Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə13/43
tarix01.09.2018
ölçüsü1,79 Mb.
#66175
1   ...   9   10   11   12   13   14   15   16   ...   43

36
 
lazımdır ki, o ölkələrin iqtisadiyyatı kiçik hesab olunur ki, bu ölkədə idxal mallarına 
tələbin dəyişməsi dünya qiymətlərinin dəyişməsinə səbəb olmur. Azərbaycan iqtisa-
diyyatının  da  kiçik  iqtisadiyyat  olduğunu  nəzərə  alaraq  idxal  rüsumlarının  kiçik 
iqtisadiyyatlara  təsirini  araşdıraq.  Məlumdur  ki,  idxal  mallarına  rüsumların  tətbiqi 
daxili  bazarda  bu  malların  qiymətini  artıracaq.  Nəticədə  həmin  malların  ölkə 
daxilində  istehsalı  artacaq,  idxal  mallarına  tələb  isə  azalacaq.Bu  idxalın  həcminin 
azalmasına  səbəb  olacaq,  çünki,  daxili  təkliflə  daxili  tələbin  həcmi  arasındakı  fərq 
azalır.Yığılan  gömrük  rüsumları  dövlət  büdcəsinə  daxil  olur  və  nəticədə  gəlirlərin 
istehlakçılardan  istehsalçılara  yenidən  bölüşdürülməsi  baş  verir.  Qrafik  1.1-də  idxal 
rüsumlarının iqtisadi sistemin tarazlığına təsirinin qrafik təsviri verilmişdir. 
 
Qrafik 1.1  dxal rüsumunun iqtisadi sistemin tarazlığına təsiri 
 
Dd- xətti mala daxili bazarda tələb əyrisidir. Sd-xətti isə malın daxili bazarda 
təklifini əks etdirir. Malın tarazlıq qiymətini 25 $-ə bərabər götürək. Tutaq ki, daxili 
bazarda  malın  1  ədədinin  qiyməti  10  $-dır.  Sərbəst  ticarət  halında  malın  daxili 
bazardakı  qiyməti  dünya  bazarındakı  qiymətə  qədər  (10  $)  düşər  və  tələbin  həcmi 
150 min ədəd təşkil edər (C nöqtəsi). Daxili istehsalın həcmi isə 30 min ədəd təşkil 
edəcəkdir  (K  nöqtəsi).  Nəticədə idxalın  həcmi  150  – 30  =  120  ədəd olacaqdır.  ndi 


37
 
qəbul  edək  ki,  ölkədə  5$-yəni  malın  qiymətinin  50%-qədər  idxal  rüsumları  tətbiq 
olunur.  Kiçik iqtisadiyyatdan söhbət getdiyinə görə idxal rüsumlarının tətbiqi dünya 
qiymətərinə təsir etməyəcək. Bu o deməkdir ki, ölkənin ticarət şəraiti dəyişməyəcək, 
yalnız daxili bazarda qiymətlər 15$-a qədər yüksələcək. Bu hal qrafikdə daxili tələbin 
Sw xəttində T xətti ilə kəsişmə nöqtəsinə F-ə qədər azalmasına səbəb olacaqdır (125 
min  ədəd).  Daxildə  istehsal  olunan  malların  da  qiyməti  15  $  -a  qədər  artdığından 
daxili istehsal da N nöqtəsinə qədər, M-N parçası, yaxud K-H parçası qədər, yəni 15 
min artacaq. Uyğun olaraq, idxalın həcmi 120 mindən 80 minə qədər azalar. Beləlik-
lə, rüsumların tətbiqi qrafik 1.2-də əks olunmuş nəticələrə gətirib çıxarır: 
 
 
 
Qrafik 1.2 Rüsumların tətbiqinin iqtisadi nəticələri  
1.  stehlak effekti – malın daxili bazar qiymətinin artması nəticəsində istehla-
kın həcmi aşağı düşəcək.  
2.  stehsal  effekti  –  Rüsumların  tətbiqi  nəticəsində  malın  qiymətinin  artması 
yerli  istehsalçıların    istehsalı  15  min  ədəd  artırmasına    səbəb  olur.  Beləliklə  idxal 
rüsumlarının  tətbiqi    başqa  sahələrdən  resursların  müdafiə  olunan  sahəyə  cəlb 
olunmasına səbəb olur.Əgər istehlakçıların bu miqdarda mal üçün xərcləri rüsumların 


38
 
tətbiqindən  əvvəl 5  fiqurunun  sahəsinə uyğun gəlirdisə, indi  bu  xərclər  2 fiqurunun 
həcmi  qədər  artacaqdır.  Beləliklə  2  fiquru  istehlakçıların  rifahının  aşağı  düşməsini 
ə
ks etdirir.Məhz istehlakçıların bu əlavə xərci istahsal effektini əks etdirir. 
3.  Ticarət  effekti.  Bu  effekt  idxalın  həcminin  azalmasında  ifadə  olunur.  Əgər 
rüsumların səviyyəsi E nöqtəsinə uyğun gələn 25 -la dünya bazarındakı qiymət (10) 
arasındakı  fərqdən  yəni  15-dan  yüksək  olarsa  idxalın  həcmi  0-a  bərabər  olar.  Bu 
halda rüsumlar qadağanedici olacaq, yəni idxal ümumiyyətlə baş vermir. 
4.  Gəlir  effekti.  Bu  effekt  idxal  rüsumlarının  yığılması  nəticəsində  dövlət 
büdcəsinin  gəlirlərinin  artmasında  əks  olunur.Bu  effekt  idxalın  həcmi  ilə  idxal 
rüsumlarının  miqdarının  hasilinə  bərabər  olub  qrafikdə  3-dördbucağı  ilə  ifadə 
olunur.Gəlir  effekti  istehlakçıların  itkiləridir,  belə  ki,  onların  gəlirlərinin  bu  hissəsi 
dövlət büdcəsinə alınır. 
5. Yenidən bölüşdürülmə effekti. Bu effekt istehlakçıların gəlirlərinin  məhsu-
lun  istehsalçılarına  yenidən  bölüşdürülməsini  əks  etdirir.  Göründüyü  kimi,  idxal 
rüsumlarının  tətbiqindən  ilk  növbədə  istehlakçılar  zərər  çəkir.belə  ki,  qiymətlərin 
yüksəlməsi nəticəsində onlar daha çox pul xərcləyir, ya da az məhsul alır. Beləliklə 
idxal rüsumlarının tətbiqi istehlakçıların imkanlarının pisləşməsinə səbəb olur. 
dxal rüsumlarının istehsalçı,  istehlakçı  və  dövlətə təsirini ümumiləşdirsək bu 
rüsumların  ölkə  iqtisadiyyatına  ümumi  təsirini  qiymətləndirmək  mümkündür.Bu 
halda  onu  da  qeyd  etmək  lazımdır  ki,  rüsumların  tətbiqi  yalnız  idxalçı  ölkə  üçün 
deyil,  ümumilikdə  dünya  təsərrüfatı  üçün  itkilərə  səbəb  olacaqdır. dxalçı  ölkə  üçün 
itkilərin  təhlili  aşağıdakı  qrafik  model  əsasında  həyata  keçirilə  bilər.  Burada  Mo-
sərbəst    ticarət  zamanı  idxalın  həcmi,  M1-  isə  rüsumların  tətbiqindən  sonra  idxalın 
həcmidir.Sol  tərəfdəki  şəkil  (a)  göstərir  ki,  istehlakçıların  itkiləri  ümumilikdə 
istehsalçıların gəlirləri ilə dövlətin gəlirlərinin cəmindən çoxdur. Rüsumların tətbiqi 
nəticəsində  idxalçı  ülkənin  itkilərini  sağ  tərəfdəki  (b)  idxal  məhsullarının  bazarı  
modeli  ilə  də  ifadə  etmək  mümkündür.Bu  qrafikdə  DM    xətti  alıcıların  konkret 
qiymətə nə qədər idxal malı almağa hazır olması ilə yerli istehsalçıların bu qiymətə 
nə  qədər  məhsul  istehsal  etməyə  hazır  olduğunu  əks  etdirir.2  +  4  üçbucağının 
hündürlüyü rüsumların səviyyəsini, oturacağı isə idxalın ümumi azalmasını göstərir. 


39
 
2+4  üçbucağı  idxal  rüsumlarının  tətbiqi  nəticəsində  beynəlxalq  ixtisaslaşma  və 
ticarətdən  əldə  oluna  biləcək  gəlirlərdəki  itkiləri  əks  etdirir.Belə  ki,  2  fiquru  yerli 
istehsalçıların 15 min əlavə mal istehsal etmək üçün  xərclərini ifadə edir.Bu miqdar 
rüsumların  tətbiqindən  əvvəl  idxal  olunurdu  və  onun  dəyəri  5  fiqurunun  sahəsinə 
bərabər  idi. dxal  rüsumlarının  tətbiqindən  sonra  bu  miqdar  ölkə  daxilində  istehsal 
olunur  və  ümumi  dəyəri  2+5  -ə  bərabərdir.Dövlətin  ümumi  itkiləri  isə  4  fiqurunun 
sahəsi  ilə  ifadə  olunur.  Belə  ki,  AB  parçasına  uyğun  miqdarda  mal  (25  min  ədəd) 
xaricdən idxal olunurdu və bu halda idxalın ümumi istehlak dəyəri 4 və 6 fiqurlarının 
sahələrinin  cəmi  ilə  ifadə  olunurdu.  Dövlət  bu  miqdarı  almağa  6  fiqurunun  sahəsi 
qədər vəsait sərf edirdi. Beləliklə, istehlakçıların uduşu 4 fiqurunun sahəsinə bərabər 
idi.Rüsumların tətbiqi nəticəsində istehlakçılar bu uduşdan məhrum olur. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  idxal  rüsumları  əsas  etibarı  ilə  daxili  bazarın 
xarici  rəqabətdən  müdafiəsi  məqsədi  ilə  istifadə  olunur.  Daxili  istehsalçıların 
müdfiəsi səviyyəsi rüsum normalarının səviyyəsindən asılıdır. Ancaq, dövlət tərəfin-
dən  müəyyən  olunmuş  rüsum  normaları  –  nominal  rüsumlar  heç  də  həmişə  daxili 
istehsalçıların  müdafiəsinin  real  səviyyəsini qiymətləndirməyə  imkan  vermir.  Səbəb 
ondadır  ki,  nominal  rüsumlar  idxal  olunan  məhsulların  ümumi  dəyəri  ilə  müəyyən 
olunur. Ancaq real müdafiə səviyyəsi yerli malların əlavə dəyəri ilə müəyyən olunur. 
Yalnız böyük ölkələr idxal rüsumları tətbiq etməklə dünya qiymətlərinə təsir edə və 
özü  üçün  daha  əlverişli  ticarət  şəraiti  təmin  edərək  müsbət  iqtisadi  effektə  nail  ola 
bilər.Ancaq  bu  halda  da  müsbət  effekt  yalnız  o  halda  müşahidə  olunur  ki,  ticarət 
şə
raitinin  yaxşılaşmasından  əldə  edilmiş  gəliridxalın  istehlakının  azalmasından 
yaranan  itkilərdən  çox  olsun.  Optimal  rüsum    normaları  –rüsumların  milli  iqtisadi 
rifahın maksimum səviyyəsini təmin edən səviyyəsidir. Optimal rüsum normalarının 
aşağıdakı xüsusiyyətləri vardır
1

-  optimal  rüsum  normalarının  səviyyəsi  həmişə  nisbətən  aşağı  olur  və  onun 
mümkün  qədər  böyük  hissəsi  idxal  mallarının  dünya  qiymətlərinin  aşağı  düşməsi 
                                                            
1
 Свинухов  В.Г.Таможенно-тарифное  регулирование  внешнеэкономической  деятельности  и  таможенная 
стоимость
. Издательство:Homo faber. 2005 г, 271 стр. 
 


Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə