Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə4/43
tarix01.09.2018
ölçüsü1,79 Mb.
#66175
1   2   3   4   5   6   7   8   9   ...   43

10
 
FƏS L I. M LL   QT SAD YYATIN DÜNYA TƏSƏRRÜFATI  LƏ  
QARŞILIQLI ƏLAQƏS N N FORMALAŞMASININ KONSEPTUAL ƏSASLARI 
1.1 Beynəlxalq iqtisadi inteqrasiya prosesləri və  
onu şərtləndirən amillər 
XX əsrin sonuna doğru dünya iqtisadiyyatının inkişafı ölkələrin və millətlərin  
tələbatlarına cavab olaraq təbii resursların, insan resurslarının rasional istifadəsində, 
ə
mtəələrin, kapitalın, texnologiyaların, nou-hauların və s. mübadiləsində öz səylərini 
birləşdirməsinə  səbəb  olan  bir  sıra  ümumi  tendensiyaların  yaranmasına  gətirib 
çıxartdı.  Belə  tendensiyaların  arasında  iqtisadi  inteqrasiyaya  istiqamət  xüsusilə 
güclənmişdir,  belə  ki,  iqtisadi  inteqrasiya  özünü  kinci  Dünya  müharibəsi  bitdikdən 
sonra  göstərmiş  və  obyektiv  proses  kimi  dövlətlərarası  iqtisadi  siyasətin 
uzlaşdırılmasından  sonra  inkişaf  etmişdir.Bununla  belə  inteqrasiya  prosesi  yalnız 
hamar və yüksələn xətlə inkişaf etmir. Tarix göstərir ki, “soyuq müharibə” şəraitində 
inteqrasiya  eyni  siyasi  rejimli  dövlətlərdən  təşkil  olunan  qapalı  iqtisadi  blokların 
yaranmasına gətirib çıxarır.  
Dünyada  ideoloji  qarşıdurmanın  tədricən  aradan  qaldırılmasına  baxmayaraq, 
müasir  mərhələdə  beynəlxalq  iqtisadi  inteqrasiya,    hələ  də  keçmişin  neqativ 
təsirlərindən məhrum edilməmişdir. Ötən əsrin son rübü üçün ölkələrin əksəriyyətinin 
iqtisadiyyatlarında  böyük  dəyişikliklər  olmuş,  dünyəvi,  regional  və  milli 
iqtisadiyyatların inkişaf tempi sürətlənmişdir. Beynəlxalq ticarətin şərtləri, həmçinin 
təsərrüfatın təsiredici prinsipləri dəyişmiş və ölkənin daxili iqtisadi siyasətini özündə 
ə
ks  etdirmişdir.  qtisadiyyat  beynəlxalq  münasibətlər  sistemindən  köhnə  geosiyasi  
istiqamətləri sıxışdırıb çıxartmağa başlamışdır. 
stehsalın  ictimai  xarakterinin  sürətləndirilmiş  inkişafı,  öz  növbəsində  dövlət 
sərhədlərini  keçərək,  cəmiyyətin  səmərəli  həyatının  təşkilinin  daha  geniş  miqyaslı 
formalarının  axtarışını  tələb  edir.  Sözsüz  ki,  belə  axtarışın  nəticəsi    dərhal  dünya 
təsərrüfatını  əhatə  etmir.  lkin  olaraq  bir  neçə  ölkədən  regional  komplekslər 
formalaşdırılır,  lakin  onlar  yalnız  ərazisinə  görə  deyil,  həm  də  iqtisadi  və  mədəni 
inkişaf  səviyyəsinə  görə,  həmçinin  təsərrüfatçılıq  tipinə  görə  yaxın  olmalıdır.  Bu 


11
 
tədricən  milli,  iqtisadi  və  mədəni  dəyərlərin  yaxınlaşması    yolu  ilə  baş  verir.  Bu 
zəncirin  bütün həlqələrində xüsusi yeri sənayenin beynəlmiləlləşdirilməsi tutur. 
"Sənayenin  beynəlmiləlləşdirilməsi  fenomeni,  müxtəlif  ölkələrin  sənaye 
müəssisələri arasında iki əsr boyunca möhkəm, uzunmüddətli, istehsal və elmi-texni-
ki əlaqələrin qurulması prosesi öz həyat qabiliyyətini və effektivliyini sübut edir. Bu 
fenomen XX əsrin sonuna doğru əvvəllər görünməmiş imkan və formaların müxtəlif-
liyinə  nail  olur".  Bu  halda  yeni  tarixi  fenomen  yaranır:  "Monodövlətli,  iqtisadi  və 
sosiomədəni  milli  təsərrüfatlar  tədricən  daha  böyük  çoxdövlətli  komplekslərə 
çevriləcəklər ki, nəticədə forma cəhətdən müəyyən bir dövrə onlar beynəlxalq qalsa-
lar da, məzmun üzrə tədricən vahid təsərrüfatlı və sosiomədəni orqanizmin hissələri-
nə çevrilirlər". 
Bu şəraitdə iqtisadi inteqrasiya prosesi yeni keyfiyyətli xüsusiyyətlər əldə edir: 
iqtisadi  inkişaf  templərinin  sürətlənməsi,  təsərrüfatların  regionallaşması  və  beləliklə 
də,  siyasi  maraqların  inkişafı  gedişatında  yaranan  proseslərin  koordinasiyası; 
beynəlxalq iqtisadi, elmi-texniki, texnoloji, informasiya əməkdaşlığının və əməkdaş-
lığın  digər  növlərinin  təkmilləşdirilməsi    daxili  və  dövlətləarası  məsələlərin  həllinə 
böyük stimullaşdırıcı təsir göstərir. 
Beləliklə,  bu  dünyəvi  prosesin  analizi  yalnız nəzəri  deyil,  həm  də  son  dərəcə 
praktik  əhəmiyyətə  malikdir.  V.  Rıbalkin  yazır  ki,  "Geniş  miqyaslı,  dayanıqlı  və 
daimi  işgüzar  əməkdaşlıq  maraqları,  qarşılıqlı  səmərəliliyi,  açıq  insan  ünsiyyətini 
öncədən  müəyyən  edir,  həmçinin  milli  qapalılığın  və  eqoizmin  öhdəsindən  gəlmək 
ehtiyacını  gücləndirir.  Dövlət  sərhədlərinin,  xüsusilə  rəsmi-bürokratik  və  maliyyə 
proseduraları sahəsində şəffaflığının əlavə ilkin şərtləri yaradılır”. 
" nteqrasiya"  termini  hələ  Qədim  Romada  yaranmışdır.  Latın  dilindən 
tərcümədə  bərpa, tamamlama mənasını bildirir (integer – "tam"), iki və ya daha çox 
ölkənin  milli  təsərrüfatlarının  könüllü  əsasda  vahid  orqanizmin  yaradılmasına 
yönəldilmiş qarşılıqlı uyğunlaşması və yaxınlaşması mənasını verir. Başqa cür desək, 
bu  iqtisadi  subyektlərin    birləşməsi,  onların  qarşılıqlı  təsirinin  dərinləşməsi,  onların 
arasında  əlaqələrin  inkişafıdır.  " qtisadi  inteqrasiya"  termini  ilk  dəfə  yalnız  30-cu 
illərdə isveç və alman iqtisadçı-alimlərin  tədqiqatlarında meydana çıxmışdır.  


12
 
Beynəlxalq iqtisadi inteqrasiya milli təsərrüfat mexanizmlərinin yaxınlaşması-
na,  qarşılıqlı  uyğunlaşmasına  və  artımına  gətirən,  dövlətlərarası  sazişlər  formasını 
qəbul  edən  və  razılaşdırılmış  şəkildə  dövlətlərarası  orqanlar  tərəfindən  tənzimlənən 
obyektiv  iqtisadi  qarşılıqlı  təsir  prosesidir.  qtisadi  inteqrasiyanın  əsasında  müstəqil 
fəaliyyət göstərən subyektlərin iqtisadi maraqları və beynəlxalq əmək bölgüsü durur. 
qtisadi inteqrasiyaya nə öz-özünə baş verən bazar prosesi, nə də məqsədyönlü 
tənzimlənən  proses  kimi  baxmaq  olmaz.  Bu,  dialektik  vəhdət  olmaqla  eyni  bir 
prosesin hər iki tərəfini – həm obyektiv, həm də subyektiv tərəflərini əks etdirir. 
nteqrasiya prosesləri iqtisadi regionalizmin inkişafına gətirib çıxarır ki, bunun 
da nəticəsində ayrı-ayrı ölkələr qrupu öz aralarında ticarət üçün, bir sıra hallarda isə 
istehsal amillərinin regionlararası hərəkəti üçün daha əlverişli şərait yaradırlar. Aydın 
görünən  proteksionist  cəhətlərinə  baxmayaraq,  iqtisadi  regionalizm  beynəlxalq 
iqtisadiyyatın  inkişafı  üçün  mənfi  amil  hesab  edilmir.  Lakin  bu  zaman  nəzərə 
alınmalıdır  ki,  inteqrasiya  edən  ölkələr  qrupu  qarşılıqlı  iqtisadi  əlaqələrini 
liberallaşdırarkən  üçüncü  ölkələrlə  qarşılıqlı  əlaqələr  üçün  inteqrasiya  proseslərinin 
başlanmasına  qədər  mövcud  olmuş  şərtlərdən  daha  pis  şərtlər  müəyyən 
etməməlidirlər.  Başqa  sözlə,  iqtisadi  regionalizm  bir  qrup  ölkələr  arasında  əlaqələri 
sadələşdirərkən bütün digər ölkələrlə əlaqələri mürəkkbələşdirməməlidir. Regionali-
zm üçüncü ölkələrlə ticarət şəraitini pisləşdirməyənə qədər o beynəlxalq iqtisadiyya-
tın inkişafının müsbət amili hesab edilir. 
nteqrasiyanın  çıxış  nöqtəsi  iqtisadi  sistemin  ilkin  subyektlər  səviyyəsindəki 
birbaşa beynəlxalq iqtisadi (istehsal, elmi-texniki, texnoloji) əlaqələr hesab edilir. Bu 
ə
laqələr  eninə  və  dərininə  inkişaf  etməklə  bazis  səviyyəsində  milli  təsərrüfatların 
mərhələ-mərhələ  artımına  gətirib  çıxarırlar.  Bunun  ardınca  qaçılmaz  olaraq  dövlət 
iqtisadi,  hüquqi,  fiskal,  sosial  və  digər  sistemlərin  qarşılıqlı  uyğunlaşması  və 
idarəetmə strukturlarının yaranması baş verir. 
nteqrasiya onu digər qarşılıqlı iqtisadi fəaliyyət formalarından fərqləndirən bir 
sıra əhəmiyyətli əlamətlərlə xarakterizə olunur: 
•  üzv-ölkələrin iqtisadi siyasətinin razılaşdırılması; 
•  milli qanunvericiliklərin, norma və standartların yaxınlaşması; 


Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə