Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə25/26
tarix20.09.2018
ölçüsü0,55 Mb.
#69786
1   ...   18   19   20   21   22   23   24   25   26

70

 

 



1.  şçinin xidmət etdiyi ssuda hesablarının sayı; 

2.  Borc  alan  tərəfindən  kredit  məbləğinin  və  kredit  faizinin  vaxtlı-vaxtında 

ödənilməsi; 

3. Kreditin düzgün və vaxtında rəsmiləşdirilməsi; 

4. Borc alanın kredit ödəmə qabiliyyətinin təsdiqetmə bacarığı; 

5. Müştərilərlə etibarlı və inama əsaslanan münasibətlərin yaradılması məharəti; 

6. Müştərilərə zəruri köməyin göstərilməsi bacarığı; 

7. Bağlanması nəzərdə tutulan kredit əqdlərinin risk səviyyəsini müəyyən etmək 

bacarığı. 

Bir il və ya daha uzun zaman kəsiyində bank qulluqçusunun işini qiymətləndi-

rərkən Amerika banklarının tətbiq etdiyi aşağıda izah edilən formadan istifadə etmək 

olar.  


Bölmə 1. Bank qulluqçusunun işinin əsas istiqamətlərinin və onun vəzifə öhdə-

liklərinin  siyahısı.  Müəyyən  edilmiş  dövr  ərzində  onların  yerinə  yetirilməsinin  qiy-

mətləndirilməsi. Mümkün olduğu hallarda  yerinə yetirilmiş işin kəmiyyət və keyfiy-

yətcə  qiymətləndirilməsindən  istifadə  edilir.  Hər  bir  məqsəd  və  vəzifə  öhdəlikləri 

üzrə fəaliyyət təsvir edilir və qiymətləndirilir. 

Bölmə 2. Bank qulluqçusunun işinin aşağıdakı şkala ilə qiymətləndirilməsi. 

5 bal – əldə edilmiş nəticə həmişə gözləniləndən yüksək olduqda – işçinin işinin 

nəticəsi  həmişə  gözləniləndən  və  tələb  olunandan  yüksəkdir  və  təqlid  edilmə  üçün 

nümunədir, işçi digər işçilər üçün nümunədir. 

4  bal  –  əldə  edilmiş  nəticə  vaxtaşırı  gözləniləndən  yüksək  olduqda  -  işçinin 

işinin nəticəsi gözlənilənə və tələb olunana uyğun gəlir və bəzən onlardan yüksəkdir, 

işçi həqiqətən də işində ciddi-cəhdlə çalışmış və səriştəlilik göstərmişdir. 

3  bal  –  əldə  edilmiş  nəticə  gözlənilənə  cavab  verdikdə  -  işçinin  işinin  nəticəsi 

gözlənilənə  və  tələb  olunana  tamamilə  cavab  verir,  kollektivdə  işçinin  bu  sahədə 

yaxşı icraçı olması rəyi formalaşmışdır.  




71

 

 



2 bal – əldə edilmiş nəticə gözləniləndən aşağı olduqda - işçinin işinin nəticəsi 

gözlənilənə və tələb olunana heç də həmişə uyğun gəlməmişdir, işçi işinin nəticələ-

rinin yaxşılaşdırmalıdır ki,  o tələb olunan səviyyəyə tam uyğun gəlsin. 

1 bal – əldə edilmiş nəticə dözülməz olduqda – işçinin fəaliyyəti gözlənilənə və 

tələb  olunana  uyğun  gəlmir,  işçi  bu  sahədə  zəiflik  və  ya  səriştəsizlik  göstərmiş,  o 

fəaliyyətini təcili olaraq və əhəmiyyətli dərəcədə yaxşılaşdırmalıdır.  

Bankın işçisinin fəaliyyəti aşağıdakı göstəricilərə görə balla qiymətləndirilir: 

ş

in istiqamətləri. Qiymətləndirmə. 



1. Müştərilərlə iş. 

Müştərilərin ehtiyacının müəyyən edilməsi, onlara zəruri xidmətlərin verilməsi, 

müştərilərin tələblərinin tam ödənilməsinin təmin edilməsi. 

2. Fərasətlilik. 

Düzgün  qərarlar  qəbul  edilməsi,  əminlik,  digərlərini  cəlb  etmə  bacarığı, 

işgüzarlığın perespektivlərini müəyyən etmək bacarığı. 

3.  şçinin  işinin  nəticələrinin  bankın  qarşısında  duran  məsələlərin  həll 

edilməsinə təsiri. 

4. Liderlik, müəyyən edilmiş istiqməti gözləmək bacarığı, cəsarətlilik, başqaları 

üçün  motivasiya  yaratmaq  bacarığı,  cəsarət,  səmimilik,  şəxsi  nümunə  göstərmək  və 

digər işçilərə kömək etmək bacarığı. 

5. Komandada işləmək, kollektivdə düzgün münasibətlər, komanda ruhu yarat-

maqvə  ziddiyyətləri  həll  etmək  bacarığı,  müxtəlif  insanlara  rəhbərlik  etmək 

qabiliyyəti. 

6. Ünsiyyətçililik, etibarlı münasibət yaratmaq, dinləmək, danışmaq və yazmaq 

məharəti.  

7. Təşəbbüskarlıq, şəxsi stimul və məqsədlər, vədinə əməl etmək. 

8.  Peşəkar  biliklər,  işin  texniki  elementlərini  anlamaq  və  bir-birinə  çox  yaxın 

peşələri yerinə yetirmək bacarığı. 



72

 

 



Bölmə 3.  şin istiqamətlərinin qısa icmalı. 2-ci bölmədə izah edilən göstəricilər 

üzrə  görülmüş  işlər  və  onların  1-ci  bölmədə  qeyd  edilən  nəticələrə  nail  olunmasına 

necə təsir etdiyi təsvir edilir. 

Bölmə  4.  şçinin  şərhi.  şçi  yerinə  yetirdiyi  işin  qiymətləndirilməsinin  nəticə-

lərini  şərh  edir  və  daha  effektli  işləmk  üçün  menecerlərin  nə  etməli  olduqlarını 

göstərir. 

Bölmə  5.  nkişaf  planı.  şin  istiqamətləri  göstərilir,  işin  yaxşılaşdırılması  üçün 

məqsədlər müəyyən edilir və fəaliyyət planı tərtib edilir. 



Bölmə  6.  nkişafın  məqsədi  və  istiqamətləri.  Fəaliyyət  planı.  cra  vaxtı  və 

müddəti.  

Bu  forma  menecerin  işçi  ilə  aşağıdakı  sualları  müzakirə  etməsi  əsasında  tərtib 

edilir: 


Ş

Ç  


1)  şində (karyerasında) hansı uzunmüddətli maraqlar və məqsədlər güdür; 

2)  hansı  vərdişlərə  yiyələnmək,  inkişaf  etdirmək  və  daha  yaxşı  istifadə  etmək, 

hansı səriştələrinizi artırmaq istərdiniz; 

3) Sizi karyeranızda hansı imkanları maraqlandırır. 

MENECER 

1)  şçinin  uzunmüddətli  potensialının  və  onun  işdə  müəyyən  mənsəbə  çatma 

imkanları;  

2)  şçinin uzunmüddətli məqsəd və maraqqlarını başa düşdüyünüzə əsaslanaraq 

Siz  onun  öz    məqsədlərinə  nail  olmasına,  ona  öz  işini  təkmilləşdirməkdə  ona  necə 

kömək edə bilərsiniz, bu işin onun maraqlarına uyğun gəlməsi və onun potensialını 

tam açması  üçün nə edə bilərsiniz. 

Həvəsləndirmə  sistemində  bankın  rəhbər  işçilərinin  maddi  mükafatlandırılması 

xüsusi  yer  tutur.  Bank  rəhbərliyinin  maddi  mükafatlandırılması  aşağıdakıları  təmin 

etməlidir: 

- yaxşı idarəçilərin (idarə edənlərin) qorunub saxlanması; 

- maliyyə qoyuluşlarının effektliliyinin yüksəldilməsi: 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə