Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/41
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14125
1   2   3   4   5   6   7   8   9   ...   41

ə
saslandırlmasında  böyük  rol  oynamışdır.  Azad  bazar  mexanizmini  müdafiə  edən 
neoklassiklər itisadiyyatda dövlətin rolunu bir növ “gözətçi” kimi görürdülər. Lakin 
bu məktəbin son üzvlərindən biri hesab olunan Artur Piqou azad bazarın ütünlüyünü 
qəbul etməklə yanaşı o dövrün dərin sosial-iqtisadi böhranlarından çıxış edərək qeyd 
etmişdir  ki,  şəxsi  mənafe  heç  də  həmişə  sosial  mənafe  ilə  uzlaşmır,  istənilən 
fəaliyyətin  marjinal  xüsusi  faydası  heç  də  həmişə  marijnal  sosial  faydaya  bərabər 
olmur, buna görə dövlət araya girərək müxtəlif iqtisadi siyasət rıçaqlarından istifadə 
etməklə  bu  kənarlaşmanı  minimuma  endirməlidir.  Piqou  bu  fikirləri  ilə  sonradan 
böyük bir nəzəriyyə yaratmış Keynsə çox təsir göstərmişdir.  
1936-ci  ildə  qısa  olaraq  “Ümumi  Nəzəriyyə”  adı  ilə  məşhur  olan  kitabını 
yazmaqla  Con  Meynard  Keyns  özünə  qədər  hakim  olan  nəzəriyyələrə  alternativ 
böyük  bir  nəzəriyyə  yaratmışdır.  Həmin  dövrdə  kapitalist  dünyasını  düşdüyü 
böhrandan  neoklassiklərin  göstərdiyi  kimi  əvvəl-axır  bazar  mexanizminin  özünün 
çıxaracağı  fikrini  qəbul  etməyərək,  dövlətin  aktiv  siyasət  yeridərək  iqtisadiyyatın 
tələb  cəbhəsini  stimullasdırmalı  olduğunu  irəli  sürmüşdür.  Öz  fikirləri  ilə  bir  növ 
iqtisadiyyata dövlət müdaxiləsinin elmi əsaslarını hazırlayan Keyns hal-hazırda aqar 
sektor  da  daxil  olmaqla  iqtisadiyyatın  bütün  sahələrinin  inkişaf  etdirilməsində 
mühüm  rol  oynayan  pulkredit  və  büdcə-maliyyə  siyasətinin  dövlət  idarəetməsində 
geniş şəkildə istifadə edilməsini təmin etmişdir. 
II  Dünya  müharibəsindən  sonra  inkişaf  strategiyalarının  hazırlanması 
çərçivəsində  formalaşan  inkişaf  iqtisadiyyatının  qarşısında  duran  əsas  məsələlərdən 
biri  də  ölkələrin  inkişaf  strategiyalarında  “lokomotiv  sektor”un  (engine  sector) 
seçilməsi  problemi  olmuşdur.  Bu  elə  bir  sektor  olmalı  idi  ki,  inkişaf  edərək 
bütövlükdə iqtisadiyyatı öz arxasınca apara bilsin. Əksər iqtisadçıların bunun sənaye 
sektoru  olduğunu  müdafiə  etməsi  və  iqtisadi  siyasətdə  də  sənayeləşməyə  üstünlük 
verilməsi,  sənayeli  ölkələri  əsasən  xammalla  təmin  edən  koloniyaların  müstəqillik 
ə
ldə  edərək  kolonializmdən  qalan  aqrar  təsərrüfata  nifrət  ruhunda  inkişafa  qədəm 
qoyma  çəhdləri,  yeni  xidmətlər  sektorunun  sürətlə  inkişaf  etməsi,  aqrar  sektorun 
EÖ-də elmi-texniki tərəqqinin xeyli dərəcədə təsirinə düşərək məşğulluqdakı payının 
kəskin azalması kimi amillər onun dünya təsərrüfatında rolunu xeyli zəiflətmiş, lakin 


strateji  əhəmiyyəti  nəzərə  alınaraq  dövlətlərin  xüsusi  himayəsi  altında  dünya 
iqtisadiyyatından,  onun  tənzimləmə  tədbirlərindən  kənarda  inkişaf  etmişdir.  Bu 
qapalı  inkişaf  demək  olar  ki,  ÜTT-nin  Uruqvay  Raundu  çərçivəsində  1995-ci  ildə 
qəbul olunan Kənd Təsərrüfatı çoxtərəfli sazişinin (Agreement on Agriculture) qəbul 
olunduğu dövrə qədər davam etmiş, məhzbu dövrdən başlayaraq aqrar sektor və onun 
tənzimlənməsi məsələləri yenidən dünya 
elmi və siyasi dairələrinin əsas müzakirə mövzularından birinə çevrilmişdir. 
Davamlı  inkişafın  yeni  təzahür  formalarından  biri  olan  davamlı  aqrar 
iqtisadiyyat (yəni, davamlı inkişafa əsaslanan aqrar sahə) son illər mühüm aktuallıq 
kəsb edən sahələrdən biri hesab edilir. Aqrar sahənin davamlı inkişafı dedikdə isə, ilk 
növbədə,  bu  sahədə  istehsal  olunan  məhsulların  (həmçinin  göstərilən  xidmətlərin, 
görülən  işlərin)  davamlı  artımı,  kənd  ərazilərində  yaşayan  insanların  yaşayış 
səviyyəsinin  və  onların  həyat  keyfiyyətinin  yüksəldilməsi,  kənd  yaşayış 
məntələrində,  ümumilikdə  aqrar  sahədə  çalışan  insanlar  arasında  sosial  ədalətin 
qurulması,  yoxsulluq  səviyyəsinin  aşağı  salınması,  kənd  ərazilərində  təhsil,  səhiyyə 
və  ictimai  iaşə  xidmətlərinin  keyfiyyətinin  yüksəldilməsi,  insan  hüquqlarının 
qorunması,  işsizliyin  azaldılması,  insanların  təhlükəsiz  və  təmiz  qida  məhsulları  ilə 
təmin  edilməsi,  infrastrukturun  (istehsal,  sosial  və  bazar  infrastrukturları)  inkişaf 
etdirilməsi və s. başa düşülür.  
Göründüyü  kimi,  aqrar  sahənin  davamlı  inkişafının  qarşıya  qoyduğu  bu 
vəzifələrin bir qismi ümumrespublika və makroiqtisadi səciyyə daşıyır.  
 
Davamlı  aqrar  iqtisadiyyata  xas  olan  əsas  problemlər  sırasına  habelə, 
torpaqlardan  və  digər  təbii  resurslardan  səmərəli  istifadə,  biomüxtəlifliyin  qorunub 
saxlanılması,  sudan  istifadənin  yaxşılaşdırılması,  iqtisadi  stabillik,  sosial 
problemlərin həlli və digərləri aid edilir.  
BMT-nin  Ərzaq  və  Kənd  Təsərrüfatı  Təşkilatı  olan  FAO-nun  rəsmi 
sənədlərində isə davamlı aqrar iqtisadiyyata təbii resurs bazalarının idarə edilməsi və 
saxlanılması,  hazırki  və  gələcək  nəsillər  üçün  insanların  ehtiyaclarının  davamlı 
şə
kildə  ödənilməsinə  nail  olmağı  təmin  edəcək  formada  institusional  və  texnoloji 
dəyişikliklərin  həyata  keçirilməsi  kimi  tərif  verilir.  Adıçəkilən  təşkilatın  eksperti 


Peter Hurst aqrar sahənin davamlı inkişafının yalnız ekoloji cəhətdən təmiz, iqtisadi 
cəhətdən  həyat  qabiliyyətli,  sosial  baxımdan  ədalətli,  mədəniyyət  baxımından 
adekvat məhsul istehsalı ilə birbaşa şərtləndiyini bildirmişdir. 
Azərbaycanın  aqrar  iqtisadçı  alimi  S.V.Salahov  isə  davamlı  inkişaf 
probleminin  özəyində  kəndin  sosial-iqtisadi  cəhətdən  inkişafı,  ekoloji  mühafizə  və 
ə
traf  mühitin  qorunması,  sahibkarlığın  inkişafı,  maddi-texniki  resurslardan  səmərəli 
istifadə  və  s.  məsələlərin  durduğu  fikrini  söyləmişdir.  O,  davamlı  inkişafın  başlıca 
vəzifəsi  kimi  yoxsulluq  səviyyəsinin  azaldılmasını,  ölkədə  sosial-iqtisadi  və  ekoloji 
şə
raitin yaxşılaşdırılmasını, ətraf mühitin qorunmasını və digər amilləri göstərmişdir: 
«Aqrar  sahədə  davamlı  inkişafın  təmin  olunması  üçün  qeyri-kənd  təsərrüfatı 
sahələrinin inkişaf etdirilməsi və yoxsulluğun aradan qaldırılması xüsusilə əhəmiyyət 
daşıyır.  Ona  görə  də,  bu  sahələrin  inkişafına  prioritet  yanaşmalar  təmin 
olunmalıdır…». 
Qeyd  edilənləri  ümumiləşdirərək,  aqrar  sahənin  davamlı  inkişafının  qarşıda 
duran vəzifələrini və spesifik xüsusiyyətlərini aşağıdakı kimi xarakterizə etmək olar: 

aqrar  sahədə istehsal  olunan  məhsulların (həmçinin göstərilən xidmətlərin, 
görülən işlərin) davamlı iqtisadi artımının təmin edilməsi;  

ə
rzaq  təhlükəsizliyinin  təmin  edilməsi,  insanların  təhlükəsiz  və  təmiz  qida 
ilə təchizatı probleminin həll edilməsi; 

aqrar  sahədə  çalışan  işçilərin  sosial  problemlərinin  həllinə  və  kənd 
ə
razilərində yoxsulluğun azaldılmasına dövlətin xüsusi önəm verməsi; 

sudan istifadənin səmərəliliyinin artırılması; 

aqrar  sahibkarlıq  subyektlərinin  bazarlara  sərbəst  daxil  olmasının  təmin 
edilməsi məqsədilə ticarət baryerlərinin, haqsız rəqabətin, inhisarçılıq meyllərinin və 
digər süni maneələrin aradan qaldırılması; 

kənd  ərazilərində  təhsil,  səhiyyə  və  ictimai  iaşə  xidmətlərinin  inkişaf 
etdirilməsi, onların keyfiyyətinin yüksəldilməsi, bütövlükdə infrastrukturun (istehsal, 
sosial və bazar infrastrukturları) təkmilləşdirilməsi; 

aqrar  sahədə  fəaliyyət  göstərən  təsərrüfat  formalarının  informasiya- 
məsləhət xidmətlərinə çevik və etibarlı şəkildə çıxış imkanlarının yaradılması və s.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə