Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə12/43
tarix01.09.2018
ölçüsü1,79 Mb.
#66175
1   ...   8   9   10   11   12   13   14   15   ...   43

33
 
quraşdırmasına  cəhd  edirlər.  Buna  görə  bu  və  ya  digər  nəzəriyyədən  istifadə  vaxtı 
müəyyən  düzəlişləri    yaratmaq  və  ya  tətbiq  etmək  lazımdır.  Keçid  prosesləri  hələ 
tamamlanmadan  uzaqdır.  Əlbəttə  ki,  bazara  keçidin  məqsədi    əhalinin  həyat 
səviyyəsinin sabit artmasını təmin edən effektiv bazar iqtisadiyyatının yaradılmasıdır. 
 
 
1.3 Xarici iqtisadi fəaliyyətin gömrük-tarif tənzimlənməsi və tariflərin 
müəyyən edilməsinin əsas prinsipləri 
Xarici  ticarətin  tənzimlənməsinin  ən  mühüm  vasitəsi  gömrük  rüsumları 
olduğundan  onları müəyyən edilərkən ilk növbədə bu rüsumların iqtisadi xarakteri, 
onların yerinə yetirməli olduğu funksiyalar və eləcə də idxal olunan  malların  xarak-
teri, texniki səviyyəsi ciddi nəzərə alınmalıdır. Xüsusilə bazar iqtisadiyyatı şəraitində 
X F–in tənzimlənməsində  gömrük rüsumlarının rolu əvəzedilməzdir. Onların köməyi 
ilə  dövlət  müəyyən  malların  idxalı  və  ya  ixracını  stimullaşdıra,  məhdudlaşdıra,X F 
sahəsində müəyyən iqtisadi, elmi- texniki, ekoloji, valyuta-maliyyə siyasətini həyata 
keçirə, X F iştirakçılarının fəaliyyətini mühüm dövləti, milli maraqlar istiqamətində 
yönəldə  bilir.  Gömrük  rüsum  normaları  müəyyən  olunarkən  iki  yanaşma  əsas 
götürülür – fiskal yanaşma və tənzimləyici yanaşma. XIX əsrin sonları və XX əsrin 
ə
vvəllərində  gömrük  rüsum  normalarının  müəyyən  olunmasında  fiskal  yanaşmaya 
üstünlük verilirdi və rüsumlar dövlət gəlirlərinin mühüm mənbəyi kimi baxılırdı. XX 
ə
srin  ortalarından  başlayaraq  gömrük  rüsum  normalarının  azalması  meyli  üstünlük 
təşkil etməyə, tənzimləyici yanaşma ön plana çıxmağa başladı. Belə şəraitdə gömrük 
rüsum  normalarının  mal  qrupları  və  konkret  məmulatlar  üzrə  differensasiyasına 
tələbat artdı.  
Ümumilkdə,  xarici  ticarətin  tənzimlənməsi  metodları  iki  qrupa  -  iqtisadi  və 
inzibati  tənzimləmə  metodlarına  bölünür
1
.  qtisadi  tənzimləmə  metodları  ticarət 
siyasətinin iqtisadi alətlərinin – gömrük tariflərinin, vergilərin tətbiqinə əsaslanır. Bu 
vasitələrdən  istifadə  etməklə  dövlət  xarici  iqtisadi  fəaliyyət  subyektlərinin  iqtisadi 
                                                            
1
 Heydərov K.F  “Gömrük işinin əsasları, gömrük işinin təşkili və texnologiyası” 1-ci cild, Bakı, 1998 
 


34
 
maraqlarına və müvafiq olaraq, onların davranışına təsir edir. Eyni zamanda onların 
tam  operativ  müstəqilliyi  saxlanılır.  Bu  tədbirlər  bazar  münasibətlərinin  təbiətinə 
daha çox uyğun gəlir və bu səbəbdən də bazar iqtisadiyyatı şəraitində X F-in tənzim-
lənməsində  əsas  rol  oynayır.  Tarif  tənzimləmə  metodunda  dövlət  xarici  ticarət 
dövriyyəsinə idxal olunan malların qiyməti vasitəsi ilə təsir göstərir. Belə ki, tariflərin 
tətbiqi idxal mallarının qiymətini yüksəldir, amma alıcılarda bahalı xarici mal, yaxud 
ucuz  yerli  mal  almaq  seçimini  saxlayır.  Tarif  tənzimləmə  metodu  əsas  etibarı  ilə 
daxili  bazarın  xarici  rəqabətin  zərərli  təsirindən  mühafizə  olunmasına  yönəlib. 
Gömrük  tarifləri  X F-in  ən  mühüm  iqtisadi  tənzimləyicisi  olub,  onun  vasitəsi  ilə 
dövlətin  xarici  iqtisadi  mübadilə  sahəsindəki  siyasəti  reallaşdırılır.  Xarici  ticarətin 
tənzimlənməsinin  tarif  metodu    xarici  ticarətin  ÜTT  tərəfindən  müəyyən  edilmiş 
prinsiplərinə  də  uyğundur.  Bu  tənzimləmə  metodunun  əsasında,  adından  da 
göründüyü  kimi,  gömrük  tarifləri  durur.”Gömrük  tarifi  haqda  AR  qanununa  görə, 
gömrük tarifi – gömrük sərhəddindən keçirilən  mallara tətbiq  edilən  gömrük  rüsum 
dərəcələrinin X F ƏN-na uyğun olaraq sistemləşdirilmiş məcmusudur. 
UNKTAD  tərəfindən  işlənmiş  “Ümumi  preferensiya  sistemi”nə  daxil  olan 
ölkələrin  mallarına,  eləcə  də  ölkənin  daxil  olduğu    inteqrasiya  birliyinin  digər 
üzvlərinin mallarına daha aşağı rüsum normaları –preferensial rüsumlar tətbiq olunur. 
Gömrük tariflərinin əsasını gömrük rüsumları təşkil edir
1
. ”Gömrük tarifi haqqında” 
AR  qanununa  görə  gömrük  rüsumu  –  mallar  AR  ərazisinə  gətirilərkən  və  ya  bu 
ə
razidən çıxarılarkən gömrük orqanları tərəfindən tutulan haqq olub bu cür idxal və 
ixracın mühüm şərtidir. 
Tətbiq  olunduğu  obyektə  görə    rüsumlar  idxal,  ixrac  və  tranzit  rüsumlarına 
bölünür.  dxal rüsumları əsasən, idxal olunmuş mallar daxili bazarda sərbəst dövriyyə 
üçün  buraxıldığı  hallarda  tətbiq  olunur.  Bu  rüsumlar    demək  olar  ki,  bütün  ölkələr 
tərəfindən  daxili  bazarın  xarici  rəqabətin  zərərli  təsirindən  qorunması  məqsədi  ilə 
tətbiq olunur.  xrac rüsumları nisbətən az, əsas etibarı ilə strateji əhəmiyyətli məhsul-
ların ixracı  samanı tətbiq olunur.ABŞ  da  ixrac  rüsumlarının   tətbiqi konstitusiya  ilə 
                                                            
1
 Əliyev A.Ə. “Gömrük  işi və dünya iqtisadiyyatının inkişafı”, 2002, Bakı: Caşıoğlu, 236 s. 
 


35
 
qadağan  olunur.  Tranzit  rüsumları  nadir  hallarda,  əsasən  ticarət  müharibəsi  vasitəsi 
kimi tranzitlərə tətbiq olunur. Spesifik rüsumlar malın vahid miqdarına görə konkret 
məbləğ  şəklində  müəyyən  edilir.  Bu  rüsumların  müsbət  cəhəti  hesablanmasının 
sadəliyi  və  sui  –istifadə  hallarının  mümkün  olmamasıdır.  Ancaq  bu  halda  müdafiə 
səviyyəsi malın qiymətinin dəyişməsindən çox asılı olur.Malların idxal qiymətlərinin 
artması  daxili  bazarın  spesifik  rüsumlarla  müdafiəsi  səviyyəsinin  aşağı  düşməsinə 
səbəb  olur  və  əksinə,  idxal  qiymətlərinin  enməsi  ilə  müdafiə  səviyyəsi  yüksəlir. 
Kombinə edilmiş rüsumlarda əvvəlki iki üsulun qarışığı istifadə olunur.  
Rüsum  normasının  növünə  görə  rüsumlar  –  daimi  və  dəyişən  rüsumlara 
bölünür.  Daimi  rüsumlar  –dövlət tərəfindən birdəfəlik  müəyyən  olunur və  şəraitdən 
asılı  olaraq  dəyişmir.Dəyişən  gömrük  rüsumları  –  dövlət  tərəfindən  müəyyən 
olunmuş  şərtlər  daxilində  (dünya  qiymətlərinin  dəyişməsi,  dövlət  subsitiyalarının 
səviyyəsindən  asılı  olaraq)  dəyişən  rüsumlardır.  Bu  rüsumlar  çox  nadir  hallarda, 
məsələn, A  da vahid kənd təsərrüfatı siyasəti çərçivəsində tətbiq olunur. Cədvəl 1.2-
də gömrük rüsumlarının müxtəlif əlamətlərinə görə təsnifatı verilmişdir: 
Cədvəl 1.2 
Gömrük rüsumlarının təsnifatı 
 
Hesablama üsuluna görə 
Advalor 
Spesifik 
Kombinə edilmiş 
Tətbiq obyektinə görə 
xrac 
dxal 
Tranzit 
Xarakterinə görə 
Mövsümi 
Antidempinq 
Kompensasiya 
Mənşəyinə görə 
Avtonom 
Konvension 
Preferensial 
Rüsum normasının növünə görə 
Daimi 
Dəyişən 
 
Təsirinin qiymətləndirilməsinə görə 
Nominal 
Effektiv 
 
 
Yuxarıda  qeyd  olunan  rüsum  növləri  içərisində  idxal  rüsumları  mühüm 
ə
həmiyyətə  malikdir.  Bu  rüsumlar  xarici  ticarətin  tənzimlənməsinin  əsas  vasitəsi 
olub,  ölkə  iqtisadiyyatına  çox  ciddi  təsir  göstərir.  Bu  səbəbdən  də  idxal  rüsum 
normaları müəyyən edilərkən bu normaların ölkə iqtisadiyyatına təsiri mütləq nəzərə 
alınmalıdır.  dxal rüsumlarının ayrı-ayrı ölkələrin iqtisadiyyatına təsiri müxtəlif olub  
ölkənin  dünya  təsərrüfatındakı  iqtisadi  çəkisi  ilə  müəyyən  olunur.  Qeyd  etmək 


Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə