Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/41
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14125
1   2   3   4   5   6   7   8   9   ...   41

ölkədə  aqrar  islahatların  həyata  keçirilməsi  üçün  kompleks  tədbirlər  görülməsinə 
başlanıldı.  1995-1996-cı  illərdə  zəruri  hüquqi  bazası  yaradılmaqla  1996-1998-ci 
illərdə  sistemli  şəkildə  və  sürətlə  həyata  keçirilən  aqrar  islahatlar  nəticəsində  qısa 
müddət  ərzində  torpağın  kəndlilərin  şəxsi  mülkiyyətinə  verilməsi  və  aqrar  sektorda 
bazar  prinsiplərinin  formalaşdırılması  təmin  edildi.  Daha  sonra  -  1999-2000-ci 
illərdən  etibarən  aqrar  sahədə  formalaşmış  özəl  sektora  bazar  iqtisadiyyatı 
prinsiplərinə uyğun dövlət dəstəyi mexanizmlərinin yaradılmasına başlanıldı. 
Azərbaycanda həyata keçirilən aqrar islahatlardan ötən 20 illik dövrdən sonra 
bu  islahatların  nəticələrini  qiymətləndirmək  indi  asandır.  Amma  20  il  bundan  öncə 
ulu öndər bu islahatların aparılması ilə bağlı öz siyasi iradəsini ortaya qoyan zaman 
dövlətin iqtisadi münasibətlərdə və mülkiyyət üzərində total şəkildə hakim olduğu bir 
sistemdən, azad bazar münasibətlərinə və özəl mülkiyyətə əsaslanan sistemə keçidlə 
bağlı  nə  təcrübə,  nə  də  nəzəri-metodoloji  əsaslar  mövcud  idi.  Buna  baxmayaraq, 
ümummilli  liderin  zəngin  idarəçilik  təcrübəsinə  əsaslanan  müdrik  qərarı  ilə  həyata 
keçirilən aqrar islahatların ölkədə kənd təsərrüfatının dinamik inkişafı üçün möhkəm 
təməl  yaratdığını  zaman  özü  göstərdi.  Məsələn,  islahatların  başladığı  1995-ci  ildə 
taxıl istehsalı 921 min tondan  2013-cü ildə 2 milyon 955 min tona,  kartof istehsalı 
155  min  tondan  993  min  tona,  tərəvəz  istehsalı  424  min  tondan  1  milyon  236  min 
tona, bostan məhsulları 42 min tondan 430 min tona, ət istehsalı 109 min tondan 298 
min tona, süd istehsalı 826 min tondan 1 milyon 820 min tona, yumurta istehsalı 455 
milyon ədəddən 1 milyard 401 milyon ədədə çatdı. 
Azərbaycan  Prezidenti  lham  Əliyevin  rəhbərliyi  ilə  ölkədə  uğurla  həyata 
keçirilən  davamlı  inkişaf  strategiyasına  uyğun  olaraq  kənd  təsərrüfatı  sahəsinin  də 
inkişafında  yeni  mərhələ  başladı.  Belə  ki,  sistemli  və  dayanıqlı  inkişafın  dövlət 
tənzimlənməsinin  mütərəqqi  bir  metoduna  çevrilmiş  regionların  sosial-iqtisadi 
inkişafı  dövlət  proqramları  çərçivəsində  kənd  təsərrüfatının  inkişafı  ilə  bağlı  yeni 
mexanizmlər tətbiq olundu. Bu baxımdan regionların sosial-iqtisadi inkişafı siyasəti 
çərçivəsində  kənd  yerlərində  sosial  infrastrukturun  inkişafı,  kənd  təsərrüfatı 
məhsullarının  emalı  müəssisələri  şəbəkəsinin  genişləndirilməsi,  fermerlərin  istehsal 
vasitələri  ilə  təminatının  gücləndirilməsi  məqsədilə  "Aqrolizinq"  ASC-nin 


yaradılması,  kənd  təsərrüfatı  məhsulları  istehsalçılarının  gübrə,  yanacaq  və  toxumla 
təminatının  yaxşılaşdırılması  üçün   subsidiyaların  verilməsi,  meliorasiya-irriqasiya 
sistemlərinin  köklü  şəkildə  yenidən  qurulması  tədbirlərini  xüsusi  qeyd  etmək 
lazımdır. 
Ölkə  həyatının  bütün  sahələrində  inkişaf  siyasətinin  əsas  strateji  hədəflərini 
özündə  ehtiva  edən  "Azərbaycan  2020:  gələcəyə  baxış"  nkişaf  Konsepsiyası 
Azərbaycanın  qarşısına  daha  yüksək  inkişaf  məqsədlərinin  qoyulması  və  bu 
məqsədlərdən  irəli  gələn  vəzifələrin  müəyyənləşdirilməsi  ilə  bağlı  Prezident  lham 
Ə
liyevin siyasi iradəsinin ifadəsidir. 
Azərbaycanın  yeni  inkişaf  hədəflərinin  reallaşdırılması  məqsədilə  kompleks 
islahatların  aparılmasını  nəzərdə  tutan  bu  konsepsiyada  kənd  təsərrüfatının  gələcək 
inkişaf  istiqamətləri  də  əhatəli  şəkildə  öz  əksini  tapmışdır.  Kənd  təsərrüfatının 
inkişafı  ilə  bağlı  müəyyən  olunmuş  konseptual  istiqamətlərin  reallaşdırılması 
məqsədilə artıq Prezident tərəfindən "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının 
fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" 16 yanvar 2014-
cü  il  tarixli  sərəncam  və  "Aqrar  sahədə  idarəetmənin  təkmilləşdirilməsi  və 
institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" 16 aprel 2014-
cü  il  tarixli  fərman  imzalanmışdır.  Tarixi  əhəmiyyətli  bu  siyasi  qərarlarla  aqrar 
sektorun inkişafının prioritet hədəflərinin yeni çağırışlar fonunda müəyyən edilməsi, 
aqrar  sektorda  institusional  strukturun  və  idarəetmənin  təkmilləşdirilməsi  və 
innovativ dəyişikliklərə təkan verəcək digər tədbirlərin həyata keçirilməsinə göstəriş 
verilməsi  bu  sahədə  inkişafın  keyfiyyətcə  yeni  mərhələsinə  keçid  üçün  əsas 
yaratmışdır. 
Məhz bu baxımdan aqrar sahənin hüquqi tənzimlənməsi ilk növbədə aqrar-ərzaq 
kompleksinin inkişaf strategiyasının, kənd təsərrüfatı ilə dövlət, eləcə də emal və tədarük 
subyektləri  arasındakı  münasibətlərin  qanunvericilik  təminatının  formalaşdırılmasını 
özündə  əks  etdirir.  Aqrar  sahibkarlıqda  hüquqi  tənzimlənmənin  mövcud  prinsip, 
metod və xüsusiyyətləri iqtisadi cəhətən mübadilələr, hüquqi baxımdan  müqavilələr 
zənciri  olan  bazar  iqtisadiyyatında  aqrar  subyektlər  arasındakı  bu  münasibətlərinin 
səmərəli  şəkildə  qurulmasının  və  stabilliyinin  dövlət  tərəfindən  təminatına  xidmət 


edir. 
Dissertasiya tədqiqatının predmetini keçid prosesində ölkənin aqrar sektorunda 
bazar münasibətlərinin formalaşdırılması istiqamətində həyata keçirilən islahatlar və 
onun nəticələri, aqrar sektordadavamlı iqtisadi inkişafının təmini istiqamətində həyata 
keçirilən iqtisadi islahatlar strategiyasının   hədəfləri və əsas xüsusiyyətləri ilə bağlı  
yeni  tendensiyalar,  aqrar  sahənin  tənzimlənməsinin  hüquqi  təminatı  mexanizmi  və 
onun  təkmilləşdirilməsi  ilə  bağlı  digər  proseslər  təşkil  edir.Tədqiqatın  obyekti  ölkə 
iqtisadiyyatınınaqrar  sektoru,  iqtisadiyyatın  aqrar  sektorunun  inkişafının  müasir 
vəziyyəti  və  onuna  bağlı  digər  məsələlərdir.  Təqdim  edilən  problemin  aktuallığı, 
onun nəzəri və praktiki əhəmiyyəti dissertasiyanın mövzusunun seçilməsini müəyyən 
etmişdir, tədqiqatın predmet və obyekti məqsəd və vəzifələri, həmçinin onun məntiqi 
və strukturunu şərtləndirir. 
Dissertasiya  təqiqatının  məqsədi  keçid  şəraitində  ölkə  iqtisadiyyatının  aqrar 
sahəsində  reallaşdırılan  iqtisadi  islahatların  xüsusiyyətlərini  və  aqrar  sektorun 
davamlı  inkişaf  strategiyasının  reallaşdırılması  istiqamətlərini,  iqtisadiyyatın  aqrar 
sahəsində davamlı  iqtisadi  inkişafa  nail olma  istiqamətində  həyata  keçirilən  iqtisadi 
islahatlar strategiyasının   hədəfləri   və əsas istiqamətlərini tədqiq etmək, Azərbaycan 
Respublikasının  aqrar  sektorunun  və  kənd  təsərrüfatı  sahəsinin  davamlı  iqtisadi 
inkişafının  müasir  vəziyyəti  və  bu  sahədə  reallaşdırılan  iqtisadi  islahatların 
nəticələrinin  təhlilini  aparmaq,  Azərbaycan  Respublikasında  aqrar  sektorda 
sahibkarlığın inkişafının dövlət tərəfindən stimullaşdırılması istiqamətləri və hüquqi 
təminatı  məsələlərini,  Azərbaycan  Respublikasında  aqrar  sahənin  tənzimlənməsinin 
hüquqi təminatının mövcud vəziyyətini və onun  aktual  problemlərini üzə çıxarmaq, 
təkmilləşdirilməsi  istiqamətlərini  müəyyənləşdirməkdən  ibarətdir.  Məqsədə  nail 
olmaqdan ötrü tədqiqatın qarşısında bir sıra vəzifələr dayanmışdır: 
1.  Milli iqtisadiyyatın davamlı  inkişafının təmin edilməsində aqrar sektorun 
rolunun  müəyyənləşdirilməsi; 
2.  Ölkə  iqtisadiyyatının  aqrar  sektorunda  bazar  münasibətlərinin 
formalaşdırılmasının iqtisadi məzmunununmüəyyənləşdirilməsi; 
3.  Aqrar  sektorda  formalaşan  münasibətlərin  dövlət  tənizmlənməsinin  əsas 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə