Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/41
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14125
1   ...   21   22   23   24   25   26   27   28   ...   41

proqram 2008-2015-ci illəri əhatə edir. Həmin Dövlət Proqramı Azərbaycanda aqrar 
sektorun  inkişafı  və  ərzaq  təhlükəsizliyinin  təmin  olunması  baxımından  ən  mühüm 
sənəd hesab olunur.  
Aqrar  sektorun  inkişafı  və  ərzaq  məhsullarının  istehsalının  artırılması  üçün 
yeni  texnologiyaların  və  müasir   texnikanın  cəlb  edilməsi  həlledici  əhəmiyyət  kəsb 
edir. Lakin yeni texnologiyaların cəlb edilməsi, müasir kənd təsərrüfatı texnikalarının 
alınması böyük vəsaitlər tələb etdiyindən dövlətin dəstəyi olmadan bu sahədə dönüş 
yaratmaq mümkün olmazdı. Bunu nəzərə alaraq Azərbaycan prezidenti 2004-cü ildə 
"Aqrolizinq"  ASC-nin  yaradılması  barədə  sərəncam  verib.  "Aqrolizinq"  ASC-yə 
mineral  gübrələrin,  pestisidlərin,  texnoloji  avadanlıqların,  tinglərin,  buğda 
toxumlarının, cins damazlıq heyvanların ölkəyə gətirilib istehsalçılara çatdırılması və 
digər funksiyalar həvalə edilib.  
“Aqrolizinq” ASC dövlət büdcəsi hesabına alınmış kənd təsərrüfatı texnikaları 
və  texnoloji  avadanlıqlar  fiziki  və  hüquqi  şəxslərə  dəyərinin  20  faizini qabaqcadan, 
qalan  hissəsini  isə  10  il  müddətinə  qədər  (dəyərindən  asılı  olaraq)  ödəmək  şərti  ilə 
lizinqə  verir  və  ya  lizinq  yolu  ilə  satır.  ndiyədək  “Aqrolizinq”  ASC  xəttiylə  9452 
ə
dəd müxtəlif markalı kənd təsərrüfatı texnikaları alınıb.  
Aqrar sahənin dövlət tənzimlənməsinin ən mühüm iqtisadi təsir rıçaqı isə fiskal, 
yəni büdcə-vergi siyasəti hesab edilir.  Aqrar sahənin inkişafında fiskal siyasətin ən 
təsirli  alətlərindən  biri  olan  dövlət  büdcəsindən  geniş  istifadə  edilir.  Dövlət 
büdcəsinin  aqrar  sahənin  inkişafına  təsiri,  ilk  növbədə  büdcədən  bu  sahənin  inkişaf 
etdirilməsi məqsədilə sərf olunan vəsaitlər vasitəsilə reallaşdırılır. Lakin Azərbaycan 
Respublikasında aqrar sahənin tənzimlənməsində bu alətin istifadə imkanları çox da 
geniş deyildir. Bunun əsas səbəbi kimi, dövlət büdcəsindən aqrar sahənin inkişafına 
və saxlanılmasına ayrılan büdcə vəsaitlərinin həcminin çox az olması göstərilə bilər 
(Cədvəl  2.9).  Təqdim  edilən  cədvəldə  göstərilən  rəqəmlər  dövlət  büdcəsinin 
xərclərində  aqrar  sahənin  payının  çox  az  olmasını  bir  daha  göstərir.  2013-cü  ildə 
aqrar sahəyə büdcədən ayrılan xərcin ümumi büdcə xərclərində xüsusi çəkisi ən aşağı 
səviyyəyə (2,6 %-ə) enmişdir. Bu da hər zaman fəal dövlət dəstəyinə ehtiyac duyan 
aqrar  sahənin  tələbləri  ilə  müqayisədə  çox  aşağıdır.  Bundan  əlavə,  ayrılan  həmin 


vəsaitlərin  çox  az  hissəsi  aqrar  sahənin  davamlı  inkişafına  yönəlmiş  tədbirlərin 
maliyyələşdirilməsinə,  investisiya  yönümlü  layihələrin  həyata  keçirilməsinə 
istiqamətlənməyib, əsasən inzibati xərclərə və bu sahədə dövlət idarəetmə xərclərinə 
sərf olunmuşdur. Büdcədə kənd təsərrüfatının ən böyük payı 2000 və 2005-ci illərdə 
olmuş və 4,5% təşkil etmişdir. Kənd təsərüüfatı sahələrinə ayrılan xərclərin ÜDM-da 
olan payı da çox kiçikdir və son illər 1 faiz ətrafı dəyişməkdədir.  
 
       Cədvəl 2.9 
Kənd, meşə və balıqçılıq təsərrüfatlarına dövlət büdcəsindən ayrılan xərclər  
Dövlət  tərəfindən  kənd  təsərrüfatı  məhsullarının  istehsalçılarına  birbaşa 
(yardımlar,  subsidiyalar  və  s.)  və  dolayı   (vergi  güzəştləri,  güzəştli  kreditlər  və  s.) 
yolla dəstəklər göstərilir.Dövlət tərəfindən aqrar sahəyə edilən subsidiyalar və ayrılan 
dotasiyalar da bu sahənin inkişafı üçün aparıcı əhəmiyyət kəsb edir. Əvvəl də qeyd 
etdiyimiz  kimi  davamlı  inkişafın  əldə  edilməsində  subsidiyalarsız  keçinmək  qeyri-
mümkündür. Xüsusilə də, inkişaf etməkdə olan və keçid dövrünü yaşayan ölkələrdə 
llər 
2000  2005  2006
 
2007  2008 
2009 
2010 
2011 
2012 
2013
 
2014

Kənd, meşə  
və balıqçılıq 
təsərrüfatı 
xərcləri 
(mln. manatla) 
34,0 
96,4 
132,4  247,5  281,9 
390,5 
372,1 
444,7 
468,2 
494,3 
562,9 
Dövlət 
büdcəsinin 
xərcləri  
(mln. manatla) 
764,0  2140,7  3790,1  6086,2  10774,2 10503,9  11765,9  15397,5  17416,5  19143,5  20063,0 
Dövlət büdcəsi-
nin xərclərində 
kənd,meşə və 
balıqçılıq təsər-
rüfatı 
xərclərinin 
xüsusi çəkisi 
(faizlə) 
4,5 
4,5 
3,4 
4,0 
2,6 
3,6 
3,2 
2,9 
2,7 
2,6 
2,8 
Kənd, meşə və 
balıq-çılıq 
təsərrüfatlarına 
ayrılan xərclərin 
ÜDM-da xüsusi 
çəkisi (fazlə) 
0,7 
0,8 
0.7 
0,9 
0,7 
1.1 
0,9 
0,9 
0,9  
0,9 
1,0 


subsidiyalara olan ehtiyac daha ciddidir. 
Kənd  təsərrüfatı  məhsullarının  istehsalçılarını  stimullaşdırmaq  məqsədilə 
dövlət büdcəsi tərəfindən ümumilikdə aqrar sahəyə bir neçə istiqamətdə subsidiyalar 
təqdim  edilməkdədir.  Belə  ki,  Azərbaycan  Respublikası  Prezidentinin  “Kənd 
təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 23 yanvar 2007-ci il  
tarixli  1907 nömrəli Sərəncamının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər 
Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli və 16 noyabr 2007-ci il tarixli 181 
nömrəli  qərarları  ilə  təsdiq  olunmuş  “Qaydalar”a  uyğun  olaraq   istehsalçılara  hər 
hektar  əkin  sahəsinin  və  çoxillik  əkmələrin  (növündən  asılı  olmayaraq) 
becərilməsində  sərf  olunan   yanacaq   və   motor   yağlarına   görə   40   manat,  habelə 
hər  hektar  buğda  və  çəltik  səpininə  görə  dövlət  büdcəsinin  vəsaiti  hesabına  əlavə 
olaraq 40  manat  məbləğində  yardımın verilməsi 2007-ci ildən başlayaraq  indiyədək 
davam etdirilir. 
Kənd təsərrüfatına dövlət dəstəyi birbaşa dəstək çərçivəsində “Hüquqi və fiziki 
şə
xslər  tərəfindən  kənd  təsərrüfatı  məhsulları  istehsalçılarına  mineral  gübrələrin 
güzəştlə  satılması  qaydası”,  “ stehsalçılara  buğda  və  çəltik  səpininə  görə  dövlət 
büdcəsinin  vəsaiti  hesabına  yardımın  verilməsi  qaydası”,  “ stehsalçılara  əkin 
sahəsinin  becərilməsində  istifadə  etdiyi  yanacaq  və  motor  yağlarına  görə  dövlət 
büdcəsinin  vəsaiti  hesabına  yardımın  verilməsi  qaydası”,  “Toxumçuluq  və  tinglik 
təsərrüfatlarına  satdıqları  1-ci  və  2-ci  reproduksiyalı  toxumlara  və  tinglərə  görə 
dövlət büdcəsindən subsidiyanın ödənilməsi qaydası” ilə texnika dəstəyi çərçivəsində 
isə    “Aqrolizinq”  ASC-yə  məxsus  kənd  təsərrüfatı  texnikası  və  texnoloji 
avadanlıqların  hüquqi  və  fiziki  şəxslərə  lizinqə  verilməsi  və  ya  lizinq  yolu  ilə 
satılması  qaydası  və  “Aqrolizinq”  Açıq  Səhmdar  Cəmiyyəti  tərəfindən  yeni  alınan, 
 lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi qaydası 
ilə tənzimlənir və həyata keçirlir. 
Ümumilikdə,  2007-ci  ildən  indiyə  kimi,  ötən  illər  ərzində  kənd  təsərrüfatı 
məhsullarının  istehsalçılarına  əkin  sahəsinin  və  çoxillik  əkmələrin  becərilməsində 
sərf olunan yanacaq və motor yağlarına 378,25 milyon manat, habelə buğda və çəltik 
səpininə  görə  dövlət  büdcəsinin  vəsaiti  hesabına  146,3  milyon  manat  məbləğində 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə