Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/41
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14125
1   ...   10   11   12   13   14   15   16   17   ...   41

keçirən  maddi  istehsal  sahəsi  olmayıb,  həmçinin  iqtisadi  fəal  əhalinin  çox  böyük 
hissəsinin  çalışdığı və məşğulluğa təminat verdiyi sahə olmasıdır.  
Araşdırmalar göstərir ki, aqrar sahənin davamlı inkişafı və onun formalaşması, 
eləcə  də  davamlı  aqrar  iqtisadiyyatın  qurulması  məsələləri  onun  tənzimləmə 
mexanizmlərinin  düzgün  təşkil  edilməsi  ilə  birbaşa  asılılıq  təşkil  edir.  Davamlı 
inkişafın  qarşıya  qoyduğu  strateji  məqsədlərin  əldə  olunması  prosesində  məhz 
tənzimləmə  mexanizminin  müxtəlif  təsir  rıçaqlarından  geniş  istifadə  edilir  və 
tənzimləmə  fəaliyyətinin  yekunları  bu  təsir  rıçaqları  ilə  bağlı  olur.  Bu  baxımdan, 
davamlı  inkişafın  dövlət  tənzimlənməsinin  öyrənilməsi  və  təhlili  böyük  elmi  və 
praktiki  əhəmiyyət  kəsb  edir.  Dövlətin  başlıca  funksiyalarından  biri  hesab  edilən 
dövlət    tənzimlənməsi  məsələsi,  tarixən  də  iqtisadçıların  və  ayrı-ayrı  dövlət 
xadimlərinin diqqət mərkəzində olmuşdur.  
Aqrar  sahənin  dövlət  tənzimlənməsinin  zəruriliyi  ilə  əlaqədar  irəli  sürülən 
fikirlərə  əsaslanaraq  bildirmək  istərdik  ki,  dövlət  tənzimlənməsinin  həyata 
keçirilməsinə başlamazdan əvvəl aqrar sahənin prioitet sahələri müəyyənləşdirilməli 
və  tənzimləmə  tədbirləri  məhz  həmin  sahələrdə  icra  olunmalıdır.  Davamlı  inkişafın 
məqsədləri baxımından aqrar sahənin əsas prioritetlərinə aşağıdakılar aid edilə bilər: 
aqrar  sahədə  davamlı  inkişafa  keçidin  əldə  olunması;  ərzaq  təhlükəsizliyinin  təmin 
edilməsi;  kənd  təsərrüfatı  istehsalının  dəstəklənməsi  və  səmərəli  proteksionizm 
siyasətinin  yürüdülməsi;  kənd  ərazilərində  infrastrukturun  inkişaf  etdirilməsi;aqrar 
sahədə  çalışan  işçilərin  gəlir  səviyyəsinin  respublika  üzrə  orta  göstəriciyə 
yaxınlaşdırılması;aqrar sahədə elmi-tədqiqat işlərinin sürətləndirilməsi və bu sahəyə 
dövlət  qayğısının  gücləndirilməsi;  ətraf  mühitin  mühafizəsi;  aqrar  sahədə  çalışan 
işçilərin bilik səviyyəsinin yüksəldilməsi; təmiz qida siyasəti və s. 
Təqdim  edilən  əsas  prioritetlərdən  də  göründüyü  kimi,  aqrar  sahədə  davamlı 
inkişafın təmin edilməsi qlobal və ümummilli məqsədlərə nail olmağı nəzərdə tutur 
və  ona  görə  də,  bu  işdə  dövlətin  rolu  xüsusilə  vacibdir.  Bu  vaciblik  məhz  onun 
qarşıya  qoyduğu  məqsədlərdə  əks  olunur.  Aqrar  sahənin  davamlı  inkişafının  dövlət 
tənzimlənməsində dövlətin əsas məqsədlərini, ilk növbədə iqtisadi, sosial və ekoloji 


məqsədlər  üzrə  qruplaşdırmaq  olar.  Bu  baxımdan  iqtisadi  məqsədlərə  aşağıdakıları 
aid etmək olar:  

iqtisadi  tənəzzülün  qarşısının  alınması  və  iqtisadi  artım  üçün  şəraitin 
yaradılması; 

iqtisadi  artımın  və  məşğulluğun  yüksək  və  stabil  səviyyəsinin  qorunub 
saxlanılması;  

resurslardan qənaətli istifadəyə keçid; kənd təsərrüfatı məhsulları bazarının 
formalaşdırılması və onun stabil fəaliyyətinin təmin edilməsi;  

haqsız  rəqabətin  və  inhisarçılığın  qarşısının  alınması;  rəqabətqabiliyyətli 
məhsul istehsalının təmin edilməsi;  

yerli istehsalçıların xarici iqtisadi fəaliyyətin mənfi təsirlərindən qorunması;  

real sektorda işgüzar fəallığın stimullaşdırılması;  

aqrosənaye  istehsalı  sferasının  maliyyələşmə  məsələsinin,  o  cümlədən 
kreditləşmə və sığorta probleminin həll edilməsi. 
Sosial  məqsədlər  qismində  əhalinin  həyat  səviyyəsinin  yüksəldilməsi  və 
yoxsulluğun azaldılması;  

hər  kəsin  ehtiyaclarının  daha  yaxşı  ödənilməsini  nəzərdə  tutan  sosial 
tərəqqinin əldə olunması;  

insanlar arasında sosial bərabərsizliyin və təbəqələşmənin azaldılması və ya 
minimuma endirilməsi;  

ə
halinin sosial xidmətlərə çıxışının təmin edilməsi və sosial infrastrukturun 
inkişaf etdirilməsi kimi amillər nəzərə alınır. 
Ekoloji məqsədlərə aiddir: 

bunlara ətraf mühitin səmərəli mühafizəsinin təmin edilməsi;  

ə
traf mühitin çirklənməsinin qarşısının alınması;  

insanların təmiz qida ilə təmin edilməsi;  

təbii resurslardan kortəbii istifadənin qarşısının alınması;  

ekoloci tarazlığın qorunub saxlanılması məsələləri aid edilir. 
Qeyd  edilən  məqsədlərə  çatmaq  üçün dövlətin  əlində  müxtəlif təsir imkanları 


vardır ki, onlar da dövlət tənzimlənməsinin ayrı-ayrı metodları vasitəsilə reallaşdırılır. 
qtisadi  ədəbiyyatda  iqtisadiyyatın  dövlət  tənzimlənməsinin  metodları  həyata 
keçirilmə üsullarına görə birbaşa (inzibati) və dolayı (iqtisadi) metodlara bölünür. 
Bazar iqtisadiyyatına keçid iqtisadiyyatın bütün sferalarında olduğu kimi aqrar 
sahənin  tənzimlənməsinin  də  yeni  forma  və  metodların  işlənib  hazırlanmasını  və 
həyata keçirilməsini zəruri edir. Bu zaman azad bazarın əsas atributları olan istehsal 
azadlığı, qiymət azadlığı, xüsusi mülkiyyət prioritet olmaqla mülkiyyət formalarının 
müxtəlifliyi,  azad  rəqabət,  müqavilə,  əmək  növünü seçib isləmək,  fəaliyyətdən  əldə 
olunan  gəlirin  xərclənməsi,  mülkiyyət  əldə  etmək  və  informasiya  əldə  etmək 
azadlıqları, iqtisadiyyata dövlət müdaxiləsinin minimumlaşdırılması kimi prinsiplərin 
gözlənilməsi  ilə  yanaşı  aqrar  sektorda  dövlətin  proteksionist  fəaliyyətinin  həyata 
keçirilməsi prinsipi də təmin edilməlidir. 
Birbaşa  metodlar  dövlətin  inzibati-imperativ  xarakterinə  əsaslanmaqla  aqrar 
münsibətlərin tənzimlənməsinə birbaşa müdaxiləni nəzərdə tutur. Məs, aqrar sektorda 
bəzi  fəaliyyətlərin  həyata  keçirilməsi  üçün  dövlət  tərəfindən  tətbiq  edilən 
lisenziyalaşdırma mexanizmi kimi. 
Beləliklə,  yuxarıda  qısa  xarakterizə  etiyimiz  tənzimlənmə  üsul  və 
mexanizmlərinin aqrar sektorda necə həyata keçirildiyinə diqqət yetirək. 
Aqrar  sahədə  münasibətlərin  tənzimlənməsində  istifadə  edilən  əsas 
mexanizmlərdən  biri  mülkiyyət  və  sahibkarlıq  münasibətləri  üzrə  tətbiq  edilən 
normativ-hüquqi  aktların  qəbul  edilməsidir.  Təsərrüfatdaxili  və  təsərrüfat  xarici 
olmaqla  iki  böyük  münasibətlər  blokunu  özündə  birləşdirən  aqrar  münasibələr 
sisteminin tənzimlənməsi zamanı normativ-hüquqi aqtların qəbulundan geniş istifadə 
edilir.  Xüsusilə  keçid  iqtisadiyyatı  şəraitində  bu  sahədə  qəbul  olunmuş  normativ  - 
hüquqi  aqtlar  həyata  keçirilən  transformasiya  prossesinin  həm  vasitəsi  (tənzimləmə 
aləti),  həm  də  bir  növ  nəticəsi  rolunda  çıxış  edir.  Belə  ki,  qəbul  edilən  hər  bir  yeni 
normativ-hüquqi aqt və ya ona edilmiş əlavə və dəyişikliklər bir tərəfdən yeni iqtisadi 
münasibələrin formalaşmasına xidmət edirsə, digər tərəfdən inkişaf edən yeni iqtisadi 
münasibətlər  sistemi  yeni  normativ  aqtların  qəbulunu  və  ya  onlarda  müəyyən 
dəyişiklik  edilməsini  zəruri  edir.  Bu  zaman  normativ-hüquqi  aktların  tənzimləmə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə