Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/41
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14125
1   2   3   4   5   6   7   8   9   ...   41

istiqamətlərinin, həmçinin forma və metodlarının tədqiqi; 
4.  Dövlətin  aqrar  siyasətininəsas  istiqamətlərinin  və  vəzifələrinin 
müəyyənləşdirilməsi; 
5.  Aqrar  sektorda  həyata  keçirilən  iqtisadi  islahatlar  strategiyasinin  əsas 
xüsusiyyətlərininmüəyyənləşdirilməsi; 
6.  Aqrar  sahənin  davamlı  inkişafının  iqtisadi  tənzimlənmə  mexanizminin 
mövcud vəziyyətinin kompleks təhlili; 
7.  Azərbaycan  Respublikasında  aqrar  sektorun  inkişafının  müasir 
vəziyyətinin  kompleks  təhlili  həyata  keçirilməsi  və  Azərbaycandaaqrar  sektorun 
davamlı inkişafın tənzimlənməsinin əsas istiqamətlərinin tədqiqi 
8.  Aqrar  sektorun  davamlı  inkişafının  tənzimlənməsi  mexanizminin  hüquqi 
təminatının  mövcud  vəziyyətinin  tədqiqi  və  qiymətləndirilməsi,  Azərbaycan 
Respublikasında reallaşdırılan aqrar islahatların hüquqi təminatının təkmilləşdirilməsi 
istiqamətlərinin tədqiqi 
Tədqiqatın informasiya bazasını mövzu ilə əlaqədar ekspertlərin araşdırmaları, 
dövlət  hakimiyyəti  və  idarəetmə  orqanlarının,  xüsusilə  də  Dövlət  Statistika 
Komitəsinin  aqrar  sektorun  vəziyyətinin  təhlilini  həyata  keçirmək  üçün  geniş 
statistikməlumatları,  Azərbaycan  Respublikası  qtisadi  nkişaf  Nazirliyinin  və  Kənd 
Təsərrüfatı  Nazirliyinin,  həmçinin  aqrar  sahədə  fəaliyyət  göstərən  qeyri-hökumət 
təşkilatlarının  məlumatları,  tədqiqat  mövzusu  üzrə  elmi  araşdırmalar  və  digər  elmi 
ə
dəbiyyatlar,  beynəlxalq  təşkilatların  işçi  materialları  və  sənədləri  və  normativ 
materiallar, bir sıra konfransların sənədləri təşkil etmişdir.  
 
Qarşıya  qoyulan  məsələlərin  həllinə  nail  olmaq  üçün  müqayisəli  təhlil, 
statistik,  səbəb  –  nəticə,  funksional,  məntiqi,  struktur,  qruplaşdırma  və 
müşahidə,həmçininölkənin  aqrar  sahəsinin  davamlı  inkişafının  tənzimlənməsinin 
hüquqi mexanizminin tədqiqi ilə bağlı digər metodları istifadə edilmişdir.  şin nəzəri 
–  metodoloji  bazasını  keçid  şəraitində  dövlətin  iqtisadiyyata  müdaxiləsinin 
transformasiyası,ölkə  iqtisadiyyatında  aqrar  sektorla  bağlı  reallaşdırılan  iqtisadi 
islahatlar,  onların  xüsusiyyətləri,  strategiyası  və  iqtisadi-hüquqi  mexanizmi,aqrar 
sahənin  davamlı  iqtisadi  inkişafının  təmin  edilməsi,  onun  tənzimlənməsi  və  hüquqi 


təminatı  istiqamətlərinin  tədqiqi  ilə  bağlı  alimlərin  tədqiqatları,  elmi  yanaşmalar  və 
konseptual  aparat,  bu  sahədə  yerli  və  xarici  iqtisadçı  ekspertlərin  əldə  etdikləri 
nəticələr,  beynəlxalq  təşkilatların  aparıcı  mütəxəssislərinin  tədqiqatları  təşkil 
etmişdir.  
Tədqiqatın  praktiki  əhəmiyyəti  onun  aqrar  sahənin  tənzimlənməsi  və  aqrar 
islahatların  reallaşdırılmasıprosesində,  həmçininaqrar  sektorun  davamlı  inkişafının 
təmin  edilməsi  və  onun  tənzimlənməsi,  həmçinin  aqrar  sektorun  davmlı  inkişafının 
hüquqi  təminatı  mexanizminin  işlənilməsizamanı,  eləcə  dəbu  proseslərin    hüquqi 
təminatının  təkmilləşdirilməsi  ilə  bağlı  məsələlərdə  bəzi  müddəaların  tətbiqinin 
mümkünlüyü ilə, həmçinin müəllif tərəfindən araşdırılan məsələlərin “ qtisadiyyatın 
dövlət  tənzimlənməsi”,  “ qtisadiyyatın  hüquqi  tənzimlənməsi”,  “ qtisadi  hüquq”, 
“Regionların  sosial-iqtisadi  inkişafının  tənzimlənməsi”,  “Region  iqtisadiyyatının 
hüquqi  tənzimlənməsi”  kimi  fənn  istiqamətlərinin  tədrisində  köməkçi  material  kimi 
istifadə  edilə  bilməsi  ilə  bağlıdır.  Dissertasiyanın  materialı  həm  ölkədə,  həm  də 
kənarda  aqrar  sektorun  tənzimlənməsinin  hüquqi  təminatı  mexanimi  və  bu  sahədə 
reallaşdırılan  iqtisadi  islahatların  strategiyasının  öyrənilməsi  ilə  məşğul  olan 
subyektlər,  iqtisadiyyatın  hüquqi  tənzimlənməsi,  region  iqtisadiyyatı  və  aqrar 
iqtisadiyyat  məsələlərinə  aidiyyəti  olan  ali  təhsil  müəssisələrinin  tələbələri  üçün  
maraq kəsb etməlidir. 
 Tədqiqatın elmi yeniliyi. Müəllif tərəfindən əldə edilən tədqiqat nəticələri elmi 
yeniliyin növbəti elementləri ilə səciyyələnir: 
-  milli  iqtisadiyyatın  davamlı    inkişafının  təmin  edilməsində  aqrar  sektorun 
rolu əhatəli şəkildə  müəyyənləşdirilmişdir; 
-  ölkə 
iqtisadiyyatının 
aqrar 
sektorunda 
bazar 
münasibətlərinin 
formalaşdırılmasının iqtisadi məzmunu araşdırılmışdır; 
-  aqrar  sektorda  formalaşan  münasibətlərin  dövlət  tənizmlənməsinin  əsas 
istiqamətləri, həmçinin forma və metodları tədqiq edilərək müəyyənləşdirilmişdir; 
-  dövlətin  aqrar  siyasətininəsas  istiqamətləri  və  vəzifələri  tədqiq  edilərək 
müəyyənləşdirilmiş və aqrar sahədə həyata keçirilən iqtisadi islahatlar strategiyasinin 
ə
sas xüsusiyyətləri müəyyənləşdirilmişdir; 


-  aqrar 
sektorun 
davamlı 
inkişafının 
iqtisadi 
tənzimlənmə 
mexanizmininnəticələri təhlil edilərək qiymətləndirilməsi aparılmışdır; 
-  aqrar  sahədəformalaşan  münasibətlərin  tənzimlənməsi  mexanizminin 
hüquqi təminatı araşdırılmış, qüvvədə olan aqrar qanunvericilik aktlarının reallığı əks 
etdirmə səviyyəsi nəzərdən keçirilmişdir; 
-  aqrar sektorda formalaşan münasibətlərin hüquqi tənzimlənməsinin mövcud 
vəziyyətin tələblərinə uyğun təkmilləşdirilməsinin zəruriliyi əsaslandırılmışdır. 
Dissertasiyanın  strukturu  giriş,  üç  fəsil,  nəticə  və  təklifdən  ibarətdir. 
Dissertasiyanın  birinci  fəsli  “Aqrar  sahənin  davamlı  inkişafının  mahiyyəti  və  onun 
tənzimlənməsinin  konseptual  əsasları”  adlanır.  Bu  fəsildə“Davamlı  inkişaf” 
anlayışının  mahiyyəti  araşdırılmış,aqrar  sahənin  davamlı  inkişafının  obyektiv 
zəruriliyi  və  özünəməxsus  xüsusiyyətləri  göstərilmiş,  aqrar  sektorda  davamlı 
inkişafın  və  aqrar  münasibətlərin  tənzimlənməsinin  forma  və  metodları  öyrənilmiş, 
dövlətin aqrar siyasətinin mahiyyəti və vəzifələri geniş tədqiqi edilmişdir.
 
Dissertasiyanın  ikinci  fəsli  adlanır:  “Azərbaycanda  aqrar  sahənin  davamlı 
inkişafının tənzimlənməsi mexanizminin mövcud vəziyyəti və aqrar sektorda həyata 
keçirilən  iqtisadi  islahatlar  strategiyasının  əsas  xüsusiyyətləri”.  Bu  fəsildə 
Azərbaycanda aqrar sektorun inkişafının müasir vəziyyətinin kompleks təhlili həyata 
keçirilmiş,  aqrar  sahənin  davamlı  inkişafının  iqtisadi  vasitələrlə  tənzimlənməsinin 
mövcud  vəziyyətinin  təhlili  aparılmış  və  aqrar  sektorda  həyata  keçirilən  iqtisadi 
islahatlar strategiyasinin əsas xüsusiyyətləri müəyyənləşdirilimişdir. 
Dissertasiyanın  “Azərbaycan  Respublikasında  aqrar  sektorun  davamlı 
inkişafının tənzimlənməsi mexanizminin hüquqi təminatı və onun təkmilləşdirilməsi 
istiqamətləri” adlı üçüncü fəslində aqrar sektorda formalaşan münasibətlərin və aqrar 
sektorun  davamlı  inkişafının  tənzimlənməsi  mexanizminin  hüquqi  təminatı 
məsələlərinin  təhlili  həyata  keçirilmiş,  Azərbaycan  Respublikasında  aqrar  sektorun 
davamlı  inkişafın  tənzimlənməsinin  və  reallaşdırılan  aqrar  islahatların  hüquqi 
təminatının təkmilləşdirilməsi istiqamətləri geniş şəkildə tədqiq edilmişdir. 
 
Tədqiqatın  sonunda  nəticə  və  təkliflər  çıxarılmış,  istifadə  olunan  ədəbiyyat 
siyahısı və resurslar geniş təqdim edilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə