Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə75/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   71   72   73   74   75   76   77   78   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

162 


1.Reklamverən – reklamın istehsalında,  yerləşdirilməsində və  yayıl-

masında informasiya mənbəyi olan hüquqi və fiziki şəxsdir. Sifarişə uyğun 

olaraq reklamverən rolunda reklamın dəyərini istənilən ticarət və istehsalat 

forması, bank, investisiya kompaniyası və xüsusi sahibkar çıxış edə bilər. 

Reklamverənin başlıca funksiyaları aşağıdakılardır: 

  Reklam obyektinin müəyyən edilməsi; 



  Reklam  üçün  seçilmiş  obyektin  xüsusiyyətlərinin  müəyyənləşdiril-

məsi (yaradılan reklam  materiallarının reklam növləri, reklam təqdimatının 

lazımi səviyyəsi); 

  Reklama sərf olunacaq xərclərin planlaşdırılması; 



  Çıxış  materiallarının  reklam  agentliklərinə  hazırlanıb  verilməsi: 

məqsədli istehlakçı qruplarını hesaba alaraq reklamın məqsədlərinin forma-

laşdırılması,  reklam  olunan  obyektin  başlıca  üstünlükləri  və  xüsusiyyətlə-

rinə xüsusi diqqət yetirərək çıxış mətnlərinin hazırlanması, imkan daxilində 

ə

mtəənin nümunəsinin nümayiş etdirilməsi; 



  Kütləvi informasiya vasitələrində reklam materiallarının yaradılması 

və  yerləşdirilməsi,  həmçinin  müxtəlif  reklam  tədbirlərinin  keçirilməsi  ba-

rədə müqavilənin reklam agentliyi tərəfindən hazırlanması; 

  Reklam materiallarının yaradılması zamanı reklam icraçısına kömək 



göstərilməsi; 

  Eskizlərin,  mətnlərin,  yaradılmış  reklam  vasitələrinin  ssenarilərinin 



və reklam məhsulunun original olmasının təsdiqlənməsi; 

  Görülmüş işlərin haqqının ödənilməsi. 



2. Reklam istehsalçısı

 – yayılmağa hazır formada olan reklam infor-

masiyasını bütöv və ya hissə-hissə gətirilməsini həyata keçirən fiziki və ya 

hüquqi şəxsdir.  

 

3. Reklam yayıcısı

 – əmlakın, o cümlədən radio və televiziya yayımı-

nın texniki vasitələrindən, eləcə də əlaqə kanallarından istifadə etməklə rek-

lam  informasiyasının  yerləşdirilməsi  və  yayılmasını  həyata  keçirən  hüquqi 

və ya fiziki şəxsdir. 

 

Reklam  agentlikləri  bazarda  əsas  reklam  istehsalçı  və  reklam  yayı-



cısı qismində çıxış edirlər. Onları şərti olaraq bütün növ xidmətləri olan rek-

lam  agentliklərinə  və  yalnız  ayrı-ayrı  xidmət  növləri  göstərən  ixtisaslaş-

dırılmış agentliklərə bölmək olar.  

Birinci  qrupa  yaradıcılıq  fəaliyyətinin  tədqiqatını  və  planlaşdırıl-

masını, reklam vasitələrinin hazırlanmasını, eləcə də qeyri-reklam xarakterli 

xidmətlərin:  «Public Relations» tədbirlərinin təmin olunmasını, qablaşdırıl-

manı,  satış  sərgilərinin  təşkilini,  prezentasiyalarını  və  s.  həyata  keçirən 

agentliklər daxildirlər. 

Son illər reklam praktikasında agentliklərin ixtisaslaşdırılması meyili 

müşahidə olunur. Agentliklərin ixtisaslaşdırılması görulmüş reklam işlərinin 




Бизнесин тяшкили вя идаря едилмяси 

163 


ayrı-ayrı  növlərinin  yaradıcılıq  səviyyəsinin  və  keyfiyyətinin  artırılmasına 

kömək  edir.  Lakin  bu  cür  agentliklər  marketinq  tədqiqatları  sahəsində  ki-

fayət  qədər  informasiyaya  malik  olunurlar  ki,  bu  da  reklam  vasitələrinin 

tətbiqində effektivliyin azaldılmasına gətirib çıxara bilər. 

Marketinqin vacib funksiyalarından biri olan reklam bazar fəaliyyə-

tinin  iştirakçılarının  çox  hissəsi  tərəfindən  həyata  keçirilir.  Müasir  şəraitdə 

reklam  özünü  iqtisadiyyatın  bir  sahəsi  kimi  10  minlərlə  reklam  agentlik-

lərini və bürolarını özündə birləşdirir.  

Reklam agentliklərinin inkişafı növbəti sahələrdən asılıdır: 

 

Birincisi,  reklam  agentlikləri  sistematik  olaraq  müxtəlif  marketinq 



vəziyyətləri ilə rastlaşırlar ki, bu da öz  yerində istehlakçıların maraqlarının 

daha  dərindən  dərk  edilməsinə,  təcrübə  qazanmasına  və  öz  kompetensiya-

sının  artırılmasına  şərait  yaradır.  Bu  hal  keyfiyyətli  reklam  vasitələrinin 

yaradılmasına kömək edir və onların tətbiqinin effektivliyini xeyli artırır.  

kincisi,  reklam  agentlikləri  müstəqil  təşkilatlardır,  reklamın  ayrı-

ayrı  rəhbərlərinin  zövqündən  bilavasitə  asılıdır,  ona  görə  də  istehlakçıların 

gözlənilən  cavab  reaksiyasına  dair  səhv  informasiyaların  olması  istisna 

deyil. 


Üçüncüsü,  reklam  agentlikləri  kütləvi  informasiya  vasitələri  ilə  sıx 

ə

laqələrə  malikdir  və  onlarda  reklamı  yerləşdirmək  üçün  yeri  və  konkret 



vaxtı əldə edirlər. 

Dördüncüsü,  reklam  agentliklərinin xidmətlərindən  istifadə  reklama 

sistemli yanaşmanı təmin edir və reklamın effektivliyini xeyli artırır. 

Reklam  agentlikləri  reklam  prosesinin  iştirakçıları  kimi  aşağıdakı 

başlıca funksiyaları yerinə yetirirlər: 

  K V  ilə  qarşılıqlı  əlaqə  yaradırlar,  K V-də  sifariş  yerləşdirir  və  on-



ların yerinə yetirilməsinə nəzarət edirlər; 

  Reklamverənlərin  sifarişinə  əsasən  reklam  məhsulunu  yaradırlar, 



yaradıcı və texniki mütəxəssislərin potensialından istifadə edərək kompleks 

reklam  kompaniyalarını  və  digər  reklam  tədbirlərinin  planını  işləyib  hazır-

layırlar;  

  Reklamverənlər və K V ilə hesablaşmalar aparırlar;  



  Mətbəə,  studiya,  reklam  kombinatları  və  ştatdankənar  mütəxəssis-

lərlə əməkdaşlıq edirlər. 

 

Bazar şəraitində bir çox firma və təşkilatlar sual qarşısında qalırlar: 



şə

xsi  reklam  xidmətini  yaratmaq,  yoxsa  reklam  agentliklərinin  xidmətlə-

rindən  istifadə  etmək  lazımdırmı?  Şəxsi  reklam  xidmətinin  təşkili  təqdim 

edilən  işin  həcmindən  və  reklam  məqsədləri  üçün  ayrılmış  məbləğdən  ası-

lıdırmı? 

 

Firmanın  reklam  xidmətinin  təşkilati  strukturu  onun  ölçüsündən, 



vəsaitindən  və  fəaliyyət  sahəsindən,  məqsədli  bazarın  spesifik  xüsusiyyət-


Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə