Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/41
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14125
1   ...   30   31   32   33   34   35   36   37   ...   41

tənzimlənməsində  yuxarıda  adları  çəkilən  normativ  sənədlərlə  yanaşı  növbəti 
göstərilən sənədlər də aqrar sektorun tənzimlənməsində olduqca mühüm aktlar hesab 
edilir:  
-  Azərbaycan  Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyinin 02  may  2012-ci  il 
tarixli 04Q nömrəli qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı bitkiləri toxumçuluğu 
ilə  məşğul  olan  hüquqi  və  fiziki  şəxslərin  attestasiyadan  keçirilməsi  və  toxum 
istehsalçılarının reyestrinə daxil edilməsi barədə Əsasnamə”də dəyişikliklər edilməsi 
haqqında 09.07.2012-ci il tarixli qərarı; 
-  Azərbaycan  Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyi  yanında  Dövlət 
Fitosanitar  Nəzarəti  Хidməti,  Respublika  Nəzarət  Toksikologiya  laboratoriyası 
tərəfindən göstərilən pullu xidmətlərin tarifləri barədəAzərbaycan Respublikası Tarif 
(Qiymət) Şurasının 2006-cı il 29 iyun tarixli iclasının qərarı;  
-  Azərbaycan  Respublikasının  Kənd  Təsərrüfatı  Nazirliyi  yanında  Dövlət 
Fitosanitar  Nəzarəti  Xidməti  tərəfindən  göstərilən  xidmətlərin  tariflərinin 
tənzimlənməsi  barədə  Azərbaycan  Respublikası  Tarif  (Qiymət)  Şurasının2007-ci  il 
26 iyul tarixli qərarı; 
-  Azərbaycanda  aqrar  sahədə  idarəçiliyin  təkmilləşdirilməsi  və  aqrar  elmin 
inkişaf  etdirilməsi  ilə  bağlı  Xüsusi  Komissiyanın  yaradılması  barədə  Azərbaycan 
Respublikası Prezidentinin 03 may 2011-ci il tarixli Sərəncamı; 
-  “Arıçılıq haqqinda” Azərbaycan Respublikasının qanunu (14 aprel 2009-cu 
il); 
-  “Pambıqçılıq  haqqinda”  Azərbaycan  Respublikasının  qanunu  (11  may 
2010-cu il); 
-  “Ekoloji  təmiz  kənd  təsərrüfati  haqqında”  Azərbaycan  Respublikasının 
Qanunu (13 iyun 2008-ci il); 
-  "Ekoloji  təmiz  kənd  təsərrüfatı  haqqında"  Azərbaycan  Respublikasının 
Qanunu  ilə  bağlı  bəzi  normativ  hüquqi  aktların  təsdiq  edilməsi  barədəAzərbaycan 
Respublikası Nazirlər Kabinetinin Qərarı (8 yanvar 2009-cu il); 
-  “Kənd 
təsərrüfatı 
məhsullarının 
istehsalçılarına 
ə
kin 
sahəsinin 
becərilməsində  istifadə  etdiyi  yanacaq  və  motor  yağlarına  görə  dövlət  büdcəsinin 


vəsaiti  hesabına  yardımın  verilməsi  Qaydaları”nın  və  “Aqrolizinq”  Açıq  Səhmdar 
Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının 
istehsalçılarına  mineral  gübrələrin  güzəştlə  satılması  Qaydaları"nın  təsdiq  edilməsi 
barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı; 
-  Kənd  təsərrüfatı  məhsulları  istehsalçılarının  toxum,  gübrə  və  damazlıq 
heyvanları  ilə  təmin  edilməsinə  əlavə  dəstək  verilməsi  barədə  Azərbaycan 
Respublikası Prezidentinin 21 avqust 2008-ci il tarixli Sərəncamı. 
Bu  gün  Azərbaycan  Respublikasında  aqrar  müqavilə  münasibətlərini 
tənzimləyən  və  bu  münasibətlərin  hüquqi  əsasını  təşkil  edən  ən  əsas  qanunvericilik 
aktı  Mülki  Məcəllədir.  Bu  məcəllədə  müqavilə  münasibətləri  ilə  bağlı  bütün 
müddəalar, müqavilələrin formaları, onların zəruri şərtləri və s. əks olunmuşdur. 
Aqrar  sahədə  antiinhisar  fəaliyyətinin  hüquqi  əsaslarının  təhlili  göstərir  ki, 
aqrar sahədə xüsusi önəm daşıyan digər bir problem inhisarçılıqdır. Çünki inhisarçılıq 
bazar  iştirakçıları  arasında  qeyri-bərabər  şərait  və  imkanlar  yaradaraq,  onların 
hüquqlarının  pozulmasına  yol  açır.  Bunun  üçün  mütləq  dövlətin  tənzimləyici 
funksiyasının həyata keçirilməsinə ehtiyac yaranır.  
Xatırladaq  ki,  hazırda  inhisarçılığa  və  inhisar  fəaliyyəti  subyektlərinə  qarşı 
dövlət  siyasəti  «Antiinhisar  fəaliyyəti  haqqında»  və  «Təbii  inhisarlar  haqqında», 
«Haqsız  rəqabət  haqqında»  qanunlarla,  eləcə  də  «Razılaşdırılmış  antiinhisar 
siyasətinin  həyata  keçirilməsi  haqqında»  MDB  ölkələri  arasında  imzalanmış 
müqavilə ilə və digər normativ hüquqi aktlarla tənzimlənir.  
Beləliklə,  aqrar  qanunvericiliyin  mövcud  vəziyyəti  qiymətləndirilərkən  qeyd 
edilməlidir ki, aqrar hüququnun hazırki vəziyyəti bu sahədə yaranan iqtisadi, sosial, 
təşkilati  və  digər  münasibətləri  ümumiləşmiş  şəkildə  əks  etdirməklə  qarşıya 
qoyulmuş  strateji  məqsədlərə  qismən  nail  olunmasına  imkan  versədə  bu  sahədə 
mümkün təkmilləşmələrin həyata keçirilməsizəruridir.  
 
3.2  Azərbaycan Respublikasında aqrar sektorun davamlı inkişafının 
tənzimlənməsinin və reallaşdırılan aqrar islahatların hüquqi təminatının 
təkmilləşdirilməsi istiqamətləri 


 
Azərbaycanda  aqrar  siyasətin  iqtisadi  və  qeyri-iqtisadi  vasitələrə  əsaslanan 
tənzimləmə  mexanizmlərinin  formalaşdırılması  prosesi  çox  mühüm  əhəmiyyətə 
malikdir.  Çünki  bazar  iqtisadiyyatına  keçid  prosesini  yaşayan  bir  çox  ölkələr  kimi 
Azərbaycanda  da  transformasiya  şəraitində  iqtisadiyyatın  tənzimlənməsi  ilk  vaxtlar 
“bazar  hər  şeyi  həll  edir”devizi  altında  yalnız  bazar  mexanizminin  ixtiyarına 
buraxılmışdır.  Bu  baxımdan  biz  sanki  “Roma  Papasından  da  katolik  olmağı” 
özümüzə  borc  sayaraq,  hətta  ən  liberal  bazar  prinsiplərinin  mövcud  olduğu  ölkələr 
qədər də aqrar sektora zəruri dövlət müdaxiləsi etməmişik. “Bu maksimalist yanaşma 
nəticəsində bütün iqtisadi və siyasi proseslərin əsas təşkilatçısı və koordinatoru olan 
dövlət ölkənin kənd təsərrüfatının işlək və səmərəli tənzimlənmə siyasətindən qismən 
uzaqlaşmış  və  onun  aqrar  bölmənin  inkişafına  müdaxiləsi  məhdudlaşmışdı.  Daha 
doğrusu,  dövlətin  funksiyası  əsas  etibarilə  bazar  mexanizminin  qanunvericilik  və 
təşkilati-idarəetmə bazasının yaradılması ilə bitmiş sayılmışdı. Ona görə də təsadüfi 
deyildir  ki,  keçid  dövründə  torpağın  və  istehsal  vasitələrinin  özəlləşdirilməsi, 
qiymətlərin  liberallaşdırılması,  subsidiyaların  və  dövlət  satınalmalarının  tamamilə 
ləğv  edilməsi  aqrar  sektorun  mövcud  durumunu  pisləşdirmiş,  kənd  təsərrüfatı 
istehsalçılarının  maliyyə  fəaliyyətlərinin  zərərlə  başa  çatdırılmasına  gətirib 
çıxarmışdır” ((S.Salahov (2002)). 
Hökumətin  iqtisadi  vasitələrə  əsaslanan  tənzimlənmə  mexanizmlərinin 
formalaşdırılması prosesi ilk dəfə “1999-2000-ci illərdə Azərbaycan Respublikasında 
aqrar  islahatların  dərinləşdirilməsi  və  kənd  təsərrüfatında  sahibkarlığın  inkişafına 
kömək göstərilməsinə dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilmişdir. Belə 
ki,  1999-cu  ildə  hökumət  kənd  təsərrüfatı  məhsullarının  istehsalçılarına  neft 
məhsullarının  (yük  avtomobilləri  üçün  benzin,  dizel  yanacağı  və  motor  yağlarının) 
güzəştli qiymətlərlə satışı barədə qərar qəbul etdi. Lakin, həm mütəxəssislərin, həm 
də elə bütün ictimaiyyətin yekdil rəyinə görə bu siyasət lazımi effekt vermədi. Çünki, 
birincisi,  güzəştli  qiymətlərlə  satılması  nəzərdə  tutulan  yanacağın  həcmi  müvafiq 
ehtiyaclarla müqayisədə az idi.  kincisi, güzəştli qiymətlərlə satılması nəzərdə tutulan 
yanacaq əksər hallarda təyinatından uzaqlaşdırılırdı. Bununla da, istehsalçıların çoxu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə