Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə27/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   23   24   25   26   27   28   29   30   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

60 


təqdim edilsin. Əgər siz artıq tanış olan insanlara suvenir verirsinizsə, nəzə-

rə almaq lazımdır ki, onlar üçün məhz nəyi qəbul etmək xoş olacaqdır. Hə-

diyyələrin  təkrarlanmasına  yol  verməmək  lazımdır  (təkcə  spirtli  işçilərdən 

başqa). Təkrar hədiyyə etiketin ciddi olaraq pozulması hesab olunur.  

Rəsmi  görüşlərdə  hədiyyələr,  həmçinin  şəxsi  münasibət  ifadəsinə  də 

malik olmalıdır. Həmçinin hər zaman onların kimə təqdim ediləcəyini dəqiq 

olaraq təsəvvür etmək lazımdır. Əgər, misal üçün, siz firmanın prezidentinə 

vitseprezidentə  verdiyiniz  hədiyyəni  təqdim  etsəniz,  bu,  təhqir,  ən  yaxşı 

halda sizin naşılığınız kimi qiymətləndiriləcəkdir.  

Hədiyyələri nəzakətlə, xoş sözlər, qısa istəklər və ya zarafat müşayiəti 

ilə təqdim etmək lazımdır. Bu zaman meyara riayət etmək çox mühümdür. 

Hətta əgər vəsaitlər imkan verirsə belə, partnyorları arzuolunmaz vəziyyətə 

düşürməmək üçün həddən artıq bahalı şeylər vermək düzgün deyil.  ş hədiy-

yənin gözəlliyində yox, onu təqdim etdiyiniz niyyətdə, sizin hisslərinizin sə-

mimiliyindədir.  Hədiyyə  seçimi  onu  verməyə  hazırlaşdığınız  tərəflə  sizin 

aranızdakı münasibətlərin xarakterilə müəyyən olunmalıdır.  

Təkcə nəzakətlə hədiyyə vermək yox, həm də nəzakətlə hədiyyə qəbul 

etməyi  də  bacarmaq  lazımdır.  Bir  çox  insanlar  nə  üçünsə  hesab  edirlər  ki, 

hədiyyə alarkən sevinc ifadə etmək yersizdir. Onlar hədiyyəni alan kimi onu 

açmadan  uzaq  bir  küncə  qoyurlar.  Bu,  əlbəttə  ki,  hədiyyə  seçərkən  sizin 

haqqınızda düşünmüş insanlara qarşı sayğısızlıqdır (hörmətsizlikdir). Yaxşı 

olar ki, hədiyyə verilən kimi onu verənə təşəkkür edilsin, o açılsın, içərisinə 

baxılsın və verənin zövq və diqqətini qiymətləndirərək ona bir daha minnət-

darlıq bildirilsin. Maddi dəyərindən  asılı olmayaraq bütün hədiyyələri  eyni 

diqqətlə qəbul etmək lazımdır.  

Hədiyyədən  yalnız  o  zaman  imtina  etmək  olar  ki,  onu  qəbul  etmək 

ə

dəbsizlikdir  və  ya  hədiyyə  o  qədər  dəyərlidir  ki,  bu,  sizi  onu  verən  qar-



ş

ısında  borclu  kimi  hiss  etdirir.  Lakin  hədiyyəni  qəbul  etməkdən  imtina 

edərkən  də  bunu  nəzakətlə  etmək  lazımdır.  Diqqətə  görə  minnətdarlıq  bil-

dirmək və imtinanı mümkün olduqca yumşaq bildirmək lazımdır. Qəti olun, 

həmin hədiyyəni başqa danışıqlardan sonra qəbul etməyin.  

Bəxşişlər hər yerdə və hər zaman verilmir. Bəxşişlər sizin xahişinizlə, 

xidmət  göstərilməsinin  adi  qaydası  və  ya  proqramla  nəzərdə  tutulmayan 

xidmətlər  göstərilərkən  mütləqdir.  Belə  hallarda  bu,  xidmətlərə  görə  adi 

ödənişdir (misal üçün, sizin üçün taksi çağırmış qapıçıya verilən bəxşiş).  

Bəxşişin  başqa  bir  növü  xidmətlərə  görə  əlavə  ödənişdir.  Sizə  qəzet 

gətirən dəhlizçiyə, siz qəzetin pulunu ödəyirsiniz və üstəlik onun dəyərinin 

10-20%-i  həcmində  bəxşiş  verirsiniz.  Başqa  bir  misal.  Tutaq  ki,  sizə  gecə 

qonaqlar gəlmişdir. Sizin istəyinizlə ofisiant nömrənizə içki gətirir. Bu halda 

ona  da  içkinin  dəyərinin  10-20%-i  həcmində  bəxşiş  vermək  lazımdır. 

Restoran  və  barlarda  ofisiantlara,  taksi  sürücülərinə,  qarderobçu  və 

daşıyıcılara bəxşiş vermək tövsiyə olunur.  




Бизнесин тяшкили вя идаря едилмяси 

61 


V FƏS L.  ŞGÜZAR ÜNS YYƏT N  

TƏŞK L  

 

5.1.  şgüzar söhbətlərin aparılması 

 

Təşəbbüskar  insanların  sahibkarlıq  fəaliyyəti  təcrübəsi  və  uğurlu  iş-

güzar söhbətlər aparmaq bacarığı heç də həmişə kifayət qədər olmur. Bu da 

onların  işgüzar  fəallığını  əhəmiyyətli  dərəcədə  aşağı  salır.  Buna  görə  də 

işgüzar söhbətlərin aparılması qaydasını öyrənmək çox vacibdir.  

“ şgüzar söhbət” anlayışı dedikdə, xidməti müşavirə və sadəcə olaraq 

maraqlı  şəxslərin  işgüzar  danışığı  başa  düşülür.  şgüzar  söhbət  ən  əlverişli 

və  çox  vaxt  həmsöhbətin  sizin  mövqeyinizin  əsaslı  olmasına  inandırmağın 

yeganə imkanı kimi çıxış edir.  şgüzar söhbət aşağıdakı funksiyaları yerinə 

yetirir: 

- bir işgüzar mühitdən olan işçilərin qarşılıqlı ünsiyyəti; 

-  ideya  və  fikirlərin  birgə  axtarışı,  irəli  sürülməsi  və  operativ  işlənib 

hazırlanması; 

- artıq başlanmış tədbirlərə nəzarət və onların koordinasiyası; 

- işgüzar təmasların dəstəklənməsi; 

- işgüzar fəallığın stimullaşdırılması.  

ş

güzar söhbətin xalis praqmatik effekti vacib deyil. O, intellektual im-



kanların  genişlənməsinə  və  mühüm  idarəetmə  qərarlarının  qəbulu  zamanı 

söhbət iştirakçılarının kollektiv əqlinin aкtivləşdirilməsinə şərait yaradır.  

ş

güzar söhbətlərin aparılmasının əsas mərhələləri aşağıdakılardır: ha-



zırlıq  tədbirləri,  söhbətin  başlanğıcı,  iştirak  edənlərin  məlumatlandırılması, 

irəli sürülən müddəaların müzakirəsi və söhbətin yekunlaşdırılması.  

ş

güzar söhbətə hazırlıq sxeminin aşağıdakı variantı vardır: planlaşdır-



ma,  material  toplanması  və  onun  işlənməsi,  toplanmış  materialın  təhlili  və 

onun redaktəsi.  

Planlaşdırma  mərhələsində  müzakirə  olunacaq  mövzu  və  baş  tutacaq 

işgüzar söhbətin mümkün iştirakçıları müəyyənləşdirilir.  

ş

güzar  söhbətlərin  aparılması üçün materialın toplanması zəruri in-



formasiya mənbələrinin (şəxsi təmaslar, məruzələr, elmi-tədqiqatlar, nəşrlər, 

rəsmi məlumatlar və s.) axtarılmasını nəzərdə tutur. Toplanmış materialların 

həcmi  söhbət  iştirakçılarının  ümumi  məlumatlılıq  və  peşəkarlıq  sə-

viyyəsindən və müzakirə olunacaq problemə yanaşma tərzindən asılıdır.  

Toplanmış  məlumatlar  sistemləşdirilir,  sonra  nəzərdən  keçiriləcək  ən 

mühüm  faktlar  ayırd  edilir.  şlənmiş  və  sistemləşdirilmiş  material  biznes-

planın bölmələri üzrə düzülür.  

ş

güzar söhbətlərin aparılması, hazırlığın yekun mərhələsi, mətnin re-



daktə edilməsi, onun yekun olaraq cilalanması və sona çatdırılmasıdır. 


Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə