Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə28/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   24   25   26   27   28   29   30   31   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

62 


Söhbətin başlanğıc mərhələsinin vəzifələri aşağıdakılardır: 

- həmsöhbətlə təmаsın qurulması; 

- işçi atmosferin yaradılması; 

- aparılacaq işgüzar danışığa diqqətin cəlb edilməsi. 

Söhbətin başlanğıc mərhələsinin psixoloji əhəmiyyəti vardır. Həmsöh-

bətlər  adətən  danışığın  başlanğıcında  daha  diqqətli  olurlar.  Çünki  onların 

sizə və söhbətə qarşı münasibətləri məhz ilk ifadələrdən asılıdır.  lk sözləri 

ifadə edərkən gülümsəsəniz pis olmaz. Gülümsəmə işgüzar münasibətlərdə 

xeyirxahlıq mühiti yaradır və danışıqların uğurlu aparılmasına şərait yaradır.  

Söhbətin başlanğıcında həmsöhbətin adını düzgün çəkmək, öyrənmək 

və  mütləq  yadda  saxlamaq,  sonra  ona  tez-tez  adı  ilə  müraciət  etmək  çox 

faydalıdır, bu hər zaman yaxşı təəssürat yaradır.  

Söhbətə başlamanın dörd üsulu mövcuddur. 

Gərginliyin  aradan  qaldırılması  üsulu

  şəxsi  təmasların  qurulmasına 

imkan yaradır. Belə ki, iştirakçılar arasında soyuqluğun aradan qaldırılması, 

səmimi  gülməyə  səbəb  olan  zarafat  ilkin  gərginliyi  azaltmağa  da  kömək 

edir.  

Qarmaq üsulu

 situasiyanı və ya problemi söhbətin mövzusu ilə əlaqə-

ləndirərək qısa şəkildə icmalını verməyə və bu  “qarmaqdan” söhbətin baş-

lanğıcı üçün ilkin nöqtə kimi istifadə etməyə imkan verir. Bu məqsədlə hər 

hansı  kiçik  hadisədən,  müqayisədən,  şəxsi  təəssüratdan,  lətifə  və  ya  qeyri-

adi sualdan uğurla istifadə etmək olar.  



Təsəvvür oyununun stimullaşdırılması üsulu

 söhbətin başlanğıcında bir 

sıra problemlər üzrə nəzərdən keçirilməli olan çoxlu sayda sualların qoyul-

masını nəzərdə tutur.  



Birbaşa  yanaşma  üsulu

  hər  hansı  çıxış  etmədən  bilavasitə  işin  mü-

zakirəsinə keçidi nəzərdə tutur. Bu, sxematik olaraq aşağıdakı kimi görünür: 

qısa  formada  söhbətin  aparıldığı  səbəblər  çatdırılır,  ümumi  məsələlərdən 

xüsusi məsələlərə sürətlə keçilir və söhbətin mövzusuna başlanılır. Bu me-

tod əsas etibarı ilə qısamüddətli və o qədər də mühüm olmayan işgüzar söh-

bətlərə, məsələn, müdirin tabeliyində olanlarla görüşlərinə uyğun gəlir.  

ş

tirakçıların  məlumatlandırılması  zamanı  verilən  informasiya  məlu-



matları dəqiq, aydın, peşəkar cəhətdən düzgün və mümkün qədər əyani ol-

malıdır.  Həmçinin  iştirakçılara  informasiyanın  mənbəyi  və  etibarlılığı  gös-

tərilir.  

Həmsöhbətə  suallarla  müraciət  etmək  lazımdır  və  nəzərə  almaq  la-

zımdır  ki,  işgüzar  münasibətlərdə  şəxsi  təsir  müstəsna  rol  oynayır.  ştirak-

çılara sual verərkən özünüzü onların yerinə qoymağa çalışın və onları nəyin 

maraqlandıra  biləcəyi,  nə  ilə  razılaşa  biləcəkləri  və  razılaşa  bilməyəcəkləri 

haqqında düşünün.  




Бизнесин тяшкили вя идаря едилмяси 

63 


Məlumatlandırma  prosesində  həmsöhbətlərin  iradlarından  qorxmaq 

lazım deyil. Bu iradlar o deməkdir ki, həmsöhbət sizi fəal şəkildə dinləyir, 

sizin çıxışınızı izləyir, dəlilləri diqqətlə yoxlayır və hər şeyi düşünür.  

rəli  sürülən  müddəaların  əsaslandırılması  mərhələsində  ilkin  fikirlər 

formalaşır,  sizin  və  həmsöhbətinizin  müəyyən  mövqeyi  yaranır.  Sübutlar 

vasitəsilə həmsöhbətin mövqeyini tam və ya qismən dəyişmək, ziddiyyətləri 

yüngülləşdirmək,  irəli  sürülən  fikirləri  tənqidi  cəhətdən  qiymətləndirmək 

lazımdır.  

Ə

gər  siz  həmsöhbətinizi  incitmədən  tənqid  etmək  istəyirsinizsə,  baş-



qalarının  analoji  səhvlərini  birbaşa  yox,  dolayı  yolla  misal  göstərin  və  ya 

ə

vvəlcə  öz  səhvləriniz  barədə  danışın.  Əsaslandırmanın  inandırıcı  olması 



üçün aşağıdakı qaydaya riayət etmək lazımdır: 

-  sübutları  öz  həmsöhbətinizin  şəxsiyyətinə  uyğunlaşdırın.  Faktların 

sadəcə  olaraq  sadalanmasına  yol  verməyin,  bunun  yerinə  sizin  həmsöhbə-

tinizi maraqlandıran faktlardan çıxan üstünlük və ya nəticələri ifadə edin; 

-  həmsöhbətə  aydın  olan  terminologiyadan  istifadə  edin,  çünki  əks 

halda  siz,  nəinki  onu  inandırmayacaqsınız,  həm  də  onun  əhval-ruhiyyəsini 

onunla korlayacaqsınız ki, o, sizin əsaslandırmanızı başa düşmək iqtidarında 

olmayacaqdır; 

- unutmayın ki, həddən artıq inandırıcılıq həmsöhbət tərəfindən müqa-

vimətə səbəb olur, xüsusən də əgər o, təbiətcə aqressivdirsə; 

- əsaslandırmanı mürəkkəbləşdirən ifadələrdən uzaq olun.  

Söhbətin  yekunlaşdırılması  mərhələsində  aşağıdakı  məsələlər  həll 

edilir: 

- əsas məqsədə nail olunması; 

- əlverişli mühitin təmin edilməsi; 

-  həmsöhbətin  nəzərdə  tutulmuş  fəaliyyətlərin  yerinə  yetirilməsinə 

stimullaşdırılması; 

- həmsöhbətlə gələcəkdə təmasların dəstəklənməsi; 

Söhbətin  yekunlaşdırılması  zamanı  onun  ən  mühüm  aspektlərinin  bir 

daha  təkrarlanmasına  yol  vermək  olmaz.  Söhbətin  yekununda  çox  vaxt  bir 

ə

sas fikir üstünlük təşkil etməlidir.  



Yekun  bütün  söhbətin  yazılması  əsasında  tərtib  edilir.  Bu  yazı  çox 

mühüm sənəd olub aşağıdakıları özündə ehtiva edir: 

- iştirak edənlərin soyadları, adları, atalarının adları və vəzifələri; 

- söhbətin aparılma tarixi və yeri; 

- söhbətin davamiyyət müddəti; 

- söhbətin kimin təşəbbüsü ilə baş tutduğu.  

Aparılan  söhbətin  yekun  yazısı  qısa  olmalı,  lakin  söhbətin  məqsədi, 

müzakirə olunan məsələlər, tərəflərin mövqeləri, ifadə edilən fikirlər, iradlar 

və nail olunmuş razılıqlar mütləq qeyd edilməlidir. Görüşün protokol anları 

buraxılır. Əgər söhbət zamanı material və ya sənəd mübadiləsi baş veribsə, 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə