Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə17/43
tarix01.09.2018
ölçüsü1,79 Mb.
#66175
1   ...   13   14   15   16   17   18   19   20   ...   43

49
 
4. müəyyən  ölkələrlə,  yaxud  beynəlxalq  təşkilatlarla  bağlanılmış  beynəlxalq 
müqavilələrdə nəzərdə tutulmuş preferensial tarif tədbirləri;  
5. müəyyən  ölkələrə,  yaxud  beynəlxalq  təşkilatın  üzv  ölkələrinə  münasibətdə 
birtərəfli qaydada qəbul edilən preferensial tarif tədbirləri;  
6. müəyyən  mallar  üzrə  gömrük  rüsumlarının  azaldılmasını,  yaxud  gömrük 
rüsumlarından azadedilmənitəmin edən tədbirlər;  
7. müəyyən malların xüsusiyyətləri, yaxud son istifadəsi ilə əlaqədar olaraq, bu 
Məcəllə və müvafiq qanunvericiliklə müəyyən edilmiş güzəştli tarif rejimi; 
8. kənd  təsərrüfatını,  ticarəti  və  başqa  sahələri  tənzimləyən  qanunvericiliklə 
müəyyən edilmiş digər tarif tədbirləri. 
Gömrük  Məcəlləsinin  219-cu  maddəsində  malların  tarif  təsnifatından  bəhs 
olunur.  Qeyd  edilib  ki,  malların  tarif  təsnifatı  gömrük  rüsumları,  vergilər,  malların 
idxalı  və  ixracı  üzrə  qadağalar  və  məhdudiyyətlər  barədə  məlumat  toplusundan 
ibarətdir.  Gömrük  orqanları  gömrük  rüsumlarının  və  qanunvericilikdə  nəzərdə 
tutulmuş  vergilərin  tətbiqində  malların  tarif  təsnifatından  istifadə  edirlər.  ”Gömrük 
tarifi  haqda  AR  Qanunu”nun  3-cü  maddəsində  gömrük  rüsum  dərəcələri  və  onların 
müəyyən edilməsi qaydaları əks olunmuşdur: 
1. Bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, gömrük rüsum dərəcələri 
Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  mal  keçirən  hüquqi  və  fiziki 
şə
xslərdən,  sövdələşmə  növlərindən  və  digər  amillərdən  asılı  olaraq  dəyişdirilə 
bilməz. 
2.  dxal gömrük rüsumlarının dərəcələri Azərbaycan Respublikasının Nazirlər 
Kabineti  tərəfindən  təyin  edilir.  Azərbaycan  Respublikasının  əlverişli  ticarət  rejimi 
tətbiq  etdiyi  ölkələrin  malları  üçün  idxal  gömrük  rüsumları  dərəcələrinin  son  həddi 
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən olunur. Bu Qanunun 
müddəalarına  uyğun  olaraq,  Azərbaycan  Respublikası  tərəfindən  tarif  imtiyazları 
verildiyi  hallar  istisna  olmaqla,  əlverişli  ticarət  rejimi  tətbiq  olunmayan  ölkələrin 
mallarına və mənşə ölkəsi müəyyənləşdirilməyən mallara idxal gömrük rüsumlarının 
dərəcələri iki dəfə artırılır. 


50
 
3.  xrac  gömrük  rüsumlarının  dərəcələri  və  onların  tətbiq  olunduğu  malların 
siyahısı,  həmçinin  xarici  iqtisadi  tənzimlənmənin  qeyri-tarif  tədbirləri  Azərbaycan 
Respublikasının  Nazirlər  Kabineti  tərəfindən  müəyyən  olunur.  Azərbaycan 
Respublikasının  əlverişli  ticarət  rejimi  tətbiq  etdiyi  ölkələrin  malları  üçün  ixrac 
gömrük rüsumları dərəcələrinin son həddi Azərbaycan Respublikasının Milli Məclisi 
tərəfindən təyin olunur. 
Ayrı-ayrı mallar üzrə gömrük rüsum normaları müəyyən edilərkən malın dünya 
qiyməti ilə daxili qiyməti arasındakı fərq əsas götürülür
1
.  Konkret mala tətbiq olunan 
gömrük rüsumunun hansı funksiyanı yerinə yetirməsi malın dünya qiyməti ilə daxili 
qiyməti arasındakı fərqlə rüsum  normaları arasındakı münasibətlə müəyyən olunur. 
Ə
gər rüsum norması bu fərqdən yüksək olarsa belə rüsumlar proteksionist funksiyanı 
yerinə  yetirir,  belə  ki,  bu  rüsumlar  xarici  malların  qiymətini  artırır  və  yerli  mallar 
üçün daha əlverişli şəraiti təmin edir. Rüsum normaları bu fərqə bərabər olarsa belə 
rüsumlar  stabilləşdirici  funksiyanı  yerinə  yetirir.Bu  rüsumlar  yerli  və  xarici 
istehsalçıların malları üçün bərabər rəqabət şəraiti yaradır. Nəhayət, rüsum normaları  
malın dünya qiyməti ilə daxili qiyməti arasındakı fərqdən aşağı olduqda bu rüsumlar 
stimullaşdırıcı  funksiyanı  yerinə  yetirir.Bu  rüsumlar    xarici  malların  idxalı  üçün 
ə
lverişli  şərait yaradır və eyni zamanda yerli istehsalçıları rəqabətə davam gətirmək 
üçün  istehsalı  təkmilləşdirməyə,  istehsal  xərclərini  azaltmağa  sövq  edir.  Bu  
deyilənlərdən  aşağıdakı nəticələri çıxarmaq olar: 
1. Rüsum normalarının öz –özlüyündə hansı funksiyanı yerinə yetirdiyi dünya 
qiymətləri  ilə  milli  qiymətlərin  səviyyələri  nəzərə  alınmadan  xarakterizə  oluna 
bilməz. 
2. Müxtəlif mallara müəyyən edilmiş eyni rüsum normaları bütün hallarda eyni 
funksiyaları yerinə yetirmir. 
3.  Gömrük  rüsum  normaları  dünya  bazarının  konyunkturasının  dəyişməsi  ilə 
ə
laqədar korrektə olunmalıdır. 
                                                            
1
 Nuriyev C. Beynəlxalq iqtisadi əlaqələrin hüquqi tənzimlənməsi, Bakı, 2000 
 


51
 
4. Müxtəlif ölkələrdə eyni mallara eyni rüsum normalarının müəyyən olunarsa 
bu  rüsumlar  hər  bir  ölkə  üçün  daxili  və  dünya  qiymətləri  arasındakı  fərqdən  asılı 
olaraq müxtəlif funksiyaları yerinə yetirəcəkdir. 
Beynəlxalq  təcrübədə  rüsum  normaları  müəyyən  olunarkən  bir  sıra  amillər 
nəzərə alınır: 
•  Gömrük rüsum normaları müəyyən olunarkən ölkənin iqtisadi təhlükəsizliyi 
ə
sas götürülməlidir. 
•  Rüsum    normalarının    orta  qiyməti    ayrı-ayrı  mal  qrupları  üçün  müəyyən 
olunur və sonra konkret mal mövqeləri üçün  dəqiqləşdirilir. 
•  Rüsum  normaları  müəyyən  edilərkən  dünya  qiymətləri  ilə  daxili  qiymətlər 
arasındakı fərq əsas götürülür. 
•  dxal  mallarına  gömrük  rüsum  normaları  malların  emal  dərəcəsi  artdıqca 
artmalıdır-  xammala  aşağı  rüsum  normaları,  hazır  məhsullara  isə  yüksək  rüsum 
normaları tətbiq olunmalıdır. 
•  Rüsumların    orta  səviyyəsi    ümumilikdə    ölkənin  xarici  ticarətinin  
strukturunda  müsbət  dəyişikliklər üçün şərait yaratmalıdır. 
•  Rüsum  normaları  müəyyən  edilərkən  idxal  və  sosial  siyasətin  prioritetləri, 
daxili  bazarın  reallıqları  və  anoloji  malların  ölkədə  istehsal  perspektivləri  nəzərə 
alınmalıdır. 
•  Gömrük rüsum normaları müəyyən edilərkən əməkdaşlıq səviyyəsi və ticarət 
və istehsal kooperasiyasının perspektivləri nəzərə alınmalıdır. 
Yuxarıda  göstərilən  amillər  nəzərə  alınmaqla  tətbiq  olunan  gömrük  rüsum 
normalarının səviyyəsinə görə malları aşağıdakı kimi qruplaşdırmaq mümkündür: 
•  Sənaye  xammalı,  eləcə  də  ölkədə  istehsal  olunmayan,  yaxud  az  miqdarda 
istehsal olunan zəruri istehlak malları rüsumsuz idxal olunmalıdır. 
•  Əsas  ərzaq  növləri,  ölkədə  az  istehsal  olunan  materiallar,  eləcə  də  yüksək 
texnoloji  avadanlıq,  elmi  və  nəzarət  ölçmə  cihazlarına  ən  aşağı  rüsum  normaları 
tətbiq olunmalıdır, 
•  Seriyalı  istehsal  avadanlığı,  nəqliyyat  vasitələri,  elektrotexniki  avadanlıq, 
dəftərxana ləvazimatı kimi mallara yüksək rüsumlar tətbiq olunmalıdır. 


Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə