Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/41
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14125
1   ...   20   21   22   23   24   25   26   27   ...   41

artırılması,  əhalinin  ərzaq  məhsullarına  olan  tələbatının  yerli  istehsal  hesabına 
ödənilməsi  və  ixracın  genişləndirilməsi  məqsədilə  subsidiyaların  verilməsi,  vergi 
güzəştlərinin  tətbiqi,  lizinq  xidmətlərinin  genişləndirilməsi  kimi  kompleks  dövlət 
dəstəyi  tədbirlərinin  həyata  keçirilməsi  aqrar  sektorun  inkişafına  müsbət  təsir 
göstərmiş, eləcə də ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə 
Azərbaycan  Respublikası  Prezidentinin  2008-ci  il  25  avqust  tarixli  3004  nömrəli 
Sərəncamı  ilə  təsdiq  edilmiş  "2008-2015-ci  illərdə  Azərbaycan  Respublikasında 
ə
halinin  ərzaq  məhsulları  ilə  etibarlı  təminatına  dair  Dövlət  Proqramı"  çərçivəsində 
həyata  keçirilmiş  məqsədyönlü tədbirlər  nəticəsində  son  illər  yerli  istehsal hesabına 
ə
sas növ ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi xeyli yüksəlmiş və hətta bir 
sıra məhsullar üzrə tam təminata keçilmişdir. Əvvəllər xarici ölkələrdən idxal olunan 
malların  bir  qismi  artıq  Azərbaycanda  istehsal  olunmağa  başlamışdır.  Qida 
məhsullarından  bitki  yağları,  şəkər,  ət  və  ət  məhsulları,  süd  məhsulları,  bostan 
məhsulları,  meyvə  və  tərəvəz  konservləri,  meyvə  şirələri  və  s.  daxili  bazarımızı 
zənginləşdirmiş,  əsas  qida  məhsullarına  idxaldan  asılılığımızı  xeyli  azaltmışdır. 
Sahibkarlara  göstərilən  hərtərəfli  dövlət  dəstəyinin  (güzəştli  kreditlərin  verilməsi, 
emal  müəssisələri  və  məhsul  saxlama  anbarlarının  şəbəkələrinin  genişləndirilməsi, 
kənd  təsərrüfatı  texnika  ilə  təminatının  yaxşılaşdırılması,  cins  mal-qaranın  lizinqə 
verilməsi  və  s.)  kənd  təsərrüfatı  məhsullarının  istehsalının  artırılmasına  öz  müsbət 
təsirini göstərmişdir. 
2014-cü ilin sonuna olan vəziyyətə ölkə üzrə 2706,9 min baş iribuynuzlu mal-
qara,  o  cümlədən  1304,0  min  baş  inək  və  camış,  8681,5  min  baş  qoyun  və  keçi 
mövcud olmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən iribuynuzlu mal-qaranın sayı 
3,6  min  baş  (0,1  faiz),  o  cümlədən  inək  və  camışların  sayı  2,4  min  baş  (0,2  faiz), 
qoyun  və  keçilərin  sayı  51,0  min  baş  (0,6  faiz)  artmışdır.  Qaramal  naxırının  48,2 
faizini inək və camışlar təşkil edir.Belə ki, 2014-cü ildə diri çəkidə 505,5 min ton ət, 
1855,8  min  ton  süd,  1562,7  milyon  ədəd  yumurta  və  16,8  min  ton  yun  istehsal 
edilmişdir.  Ət  istehsalı  2013-cü  illə  müqayisədə  8,3  min  ton  və  ya  1,7  faiz,  süd 
istehsalı 59,1 min ton və ya 3,3 faiz, yumurta istehsalı 161,3 milyon ədəd və ya 11,5 
faiz, 
yun 
istehsalı 
isə 
263 
ton 
və 
ya 
1,6 
faiz 
artmışdır. 


2014-cü  il  yanvarın  1-nə  mövcud  inək  və  camışların  sayına  hesablamaqla  orta  süd 
sağımı 
1401 
kiloqrama 
(2013-cü 
il 
1363 
kq) 
bərabər 
olmuşdur. 
Ötən il quşçuluq fabriklərində diri çəkidə 85,3 min ton (keçən il 73,3 min ton) quş əti, 
703,3  milyon  ədəd  (keçən  il  561,0  milyon  ədəd)  yumurta  istehsal  olunmuşdur. 
Ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 41,1 faiz artaraq 11,6 milyonu keçmiş, 
hər toyuqdan orta hesabla 227 ədəd yumurta alınmışdır. 
 
2.2 Aqrar sahənin davamlı inkişafının iqtisadi vasitələrlə tənzimlənməsinin 
mövcud vəziyyətinin təhlili 
 
Etibarlı  ərzaq  təminatı  hər  bir  ölkənin  iqtisadi  sabitliyinin  və  sosial 
dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan Azərbaycan dövləti əhalisinin ərzaqla 
etibarlı  təminatına  dair  çoxyönlü  tədbirlər  həyata  keçirir  və  ərzaq  təhlükəsizliyinin 
birbaşa  asılı  olduğu  aqrar  sahənin  inkişafına  yönələn  irimiqyaslı  dövlət  proqramları 
həyata  keçirir.  Hazırda  ölkədə  əhalinin  etibarlı  ərzaq  təminatı  dövlətin  iqtisadi 
siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.  
Hazırda  Azərbaycanda  aqrar  sektorun  inkişafı  əhalinin  əsas  kənd  təsərrüfatı 
məhsullarına  olan  tələbatını  (bəzi  məhsullara  görə  artıqlaması  ilə,  bəzi  məhsullara 
görə  böyük  ölçüdə)   ödəməyə  imkan  verir  və  mütəxəssislərə  görə  ərzaq 
təhlükəsizliyinin  təmin  olunması  baxımından  orta  səviyyədə  qiymətləndirilir. 
Azərbaycan  kənd  təsərrüfatının  inkişafı  baxımından  böyük  potensiala  malik 
ölkələrdən  hesab  olunur  və  ardıcıl  xarakter  daşıyan  dövlət  siyasətinin  davam 
etdirilməsi  bu  sahədə  gələcəkdə  2-3  dəfəlik  artıma  nail  olmağa  imkan  verə  bilər. 
Aqrar sektorun inkişafı, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi “Azərbaycan 
-  2020:  Gələcəyə  Baxış  nkişaf"  Konsepsiyasında  da  əsas  istiqamətlərdən  biri  kimi 
nəzərdə tutulur. 
Ə
halinin əsas  ərzaq məhsulları ilə etibarlı təmin olunması və ölkənin məşğul 
ə
halisinin  böyük  hissəsinin  çalışdığı  aqrar  sektorun  inkişafı  siyasətinin  əsası  90-cı 
illərin  ortalarında  qoyulub.  Azərbaycanda  MDB  ölkələri  arasında  ən  sürətli  torpaq 
islahatları  həyata  keçirilib,  kənd  təsərrüfatı  istehsalçılarına  yardım  mexanizmləri 


formalaşdırılıb, beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Bankı və BMT-nin Ərzaq 
Təşkilatı  (FAO)  ilə  birlikdə  bu  sahədə  əhəmiyyətli  layihələrin  icrasına  başlanıb. 
2001-ci  ildə  ölkə  rəhbərinin  Sərəncamı  ilə  “Azərbaycan  Respublikasının  ərzaq 
təhlükəsizliyi  Proqramı”  təsdiq  edilib.  Bu   proqram  çərçivəsində  görülmüş  işlər 
nəticəsində  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının  istehsalı  əhəmiyyətli  dərəcədə 
artıb.  Sonradan  Azərbaycanda  sürətli  iqtisadi  inkişafın  başlaması  nəticəsində  aqrar 
sahənin  daha  da  inkişaf  etdirilməsi  üçün  görülən  tədbirlər  də  genişlənib.  Aqrar 
sahənin  inkişafı  Azərbaycan  prezidentinin  iqtisadiyyatın  şaxələndirilməsi 
strategiyasının  başlıca  istiqamətlərindən  birini  təşkil  edib.  Belə  ki,  ölkə  əhalisinin 
təxminən  1,5  milyon  nəfərinin  aqrar  sektorda  çalışması  baxımından  bu  sahənin 
inkişaf  etdirilməsi  həm  də  qeyri-neft  sektorunun  inkişafı,  işsizliyin  və  yoxsulluğun 
azaldılması baxımından xüsusi əhəmiyyət kəsb etməkdədir.  
Aqrar  sahənin  inkişafı  yoxsulluğun  azaldılması  və  regionların  sosial-iqtisadi 
inkişafına dair qəbul edilən dövlət proqramlarında aparıcı yeri tutub. “2003-2005-ci 
illər  üçün  Azərbaycan  Respublikasında  yoxsulluğun  azaldılması  və  iqtisadi  inkişaf 
üzrə  Dövlət  Proqramı»,  «Azərbaycan  Respublikasında  kiçik  və  orta  sahibkarlığın 
inkişafı  üzrə  Dövlət  Proqramı  (2002—2005-ci  illər)»,  «Azərbaycan  Respublikası 
regionlarının  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı  (2004-2008-ci  illər)»  və  digər 
qəbul  olunmuş  sənədlərdən  irəli  gələn  vəzifələrin  yerinə  yetirilməsi,  o  cümlədən 
fermerlərə  maliyyə  və  texniki  dəstəyin  göstərilməsi,  sahibkarlığın  inkişafı, 
regionlarda  infrastruktur  layihələrinin  həyata  keçirilməsi  əhalinin  istehlakında  yerli 
məhsulların xüsusi çəkisinin artmasını təmin edib. “2008-2015-ci illərdə Azərbaycan 
Respublikasında  regionların  sosial-iqtisadi  inkişafı  proqramı”da   əsasən  regionlarda 
işsizliyin  aradan  qaldırılmasına  və  ərzaq  təhlükəsizliyinin  təmin  olunmasına 
yönəldilib.  Bu  problemlərin  həlli  aqrar  sahənin  inkişaf  strategiyasının  əsasını  təşkil 
edir və aqrar sektorla sıx bağlıdır.  
Dövlət  siyasətinin  əsas  istiqaməti  həm  də  ona  yönəlib  ki,  daxili  ərzaq  bazarı 
idxaldan  maksimum  azaldılsın  və  ərzaq  ehtiyatlarının  yaradılması  üçün  kompleks 
tədbirlər həyata keçirilsin. 2008-ci ilin mayında isə ölkə prezidenti tərəfindən əhalinin 
ə
rzaq məhsulları ilə etibarlı təminatına dair ayrıca Dövlət Proqramı qəbul edilib. Bu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə