Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə74/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   70   71   72   73   74   75   76   77   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

160 


məqsədyönlü  əhatəsini  təmin  etməsində  son  dərəcə  effektli  vasitə  hesab 

edilir və ona görə də müxtəlif ölkələrdə çox geniş yayılmışdır. 

Birbaşa  poçt  reklamı  xüsusi  hazırlanmış  reklam-informasiya  məktub-

larının  və  yaxud  çap  olunmuş  reklam  materiallarının  məqsədli  göndəril-

məsini  təmin  edir.  Bu  növ  reklamın  təşkil  olunmasında  qayıdış  kuponları, 

ödəniş  təminatlı  sifariş-blankların  və  s.  sistemlərin  istifadə  olunması  prak-

tikası ildən-ilə inkişaf edir. 

Sənaye  məhsulları  və  avadanlıqlarının  spesifik  növlərinin  satışının 

təşkili üçün istifadə olunan birbaşa poçt reklamının nəticələri çox effektiv-

lidir  və  onların  alınması  (əldə  olunması)  üzrə  qərar  xalq  təsərrüfatının 

müxtəlif sahələrinin nisbətən kiçik qrup mütəxəssisləri tərəfindən verilir. 

«Birbaşa poçt reklamı» termini, adətən reklamın bu növünə aid edi-

lən  bütün  aspektləri  əhatə  etmir.  Bu  fəaliyyəti  daha  dəqiq  olaraq  «birbaşa 

reklam» adlandırmaq olar, belə ki, bu termin həm birbaşa poçt reklamını və 

«qeyri-poçt»  birbaşa  reklamını  nəzərdə  tutur.  Birbaşa  reklamın  çox  hissəsi 

poçt  vasitəsilə  göndərilir,  lakin  onun  böyük  həcmi  hələ  də  artan  –  «hər 

qapıya»  prinsipinə  uyğun  olaraq  göndərilir.  Reklam  müraciətləri  yoldan 

keçənlərə  paylanılır,  mağazalarda  alıcılara  təqdim  olunur,  bilavasitə  poçt 

qutularına salınır və ya evin sakinlərinə əlbəəl verilir. 

Küçə  reklamı  -  əsasən  istehlakçı  mallarının  reklamı  üçün  küçə  rek-

lamı çox effektivlidir, çünki o, birinci növbədə geniş əhali təbəqəsi tərəfin-

dən  mənimsənilməsi  üçün  nəzərdə  tutulur.  Müxtəlif  küçə  reklamı  növlə-

rindən  cürbəcür  reklam  lövhələri,  afişaları,  transparantlar,  işıq  lövhələri, 

elektron tabloları və ekranları seçmək olar. 

Küçə  reklamı  –  elə  bir  təsir  vasitəsidir  ki,  o,  insanı  küçədə  və  yaxud 

səfərdə,  səyahətdə  yaxalamağa  imkan  yaradır.  Əhalinin  çox  hissəsi  müasir 

mobil  cəmiyyətdə  küçə  reklamı  ilə  tez-tez  rastlaşır.  Küçə  reklamı  üçün  bu 

vacib  tələblər  mövcuddur:  tez-tez  gözə  dəymək,  diqqəti  özünə  cəlb  etmək, 

qısa olmaq, asanlıqla ayaqüstü oxunulmaq, aydın olmaq. Sadalanan tələblər 

baxımından küçə reklamı yalnız qısa mətn və lakonik təsvir ilə təqdim edilə 

bilən mallar üçün həyata keçirilməlidir. Eyni zamanda artıq tanınmış malla-

rın üstünlüklərindən və onların harada əldə olunması barədə xatırlatmada bu 

reklamdan istifadə oluna bilər.  

Beləliklə,  küçə  reklamı  istehlakçıları  əsasən  xatırladır  və  ya  da 

məlumatlandırır. 



«Public  Relations»  tədbirləri  –  reklamverən  təşkilatla  cəmiyyətin 

geniş  təbəqələri  arasında  əlverişli  əlaqələrin  qurulmasına  yönəldilmiş 

kompleks  tədbirlərdir.  «Public  Relations»  tədbirlərinin  başlıca  məqsədi  – 

reklamverən təşkilata yüksək nüfuz, xoş təəssürat, müsbət qiymət və cəmiy-

yətin  onun  məhsuluna  olan  inamının  yaradılmasıdır.  Bütün  bunların  son 

məqsədi  istehsal  olunan  malların  və  təklif  olunan  xidmətlərin  satışını  sti-

mullaşdırmaqdır.  



