Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə3/43
tarix01.09.2018
ölçüsü1,79 Mb.
#66175
1   2   3   4   5   6   7   8   9   ...   43

7
 
•  gömrük-tarif  tənzimlənməsinin  əsas  istiqamətlərini  və  tariflərin  müəyyən 
edilməsinin əsas prinsiplərinui müəyyən etmək; 
•  gömrük tarifləri və onun xarakterik tənzimləmə xüsusiyyətlərini araşdırmaq; 
•  gömrük  rüsumları  səviyyəsinin  müəyyənləşdirilməsinin  iqtisadi-hüquqi 
mexanizmini tədqiq etmək; 
•  respublikamızda gömrük və  idxal-ixrac əməliyyatlarının müasir vəziyyətini 
kompleks təhlil etmək; 
•  respublikada  xarici  iqtisadi  fəaliyyətin    tənzimlənməsinin  təşkili    və 
formalaşmasının əsas istiqamətlərini göstərmək; 
•  xarici  iqtisadi  fəaliyyətin  tənzimlənməsinin  normativ-hüquqi  təminatının 
təkmilləşdirilməsi istiqamətlərini göstərmək; 
•  Azərbaycanda  Respublikasında  gömrük  tarif  siyasətinin  təkmilləşdirilməsi 
istiqamətlərini müəyyənləşdirmək. 
Tədqiqatın informasiya bazasını dövlət hakimiyyəti və idarəetmə orqanlarının, 
xüsusilə də Dövlət Statistika Komitəsinin, Xarici  şlər Nazirliyinin, Mərkəzi Bankın, 
beynəlxalq təşkilatların işçi materialları və sənədləri, statistik və normativ – metodiki 
materiallar,  bir  sıra  seminar  və  konfransların  sənədləri,  tədqiqat  mövzusu  üzrə  elmi 
araşdırmalar və digər elmi ədəbiyyatlar təşkil etmişdir.  
ş
in  nəzəri-metodoloji  bazasını  xarici  iqtisadi  fəaliyyət,  o  cümlədən  gömrük-
tarif  tənzimlənməsi  haqqında  alimlərin  tədqiqatları,  müasir  iqtisadiyyatda  xarici 
iqtisadi  fəaliyyətdə  hüquqi  tənzimlənmənin  tətbiqinə  dair  yerli  və  xarici  iqtisadçı 
alimlərin  əldə  etdikləri  nəticələr  təşkil  etmişdir.  Tədqiqatda  qarşıya  qoyulan 
məsələlərin  həllinə  nail  olmaq  üçün  struktur,  funksional,  məntiqi,  müqayisəli  təhlil, 
statistik, səbəb – nəticə və beynəlxalq ticarət sferasının hüquiq tənzimlənməsinin əsas 
istiqamətlərinin digər  metodları istifadə edilmişdir. Tədqiqatın elmi  yeniliyi növbəti 
elementlərlə səciyyələnir: 
-  dövlətin  dünya  ölkələri  ilə  iqtisadi  əlaqələrinin  səmərəli  əsasda 
formalaşdırılmasının ölkənin davamlı iqtisadi inkişafına və dünya təsərrüfat əlaqələri 
sisteminə təsir imkanı sübut edilmişdir; 


8
 
-  ölkələrarası təsərrüfat əlaqələrinin iki hüquq sisteminin, beynəlxalq hüquq 
və  milli  (dövlətdaxili)  hüquq  sistemlərinin  tənzimlənməsi  obyekti  kimi  çıxış  etməsi 
ə
saslandırılmışdır; 
-  ölkələrarası  təsərrüfat  əlaqələrinin  inkişafında  beynəlxalq  ticarətin  və 
beynəlxalq  investisiya  münasibətlərinin  rolu  və  əhəmiyyəti  güniş  tədqiq  edilərək 
ə
saslandırılmışdır; 
-  Azərbaycan  Respublikasının  beynəlxalq  iqtisadi  təşkilatlarla  və  regional 
iqtisadi  qurumlarla  qarşılıqlı  iqtisadi  əlaqələri  geniş  təhlil  edilərək  formalaşması 
xüsusiyyətləri  müəyyənləşdirilmiş,  hüquqi  təminatının  mövcud  vəziyyəti 
qiymətləndirilərək təkmilləşdirilməsi istiqamətləri göstərilmişdir; 
-  Azərbaycanın dünya təsərrüfatı ilə qarşılıqlı əlaqələrində, qarşılıqlı iqtisadi 
ə
məkdaşlıq  və  xarici  iqtisadi  əlaqələr  sferasında  dövlətin  həyata  keçirəcəyi  xarici 
iqtisadi  siyasətə  və  bununla  bağlı  strategiyanın  reallaşdırılmasıina  tələblər 
müəyyənləşdirilmiş, Azərbaycan Respublikasında beynəlxalq iqtisadi münasibətlərin 
müasir  vəziyyətinin,  həmiçinin  onun  dövlət  tənzimlənməsinin  müasir  vəziyyətinin 
kompleks  təhlili  əsasında  onun  taktika  və  strategiyasının,  həmçinin  xarici  ticarət 
ə
laqələrinin səmərəli əsasda qurulması istiqamətləri müəyyənləşdirilmişdir; 
-  Azərbaycanın  dünya təsərrüfatı əlaqələri sisteminə inteqrasiyasının  strateji 
ə
sasda  reallaşdırılması  məqsədilə  dövlətin  xarici  iqtisadi  siyasət  strategiyasının 
mexanizminin  hüquqi  təminatının  mövcud  vəziyyətin  tələblərinə  uyğun 
təkmilləşdirilməsinin  zəruriliyi  əsaslandırılmış,  bu  prosesə  maneəçilik  yaradan 
faktorlar müəyyən edilmişdir. 
Dissertasiya  işinin  strukturu  giriş,  üç  fəsil,  nəticə  və  təkliflərdən  ibarətdir. 
Sonda  istifadə  olunmuş  ədəbiyyatların  siyahısı  verilmişdir.  Dissertasiyanın  birinci 
fəslində  beynəlxalq  iqtisadi  inteqrasiya  proseslərinin  mahiyyəti  açılmış  və  onu 
şə
rtləndirən  amillər  sadalanmış,  dövlətlərarası  iqtisadi  əlaqələrin  formalaşmasının 
ümumnəzəri  əsasları  və  iqtisadi  inteqrasiyanın  elmi  nəzəriyyələrinin  təkamül 
xüsusiyyətləri  geniş  izah  edilmiş,  inteqrasiya  birliklərinin  növləri  və  müasir 
beynəlxalq  iqtisadiyyatda  inteqrasiya  proseslərinin  reallaşması  istiqamətləri  ətraflı 
tədqiq  edilmişdir  xarici  ticarətin  gömrük-tarif  tənzimlənməsinə  nəzəri  yanaşmalar, 


9
 
gömrük  siyasəti  və  ümumi  iqtisadi  siyasətin  tərkib  hissəsi  kimi  onun  əhəmiyyəti, 
habelə  gömrük-tarif  tənzimlənməsinin  əsas  istiqamətləri  və  tariflərin  müəyyən 
edilməsinin əsas prinsipləri kimi məsələlər xarakterizə edilmişdir.  
ş
in  ikinci  fəslində  isə  gömrük  tariflərinin  xarakterik  tənzimləmə  xüsusiyyəti 
və onun formalaşması, gömrük rüsumları səviyyəsinin müəyyənləşdirilməsinin iqtisa-
di-hüquqi  mexanizmi  və  respublikamızda  gömrük  və  idxal-ixrac  əməliyyatlarının 
müasir vəziyyəti kompleks təhlil edilmişdir.  
Dissertasiya işinin üçüncü fəslinə gəldikdə, burada respublikada xarici iqtisadi 
fəaliyyətin tənzimlənməsinin təşkili və formalaşmasının əsas istiqamətləri, xarici iqti-
sadi  fəaliyyətin  tənzimlənməsinin  normativ-hüquqi  təminatının  təkmilləşdirilməsi 
istiqamətləri  və  Azərbaycanda  Respublikasında  gömrük  tarif  siyasətinin    təkmilləş-
dirilməsi istiqamətləri müəyyənləşdirilmişdir.  
Tədqiqatın sonunda nəticələr çıxarılmış və təkliflər irəli sürülmüş, habelə istif-
adə olunan ədəbiyyat siyahısı və internet resursları təqdim edilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə