Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə8/43
tarix01.09.2018
ölçüsü1,79 Mb.
#66175
1   ...   4   5   6   7   8   9   10   11   ...   43

22
 
ardıcıllığa malikdir: məhsuldar qüvvələrin inkişafı   istehsalın və kapitalın beynəl-
miləlləşdirilməsi    iqtisadi inteqrasiya.    
Göründüyü  kimi  alimlərin  işlərində  kifayət  qədər  aydın  əsaslandırılır  ki, 
inteqrasiya prosesləri təsərrüfat həyatının beynəlmiləlləşdirməsinin çoxdan başlanmış 
proseslərinin  spesifik  forması  və  birbaşa  davamıdır.  Buna  Avropa  Kömür  və  Polad 
Birliyi (AKPB) nümunə  ola bilər. Sözü gedən birlik Qərbi Avropada sonrakı inteqra-
siya  proseslərinin  özülü  olmuşdur.  Avropa  Kömür  və  Polad  Birliyinin  təşkilatçıları 
(1951-ci  ildə)  əsas  məqsəd  kimi  mərkəzləşdirməni,  planlaşdırmanı,  kömürün 
istehsalına  nəzarət  və  onların  təkmilləşdirilməsini  irəli  sürdülər.  Artıq  90-cı  illərin 
başlanğıcına  kömür  sənayesinin  və  AKPB-nin    on  üzv  ölkəsinin  -  AFR,  Fransa, 
taliya,  Belçika,  Niderland,  Lüksemburq,  Böyük  Britaniya,  Danimarka,  rlandiya, 
Yunanıstanın  qara  metallurgiya  sahəsində  birgə  fəaliyyətinin  geniş  miqyaslı 
nəticələrini  görmək  olar.  Təsərrüfat  həyatının  beynəlmiləlləşdirilməsinin    bu  yeni 
pilləsinin  prinsipial fərqi ondan ibarətdir ki, AKPB çərçivəsində milli təsərrüfatlarda 
baş  verən  təkrar  istehsal  prosesləri  "yalnız  bir-biriləri  ilə  əlaqədə  olur  və  təsir 
etmirlər, həm də perspektivdə, regional miqyasların bütöv təkrar istehsal proseslərini 
yaradaraq,  qarşılıqlı  nüfuz  edirlər  və  qovuşurlar  ".  Bu  müddət  ərzində  Qərbi 
Avropada onlar demək olar ki, daş kömürün bütün hasilatına, çuqunun əridilməsinin 
85%-nə, polad istehsalının təqribən 80 %-nə, dəmir filizi hasilatının isə təxminən 50 
%-nə  nəzarət edirlər. Əgər iqtisadi ədəbiyyatlarda (E.F. Avdokuşin, R. Xasbulatov, 
O. Çerkoves) sonrakı inteqrasiya ilə istehsalın beynəlmiləlləşməsinin formal və real 
pillələri kifayət qədər dəqiq  göstərilmişdirsə, onda Avropa Kömür və Polad Birliyini 
real inteqrasiyanın ilk həlqəsi  kimi götürmək olar.  
  nteqrasiyanın nəzəri və metodoloji konsepsiyalarının müxtəlifliyinə baxmaya-
raq,  vurğulamaq  olar  ki,  beynəlxalq  iqtisadi  inteqrasiya  –  qarşılıqlı  beynəlxalq 
iqtisadi  təsirin  əhəmiyyətli  strategiyalarından  biridir,  xarici  iqtisadi  siyasətin  və 
irəliləyən davamlı inkişaf çərçivəsində milli dövlətlərin və şəxsi iqtisadi subyektlərin 
maraqlarını xarakterizə edən istiqamətdir. 
qtisadi  inteqrasiya  proseslərinin  inkişafının  praktiki  zərurətinin  işlənməsi  və 
ə
saslandırılması  cəhdlərinə  hələ  1950-1960-cı  illərdə  bir  sıra  elm  adamlarının 


23
 
(J.Rueff,  R.Suman,  V.Halsteyn,  M.Paniç,  E.Benua,  J.Monne,  P.Robson  və  s.) 
ə
sərlərində rast gəlinmisdir. 
Ə
nənəvi  nəzəriyyə  iqtisadi  inteqrasiya  proseslərini  təhlil  edərkən  praktiki 
olaraq  gömrük  birliyi  çərçivəsində  iqtisadi  şərtlərdən  (ticarət  maneələrinin  ləğvi, 
müəyyən  koordinasiyaedici  reqlamentin  tətbiqi  və  s.)  çıxıs  edir.  Bu  nəzəriyyənin 
nümayəndəsi  olan  Kanada  alimi  Cekob  Vaynerin  (iqtisadi  inteqrasiya,  xüsusilə  də 
gömrük  birliyi  nəzəriyyəsinin  formalaşmasını  onun  adı  ilə  bağlayırlar)  analizinin 
ə
sasında ölkələrin hər birinə məxsus gömrük tarifinin mövcudluğu şəraitində və onlar 
arasında  gömrük  birliyi  haqqında  sazişin  (hansı  ki,  bu  saziş  qarşılıqlı  ticarətdə 
tarifləri aradan qaldırır) imzalanması şəraitində ölkələr arasında ticarətin müqayisəsi 
durur. 
Ticarət siyasətinin bir modeli kimi gömrük birliyinə beynəlxalq iqtisadiyyatda 
birmənalı müsbət hadisə kimi baxmaq olmaz. Azad ticarət siyasətindən sonra ikinci 
elə  bir  alternativ  ticarət  siyasəti  yoxdur  ki,  onun  beynəlxalq  rifaha  təsiri  birmənalı 
surətdə müsbət olsun.  ngilis iqtisadçısı C.Mid tərəfindən 1955-ci ildə irəli sürülmüş 
“ikinci  yaxşı”  ideyası  da  elə  bu  fikrə  əsaslanır.  “ kinci  yaxşı”  nəzəriyyəsinə  görə, 
məcmu rifahın birmənalı surətdə yüksəlməsinə aparan azad ticarətdən başqa, bu cür 
birmənalı  surətdə  məcmu  rifahın  artımını  təmin  edə  biləcək  heç  bir  ticarət  siyasəti 
variantı mövcud deyildir. 
Digər  məktəbin  nümayəndələri  (L.Keoxane,  P.Robson,  M.Dyuvatripon  və 
digərləri)  inteqrasiya  prosesində  hakim  mövqe  tutan  amil  kimi  qeyri-iqtisadi 
xarakterli  faktorları  qeyd  edirlər.  Inteqrasiya  qruplasmaları  ölkələrə  daha  etibarlı 
müdafiə qabiliyyətini təmin etməyə imkan verir, “elit klub”a daxil olma milli prestij 
məsələsinə çevrilir və s. Siyasi amillərin əhəmiyyətini azaltmayaraq, qeyd etmək olar 
ki, onlara əsas rolun verilməsi ölkələrin inteqrasiya səylərini tam izah etməyə imkan 
vermir.  Bir  qədər  sonra  irəli  sürülmüş  nəzəriyyəyə  görə  isə,  ölkələr  iqtisadi 
inteqrasiyaya  “məhdudiyyət  amili”nin  (xammal,  digər  istehsal  amilləri  nəzərədə 
tutulur)  aradan  qaldırılması  üçün  səy  edirlər.  Bildirilir  ki,  bu  “amil”  istehsalın 
həcminin  artmasına,  əmtəə  differensiasiyasının  inkişafına  və  yeni  texnologiyaların 
inkişafına gətirib çıxarır. 


24
 
Bu fikirləri əsas götürən bir sıra mütəxəssislər (P.Robson, A.Ryuqman) hesab 
edirlər  ki,  inteqrasiyanın  birbaşa  nəticəsi  olan  istehsalın  həcminin  artımı  statik 
amillərin  (istehsal  müəssisələrinin  ölçüsü)  və  dinamik  amillərin  (“istehsal  etməyi 
öyrənmək”)  nəticəsidir.  Bu  amillər  iqtisadi  subyektlərə  daha  tutumlu  bazarın 
imkanlarından geniş surətdə istifadə etməyə imkan verir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sxem 1.1  qtisadi inteqrasiyanın nəzəri əsasları 
Ümumiyyətlə  regional  iqtisadi  inteqrasiyaya  həsr  edilmiş  çoxlu  sayda 
konsepsiyalar  mövcuddur  ki,  bunların  da  təsnifatını  şərti  olaraq  aşağıdakı  kimi 
vermək olar: 
-  Bazar  konsepsiyasının  tərəfdarları  iqtisadiyyatın  tənzimlənməsində  bazarın 
ə
n səmərəli vasitə olması fikrini əsas götürürlər. Buna görə də, inteqrasiyanı bir neçə 
qtisadi inteqrasiyanın nəzəri 
ə
sasları 
nteqrasiyanın siyasi hüquqi 
konsepsiyaları 
Ümumi inteqrasiya 
konsepsiyaları 
Funksional-sahəvi 
konsepsiyalar 
Funksionalist konsepsiya 
Bazar konsepsiyası 
Ticarət yaxud gömrük 
ittifaqı konsepsiyası 
Neofunksionalist konsepsiya 
Bazar-institutsional 
konsepsiya 
Valyuta inteqrasiyası 
konsepsiyası 
Pluralist konsepsiya 
Dirijist konsepsiya 
Federalist konsepsiya 
Struktur konsepsiya 
Marksist konsepsiya 


Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə