardım
etməkdir». Nizamnamə məqsədlərindən çıxış edərək BMÜTT-nin
əsas vəzifələri bunlardır: ölkə və regionların inkişafı məqsədilə
turizm sahəsində bu təşkilatın üzvü olan dövlətlərin əməkdaşlığını
genişləndirmək və dərinləşdirmək; turizm kadrlarının təhsil və peşə
hazırlığı keyfiyyətini təkmilləşdirmək; ətraf mühitin dünyanın sabit
inkişafı kontekstində müdafiəsi və ondan rasional istifadə üzrə
tədbirlərin planlaşdırılması, işlənib hazırlanması və reallaşdırılması;
turizm xidməti keyfiyyətinin artırılması və turizm xidmətlərinin
təhlükəsizliyinin təmin edilməsi; turizm bazarının öyrənilməsi,
statistik məlumatların toplanması, təhlili və sistemləşdirilməsi,
turizmin inkişafının proqnozlaşdırılması; turizmin inkişafında iştirak
edən ölkələr arasında əlaqələrin və informasiya mübadiləsinin təmin
edilməsi; turizm sənədlərinin hazırlanması və yayılması.
Baş Assambleya, Başda Baş katib olmaqla İcraiyyə Şurası və
Katiblik BMÜTT-nin rəhbər orqanlarıdır.
Baş Assambleya
BMÜTT-nin ali orqanıdır. O, iki ildən bir
toplanır, büdcəni və BMÜTT-nin sonrakı dövr üçün iimıımi iş
proqramını təsdiqləyir. Assambleyada təşkilatın fəaliyyəti haqqında
hesabatlara
baxılır
və təsdiq
olunur,
Beynəlxalq
sazişlərin
Bağlanmasına dair tövsiyələr hazırlanır, həmçinin turizm sahəsinin
inkişafının ən aktual məsələləri müzakirə edilir.
İcraiyyə Şurası təşkilatın öz vəzifələrini iş proqramına
473
müvafiq və təsdiq olunmuş büdcə çərçivəsində yerinə yetirməsini
təmin edən tədbirlər görür, Baş Assambleya üçün təklif və tövsiyələr
hazırlayır. İcraiyyə Şurası ildə iki dəfə toplanır. O, Baş Assamble
yanın nümayəndəlik - beş həqiqi üzvdən biri prinsipi üzrə seçdiyi 26
üzvdən ibarətdir. Assosiasiya edilmiş və qoşulmuş üzvlər müşahidəçi
kimi icraiyyə Şurasının iclaslarında iştirak edir.
Baş Assambleya tərəfindən 4 il müddətinə təyin edilən Baş
katibin(hazııda baş katib əslən İordaniyalı Talib Rifahidir) rəhbərlik
etdiyi Katiblik 110 daimi işçidən ibarətdir. Katiblik təşkilatın iş
proqramının icrasına və onun üzvlərinin tələbat və maraqlarının
reallaşmasına görə cavabdehdir.
Təcrübədə BMÜTT Beynəlxalq turizm fəaliyyətinin tənzim
lənməsini özünün regional komissiyaları (Afrika, Amerika, Asiya və
Sakit okean regionu, Avropa, Yaxın Şərq və Cənubi Asiya üzrə)
vasitəsilə həyata keçirir. Bu komissiyalar regionun həqiqi və
assosiasiya edilmiş üzvlərindən ibarətdir və ildə bir dəfədən az
olmayaraq iclas keçirirlər. Regiondan qoşulmuş üzvlər iclaslarda
müşahidəçi kimi iştirak edirlər.
Regional komissiyalardan başqa BMÜTT-nin tərkibində
ixtisaslaşdırılmış komitələr fəaliyyət göstərir. Onlar idarəetmə,
maliyyə, təşkilati məsələlər, habelə BMÜTT-nin fəaliyyət proqara-
ırunın məzmununa dair tövsiyələr işləyib hazırlayır və təklif edirlər.
Bunlar Proqram və büdcə Komitəsi, Statistika və yardımçı hesab
Komitəsi, Turizm və rəqabətədavamlılıq Komitəsi, Üzvülüklə
əlaqədar ərizələrin baxılması Komitəsi, Turizm və davamlı inkişaf
Komitəsi, Turizm Etikası Komitələrdir.
BMÜTT strukturunda işçi qruplar fəaliyyət göstərir: turizmdə
investisiyalar, turizm və onun prosesi, turizm və səhiyyə, turizm və
ətraf mühit, gənclər turizmi üzrə.
BMÜTT
Birləşmiş
Millətlər Təşkilatı ilə əməkdaşlıq
haqqında saziş çərçivəsində BMT və onun ixtisaslaşdırılmış
təsisatları (YUNESKO, EKOSOC və s.) ilə turizmin inkişaf
proqramlarının işlənib hazırlanması və həyata keçirilməsində
qarşılıqlı fəaliyyət göstərir. BMÜTT bir il ərzində 40-50 ölkədə
474
turizmin inkişafının proqram və layihələrini həyata keçirir. BMÜTT-
nin mənzil-qərargahı Madriddə (İspaniya) yerləşir.
Sahə xarakterli dünya Beynəlxalq turizm təşkilatlarına
aiddir:
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA);
Beynəlxalq Dəniz Sərnişin Daşımaları Assosiasiyası (IPSA);
Beynəlxalq Mehmanxana Assosiasiyası (IHA);
Beynəlxalq
mehmanxana,
restoran
və
qəhvəxanaların
milli
assosiasiyaları ittifaqı (HO-RE-CA) və bir çox başqaları.
Sahə xarakterli dünya Beynəlxalq turizm təşkilatlarının
məqsəd və vəzifələri bunlardır: öz sahəsinin maraqlarını beynəlxalq
səviyyədə təmsil və müdafiə etmək, onun inkişafının meyl və
yollarını
müəyyənləşdirmək;
müəyyən
sahənin
təşkilat
və
şirkətlərinin öz aralarında və turizm sənayesinin digər sahələrinin
təşkilat və şirkətləri ilə əməkdaşlığın inkişafı və əlaqələndirilməsi; öz
sahəsində xidmət keyfiyyətinin vahid prinsip, qayda və s.
standartlarının işlənməsi və tətbiqi, onun üçün mütəxəssislər
hazırlanması, həmçinin onun inkişafının aktual problemlərinin həlli,
informasiya, nəşriyyat və marketinq fəaliyyəti.
Sahə xarakterli nüfuzlu Beynəlxalq turizm təşkilatlarından
biri 1919-cu ildə təsis edilmiş Beynəlxalq Hava Nəqliyyatı
Assosiasiyasıdır (IATA). Hazırda 115 ölkədən 250 aviaşirkət onun
üzvüdür. lATA-mn əsas məqsədi
Beynəlxalq hava sərnişin
daşımalarının etiBarlılıq, təhlükəsizliyi və faydalılığını təmin
etməkdən ötrü dünya aviaşirkətlərinin əməkdaşlığını təmin etməkdir.
Assosiasiyanın ümdə vəzifələri içərisində Beynəlxalq təşkilatlarla
əməkdaşlığın inkişafını, sahə şirkətləri ilə əməkdaşlıq yolları və
istiqamətlərini müəyyənləşdirmək; Beynəlxalq hava nəqliyyatını
qaydaya salmaq; aviadaşımaların texniki təhlükəsizlik və etibarlılıq
tədbirlərinin təmin edilməsi; sərnişinlərin zədə və ölüm təhlükəsinin,
yükün korlanması və itirilməsinin aradan qaldırılması; hava
nəqliyyatı, aeroportların
infrastrukturu
və reyslərə xidmətin,
sənədlərin vahid standartlarının işlənməsi və tətbiqi; daşımalar və
xidmətin vahid Beynəlxalq qayda və prosedurlarının işlənməsi və
475
Dostları ilə paylaş: |