Бизнесин тяшкили вя идаря едилмяси 

161 


Bütün  «Public  Relations»  tədbirlərinin  müxtəlifliyini  şərti  olaraq 

aşağıdakı  kimi  təsnifləşdirmək  olar:  prezentasiyalar,  mətbuat  konfransları, 

simpoziumlar,  zəruri  ictimai  tədbirlərin  maliyyələşdirilməsi,  sponsorluğu 

(havadarlığı),  mətbuatda  və  digər  kütləvi  informasiya  vasitələrində  (K V) 

nüfuz istiqamətli redaksiya materiallarının nəşri. 

Kompyuterləşdirilmiş  reklam  –  prinsipial  surətdə  reklam  yayılma-

sının yeni vasitəsidir. Bununla yanaşı ənənəvi reklam vasitələrinin kompyu-

terləşməsi  reklam  kompaniyalarının  hazırlanması  və  keçirilməsinə  çoxlu 

yenilik  gətirib  və  bununla  da  onların  effektivliyini  əhəmiyyətli  dərəcədə 

artırıb.  Kompyuterləşdirilmiş  reklama  kompyuter  texnikasını,  kompyuter 

informasiyasını, kabel televiziyasını, videokataloq və telekataloq aiddirlər.  

Bir  çox  dünya  ölkələrində  kompyuterləşdirilmiş  reklam  informasi-

yasının  mənbələri  fəaliyyət  göstərirlər,  buna  misal  olaraq  xüsusiləşdirilmiş 

kompyuter sistemlərinin bank məlumatlarını göstərmək olar, buraya reklam 

verənlərin müəyyən vəsait ödədikləri, formaları və istehsal etdikləri mallar 

(xidmətlər)  barədə  məlumatları  aid  etmək  olar.  Hər  hansı  bir  məhsulun 

alınmasında maraqlı olan potensial istehlakçılar bank məlumatlarına, telefon 

və  yaxud  xüsusi  terminallar  vasitəsilə  qoşulub  və  bir  neçə  saniyəyə  lazımi 

informasiyanı  ala  bilərlər.  Xarici  mütəxəssislərin  fikirlərinə  görə  kompyu-

terləşdirilmiş reklam ən yaxın müddət ərzində digər reklam vasitələrini ciddi 

olaraq sıxışdıra bilər. 

 

11.3.  stehlak bazarında reklam fəaliyyətinin təşkili 

 

Reklam fəaliyyətinin səmərəliliyinin ilkin şərti reklam məlumatlarının 

metodiki  və  planlı  şəkildə  hazılanması  və  reklam  proseslərinin  hər  bir 

mərhələsində ondan düzgün istifadə etməkdir.  

Reklam agentliklərinin yaradılması reklam fəaliyyətinin effektivliyi-

nin artırılmasına imkan yaradır. Reklam agentlikləri reklamı  yüksək səviy-

yədə  həyata  keçirir,  maliyyə  vəsaitlərindən  daha  səmərəli  istifadə  edirlər. 

Reklam  agentlikləri  konyunkturanın  dəyərləndirilməsini,  bazarı  kompleks 

tədqiq edilməsini həyata keçirirlər, onlar alınan məlumatın tez və dəqiq ha-

zırlanmasına imkan yaradan hesablayıcı texnika ilə təchiz olunurlar.  

Reklam agentliklərinin xalq təsərrüfatındakı yeri və rolu onların ixti-

saslaşdırılması səviyyəsilə müəyyən olunur. Reklam agentlikləri ixtisaslan-

dırılmış koordinatorçu olaraq istehlakçıların və bütöv cəmiyyətin maraqları 

çərçivəsində istehsal və ticarət arasında müsbət rol oynayır, səmərəli təklifə 

yardım  edir  və  əksinə,  qeyri-səmərəli,  yaxud  vaxtından  əvvəl  olunmuş 

təkliflərin həcmini məhdudlaşdırırlar. 

Reklam  prosesinin  həyata  keçirilməsində  növbəti  obyektlər  iştirak 

edirlər: 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə