Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/41
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14125
1   2   3   4   5   6   7   8   9   ...   41

Davamlı  aqrar  iqtisadiyyatın  formalaşdırılması  bir  sıra  zəruri  şərtlərin  yerinə 
yetirilməsini tələb edir. Həmin şərtləri şərti olaraq 5 hissəyə (iqtisadi, sosial, ekoloji, 
siyasi və hüquqi şərtlər) bölmək olar.  qtisadi şərtlər hər şeydən önjə, əlverişli iqtisadi 
və  investisiya  mühitinin  formalaşdırılmasını,  təbii  və  digər  resursların  qənaətli 
istifadə  əsasında  makroiqtisadi  və  makromaliyyə  göstəricilərinin  yüksəldilməsini 
nəzərdə tutur və davamlı inkişaf konsepsiyasının əsasını təşkil edir.  
Davamlı aqrar iqtisadiyyatın yuxarıda qeyd edilən 5 mühüm zəruri şərtinin hər 
birinin  ayrı-ayrılıqda  deyil,  kompleks  şəkildə  nəzərdən  keçirilməsi,  hesab  edirik  ki, 
daha məqsədəuyğundur. Çünki bu şərtlərin hər biri digərini tamamlamaqla, qarşılıqlı 
ə
laqə şəraitində fəaliyyət göstərir. Davamlı inkişafın formalaşması və tarixən inkişafı 
baxımından  qeyd  edilən  5  şərtin  3-ü  (iqtisadi,  sosial  və  ekoloji  şərtlər)  ilkin 
ə
həmiyyət  kəsb  edir  və  ilkinlik  davamlı  inkişafın  məhz  bu  şərtlərin  mövjud  olduğu 
sferaların  qovşağında  meydana  gəlməsi  və  mövcud  olması  ilə  əlaqədardır.  Dövlətin 
və  cəmiyyətin  davamlı  inkişafa  baxışlarından  və  bu  istiqamətdə  həyata  keçirilən 
tədbirlərin  miqyasından  və  keyfiyyətindən,  digər  amillərdən  asılı  olaraq  bu  sferalar 
ayrı-ayrılıqda da, kəsişmə halında da fəaliyyət göstərə bilər. Ölkədə davamlı inkişaf 
səviyyəsi  daha  da  genişləndikcə  kəsişmə  sahəsinin  həcmi  böyüyür,  əks  halda  isə 
kiçilir. 
Aqrar  sahədə  davamlı  inkişafın  formalaşması  zamanı  prioritetlərin  düzgün 
müəyyən  edilməsi  də  mühüm  əhəmiyyət  kəsb  edən  məsələlərdəndir.  Bəzən  əsas 
prioritet  kimi  stabil  iqtisadi  artımın  saxlanılması  göstərilir,  davamlı  inkişaf  səhv 
olaraq  0  faizli  (və  ya  «sıfırlı»)  artımla  eyniləşdirilir.  Bu  fikirin  tərəfdarları  sübut 
etməyə  çalışırlar  ki,  böyük  həcmdə  kənd  təsərrüfatı  məhsullarının  istehsalını  tələb 
edən aqrar intensivləşdirmə davamlı ola bilməz. Əlbəttə, istehsalın bu formada (yəni, 
böyük  həcmli)  təşkilinin  bərpa  olunmayan  resursları  tükəndirə  biləcəyini  istisna 
etmək olmaz. Lakin digər tərəfdən, bu fikirin tamamilə doğruluğuna da əmin olmaq 
düzgün olmazdı. Çünki davamlı aqrar iqtisadiyyat əhalinin gələcəkdə ərzaq və digər 
kənd  təsərrüfatı  məhsullarına  olan  artan  tələbini  ödəməli,  həmçinin  kənd  əhalisinin 
artan  hissəsinin  davamlı  həyat  tərzini  təmin  etməlidir.  Başqa  sözlə,  digər  alternativ 
praktiki  cəhətdən  mümkün  deyildir.  Kənd  təsərrüfatı  məhsullarının  istehsalının 


intensivləşdirilməsi  prosesi  əsas  etibarilə  davam  etdirilməlidir.  Beləliklə,  istehsalın 
genişləndirilməsi  qaçılmaz  və  zəruridir.  Ona  görə  də,  əsas  məsələ  çoxlarının 
düşündüyü kimi artımın olub-olmaması fikiri deyil, bu artımın ətraf mühitə və kənd 
təsərrüfatına zərər vurmadan necə əldə edilməsidir.  
Göründüyü kimi, aqrar sahədə davamlı inkişafın formalaşdırılması çox çətin və 
uzun müddət tələb edən bir prosesdir. Odur ki, davamlı inkişafın yalnız məcburetmə 
tədbirləri  sayəsində  və  dövlətin  köməyilə  formalaşdırılması  fikiri  düzgün  deyildir. 
Bunun  üçün  cəmiyyətin  hər  bir  üzvü  tərəfindən  davamlı  inkişaf  məsələsinə  ciddi 
maraq  göstərilməlidir.  Bir  sözlə,  yerli  səviyyədən  tutmuş  qlobal  miqyaslı  tədbirlərə 
qədər  ciddi  addımlar  atılmalı,  bütün  qüvvələr  eyni  məqsəd  istiqamətində  səfərbər 
edilməli,  davamlılıq  prinsiplərinə  əməl  olunması  hər  kəsin  gündəlik  həyat  tərzinə 
çevrilməlidir.  Beləliklədə,  insanların  həyat  tərzindən  tutmuş,  illərlə  formalaşan 
dəyərlər  sisteminə  qədər  ciddi  dəyişikliklər  aparılmalı,  nejə  deyərlər–israfçılığı 
qənaət, kəmiyyət artımını keyfiyyət təkmilləşməsi, sərt rəqabəti isə əməkdaşlıq əvəz 
etməlidir. 
 
1.2Dövlətin aqrar siyasətinin mahiyyəti, bu sahədə vəzifələri və “effektiv aqrar 
siyasət” anlayışı 
 
qtisadi  və  ticari  əlaqələrin  intensivləşdirilməsi,  dövlətlərarası  ticarət 
dövriyyəsinin 
stimullaşdırılması, 
istehlak 
bazarında 
sağlam 
rəqabətin 
formalaşdırılması  və  s.  kimi  amillərə  əsaslanaraq  dünya  birliyinin  əksər  dövlətləri 
iqtisadiyyatının qloballaşdırılmasını problemlərin həllində optimal həll variantı kimi 
nəzərdə  tuturlar.  Belə  bir  şəraitdə  istehsalçılar  maddi-texniki  vəziyyətlərindən  asılı 
olmayaraq  qlobal  bazarda  bərəbər  hüquqlarla  təmsil  olunmalı,  rəqabət  isə  əsas 
tənzimləyici rolunda çıxış etməlidir. 
Aqrar sahə, ələlxüsus da kənd təsərrüfatı özünün bir sıra xüsusiyyətlərinə görə 
iqtisadiyyatın digər bölümlərindən fərqlənir. Bu sahənin səciyyəviliyi kənd təsərrüfatı 
istehsalının bir sıra obyektiv və təbii amillərdən ciddi asılılığından irəli gəlir. Torpaq 
və  su  ehtiyatlarının  aşınma  proseslərinin  sürətlənməsi,  kənd  təsərrüfatı  və  ərzaq 


məhsullarına  tələb-təklif  nisbətinin  qeyri-proporsional  dəyişməsi,  böhran  və 
depressiya  halları,  kənd  təsərrüfatında  disparitetlik  və  s.  aqrar  sahə  üçün  əlavə 
çətinliklər törədir. Bütün bunlar hamısı müasir dövürdə çevik aqrar siyasətin həyata 
keçirilməsini  tələb  edir. Aqrar  sektorun  dayanıqlı  və  davamlı  inkişafının  təmin 
edilməsi, ölkənin ərzaq təhlükəsizliyi üçün etibarlı əsasların yaradılması, habelə milli 
istehsalçıların  dünya  bazarlarında  artan  rəqabətlə  ayaqlaşması  üçün  müasir  aqrar 
siyasət  aqrar  sektorun  qlobal  bazarda  rəqabətqabiliyyətli  olmasına  möhkəm  baza 
yaratmalıdır. 
Dünya  iqtisadiyyatında  baş  verən  qloballaşmaya  və  qlobal  istehlak  bazarının 
konyukturasındakı  dəyişmə  dinamikasına  uyğunlaşmaq  üçün  aqrar  sahə  üzrə  həm 
hüquqi-normativ  bazanın,  həm  də  istehsal  münasibətlərinin  beynəlxalq  norma  və 
tələblərə  uyğunlaşdırılması,  beləliklə  də  milli istehsalın  rəqabətə  davamlı  olmasının 
təmin  edilməsi  aqrar  siyasətin  ən  başlıca  hədəfi  olmalıdır. Qarşıya  qoyulan  bu 
məqsədə  çatmaq  üçün,  fikrimizcə,  aşağıda  göstərilən  sahələri  aqrar  siyasətin 
prioritetləri kimi qəbul edib vahid strategiya halında həyata keçirmək yaxşı nəticələr 
verə  bilər:  aqrar  sahə  üzrə  milli  qanunvericilik  bazasının  modernləşdirilməsi; ərzaq 
təhlükəsizliyi;  idxaldan  asılılığın  azaldılması;  qida  təhlükəsizliyi  (sağlamlığı) 
tədbirləri;  torpaq  və  su  resurslarından  səmərəli  istifadə  və  onların  mühafizəsi;  elmi 
tədqiqatların  dəstəklənməsi;  kəndə  müasir  kadrlar; müasir  kənd;  urbanizasiyanın 
azaldılması; 
ixrac 
potensialının 
genişləndirilməsi. 
Aqrar 
siyasətin 
bu 
komponentlərinin  hər  biri  olduqca  mühüm  əhəmiyyətə  malikdir  və  ciddi  tədbirlər 
sisteminin hazırlanıb ardıcıl olaraq həyata keçirilməsini tələb edir. 
Qeyd  olunduğu  kimi,  müasir  istehsal  və  iqtisadi  münasibətlər  təsərrüfatçılq 
subyektlərinin  nə  dərəcədə  rəqabətqabiliyyətli  olmsından  asılıdır.  Xüsusən,  kənd 
təsərrüfatı  və  ərzaq  məhsullarına  qarşı  artan  tələblər  istehlak  bazarlarında  rəqabəti 
daha  da  kəskinləşdirmişdir.  Bu  amil  göstərir  ki,  istehsalçılar  müasir 
texnologiyalardan  və  standartlardan  bəhrələnməli,  beynəlxalq  norma  və  qaydaların 
şə
rtlərinə  uyğun  məhsul  istehsal  etməlidirlər.  Yalnız  innovasiyaların,  yeni  elmi 
nailiyyətlərin tətbiqi və müasir tələblərə cavab verən texniki normalara uyğun istehsal 
sahələrinin  yaradılması  qloballaşan  dünya  iqtisadiyyatında  rəqabətədavamlı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə