Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə73/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   69   70   71   72   73   74   75   76   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

158 


Reklam  kataloq  nəşrləri  əmtəənin,  məhsulun  və  ya  xidmətlərin 

konkret  növlərini  kataloq,  prospekt,  buklet,  plakat  və  siyasi  vərəqələrini 

reklam  edir.  Bütün  reklam  kataloq  nəşrlərinin  bədii  tərtibatında  sifarişçi-

müəssisənin  firma  simvollarının  müxtəlif  elementləri  onun  poçt  ünvanı, 

telefon və faks nömrələri mütləq iri hərflərlə yazılaraq seçilməlidir. 

Yeni  ilə  aid  reklam-hədiyyəli  nəşrlər  dərc  olunan  reklam  mate-

riallarının  ən  effektli  növlərindəndir.  Belə  ki,  onlar  yüksək  dərəcədə  nüfuz 

etmək qabiliyyətinə malikdirlər. Yeni ilə aid reklam-hədiyyəli nəşrlər şəxsi 

işgüzar  təmaslar  vasitəsilə,  eləcə  də  poçtla,  təbriklər  və  vizit  kartoçkaları 

daxil olmaqla  yayılırlar.  

Dərc  olunan  reklam  tərtib  olunarkən  ekstrovaqant  iddialar,  zəif  di-

zayn,  səliqəsiz  şəkillər  və  ucuz  kağız  üzərində  aşağı  səviyyəli  nəşrlərə  yol 

verilmir.  Çap  reklamının  materialları  işgüzar  görüşlər  və  kommersiya  (ti-

carət) danışıqlarında  geniş istifadə olunur, müxtəlif sərgi və  yarmarkalarda 

yayılır.  Çap  reklamı  bir  növ  vitrin  rolunda  çıxış  edərək  potensial  alıcıların 

firma və onun təqdim etdiyi əmtəələr barədə fikir söyləməyə şərait yaradır.  



Audiovizual  reklam  –  reklam  kinofilmləri,  videofilmlər  və  slayd-

filmlər vasitəsilə həyata keçirilir. Reklam kinofilmlərinin ən asan (sadə) və 

rahat təsniflandırılması belədir:  

   Reklam çarxları – 15 saniyədən bir neçə dəqiqə müddəti olan, əha-

linin  geniş  təbəqəsinə  nümayiş  üçün  nəzərdə  tutulmuş,  bir  qayda  olaraq, 

xalq istehlakı mallarını reklam edən qısa reklam filmləridir.  

Reklam-texniki  filmləri  –  təkcə  məhsul  barədə  deyil,  o  cümlədən 

başlıca  olaraq  sifarişçi-müəssisə  barədə  bəhs  edən  10  dəqiqədən  20  dəqi-

qəyədək müddəti olan qısa reklam filmləridir.  

Reklam-texniki  və  reklam-nüfuzlu  (prestijli)  filmlər  can  etibarilə 

elmi-populyar filmlərə daha yaxındır, bəzən isə onların yaradılmasında mul-

tiplikasiya (cizgi), kompyuter qrafikası və oyun kinosunun elementlərindən 

istifadə olunur. Bu cür filmlər yarmarkalarda, sərgilərdə, prezentasiyalarda, 

press-konferensiyalarda,  simpoziumlarda,  işgüzar  görüşlərdə  nümayiş  üçün 

nəzərdə tutulur. Reklam videofilmlərinin təsnifatı kinofilmlərin  təsnifatı ilə 

analojidir.  

Reklam  video-ekspress  informasiyası  –  videoreklamın  spesifik  nö-

vüdür, reklamverən təşkilatın fəaliyyətində baş vermiş hər hansı bir mühüm 

hadisə barədə operativ hazırlanmış videosüjeti özündə əks etdirir.   

Slayd filmlər avtomatik olaraq bir-birini əvəz edən bir və ya bir neçə 

ekranda proyeksiya olunan rəngli diapozitivlərdən ibarət bir poqramdır. Bu 

cür proqram xüsusi hazırlanmış fonoqram ilə müşayiət olunur. Reklamın bu 

növünün  başlıca  xüsusiyyətlərindən  biri  odur  ki,  proqramın  bütövlüyünü 

pozmadan slaydların bir birinin sadəcə olaraq əvəzlənməsi, eləcə də operativ 

və iqtisadi modifikasiyanın mümkünlüyüdür. 



Бизнесин тяшкили вя идаря едилмяси 

159 


Radio  və  telereklam  -  istehlakçını  cəlb  edən  reklam  vasitələrinin 

içərisində  ən  kütləvisidirlər.  Radioreklam  asan  və  qeyri-ixtiyari  olaraq 

qavranılır.  Radioreklam  müraciətində  tez-tez  təkrarlamalara  yol  verildiyinə 

görə radio dinləyicisi reklam proqramının bəzi məqamlarını birinci dəfədən 

qavraya bilmir. Ən effektli radioreklam odur ki, eyni qaydada müəyyən edi-

lən vaxtda translyasiya olunur və hər bir  radioreklam verilişi eyni musiqili 

siqnal ilə başlayır və qurtarır.  

Radioreklam  iki  hissəyə  bölünür:  maqazindənkənar  və  maqazin-

daxili. 

Maqazindənkənar  reklam  -  radiotranslyasiya  şəbəkəsi  vasitəsilə: 

kənd, şəhər, rayon, vilayət, eləcə də yarmarka, bazar, satış sərgilərindəki ra-

dio qovşaqları vasitəsilə həyata keçirilir. 

Maqazindaxili  reklam  –  bir  ticarət  müəssisəsinin  hüdudları  ilə 

məhdudlaşır  və  radiotranslyasiya  qurğuları  ilə,  maqazinin  hüdudlarından 

kənara çıxarıla bilən gücləndirici cihazlar vasitəsilə həyata keçirilir. 

Radio  vasitəsilə  verilən  reklam  növlərindən  radioelanlar,  radioçarx-

lar, müxtəlif radiojurnallar və radiomüsahibələr daha geniş yayılıblar. 

 Televiziya  reklamının  ən  yayılmış  növlərindən  televiziya  reklam 

çarxları,  televiziya  reklam  elanları,  reklam  telemüsahibələri  və  televeriliş-

ləri, verilişlərarası fasilə zamanı verilən televiziya başlıqlarını misal çəkmək 

olar. 

Radio  və  telereklamın  üstünlükləri  xüsusi  operativliyindədir.  Bu 



vasitələrin  effekitivliyi  əhalinin  geniş  təbəqələrinin  istifadəsi  üçün  nəzərdə 

tutulmuş əmtəə və kütləvi tələbat olan xidmətlərin reklamında istifadə olun-

ması ilə əlaqədardır. 

Sərgi  və  yarmarkalar  -  reklam  vasitələrinin  içərisində  təsir  gös-

tərmə  dərəcəsinə  görə  xüsusilə  fərqlənir,  onlar  alıcılarla  ünsiyyət  qurmaq 

üçün reklam olunan məmulatların nümayişində çox geniş imkanlar yaradır. 

Kompleks  reklam  tədbirlərilə  müşayiət  olunan  sərgi  tədbirləri  xüsusi 

effektivliyə  malikdirlər.  Bu  reklam  vasitələrinin  yüksək  effektivliyi  hər  il 

dünyada təşkil olunan, xeyli vəsait tələb edən böyük reklam tədbirlərinin ke-

çirilməsi  ilə  təsdiqlənir.  Bütün  sərgi  tədbirlərini  şərti  olaraq  belə  təsnifləş-

dirmək olar: beynəlxalq yarmarka və sərgilər, milli sərgilər, topdansatış sər-

giləri, ixtisaslandırılmış sərgilər. 

Reklam suvenirləri - reklam  məqsədləri üçün geniş istifadə olunur, 

belə ki, öz  reklam işlərində  onlardan  istifadə  edən  müəssisələrin  populyar-

laşdırılması üçün bu əlverişli vasitədir. Şərti olaraq reklam suvenirlərini belə 

təsnifləşdirmək olar: firmanın suvenir məmulatları, seriya suvenir məmulat-

ları, hədiyyəlik məmulatlar və firmanın qablaşdırılmış materialları. 

Birbaşa  poçt  reklamı  (direkt  meyil)  - potensial iş tərəfdaşların və 

müəyyən  istehlakçı  qruplarının  ünvanlarına  göndərilən  reklam  məlumatla-

rından ibarətdir. Birbaşa poçt reklamı potensial istehlakçıların çoxlu sayının 



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə