Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/41
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14125
1   ...   9   10   11   12   13   14   15   16   ...   41

göstərir  ki,  postsosialist  iqtisadiyyatında  səmərəli  və  balanslaşdırılmış  bazar 
münasibətlərinin formalaşması və fəaliyyəti aşağıdakı meyarlarla şərtlənir
10
:  
-  ilk  növbədə  plüralizminin  yaradılması,  azad  rəqabətin  və  iqtisadi 
müstəqilliyin hakim mövqe tutması;  
- sərbəst qiymətqoyma mexanizminin formalaşdırılması, qiymətlərin istehsalçı 
və istehlakçı arasında qarşılıqlı razılaşmalar nəticəsində formalaşması;  
- maddi, əmək və maliyyə resurslarının sərbəst hərəkətinin təmin olunması;  
- bazar infrastrukturlarının səmərəli fəaliyyətinin təmin olunması;  
-  iqtisadiyyatın  bazar  və  qeyri-  bazar  sektorları  arasında  saxlanıImasında 
dövlətin təsir və tənzimlənmə vasitələrinə malik olması;  
-  milli  iqtisadiyyatın  beynəlxalq  iqtisadi  münasibətlərə  səmərəli  inteqrasiya 
olunması;  
-  cəmiyyətin  bütün  üzvlərinə  dövlət  tərəfindən  zəruri  sosial  təminatların 
yaradılması.  
Dünya  təcrübəsi  göstərir  ki,  iqtisadiyyatda  səmərəli  və  çevik  aqrar  bazarın 
formalaşdırılması  dövlətin  kənd  ləsərrüfatı  və  ərzaq  məhsullarına  olan  tələbatının 
xüsusi  mənbələr  hesabına  ödənilməsinə  imkan  verir.  qtisadiyyatda  inkişaf  etmiş 
aqrar  bazarın  formalaşdırılması  aqrar  sahənin  mövcud  vəziyyətindən  əhəmiyyətli 
dərəcədə  asılıdır.  Bu  amil  isə  bilavasitə  onunla  şərtlənir  ki,  bazarın  maddi  əsasını 
istehsal təşkil edir. Odur ki, aqrar bazarın formalaşdırılması və səmərəliliyinin yüksək 
olması  da  iqtisadiyyatın  aqrar  sahəsində  məhsul  istehsalının  həcmindən, 
dinamikasından  və  strukturundan  əhəmiyətli  dərəcədə  asılıdır.  Aqrar  bazar  müasir 
bazar  iqtisadiyyatının  ən  mühüm  tərkib  elementlə-  rindən  biri  hesab  edilir.  Aqrar 
bazar  əhatə  etdiyi  ərazi,  onun  təşkili,  formaları  və  qarşıya  qoyulan  konkret  məqsəd 
baxımından  müxtəlif  aspektlərdə  fəaliyyət  göstərir.  Belə ki,  müxtəlif  iqtisadi  sistem 
şə
raitində məhsul istehsalı, tədarükü, bazarın iqtisadi qanunlarının mahiyyəti və əsas 
tələbləri dəyişmir. Lakin fəaliyyət şəraitinin müxtəlifliyi baxımından onların təzahür 
formaları  da  müxtəlif  olur  və  bir-birindən  fərqlənir.  Apardığımız  araşdırmalardan 
belə  qənaətə  gəlmək  olar  ki,  aqrar  bazar  ölkə  iqtisadiyyatına  söykəndiyi  üçün  onun 
                                                      
10
 Nəsibova Xalsa  brahim qızı. Aqrar sahədə istehsalın inkişafının iqtisadi mexanizminin təkmilləşdirilməsi.  qtisad 
üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Gəncə – 2013 


təşkili  və  səviyyəsi  hər  bir  ölkədə  xalqın  əmək  vərdişlərindən,  aqrar  sahəyə 
münasibətindən,  şüurundan,  fərdiyyəçilik  və  kollektivçilik  ənənələrinin  kök 
salmasından  bilavasitə  asılıdır.  Aqrar  bazarın  formalaşdırılması  və  müvəffəqiyyətli 
inkişafında  ilkin  şərtlərdən  biri  bütövlükdə  milli  iqtisadiyyatda  onun  subyektlərinin 
yaradılması  və  obyektlərinin  genişləndirilməsidir.  Bunun  üçün  isə  bütövlükdə  milli 
iqtisadiyyatda  əmək,  kapital  və  torpaq  kimi  sərvətlərin  istehsal  amillərinin  düzgün 
bölgüsü  və  səmərəli  istifadəsi  xüsusi  əhəmiyyət  kəsb  edir.  Aqrar  sahənin  dövlət 
tənzimlənməsinə münasibət də aqrar islahatların gedişinə, onun son nəticələrinə təsir 
edən  əsas  amillərdəndir.  Belə  ki,  aqrar  sahə  digər  sahələrdən  fərqli  olaraq,  istər 
məhsul  istehsalında  və  məhsul  satışında,  istərsə  də  artıq  istehsal  şəraitində  dövlət 
himayəsi  və  yardımına  ehtiyacı  vardır.  Burada  dövlət  tənzimlənməsi  əsasən  kənd 
təsərrüfatı 
məhsulları 
istehsalının 
stimullaşdırılması, 
təsərrüfatlarının 
və 
kooperativlərin  gəlirlə  işləməsinin  təmin  olunması,  infrastrukturun  inkişafı,  ətraf 
mühitin mühafızəsi və s. tədbirlərdən ibarətdir. Kənd təsərrüfatında iqtisadi və hüquqi 
fəaliyyətin  bütün  istiqamətlərini  əhatə  edən  və  onu  tənzimləyən  qanunların  və 
normativ  aktların  mövcudluğu  da  zəruri  şərtlərdən  biridir.  Məhz  belə  qanunların 
ə
sasında kənd təsərrüfatının inkişafı, ayrı-ayrı kənd təsərrüfatı məhsullarının istehsalı 
və satışı müxtəlif iqtisadi mexanizmlər - vergi, kredit, büdcə təxsisatları, dotasiya və 
s.  vasitəsilə  stimullaşdırılır.  Hazırda  aqrar  siyasətin  başlıca  məqsədi  ölkənin  ərzaq 
təhlükəsizliyinı  təmin  etməkdən  ibarət  olmaqla,  həm  də  kənd  yerlərində  əhalinin 
yoxsul  təbəqələrinin  həyat  şəraitini  yaxşılaşdırmağa,  onların  məşğulluğunu  təmin 
etməyə,  daxili  bazarın  qorumasına,  əlverişli  xarici  əlaqələrin  qurulmasına,  emal 
sənayesi  müəssisələrinin  müxtəlif  kənd  təsərrüfatı  xammalına  olan  tələbatının 
ödənilməsinə  xidmət  etməlidir.  Buna  görə  də  ilk  növbədə,  ödənilməyən  ərzaq 
tələbatının  səviyyəsi  bərpa  edilməli,  istehsal  və  idxal  olunan  ərzaq  məhsullarının 
keyfiyyəti, əhalinin istehlak etdiyi ərzaq məhsullarının strukturu yaxşılaşdırılmalıdır. 
Aqrar  sahənin  hazırkı  vəziyyətində  ölkənin  maliyyə  sisteminin  əsaslı  və  sabit 
inkişafını təmin etmək üçün ilk növbədə məhsul istehsalını artırmaqla daxili bazarın 
fəaliyyətinin səmərəliliyinə nail olunmalıdır.  Bu isə  kifayət  qədər  maliyyə  vəsaitinə 
malik  olmayan  əmtəə  istehsalçılarına  dövlət  köməyini,  xüsusilə  onların  təsərrüfat 


fəaliyyətinin  aktivləşdirilməsində  son  dərəcə  əhəmiyyətli  olan  kredit  resurslarının 
istehsalçıların  iqtisadi  maraqları  nəzərə  alınmaqla  (güzəştli  kredit  faizlərinin  tətbiqi 
və  s.)  bu  istiqamətə  yönəldilməsini  tələb  edir.  Beynəlxalq  təcrübədə  aqrar  sahənin 
iqtisadi mexanizminin tərkib hissəsi olan iqtisadi vasitələrlə tənzimləmə vasitəsi kimi 
pul-kredit  sistemindən  istifadə  geniş  yer  tutur.  Onun  iqtisadi  mahiyyətini  pul 
tədavülünün  sabitləşdirilməsi,  kredit  faizlərinin  iqtisadi  proseslərin  istiqamətindən 
asılı  olaraq  müəyyənləşdirilməsi  və  s.  təşkil  edir.  Başqa  sözlə,  pul-kredit  vasitəsilə 
dövlətin iqtisadi tənzimləmə siyasəti iqtisadiyyatın müxtəlif sahələrinin kreditə olan 
tələbatının  və  ondan  səmərəli  istifadə  mexanizminin  hərəkətə  gətirilməsi  məqsədilə 
təklif  olunan  borc kapitalının  miqdarı  və qiymətini  (faiz  dərəcəsini)  əsaslandırmağa 
xidmət edir. 
Bəşəriyyətin  gələcəyinin  yalnız  davamlı  inkişaf  sayəsində  mümkünlüyünün 
dərk  olunması  müasir  dövlətlərin    yerinə  yetirdikləri  funksiyalarda  bəzi 
dəyişikliklərin  edilməsi  zərurətini  ortaya  çıxarmışdır.  Ən  əsas  dəyişikliklər  isə, 
ş
übhəsiz  ki,  dövlət  tənzimlənməsinin  daha  da  gücləndirilməsi,  bazar 
özünütənzimlənməsinin  meydana  gətirdiyi  qeyri-davamlılıq  təzahürlərinin  aradan 
qaldırılması,  o  cümlədən,  aqrar  sahəyə  dövlət  müdaxiləsinin  və  dövlət  qayğısının 
daha da gücləndirilməsi və digərləridir.  
Ölkənin iqtisadi təhlükəsizliyi, bütövlükdə isə, milli təhlükəsizliyin ən mühüm 
komponentlərindən  biri  olan  ərzaq  təhlükəsizliyi  məhz  aqrar  sahənin  inkişafı  və 
tənzimləmə  səviyyəsindən  asılıdır.  Bununla  yanaşı,  aqrar  sahədə  istehsalın  son 
nəticəsinin  daha  çox  təbii-iqlim  amillərinin  təsirindən  asılı  olmaqla  riskli  təbiətə 
malik  olması,  istehsal  dövrü  ilə  iş  dövrünün  üst-üstə  düşməməsi,  aqrar  sahənin  bir 
sıra  təbii  amillərlə  əlaqədar  olaraq  investisiya  və  kredit  qoyuluşlarından  kənarda 
qalması və az cəlbedici olması, aqrar sahədə rentabellik və gəlirlilik səviyyəsinin bir 
qayda  olaraq  iqtisadiyyatın  orta  göstəricisindən  aşağı  olması,  kənd  təsərrüfatı 
məhsularının  qiymətləri  ilə  sənaye  məhsullarının  qiymətləri  arasında  disparitetin 
mövcudluğu fəal dövlət tənzimlənməsinin zəruriliyini meydana gətirir.  
Aqrar iqtisadiyyatın dövlət tənzimlənməsini zəruri edən mühüm amillərdən biri 
də, bu sahənin təkcə əhalinin ərzaq, sənayenin isə xammalla təmin edilməsini həyata 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə