Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/41
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14125
1   ...   5   6   7   8   9   10   11   12   ...   41

- Digər gərclər – 8,1%.  
Qeyd  edək  ki,  Ümumdünya  Ərzaq  Təşkilatından  və  Ə T-dən  fərqli  olaraq 
ÜTT  üzv  ölkələrədə  aqrar  sektorun  dövlət  tənzimlənməsinə  qarşı  çox  sərt  tələblər 
müəyyənləşdirib. ÜTT cərcivəsində danışıqların müzakirə obyektlərləri, o cümlədən 
kənd  təsərrüfatı  məhsulları  bazarına  cıxış  və  dövlətin  aqrar  sektora  dəstək 
tədbirləridir.  Bir  çoxları  ÜTT  cərcəvəsində  Kənd  Təsərrüfatı  üzrə  Razılaşmanı 
(Agreement  on  Agriculture  (AoA))  təşkilata  daxil  olma  zamanı  ölkələr  üçün  əsas 
müzakirə  predmeti  olduğunu  iddia  edirlər
8
.  Cünki  aqrar  sektor  ölkələrin  ərzaq 
təhlükəsizliyinin  və  kənd  əhalisinin  gəlirinin  təmin  edilməsi,  xarici  ticarətin 
strukturunun  müəyyən  edilməsində  və  təbii  ehtiyatların  bölüşdürülməsində  aparıcı 
rola  malik  olmaqla,  dünyada  bir  çox  ölkələr  üçün  milli  iqtisadiyyatın  “onurğa 
sütunlarından”  birini  təşkil  edir.  stənilən  dövlət  yaxud  tam  müxtariyətə  malik, 
həmçinin  ticarət  siyasətini  müəyyən  edən  sərbəst  gömrük  ərazisi  ÜTT-nın  üzvü  ola 
bilər. Ancaq bunun üçün təşkilatın üzv-ölkələrinin, Baş Katibliyinin (və ya Nazirlər 
Konfransının) üzvlərinin 2/3 səs coxluğunun razılığı lazımdır. Üzv olma prosesi dörd 
mərhələdən keçir:  
1.  ölkənin  ticarət  və  istisadi  siyasətinin  təsviri,  işci  qrupda  (working  party) 
ölkənin müraciətinə baxılması;  
2.  ilkin  mərhələ  üzrə  kifayət  qədər  irəlləyiş  əldə  olunandan  sonra  paralel 
olaraq müraciət edən ölkə və üzv-ölkələr arasında ikitərəfli danışıqlar prosesi başlayır 
(burada tariflər və bazara cıxış məsələləri, mal və xidmətlər üzrə siyasətlərə baxılır);  
3.  növbəti  mərhələdə,  ölkənin  üzv  olmasının  “qaralama”  şərtləri  (draft 
membership  terms)  hesabat  formasında  işci  qrup  tərəfindən  hazırlanır.  Burada 
üzvolma  razılaşmasının  “qaralaması”  (“üzv-olma  protokolu”)  və  gələcək  üzvün 
öhdəliklərinin siyahısı yer alır.  
4.  yekun  mərhələdə,  üzvlüyə  dair  qərar  qəbul  edilir.  Sənədlərin  final  paketi 
(hesabat,  protokol,  öhdəliklərin  siyahısı)  ÜTT-nin  Baş  Katibliyinə  və  ya  Nazirlər 
Konfransına təqdim edilir.  
                                                      
8
“World Trade Organization Agreement on Agriculture Basics” (Institute for Agriculture and Trade 
Policy, Sophia Murphy, 2003 


Ümumi  olaraq  təşkilatın  hədəfi  üzv  ölkələrdə  ticarətin  liberallaşdırılmasıdır. 
Bu  çərçivədə  ÜTT  üzv  ölkələrin  hökümətlərindən  azad  rəqabətə  maneə  ola  biləcək 
milli  iqtisadiyyatlara  müdaxilələrdən  çəkinməyə  cağırır.  Burada  söhbət,  dövlət 
dəstəyinin  aqreqasiya  olunmuş  tədbirlərindən  gedir  ("Aggregate  Measurement  of 
Support",  "AMS").  Dövlət  tərəfindən  kənd  təsərrüfatına  ayrılan  subsidiya  və  digər 
yardım haqqında məlumatı əks etdirən Kənd Təsərrüfatında Daxili Yardım və  xrac 
Subsidiyaları üzrə ÜTT Cədvəlinə əsasən, daxili yardımın həcmi kənd təsərrüfatında 
istehsal olunan illik məhsul həcminin dəyərinə nisbəti ilə ölçülür (“de minimis” hədd 
dərəcəsi  %-lə  ölcülür).  ÜTT  qaydalarına  görə  sarı  zənbilə  düşən  daxili  yardımın 
(subsidiya)  həcmi  inkişaf  etmiş  ölkələrdə  kənd  təsərrüfatında  istehsal  olunan  illik 
məhsul həcminin 5% -nə, inkişaf etməkdə olan ölkələrdə isə ən coxu 10%-nə bərabər 
ola  bilər.  Eyni  zamanda,  ÜTT  bir  sıra  siyasət  tədbirlərinin  icrasını  qadağan  etmir 
(yaşıl  zənbil).  Bura  ticarəti  təhrif  etməyən,  istehsal  üzrə  əsas  siyasət  meyarlarına 
cavab  verən  Razılaşmada  göstərilən  digər  tələbləri  nəzərə  alan  tədbirlər  aiddir. 
Paralel olaraq ÜTT istehsalı məhdudlaşdıran proqramlar üzrə həyata keçirilən birbaşa 
ödənişləri,  EOÖ-lərin inkişaf proqramlarının çərçivəsində KT-na və kənd ərazilərinə 
birbaşa və ya dolayı dəstək tədbirləri və s.Qeyd edək ki, Azərbaycan hələ 1997-ci ildə 
bu təşkilata üzv olmaq üçün müraciət edib. Lakin üzvlük üçün aktiv fəaliyyətə 2002-
ci ildə başlayıb. Azərbaycan 2009-cu ilin iyulundan daxil olma prosesinin demək olar 
ki,  3-cü  mərhələsindədir.  Müvafiq  işci  qrup  tərəfindən  hesabatın  ilkin  variantı 
hazırlanır. Azərbaycan höküməti ÜTT-yə “inkişaf etməkdə olan ölkə” ( EOÖ) statusu 
ilə daxil olmağı hədəfləyib. Bu status bizə bir sıra üstünlüklər verəcək: 
 -  ÜTT-nin  əksər  Sazişlərində  EOÖ-lərə  dair  xüsusi  yanaşmanı  əsaslandıran 
müddəalar  vardır  (diferensial  və  daha  əlverişli  rejim  (güzəştli  tariflər  və  s.)  təqdim 
olunması,  təşkilat  çərçivəsində  müəyyən  qərarlar  (antidempinq,  ticarətdə  texniki 
maneələr və s. üzrə) qəbul edilərkən  EOÖ-lərə xüsusi yanaşmanın olması)
9
;  
-  Təşkilatın  Sazişlərinin  tələblərinə  cavab  vermək  və  üzərlərinə  götürdükləri 
öhdəlikləri  yerinə  yetirmək  üçün  EOÖ-lərə  bir  qayda  olaraq  daha  uzun  müddət  və 
                                                      
9
GATT 1994-ün 37-ci maddəsi və 4-cü hissəsi, GATS-ın IV maddəsi, Diferensial və Daha Əlverişli 
Rejim haqqında ÜTT Sazişi (1979-cu il) (wto.az)
 


ə
lavə vaxt verilir;  
-  EOÖ-lərə  müxtəlif  xarakterli  yardım  və  köməkliklərin  (heyvan  və  bitki 
sağlamlığı  standartları,  texniki  standartlar,  telekommunikasiya  və  s.  ürzə) 
göstərilməsi;  
-  EOÖ-lərin  tədiyyə  balansı  ilə  əlaqədər  problemlərin  həllində  xidmətlərlə 
ticarətin məhdudlaşdırılmasından istifadə etmək imkanının verilməsi.  
-  Bu  ölkələrə  xarici  maliyyə  vəziyyətini  yaxşılaşdırmaq  və  iqtisadi  inkişaf 
proqramlarını reallaşdırmaq məqsədilə idxalı məhdudlaşdırmasına imkan verilir; 
-  ÜTT-nin  SPS,  TBT,  TR PS  və  s.  Sazişlərində  EOÖ-lərə  texniki  yardımlar 
göstərilməsinin nəzərdə tutulması və s. Beynəlxalq praktikada klassik kənd təsərrüfatı 
siyasəti  alətləri  kimi  vergilərdən,  müxtəlif  stimullaşdırma  vasitətlərindən  geniş 
istifadə  olunur.  Hansı  alətin  seçilməsindən  asılı  olmayaraq  siyasət  alətinin  tətbiqi  4 
ə
sas  tələbi  nəzərə  almalıdır:  siyasət  “vektoru”  arzuolunan  nəticəyə  mümkün  qədər 
yaxın  olmalı;  konkret  hədəf  qrupuna  “bağlanılmalı”;  bazar  davranışlarını  nəzərə 
almalı;  konkret  siyasət  alətindən  istifadə  edəcək  idarəetmə  səviyyəsi  (mərkəzi 
hökümət,  yerliözünüidarə)  dəqiq  müyyən  olunmalıdır.  Yəni,  dolayısı  ilə  burada 
həmçinin  aqrar  siyasət  alətinin  ünvanlı  olmasının  vacibliyindən  söhbət  gedir.  Misal 
üçün,  fermerlərin  (xüsusilə  də  Azərbaycan  şəraitində)  çox  vaxt  bazar  (marketinq) 
araşdırmaları aparmağa maddi imkanları olmur. Kanadada hər il aqrar siyasətin aləti 
kimi  Kənd  Təsərrüfatı  və  Ərzaq  Nazirliyi  fermerlər  üçün  nəzərdə  tutulan  ödənişsiz 
bazar  araşdırmaları  aparır  və  saytında  yerləşdirir  («An  Overview  of  the  Canadian 
Agriculture  and  Agri-Food  System»,  2009).  Yəni  burada  hökümətin  məramı  kiçik 
istehsalçı  seqmentinə  dəstəkdir  və  sözügedən  alət  məhz  bu  qrupu  ona  ünvanlanmış 
bazar araşdırmaları ilə təmin edir. Eyni zamanda, bir çox ölkələrin aqrar nazirlikləri 
fermer  sektorunun  illik  araşdırmalarını  həyata  keçirirlər  və  nəticələri  öz  saytlarında 
yerləşdirirlər. Məsələn, Yeni Zenlandiyanın Kənd Təsərüfatı və Meşələr Nazirliyi hər 
il  bu  cür  tədqiqatların  (o  cümlədən  subsektorial  tətqiqatların)  yekunlarını  veb-
resursunda yerləşdirir («Pastoral sector overview», 2009).  
Eyni  zamanda,  Ə T-nin  metodologiyasına  görə,  aqrar  siyasət  üzrə  qərarlar 
dərin  tədqiqatlara  əsaslanmalı,  hər  bir  maraqlı  tərəf  məlumatlandırılmalı,  onların 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə