Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə21/43
tarix01.09.2018
ölçüsü1,79 Mb.
#66175
1   ...   17   18   19   20   21   22   23   24   ...   43

61
 
haqqında  AR  Qanunu”-nda  əks  olunub.  Malları  gömrük  məqsədləri  üçün 
dəyərləndirən şəxs:  
-  onların  bəyan  edilməsi  ilə  bağlı  sənədləri  və  məlumatları  həmin  malların 
gömrük  nəzarəti  altında  olan  mallar  statusunu  itirməsindən  sonrakı  3  (üç)  il 
ə
rzindəsaxlamalı;  
-  gömrük  orqanları  tərəfindən  tələb  olunduqda,  müəyyən  edilmiş  gömrük 
dəyərinin  dəqiqliyini  yoxlamaq  üçün  bəyanetmə  ilə  bağlı  sənədləri  və  məlumatları 
onlara təqdim etməlidir.
 
Malın  gömrük  dəyəri–maldan  rüsum  tutulması  üçün,  X Ə  və  gömrük 
statistikasının  aparılması,  ticarət  iqtisadi  münasibətlərin  dövlət  tənzimlənməsi,  o 
cümlədən  xarici  iqtisadi  əməliyyatlara  valyuta  nəzarəti,  bu  sahədə  bank 
hesablaşmalarının həyata keçirilməsi ilə bağlı tədbirlər üçün istifadə olunan dəyəridir.   
Azərbaycan  Respublikasının  gömrük  ərazisinə  gətirilən  malların  gömrük 
dəyəri aşağıdakı üsullarla müəyyən edilir
1

-gətirilən malların sövdələşmə qiyməti ilə, 
-eyni malların sövdələşmə qiyməti ilə, 
-eynicinsli malların sövdələşmə qiyməti ilə, 
-dəyərin toplanması üsulu ilə, 
-dəyərin çıxılması üsulu ilə, 
-ehtiyat üsulu ilə.  
Gömrük dəyərinin gətirilən malların sövdələşmə qiyməti ilə müəyyən edilməsi 
üsulu  gömrük  dəyərinin  müəyyən  edilməsinin  əsas  üsuludur.Əsas  üsuldan  istifadə 
edilə  bilmədiyi  hallarda  yuxarıda  göstərilən  üsullardan  hər  biri,  gömrük  dəyəri 
ə
vvəlki  üsulla  təyin  edilə  bilmədikdə,  hər  bir  sonrakı  üsulun  ardıcıl  olaraq  istifadə 
edilməsi şərti ilə tətbiq olunur. 
Ölkənin  gömrük  ərazisinə  gətirilən  malın  gömrük  dəyəri,  həmin  mal  ölkənin 
gömrük  sərhəddindən  keçirilərkən  bu  mal  üçün  faktiki  ödənilmiş  vəya  ödənilməli 
olan  məbləğdir.  Gömrük  dəyəri  müəyyən  olunarkən  sövdələşmə  qiymətində  nəzərə 
alınmayan aşağıdakı xərclər bu qiymətə əlavə olunur: 
                                                            
1
  ”Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu, Bakı 1994
 


62
 
1. Malın ölkənin gömrük ərazisinə daxil olduğu yerə qədər gətirilməsi xərcləri: 
- nəqliyyat xərcləri, 
- malın yüklənmə, boşaldılma xərcləri, 
- sığorta xərcləri; 
2.Alıcının çəkdiyi xərclər: 
- komisyon və broker xərcləri, 
- konteyner və çoxişlənən taranın dəyəri, 
- qablaşdırma materialları və işlərinin də dəyəri daxil olmaqla qablaşdırmanın 
dəyəri; 
3.Alıcı  tərəfindən  birbaşa  və  dolayı  yolla  pulsuz,  yaxud  qiymətləndirilən 
malların  istehsalı  və  ya  aparılma  üçün  satılması  ilə  əlaqədar  istifadə  üçün  aşağı 
qiymətə təqdim olunmuş mallar və xidmətlərin müvafiq hissəsi; 
4. ntellektual mülkiyyət obyektlərinin istifadəsi üçün alıcının birbaşa və dolayı 
yolla sərf etməli olduğu xərclər; 
5.Ölkə  ərazisində  qiymətləndirilən  malların  istifadə  olunmasından, 
verilməsindən və ya təkrar satışından satıcının əldə etdiyi gəlirin bir hissəsi. 
Eyni malların sövdələşmə qiyməti üsulunda malın gömrük dəyərinin müəyyən 
edilməsi üçün eyni malların sövdələşmə qiyməti əsas götürülür. Eyni mallar dedikdə 
qiymətləndirilən  mallarla  hər  cəhətdən,  o  cümlədən  aşağıdakı  parametrlərinə  görə 
fərqlənməyən mallar başa düşülür: 
- fiziki xüsusiyyətlərinə görə; 
- keyfiyyətinə və bazarda nüfuzuna görə; 
- malın mənşə ölkəsinə görə; 
- istehsalçısına görə. 
Eyni  malların  sövdələşmə  qiyməti  o  halda  gömrük  dəyərinin  müəyyən 
olunması üçün əsas götürülə bilər ki,bu mallar: 
- qiymətləndirilən mallarla eyni vaxtda vəya 90 gündən çox olmamaqla həmin 
vaxtdan əvvəl gətirilsin; 
- qiymətləndirilən mallarla eyni kommersiya şərtləri ilə təxminən eyni vaxtda 
gətirilsin; 


63
 
- ölkə ərazisinə gətirilmək üçün satılsın. 
Bu metoddan istifadə olunarkən eyni malların bir neçə qiyməti aşkar olunarsa 
gömrük  dəyərinin  müəyyən  edilməsi  üçün  ən  aşağı  qiymət  istifadə  olunur.  2-ci 
üsuldan  istifadə  etmək  mümkün  olmadıqda  gətirilən  malların  gömrük  dəyəri 
eynicinsli  malların  sövdələşmə  qiyməti  əsasında  müəyyən  olunur.Eynicinsli  mallar 
dedikdə  bütün  xüsusiyyətləri  eyni  olmasa  da  qiymətləndirilən  mallarla  eyni 
funksiyaları  yerinə  yetirən  və  kommersiya  baxımından  bir-birini  əvəz  edə  bilən 
mallar  başa  düşülür.Bu  üsuldan  istifadə  oluna  bilməsi  üçün  də  əvvəlki  üsulda  tələb 
olunan şərtlər ödənilməlidir. Bu zaman: 
-  qiymətləndirilən  mallarla  eyni  ölkədə  istehsal  olunmayan  mallar  eyni  və 
eynicinsli hesab oluna bilməz, 
-  malların  layihələşdirilməsi,  onların  üzərində  aparılan  təcrübə-  konstruktor, 
bədii tərtibat, dizayn, eskiz, çertyoj işləri AR ərazisində yerinə yetirilibsə belə mallar 
eyni və eynicinsli sayıla bilməz. 
Dəyərin  çıxılması  üsulu  ilə  malın  gömrük  dəyərini  müəyyən  etmək  üçün  mal 
vahidinin  o  qiyməti  əsas  götürülür  ki,  mallar  bu  qiymətlə  AR  ərazisində  ilkin 
vəziyyəti  dəyişdirilmədən,qiymətləndirilən  malın  gətirildiyi  tarixdən  90  gündən  gec 
olmayaraq satılsın. Mal vahidinin qiymətindən aşağıdakı xərclər çıxılır: 
- komisyon ödənişləri, mənfəətə əlavələr və eyni malların satılması ilə əlaqədar 
ümumi xərclər, 
-  malların  idxalı  və  satışı  ilə  əlaqədar  AR-da  ödənilmiş  rüsumlar,  vergilər 
yığımlar və digər ödənişlərin məbləği, 
-AR-  da  malların  daşınması,  yüklənməsi,boşaldılması,  sığortası  üçün  çəkilən 
xərclər. 
Dəyərin  toplanması  metodu  ilə  gömrük  dəyərinin  müəyyən  edilməsi  zamanı 
malın gömrük dəyəri aşağıdakıların toplanması yolu ilə hesablanır: 
-materialların  dəyəri  və  istehsalçı  tərəfindən  qiymətləndirilən  malın  istehsal 
xərcləri; 
-ixrac  edən  ölkədən  eyni  növlü  malların  AR-na  satışı  üçün  səciyyəvi  olan 
ümumi xərclər ( nəqliyyat, yükləmə,sığorta və s.). 


Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə