Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/41
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14125
1   ...   27   28   29   30   31   32   33   34   ...   41

üçüncü məqsədi isə ətraf mühitin və təbii qaynaqların (resursların) mühafizəsidir. Bu 
məqsədlərə çatmaq üçün təhsil səviyyəsinin artması, kadrlardan və texnologiyalardan 
effektiv şəkildə istifadə olunması vacibdir. 
Hər bir hüquq sahəsinin olduğu kimi, aqrar hüququnun da öz hüquqi mənbələri 
mövcuddur.  Hüququn  digər  sahələrindən  fərqli  olaraq  aqrar  hüququnun  mənbələri 
üçün  xarakterik  olan  mühüm  cəhət  ondan  ibarətdir  ki,  orada  meydana  gələn 
münasibətləri  nizamlamaq  üçün  nəzərdə  tutulan  normativ  hüquqi  aktlar,  əsasən  bu 
sahə  üçün  nəzərdə  tutulmuşdur.  Aqrar  sahənin  davamlı  inkişafının  hüquqi 
ə
saslarından  danışarkən  bildirmək  istərdik  ki,  hər  hansı  bir  sahənin,  fəaliyyət 
sferasının hüquqi əsasları dedikdə, dar mənada həmin sahədə normal fəaliyyəti təmin 
edən  ayrı-ayrı  qanunvericilik  normaları,  geniş  mənada  isə,  bu  sahədə  tənzimləmə 
funksiyalarını  realizə  etməyə  imkan  verən  hüquqi  baza  başa  düşülür.  Hüquqi  baza 
rolunda  konstitusiya,  bundan  əlavə,  aqrar  sahənin  fəaliyyətini  tənzimləyən  qanunlar 
və  qanun  qüvvəli  aktlar,  ölkənin  qoşulduğu  konvensiya  və  sazişlər,  ölkələrarası 
müqavilələr,  lokal  aktlar  və  digər  normativ  hüquqi  aktlar  çıxış  edir.  Aqrar  sahənin 
davamlı inkişafının hüquqi bazasını da, məhz bu ierarxik sistemin elementləri təşkil 
edir və bu ierarxiyanın zirvəsində, əlbəttə ki, konstitusiya dayanır. Ona görə də, aqrar 
sahənin  davamlı  inkişafının  mövcud  hüquqi  bazasını  təşkil  edən  davamlı  inkişaf 
hüququnun əsas mənbəyi kimi konstitusiya qəbul edilir. Konstitusiya birbaşa hüquqi 
qüvvəyə malik olmaqla, qanunvericilik sisteminin əsasını təşkil edir.  
Konstitusiyada  aqrar  sahənin  formalaşmasının  və  inkişafının    ilkin  şərtləri  ən 
ümumi halda təsbit olunmuşdur. Konstitusiyada mülkiyyət, rəqabət, iqtisadi inkişaf, 
azad  sahibkarlıq  və  digər  hüquqlara  ən  yüksək  səviyyədə  və  ümumi  halda  dövlət 
tərəfindən  təminat  verilmişdir.  Belə  ki,  Konstitusiyanın  13-cü  maddəsi  mülkiyyətin 
toxunulmaz olduğunu və dövlət tərəfindən müdafiə olunduğunu, mülkiyyətin dövlət, 
bələdiyyə və xüsusi mülkiyyət kimi 3 növə bölündüyünü; 15-ci maddəsi Azərbaycan  
dövlətinin  bazar  münasibətləri  əsasında  iqtisadiyyatın  inkişafına  şərait  yaratdığını, 
iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermədiyini təsbit edir.  
Aqrar  sahənin  hüquqi  əsaslarının  təhlilinin  həyata  keçirərkən  təhlil  prosesi 
aqrar  münasibətlər  və  aqrar  sahənin  aparıcı  sahələri  üzrə  həyata  keçirilməlidir;  o 


cümlədən:  kənd  təsərrüfatı  müəssisələrinin  təşkilatı–hüquqi  statusu;  vətəndaşların 
şə
xsi yardımçı təsərrüfatlarının və ailə təsərrüfatlarının hüquqi tənzimlənməsi; aqrar 
sahədə  koopersiya  əlaqələrinin  hüquqi  tənzimlənməsi;  aqrar  sahənin  dövlət 
tənzimlənməsinin  hüquqi  əsasları;  aqrar  sahədə  müqavilə  münasibətləri  və  onların 
hüquqi  əsasları;  aqrar  əmək  münasibətlərinin  hüquqi  rejimi;  aqrar  sahədə 
maliyyələşmə  məsələlərinin  hüquqi  tənzimlənməsi;  aqrar  sahədə  antiinhisar 
fəaliyyətinin hüquqi əsasları; aqrolizinq fəaliyyətinin hüquqi tənzimlənməsi. 
Aqrar  sektorda  hüquqi  tənzimlənmənin  icazə,  göstəriş  və  qadağanmetodları 
müvafiq  şəkildə 
seçilirək 
tətbiq 
edilir. 
Aqrar  münasibətlərin 
hüquqi 
tənzimlənməsində  icazə  xarakterli  metodlar  dedikdə  qanunla  qadağan  olunmayan 
istənilən  iqtisadi  fəaliyyət  və  əməliyyatın  yolverilənliliyi  prinsipi  nəzərdə  tutulur. 
Bazar iqtisadiyyatında qadağanxarakterli metodlara o qədər üstünlük verilməsə də bir 
sıra  ictimai  təhlükəli  və  ictimai  mənafeyə  zərbə  vuran  fəaliyyət  və 
ə
məliyyatlarqanunverici  tərəfindən  qadağan  edilərək  sanksiyalaşdırılır.  Məs,  aqrar 
sektorda  əksər  bitkilərin  əkib  -  becərilməsi  sərbəst  olduğu  halda,  narkotik  maddə 
istehsalında  istifadə  edilən  bir  sıra  bitkilər  üzrə  bu  hüquq  məhdudlaşdırıla  və  ya 
qadağan  edilə  bilər.Aqrar  sahibkarlıqda  hüquqi  tənzimlənmənin  göstəriş  xarakterli 
metodları  isə  özünü  əsasən  təsərrüfatdaxili  və  dövlət  orqanları  ilə  yaranan 
münasibətlərinin tənzimlənməsində göstərir. 
Aqrar  sahibkarlıqda  təsərrüfatın  idarə  edilməsi  ilə  bağlı  yaranan  təşkilati 
idarəçilik  münasibətləri  də  müəyyən  hüquqi  normalar  əsasında  həyata  keçirilir. 
Buzaman  idarəçilikdə,  şəffaflıq,  cavabdehlik,  demokratiklik  kimi  prinsiplər  üzrə 
onunrəhbər  orqanlarının  formalaşdırılması,  təsisçilər  və  payçıların  idarəetmədə 
iştirakı,  ali  idarəetmə  orqanları  ilə  törəmə  müəssisələr,  filiallar  arasındakı 
münasibətlərin  hüquqi  tənzimi  kimi  məsələlər  ön  plana  çıxır  və  bu  prossesdə 
təsərrüfatdaxili normativ aktlar da böyük rol oynayır. 
Aqrar  sahənin  inkişafından  söz  düşərkən,  ilk  növbədə,  Azərbaycanda  həyata 
keçirilən  torpaq  islahatını  vurğulamaq  lazımdır.  Ulu  Öndər  Heydər  Əliyevin  adı  ilə 
bağlı  olan  islahatlar  nəticəsində  sovet  dövründən  qalan  kolxoz  və  sovxozlar  ləğv 
olundu, torpaqlar əsil sahiblərinə - kəndlilərə verildi, inkişafa təkan ola biləcək yeni 


qanunlar qəbul olundu. Ölkədə neft sektorunda əldə edilən uğurlarla bir vaxtda aqrar 
sektorda  tarixi  əhəmiyyətli  bir  sənəd  -  "Torpaq  islahatı  haqqında"  qanun  qəbul 
olundu. 1 mln 250 min hektara qədər olan torpaq kəndlilərə verildi. Azərbaycanda bu 
gün yaşayan 3 mln 500 min əhali - 875 min ailədə birləşən bu insanların artıq torpağı 
var.  Parlamentin  yarandığı  ilk  illərdən,  yəni  1995-ci  ildən  bu  günə  qədər  qəbul 
etdiyimiz qanunların sayı 56-dır. Bununla yanaşı, 15 saziş qəbul edilib. Qəbul edilmiş 
qanunlara  dəyişiklik  və  əlavələrin  sayı  isə  30-dur.  Ümumiyyətlə,  bu  gün  aqrar 
sektorda  elə  bir  sahə  yoxdur  ki,  həm  çərçivə  qanunu,  həm  də  məcəllə  qanunu 
olmasın.[Eldar  brahimov:  "Artıq  kənd  təsərrüfatında  inkişaf  göstəriciləri  elə 
bir  həddədir  ki,  Azərbaycan  bu  sahə  üzrə  əksər  məhsulları,  o  cümlədən,  taxıla 
olan 
tələbatı 
yerli 
istehsal 
hesabına 
tam 
ödəməkdədir" 
14.08.2012. 
http://sia.az/az/news/health/307984-aqrar-sektorun-inkisafina-dovlet-desteyi-siyaseti-
davamli-xarakter-alib]  
Ölkədə  aqrar  islahatların  aparılmasına  18  fevral  1995-ci  ildə  qəbul  olunan 
“Aqrar  islahatların  əsasları  haqqında”  qanunun  qəbulu  ilə  start  verilmişdir.  Aqrar 
bölmədə aparılan islahatların əsas istiqamətlərini, onların hüquqi təminatını müəyyən 
edən  və  bu  sahədə  qəbul  ediləcək  normativ-hüquqi  aqtlar  üçün  əsas  sayılan  bu 
qanunu  diqqətlə  nəzərdən  keçirdikdə  görürük  ki,  ölkədə  aparılacaq  aqrar  islahatlar 
aşağıdakı 3 istiqamti əhatə edəcəkdir:aqrar sektorda yeni mülkiyyət münasibətlərinin 
qurulması;aqrar sektorda çoxnövlü təsərrüfat formalarının yaradılması;aqrar sektorda 
dövlət təminatı sisteminin yaradılması. 
Məhz  bu  istiqamətlərdə  islahatların  aparılması  məqsədilə  “Aqrar  islahatların 
ə
sasları haqqında” qanununun ardınca 18 fevral 1995-ci ildə “Sovxoz və kolxozların 
islahatı haqqında” və 16 iyul 1996-ci ildə “Torpaq islahatı haqqında” islahatlarınəsas 
sütunlarını  təşkil  edən  qanunların  qəbulu  ilə  yanaşı  “Dövlət  torpaq  kadastrı, 
torpaqların  monitorinqi  və  yerqurluşu  haqqında”(22  dekabr  1998),  “Kənd 
təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”(18 iyun 2002), “Meliorasiya və 
irriqasiya  haqqında”(5  iyun  1996),  “Sovxozlarn,  kolxozların  və  kənd  təsərrüfatı 
məhsullarının  istehsalı  ilə  məşğul  olan  digər  hüquqi  və  fiziki  şəxşlərin(emal 
müəssisələrindən başqa) vergi borclrının silinməsi haqqında” (26 mart 1999),“Torpaq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə