Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/41
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14125
1   ...   8   9   10   11   12   13   14   15   ...   41

• 
stehsalın  bazar  tələblərinə  uyğun,  daxili  və  xarici  tələb  istiqamətində 
inkisaf etdirilməsi və istiqamətləndirilməsi; 
• 
xracın genişləndirilməsi və dünya ticarət sisteminə uyğunlaşdırılması; 
•  Cəmiyyətdə iqtisadi və siyasi tarazlıqların təmin edilməsi və qorunması; 
•  Təbii  resursların  qorunması  məqsədilə  tarazlı  və  ekologiyaya  uyğun 
infrastrukturun formalaşdırılması. 
Bununla  yanaşı  stabil  iqtisadiyyat  şəraitində  həyata  keçirilən  aqrar  siyasət 
tədbirləri  mövcud  aqrar  münasibətlərin  səmərəliliyini  artıraraq,  onların  daha  da 
inkişaf  etdirilməsinə  xidmət  edirsə,  keçid  iqtisadiyyatı  şəraitində  köhnə 
münasibətlərin tamamilə aradan qaldırılıb yeniləri ilə əvəz edilməsinə xidmət edir və 
bu köhnə daxilində ortaya  çıxaraq  tədricən  inkişaf  edən  yeni münasibətləri  mövcud 
buxovlardan  azad  etmək  və  ya  tamamilə  yenilərini  formalaşdırmaq  yolu  ilə  həyata 
keçirilir.  Bu  baxımdan  stabil  iqtisadiyyat  şəraitində  aqrar  siyasət  kənd  təsərrüfatı 
məhsullarının  qiymət  və  buraxılış  səviyyəsini  lazımı  həddə  saxlamaq,  onların 
sığortalanmasını  təmin  etmək,  dünya  bazarlarında  satışını  subsidiyalaşdırmaq,  aqrar 
təsərrüfatlara  xammal  yardımı  göstərmək,  torpaq  və  su  ehtiyatlarını  qorumaq,  aqrar 
elm sahəsində araşdırmaları genişləndirmək, fermerlərin kreditləşdirilmə məsələlərini 
həll  etmək  kimi  vəzifələri  yerinə  yetirsə  də,  keçid  iqtisadiyyatı  şəraitində  onun 
qarşısında aşağıdakı vəzifələrin yerinə yetirilməsi dayanır: 
1. Aqrar bazarın liberallaşdırılması: Aqrar sektorda istehsal olunan məhsulların 
və  istifadə  edilən  resursların  bölüşdürülməsində  komanda  iqtisadiyyatına  xas  olan 
dövlət  inhisarını  aradan  qaldıraraq  bu  funksiyanın  azad  bazarlara  ötürülməsini 
nəzərdə  tutur.  Əsas  tədbirləri  də  qiymətlərin  və  ticarətin  liberallaşdırılması,  kənd 
təsərrüfatı istehsalçı və istehlakçılarına olan subsidiyaların məhdudlaşdırlımasıdır. Bu 
zaman  dəyişən  qiymətlər,  gəlirlər  və  digər  monetar  kəmiyyətlər  istehsalçı  və 
istehlakçıların  bazar  qərarlarını  müəyyənləşdirən  əsas  faktora  çevrilməklə  ölkədə 
kənd  təsərrüfatı  istehsalı,  istehlakı  və  ticarətinin  həcm  və  strukturunun  daima 
dəyişməsinə səbəb olur; 
2.  Aqrar  sektorda  yeni  mülkiyyət  münasibətlərinin  formalaşdırılması:  Buraya 
dövlət  və  bələdiyyə  mülkiyyətində  olan  obyektlərin  müəyyənləşdirilməşi,  torpaq 


islahatı  və  onun  nəticəsində  dövlət,  bələdiyyə  və  xüsusi  mülkiyyətli  torpaqların 
ayrılması, meliorasiya və su təsərrüfatı müəssisələri üzərində mülkiyyət 
münasibətlərini  dəyişdirməklə  onlardan  istifadənin  mütərəqqi  formalarının 
təsbit olunması,  kənd  təsərrüfatı  emal  müəssisələrinin və  infrastruktur  obyektlərinin 
dövlətsizləşdirilməsi  və  özəlləşdirilməsi,  sosial  infrastruktur  obyektlərində  yeni 
mülkiyyət  münasibətlərinin  formalaşdırılması,  istehlak  kooperasiyalarının  islahatı 
kimi məsələlərin yerinə yetirilməsi aiddir; 
3. Aqrar təsərrüfatların restrukturizasiyası: Özəlləşdirmə və torpaq islahatı kimi 
tədbirlərlə  aqrar  təsərrüfatlarda  mülkiyyət  münasibətləri,  təşkilatlanma,  idarəçilik 
formalarının  və  istehsal  üsulunun  kökündən  dəyişdirilməsini  və  bununla  da 
səmərəliliyin  yüksəldilməsini  nəzərdə  tutur.  Bu  zaman  kolxoz  və  sovxozların 
bazasında  və  dövriyyəyə  cəlb  olunmuş  yeni  torpaqlar  üzərində  xüsusi  mülkiyyətli 
fermer  təsərrüfatları  və  yardımçı  təsərrüfatlar,  birgə  mülkiyyət  hüququna  əsaslanan 
müştərək  təsərrüfatlar,  kooperativlər,  səhmdar  cəmiyyətləri  və  dövlət  mülkiyyətinə 
ə
saslanan  dövlət  kənd  təsərrüfatı  müəssisələri  və  səhmdar  cəmiyyətlərinin 
yaradılması əsas məsələlərdəndir; 
4.  Aqrar  sektorda  kommersiya  infrastrukturunun  yaradılması:  Bazar 
orientasiyalı,  səmərəli  işləyən  kənd  təsərrüfatı  iqtisadiyyatının  ehtiyaclarını  ödəyən 
özəl  və  dövlət  institutlarının  və  ya  xidmətlərinin  yaradılmasından  ibarətdir.  Buraya 
aqrar  bank,  sığorta  və  digər  kredit  institutlarının,  bazar  informasiya  sistemlərinin, 
təchizat,  bölüşdürmə  və  satış  sistemlərinin,  bazar  subyektləri  arasında  yaranan 
münasibətləri  tənzimləyən  hüquq  infrastrukturunun  yaradılması  kimi  məsələlər 
daxildir; 
5.  Aqrar  bölmədə  dövlət  təminatı  sisteminin  yaradılması:  Aqrar  sektorda 
sosialist  dövlətinə  xas  olan  sərt  inzibati-amirlik  idarəetmə  sistemindən  bazar 
prinsiplərinə  əsaslanan  və  bütün  ölkələrə  xas  olan  aqrar  sektorun  dövlət  təminatı 
sistemini  özündə  birləşdirən  iqtisadi  idarəetmənin  yaradılmasını  nəzərdə  tutur.  Bu 
zaman aqrar infrastruktur müəssisələrinin inkişafı, bir sıra vergi güzəştləri və maliyyə 
yardımlarının  tətbiq  edilməsi,  aqrar  bazarın  tənzimlənməsi,  kənd  əhalisinin  social 
müdafiəsi,  aqrar  bölmə  mütəxəssislərinin  hazırlanması,  sektorun  elmi  təminatı  kimi 


məsələlər ön plana çıxır.  
 
 
 
1.3.    Aqrar sektorda davamlı inkişafın və aqrar münasibətlərin 
tənzimlənməsinin forma və metodları 
 
 
Araşdırmalar  göstərir  ki,  aqrar  sahədə  bazar  münasibətlərinin  formalaş-  ması 
obyektiv  zərurət  olmaqla,  qanunauyğun  prosesin  nəticəsidir.  Aqrar  sahədə  bazar 
münasibətləri çox mürəkkəb tərkib və quruluşa malik olmaqla özünəməxsus təşkilati-
iqtisadi  idarəetmə  mexanizminin  olmasını  tələb  edən  sahələr  və  müəssisələrarası 
istehsal-iqtisadi  inteqrasiya  əlaqələrinin  formalaşmasını  obyektiv  və  qanunauyğun 
zərurətə çevirən bir sistemdir. Bu sistem daxilində hər biri tam sərbəst hüquqi statusa 
malik  çoxsaylı  və  istiqamətli  təsərrüfatçılıq  formaları  mövcud  aqrar  sahəyə  vahid 
idarəetmə  obyekti  kimi  baxılmasının  zəruriliyini  təsdiq  edən  iqtisadi  amillərlə 
razılaşmaq  olmaz.  Aqrar  sahə  və  onun  tənzimlənməsinin  iqtisadi  mexanizmi 
mürəkkəb  iqtisadi  münasibətləri  əhatə  etdiyindən  yaranma  prosesi  və  inkişaf 
mərhələlərinə  nəzər  salınmasının,  onun  nəzəri  əsaslarının  hərtərəfli  öyrənilməsinin 
olduqca  mühüm  elmi  və  praktiki  əhəmiyyəti  vardır.  Tədqiqatlar  göstərir  ki,  bazarın 
öz ilkin və məhdud sərhədlərini aşması istehsal münasibətlərinin dəyişməsinin təsiri 
altında  baş vermişdir.  Problemə  qlobal  aspektlərdən  yanaşaraq  belə  qənaətə gəlmək 
olar ki, bazarın ilkin rüşeymləri erkən sinifli cəmiyyətin yaranmasına və ictimai əmək 
bölgüsünün  formalaşmasına  təsadüf  etmişdir.  Lakin  bütün  bunlar  heç  də  o  demək 
deyildir ki, bazar məhz erkən sinifli cəmiyyətdə formalaşaraq iqtisadiyyatın səmərəli 
və işlək mexanizminə çevrilmişdir. Bazarın formalaşma dövrünün başa çatması tarix 
etibarı  ilə  XVII  əsrin  ortalarına  təsadüf  edir.  Həmin  dövrdə  bazarın  formalaşması 
üçün zəruri olan tarixi ilkin şərait və zəruri infrastruktur, iqtisadi sistemin dominant 
qanunları  və  hakimiyyəti  altında  artıq  yaranmışdı.  Dünya  dövlətlərinin  təcrübəsi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə