Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/41
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14125
1   ...   13   14   15   16   17   18   19   20   ...   41

mexanizmlərindən  biri  kimi  çıxıs  edir.  Çünki  bu  investisiyalar  həyata  keçirilərkən 
lazım olan bir sıra əmtəə və xidmətlər dövlət kontrakt sistemi çərçivəŞində dövlət və 
ya  özəl  bölmə  müəssisələri  ilə  bağlanmış  müqavilələr  vasitəsilə  təmin  edilir.  Bu 
zaman ən geniş yayılmış mexanizmlərdən biri də tenderlərin keçirilməsidir. 
Bu  baxımdan  aqrar  sahədə  dövlət  investiŞsiyaları  suvarma  sistemlərinin 
inkişafı,  meliorasiya-irriqasiya  işlərinin,  enerji  təminatının  yaxşılaşdırılması,  təbii 
fəlakətlərin  qarşısının  alınmasına  və  ya  onun  nəticələrinin  aradan  qaldırılmasına 
yönələn  tədbirlərin,  karantin  xidmətinin,  ölkədə  mövcud  qida  standartlarının  təyin 
edilməsi  və  onların  inkişaf  etdirilməsi  ilə  bağlı  tədbirlərin,  aqrar  elmin  inkişafı,  bu 
sahədə  elmi  araşdırmaların  aparılması  işlərinin,  fermerlərin  maariflənməsi  üçün 
informasiyasistemlərinin genişləndirilməsi kimi bir sıra ictimai xarakterli tədbirlərin 
həyata keçirilməsi istiqamətlərinə yönəldilir. 
Bazar iqtisadiyyatı şəraitində aqrar bölmənin tənzimlənməsi prossesində dövlət 
sahibkarlığı  mexanizminin  də  mühüm  rolu  vardır.  Dövlət  mülkiyyətli 
müəssisələrininhəyata  keçirdikləri  dövlət sahibkarlığı  əsasən  aqrar  sektora  yönəlmis 
yardım siyasətinihəyata keçirməkdə instutsional vahidlər kimi çıxış edirlər. Bunların 
tərkibinə müxtəlif istiqamətli infrastruktur xidmətlərini həyata keçirən müəssisələrlə 
yanaşı,  həyatakeçirilən  dövlət  siyasətinə  uyğun  yaradılmış  aqrar  sektoru  kreditlə, 
xammal  vəyanacaqla  təmin  edən,  onlara  anbarlaşdırma  xidməti  göstərən,  kənd 
təsərrüfatıməhsullarını  təyin  edilmiş  qiymətlərlə  tədarük  edib,  sonradan  müxtəlif 
bazarlardareallaŞdıran dövlət tədarük müəssisələri kimi qurumlar daxildir. 
Bazar  iqtisadiyyatı  şəraitində  aqrar  sahə  də  daxil  olmaqla  perespektivə 
yönəlmis  iqtisadi  idarəetmə  komanda  iqtisadiyyatında  olduğu  kimi  direktiv 
planlaşdırmaya deyil, strateji-indiqativ plan, proqnoz və proqramlaraəsaslanır. Məhz 
bu  mexanizmlərdən  istifadə  edilməsi  dövlətə  imkan  verir  ki,  bazar  iqtisadiyyatının 
mürəkkəb,  dəyiskən  və  bəzi  hallarda  qeyri-müəyyən  xarakterini  nəzərə  alaraq  aqrar 
sektorda iqtisadi prossesləri öz nəzarəti altında saxlasın və onların gələcək inkişafını 
yönləndirsin.  
 
 


FƏS L 2.  AZƏRBAYCANRESPUBL KASINDA AQRAR SEKTORUN  
DAVAMLI  NK ŞAFININ FORMALAŞMASININ MÖVCUD VƏZ YYƏT  VƏ 
BU  ST QAMƏTDƏ HƏYATA KEÇ R LƏN DÖVLƏT S YASƏT N N ƏSAS 
ST QAMƏTLƏR  
 
 
2.1   Azərbaycanda aqrar sektorun davamlı inkişafının tənzimlənməsinin iqtisadi 
mexanizminin mövcud vəziyyətinin təhlili 
 
Son illər Azərbaycanda qeyri-neft sektoruna göstərilən yüksək diqqətin nəticəsi 
kimi  iqtisadiyyatın  aparıcı  sahələrindən  olan  aqrar  sahə  keyfiyyətcə  yeni  inkişaf 
mərhələsinə qədəm qoymuş, respublikanın ərzaq təhlükəsizliyinin təmini prosesində 
mühüm  nailiyyətlər  əldə  olunmuşdur.  Bu  da  təsadüfi  deyildir  -  Azərbaycan 
Respublikasında  bazar  iqtisadiyyatı  sisteminə  transformasiya  prosesi  aqrar  sahədən 
başlamış, kənd təsərrüfatında 90-cı illərin əvvəllərindən özünü kəskin şəkildə büruzə 
verən  tənəzzül  meyilləri  dayandırılmış,  iqtisadi  artıma  və  inkişafa  nail  olunmuşdur. 
Artıq kənd təsərrüfatında inkişaf göstəriciləri elə bir həddədir ki, Azərbaycan bu sahə 
üzrə  əksər  məhsulları,  o  cümlədən,  taxıla  olan  tələbatı  yerli  istehsal  hesabına  tam 
ödəməkdədir.  Ərzaq  təhlükəsizliyi  baxımından  isə,  bu,  olduqca  mühüm  nailiyyət 
hesab edilir. Ölkə Prezidenti  lham Əliyevin dediyi kimi: "Biz aqrar sektorun inkişafı 
istiqamətində  bütün  imkanlarımızı  səfərbər  etməklə  yanaşı,  kənd  təsərrüfatı 
istehsalçılarından  da keyfiyyətli  məhsul, mütərəqqi  təsərrüfatçılıq vərdişləri,  yüksək 
işgüzarlıq və təşəbbüskarlıq gözləyirik. Kənd təsərrüfatı yalnız iqtisadi fəaliyyət növü 
deyil.  O,  həm  həyat  tərzi,  həm  də  xalqımızın  uzun  illərdən  bəri  yaratdığı 
təsərrüfatçılıq ənənəsidir". 
Bildiyiniz  kimi,  bu  gün  aqrar  sahədə  aparılan  uğurlu  siyasətin  ən  mühüm 
nəticələrindən  biri  də  Azərbaycanın  bir  sıra  strateji  məhsullara,  o  cümlədən,  taxıla 
olan  tələbatının  yerli  istehsal  hesabına  tam  ödənilməsidir.  O  da  xüsusi  olaraq  qeyd 
edilməlidir  ki,  kənd  təsərrüfatı  məhsulları  istehsalçılarına  verilən  yardımlar,  texnika 
və  gübrə  alınmasına  edilən  güzəştlər  nəticəsində  taxıl  əkinlərinin  sahəsi 
genişləndirildi.  Kənd  təsərrüfatı  istehsalçılarına  dövlət  yardımının  gücləndirilməsi 


məqsədilə dövlət başçısı  lham Əliyev 2007-ci il 23 yanvar tarixdə "Kənd təsərrüfatı 
məhsulları  istehsalçılarına  dövlət  dəstəyi  haqqında"  Sərəncam  imzalayıb.  Prezident 
lham Əliyevin 25 avqust 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-
ci  illərdə  Azərbaycan  Respublikasında  əhalinin  ərzaq  məhsulları  ilə  etibarlı 
təminatına  dair  Dövlət  Proqramı"  isə  qarşıdakı  illərdə  respublikanın  ərzaq 
təhlükəsizliyinin  təmin  edilməsi  baxımından  böyük  önəmə  malikdir.  Bu  proqram, 
demək olar ki, aqrar sahənin strateji xəttini tam müəyyənləşdirib. 
Azərbaycan  üçün bu  gün  ən  mühüm  məqsədlərdən biri  iqtisadiyyatın neftdən 
asılılığını aradan qaldırmaq və iqtisadi inkişafın kənd yerlərinə daha çox yayılmasını 
təmin  etməkdir.  Azərbaycan  iqtisadiyyatında  kənd  təsərrüfatı  neft  və  tikinti 
sahələrindən sonra üçüncü ən iri sahə olmaqla iş yerləri ilə təminatda ən böyük pay 
sahibidir (son illər üzrə kənd təsərrüfatı sahələrində bütün məşğul əhalinin təxminən 
40%-i, neft sektorunda isə cəmi 1%-i işləyirdi). Eyni zamanda bu sahə həm də kənd 
yerlərində  yoxsulluğun  azaldılmasına  əsaslı  təsir  edən  sahədir.  1995-ci  ildən  uğurla 
həyata  keçirilən  aqrar  islahatlar  nəticəsində  ölkə  iqtisadiyyatında  bazar 
münasibətlərinin  qurulmasına,  torpaq  və  əmlakdan  səmərəli  istifadə  edilməsi,  aqrar 
bölmənin sahə strukturunun təkmilləşdirilməsi, sahibkarlığın formalaşmasına, kəndin 
simasınının  dəyişdirilməsinə  ciddi  təsir  göstərmişdir.  Kənd  təsərrüfatının  sosial  və 
sahəvi  tərkibində  əsaslı  dəyişikliklər  baş  vermişdir.  ri  təsərrüfat  formalarının 
ə
vəzində  müxtəlif  mənsubiyyətli  çoxsaylı  təsərrüfat  subyektləri  yaradılmış,  geniş 
miqyaslı  özəlləşdirmə  siyasətinə  uyğun  olaraq,  kənd  təsərrüfatına  yararlı  torpaq 
sahələri,  mal-qara,  istehsal  və  qeyri-istehsal  obyektləri,  kənd  təsərrüfatı  texnikası 
üzərində dövlət mülkiyyət forması fərdi (şəxsi) mülkiyyətlə əvəz edilmişdir. 2013-cü 
ildə  kənd  təsərrüfatı,  ovçuluq  və  meşə  təsərrüfatı  sahəsində  yaradılan  məhsulun 
dəyəri  3057,8  milyon  manat,  2012-ci  ildə  isə  2813,7milyon  manat  olmuş,müvafiq 
olaraqyaradılmış  əlavə  dəyərin  ÜDM-də    xüsusi  çəkisi  2013-cü  ildə  5,3%,  2010-cu 
ildə isə 5,1% təşkil etmişdir. 
 
 
 
  Cədvəl 2.1
11
 
                                                      
11
 Cədvəl Azərbaycan Dövlət Statistika Komitəsinin materialları əsasında hazırlanmışdır 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə