Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/41
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14125
1   2   3   4   5   6   7   8   9   10   ...   41

məhsulların istehsalına şərait yaratmış olacaq. Bununla da ümumi bazarda yer almağa 
köməklik göstərəcəkdir. 
1
 
Kənd  təsərrüfatı  siyasətinin  effektivliyini  müəyyənləşdirən  meyarlar  uzun 
müddət  mübahisə  və  müzakir  mövzusu  olub.  Ticarət  və  Tariflər  üzrə  Baş  Sazişin 
(QATT) bazasında “Tokio Raundu”nun ardınca ÜTT-nin yaranması bu mübahisələrə 
xeyli  aydınlıq  gətirdi.  Hazırda  bu  və  ya  digər  ölkənin  sosial-iqtisadi  durumundan, 
iqtisadi  və  ictimai  institutların  inkişaf  səviyyəsindən  asılı  olaraq,  yerli  hökümətlər 
müxtəlif aqrar siyasət modellərindən istifadə edirlər. Müxtəlif iqtisadi ədəbiyyatlarda 
oturuşmuş  yanaşmaya  görə,  effektiv  aqrar  siyasət  ölkənin  resurslarından  (maliyyə, 
kənd təsərrüfatı torpaqları, əmək ehtiyatları və s.) minimum istifadə etməklə əhalinin 
tələbatını maksimal səviyyədə təmin edən fəaliyyətlərdir. Bəzi tədqiqatlarda «effektiv 
kənd  təsərrüfatı  siyasəti»  anlayışı  ilə  yanaşı  «ən  yaxşı  aqrar  siyasət»  termini  də 
işlənir.  Bir  sıra  mütəxəssislər  hesab  edir  ki,  effektiv  fəaliyyət  göstərən  aqrar  sektor 
məhz ən yaxşı siyasət tədbirləri nəticəsində formalaşa bilər.  qtisadi Əməkdaşlıq və 
nkişaf  Təşkilatının  ( Ə T)  “Policy  design  –  A  positive  reform  agenda”  adlı 
tədqiqatına  əsasən,  siyasət  hazırlayanlar  üçün  əsas  cağırış  daha  çox  bazaryönümlü, 
həmçinin  liberal  ticarətə  imkan  verən  geniş  əhatəli  yerli  hədəflərə  ünvalanan 
tədbirlərin  hazırlanması  və  tətbiqidir.
2
  Hələ  1998-ci  ildə  Ə T-nin  Nazirlər 
Konfransında  aşağıdakı  “şəffaf”,  “çevik”,  “ədalətli”,  “hədəfəyönəlik”  və 
“əlaqələndirilmiş” prinsiplərə cavab verən aqrar siyasət “ən yaxşı təcrübə” kimi qəbul 
edilmişdi.  Son  onilliklərdə  Ümumdünya  Ticarət  Təşkilatının  (ÜTT)  davamlı  səyləri 
nəticəsində aqrar siyasət islahatları dünya ölkələrində kənd təsərrüfatı istehsalçılarına 
dövlət  dəstəyinin  formalarına  dəyişikliklərlə  nəticələnib.  Ötən  dövr  ərzində  aqrar 
sektora dövlət dəstəyi nəzərə çarpamayan dinamika ilə, amma xeyli dərəcədə azalıb. 
ÜTT-nin müəyyən etdiyi qadağalar fonunda  Ə T ölkələri istehsalın və ticarətin təhrif 
olunması  ilə  nəticələnən  (məs.,  dövlət  siyasəti  nəticəsində  istehsalın  və  ya  ixracın 
artımı)  siyasət  alətlərindən  əl  çəkdilər.  Əvəzində  onlar  daha  cox  cari  istehsal 
                                                      
1
Qloballaşan iqtisadi sistemdə aqrar siyasət. Köçəri  manov,Kənd Təsərrüfatı Nazirliyinin 
ə
məkdaşı,texnika elmləri namizədi. Xalq qəzeti.- 2009.- 5 iyul.- S. 5.
 
2
“Policy design – A positive reform agenda”, Carmel Cahill (Trade and Agriculture Directorate, 
Joint OECD/USDA/SAGARPA/AAFC Workshop –Washington D.C.January 19-20, 2010)
 


parametrlərinə  təsir  etməyən  tədbirlərə  üstünlük  verməyə  başladılar.  Bu  qlobal 
prosesin  ilkin  fazasında  ölkələr  geniş  əhatəli  spesifik  əmtəə  sektorlarında  müxtəlif 
ödənişlərdən  qacmaqla  “qiymət  dəstəyi”  tədbirlərini  azaltmağa  başladılar.  Dünya 
dövlətləri qlobal miqyasda kənd təsərrüfatı siyasəti islahatlarının ikinci mərhələsində 
dəstək tədbirlərinin istehsal parametrləri ilə iqtisadi bağlılığını azaltmağa başladılar. 
Nəticədə  ödənişlər  getdikcə  daha  çox  qeyri-əmtəə  səpkili  oldu  və  sadəcə  xərclərin 
itkisinə gətirib cıxardı. Belə hallarda, əsas etibarilə siyasət tədbirləri hədəfsiz, seçim 
meyarları  olmadan  həyata  keçirilir,  yəni  dövlət  dəstəyi  bütün  fermerləri,  bütün 
torpaqları  (əraziləri),  bəslənilən  bütün  növ  mal-qaranı  əhatə  edir.  Lakin  son  vaxtlar 
ə
sasən  seçim  meyarları  və  “məhdudiyyətlər”  tətbiq  olunmağa  başlanılıb.  Bundan 
ə
lavə,  differensasiyasız  ödənişlər  getdikcə  daha  çox  hökümətlərin  müəyyən  etdiyi 
şə
rtlərə uyğunlaşdırılır və əsas prinsip kimi “hədəfləmə prinsipi”ndən istifadə olunur. 
Dövlət  aqrar  siyasəti  çərçivəsində  idarəetmə  aləti  kimi  istifadə  olunan  proqramın 
məqsədi  dəqiq  müəyyən  edilməli,  seçim  meyarları,  həmçinin  hədəf  göstəriciləri 
ölçüləbilən  və  konkretolmalıdır
3
.  Məhz  bu  tələbləri  Ə T  mütəxəssisləri  bu  və  ya 
digər ölkədə aqrar siyasət üzrə proqramların səlisliliyini təhlil edərkən çıxış nöqtələri 
kimi istifadə edir. Kənd təsərrüfatı siyasəti istənilən halda dövlət dəstəyinin müxtəlif 
formalarından  ibarətdir.  Aqrar  siyasətin  effektivliyinin təhlililə  bağlı demək  olar ki, 
bütün  tədqiqatlarda  məhz  dövlət  dəstəyinin  effektivliyinə  xüsusi  diqqət  yetirilir. 
Digər tərəfdən, hazırda dünyada aqrar siyasət 3 əsas hədəfi özündə ehtiva edir:  
1) Fermerlərin gəlirlərinin təmin edilməsi siyasəti;  
2) Kənd ərazilərinin inkişafı siyasəti;  
3) Aqro-ekoloji siyasət.  
Fermerlərin gəlirlərinin təmin edilməsi siyasətinə hazırda Kanadada həyata 
keçirilən  «Kənd  təsərrüfatında  gəlirlərin  stabilləşdirilməsi  proqramı»nı  (CAIS), 
Avstraliyada  reallaşdırılan  "Xüsusi  vəziyyətlər”  (“Exceptional  circumstances”) 
proqramını nümunə göstərmək olar. Bir qayda olaraq bu qəbildən olan proqramların 
hədəfi  fermerlərin  gəlir  itkilərinin  kompensasiya  olunması,  onların  gəlirlərinin 
stabilliyinin, minimum gəlirin, xüsusi hallarda fermer təsərrüfatlarının uzunmüddətli 
                                                      
3
“Effective Targeting of Agricultural Policies”, 2007 


dayanıqlığının  təmin  edilməsi,  gənclərin  yüksək  təhsil  alaraq  fermer  fəaliyyətinə 
başlamasına təşviq olunması kimi məsələlər olur.  
Kənd  ərazilərinin  inkişafı  siyasətinə  Avropa  Birliyinin  «LEADER» 
proqramını misal göstərmək olar. Bu proqram çərçivəsində effektivliyi təmin etmək 
məqsədilə  yerlərdə  Fəaliyyət  Qrupları  yaradılır  (LAG)  və  hər  bir  zona  üzrə  planlar 
formalaşdırılır. Proqramın hədəfi innovativ, inteqrasiya olunmuş və iştirakcılığı təmin 
edən  «Ərazi  nkişaf  Strategiyaları»ndan  istifadə  etməklə  kənd  ərazilərində  iqtisadi 
aktivliyi diversifikasiya etməkdir.  
Aqro-ekoloji  siyasətinə  «Əlverişsiz  sahələrə  ödənişlər»  (Avstraliya),  «Su 
mühafizəsi  üçün  ödənişlər»  ( sveçrə),  «Ekoloji  darəetmə»  (Ingiltərə),  «Ehtiyatların 
qorunması proqramı (CRP)» (ABŞ) kimi proqramları nümunə gətirmək olar. Həmin 
proqramların  hədəflərinə  əlverişsiz  coğrafi  ərazilərdə  fermerlərin  istehsal  etdiyi 
məhsullar  üzrə  kompensasiyaların  verilməsi  və  həmin  ərazilərdə  kənd  təsərrüfatı 
torpaqlarından istifadəyə ödənişlər, səth və yeraltı suların keyfiyyətinin qorunması və 
yaxşılaşdırılması,  biodiversifikasiya,  landşaftın,  tarixi  və  təbii  ətraf  mühitin  və 
resursların  qorunması,  torpağın,  suyun  və  təbiət  resurslarının  qorunması  və 
yaxşılaşdırılması kimi vacib məsələlər daxildir
4

Hazırda  aparıcı  ölkələr  aqrar  sahədə  çalışan  fərdi  istehsalçıların  kənd 
təsərrüfatı  biznesində  qalmasını  və  onların  gəlirliliyinin  təmin  olunmasını  məqsəd 
kimi görür. Çünki əvvəlki illərdə olduğu kimi indi ancaq birbaşa istehsal xərclərinin 
maliyyələşdirilməsinə  dəstək  aqrar  siyasətin  hədəflərinə  nail  olmağa  imkan  vermir. 
Belə  ki,  bu  cür  maliyyələşmə  onsuz  da  fermerlərə  bahalaşmış  yanacağın,  kənd 
təsərrüfatı  xammalının  dəyərini  və  infrastruktur  xərclərini  ödəməyə  kifayət  etmir. 
Ona  görə  də  aparıcı  ölkələr  bilavasitə  istehsalçıları  dəstəkləmək  siyasətinə  keçid 
etdilər. Bu siyasətin nümunələri kimi “Kənd təsərrüfatında gəlirlərin sabitləşdirilməsi 
proqramı”nı (CAISKanada) və “Fermerlərə dəstək proqramı”nı ( rlandiya) göstərmək 
olar. Paralel olaraq, urbanizasiya prosesləri, kənd ərazilərinin inkişafdan geri qalması 
fonunda  bu  ərazilərdə  infrastruktur  xidmətini,  işgüzar  aktivliyi  təmin  etmək  üçün 
                                                      
4
“Effective Targeting of Agricultural Policies” BEST PRACTICES FOR POLICY DESIGN AND 
IMPLEMENTATION, Catherine Moreddu (OECD, 2007) 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə