Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə14/43
tarix01.09.2018
ölçüsü1,79 Mb.
#66175
1   ...   10   11   12   13   14   15   16   17   ...   43

40
 
nəticəsində xarici ixracçıların üzərinə düşür;optimal rüsum normaları həmişə müsbət 
olub 0-la qadağanedici rüsum normaları arasında dəyişir; 
-  optimal  rüsum  normaları  bir  ölkə  üçün  əlverişli  olsa  da  ümumilikdə 
beynəlxalq iqtisadiyyat üçün itkilərə gətirib çıxarır; 
optimal rüsum normaları idxalın elastikliyi ilə tərs mütənasibdir. dxalın həcmi 
qiymətlərin dəyişməsi  ilə nəqədər  az dəyişirsə optimal  rüsum  normaları  bir o qədər 
yüksək olur. 
Gömrük  tariflərinin  tətbiqi  tarixən  iqtisadiyyatçılar  arasında  mübahisə 
mövzusu  olmuşdur.Tariflərin  tətbiqinin  tərəfdarları  tariflərin  müsbət  cəhətlərini, 
ə
leyhdarları isə mənfi cəhətlərini əsaslandıran arqumentlər gətirirlər. Bu arqumentləri 
nəzərdən keçirək.  dxal rüsumlarının tərəfdarlarının arqumentləri aşağıdakılardır: 
-  tariflər gənc sahələrin müdafiəsi üçün zəruridir. Bu arqumentə görə ölkədə 
yeni  yaradılan  sənaye  sahələrinin  dövlətin  müvəqqəti  gömrük  müdafiəsinə  ehtiyacı 
var. Bu müdafiə olmazsa ucuz xarici malların ölkəyə axını sahəni məhv edə bilər. 
-  tariflər  milli  sənayenin  stimullaşdırılması  vasitəsidir.Bu  arqumentin 
tərəfdarlarının  fikrincə  inkişaf  etməkdə  olan  ölkələrin  yerli  sənayesi  xaricdə  daha 
qabaqcıl texnologiyanın köməyi ilə istehsal olunan daha ucuz mallarla rəqabət apara 
bilmədiyinə  görə  bu  sahələrin  idxal  rüsumları  ilə  müdafiəyə  ehtiyacı  var.Bu  cür 
müdafiənin olmaması həm də iş yerlərinin azalması ilə nəticələnə bilər. 
-  rüsumlar büdcə gəlirlərinin mühüm mənbələrindəndir. Bu arqument inkişaf 
etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrdə daha çox yayılıb.Bu ölkələrdə maliyyə 
intizamının  aşağı  səviyyəsi  əhalidən  və  müəssisələrdən  vergilərin  dövlət  büdcəsinə 
yığılmasını  təmin  etməyə  imkan  vermədiyinə  görə,  daha  asan  yığıla  bilən  gömrük 
rüsumları və vergilərinə üstünlük verilir. 
-  tariflər  ölkənin  milli  təhlükəsizliyinin,beynəlxalq  nüfuzunun,  mədəniyyəti-
nin  və  ənənələrinin  qorunmasına  imkan  verir.  Bu  arqumentləri  siyasi  çəkiyə  malik, 
aşağı rəqabət qabiliyyətli məhsulların inhisarçı istehsalçıları irəli sürürlər. 
Tariflərin  əleyhdarları  öz  mövqelərini  əsaslandırmaq  üçün  aşağıdakı 
arqumentləri gətirirlər: 


41
 
-  tariflər  iqtisadi  artımı  zəiflədir.  Ümumi  tarazlıq  nəzəriyyəsi  əsasında  təhlil 
göstərir  ki,  kiçik  ölkələrin  rifahı  istənilən  halda  idxal  rüsumlarının  tətbiqindən 
pisləşir.Böyük  ölkələr  üçün  yalnız  optimal  tariflərin  tətbiqi  rifahın  yaxşılaşmasına 
səbəb  olur.  Bu  halda  da  ölkədə  rifahın  yaxşılaşması    digər  ölkələrdə  rifahın 
pisləşməsi hesabına əldə olunur. 
-  birtərəfli qaydada tətbiq olunmuş tariflər tez-tez ticarət müharibələrinə səbəb 
olur,bu  isə  öz  növbəsində  beynəlxalq  ticarətin  və  ümumilikdə  beynəlxalq 
iqtisadiyyatın  inkişafına  mane  olur.  Belə  ki,  qarşı  tərəf  də  cavab  tədbirləri  tətbiq 
etməyə məcbur olur. 
-  rüsumlar istehlakçıların xərclərinin artmasına səbəb olur, belə ki, onlar həm 
yerli,  həm  də  xarici  malları  daha  yüksək  qiymətə  almağa  məcbur  olurlar.Nəticədə 
istehlakçıların gəlirlərinin  bir hissəsi  dövlət  xəzinəsinə cəlb olunur və onların rifahı 
aşağı düşür. 
-  idxal mallarına rüsumların tətbiqi ölkənin ixracının dolayı olaraq azalmasına 
səbəb  olur,  bu  isə  öz  növbəsində  ölkənin  tədiyyə  balansına  mənfi  təsir  göstərir.Bu 
onunla əlaqədardır ki, bir çox ölkələrdə ixrac  mallarının istehsalında xarici detallar, 
komponentlər  istifadə  olunur  ki,  onlara  gömrük  rüsumlarının  tətbiqi  son  nəticədə 
ixrac mallarının qiymətini artırır və rəqabət qabiliyyətini aşağı salır. 
-  tariflərin  tətbiqi  ümumi  məşğulluğun  səviyyəsini  aşağı  salır.  Bu  onunla 
ə
laqədardır  ki,  idxal  malları  ilə  daxili  bazarda  rəqabət  aparan  malları  istehsal  edən 
yerli  müəssisələrdə  iş  yerlərini  müdafiə  etsə  də,  ixrac  malları  istehsal  edən  və 
ə
laqədar  sahələrdə  məşğulluğun  səviyyəsinin  aşağı  düşməsinə  səbəb  olur.  Dünya 
ölkələrinin  çoxunda  tariflərin  strukturu  ilk  növbədə  hazır  məhsulların  yerli 
istehsalçıların  müdafiəsini  təmin  edir,  amma  xammal  və  yarımfabrikatların  idxalına 
mane olmur. 
Ə
vvəl  də  qeyd  etdiyimiz  kimi  rüsum  normaları  müəyyən  olunarkən  malların 
emal  dərəcəsi  nəzərə  alınmalıdır  və  rüsum  dərəcələri  emal  dərəcəsinin  artması  ilə 
artmalıdır.  Malların  emal  dərəcəsinin  artması  ilə  tətbiq  olunan  gömrük  rüsum 
normalarının yüksəlməsi tarif eskalasiyası adlanır. Xammaldan hazır məhsula doğru 
rüsum  normalarının  faizlə  artımı  nə  qədər  yüksəkdirsə,  hazır  məhsulların  xarici 


42
 
rəqabətdən  müdafiə  dərəcəsi  də  bir  o  qədər  yüksəkdir. nkişaf  etmiş  ölkələrdə  tarif 
eskalasiyası  inkişaf  etməkdə  olan  ölkələrdə  xammal  istehsalını  stimullaşdıraraq  bu 
ölkələrin  texnoloji cəhətdən geridə qalmasına səbəb olur. Belə ki, bu ölkələr dünya 
bazarına ancaq aşağı rüsumlar tətbiq olunan xammalla çıxa bilirlər. 
Bazar iqtisadiyyatının tənzimlənməsi sistemində ümum iqtisadi siyasətin tərkib 
hissəsi kimi gömrük siyasəti mühüm yer tutur. Gömrük siyasəti iqtisadiyyatın daxili 
və  xarici  dinamik  müvazinətini  təmin  etmək,  ölkənin  cari  və  strateji  məqsədlərinə 
uyğun olaraq hökumətin həyata keçirdiyi tədbirlərin məcmusunu özündə əks etdirir.  
Hər  bir  siyasətdə  olduğu  kimi  gömrük  siyasətinin  də  əsas  istiqamətləri,  başlıca 
vəzifələri,  məqsədi  və  təyinatı  vardır.  Gömrük  siyasətinin  əsas  istiqamətləri  aşağı-
dakılardan ibarətdir
1

- Azərbaycan Respublikasının daxili bazarının qorunması; 
- milli iqtisadiyyatın inkişafını stimullaşdırmaq; 
- Azərbaycan  dövlətinin  iqtisadi  siyasətindən  irəli  gələn  vəzifələri  yerinə 
yetirməsinə kömək edilməsi. 
Gömrük siyasəti dedikdə bazar münasibətlərinin formalaşması şəraitində siyasi 
və  sosial  iqtisadi  dəyişikliklərin  dinamik  həyata  keçirilməsini  təmin  etmək  məqsədi 
ilə  dövlətin  daxili  və  xarici  iqtisadi  maraqların  qorunmasına  yönəldilmiş  geniş 
miqyaslı  iqtisadi,  siyasi,  sosial,  təşkilati  və  hüquqi  tədbirlər  sistemi  başa  düşülür. 
Tərifdən  göründüyü  kimi  gömrük  siyasəti  daxili  və  xarici  siyasətlə  bağlı  olub 
dövlətin maraqlarını əks etdirir. Bu siyasət bir sıra iqtisadçı alimlərin fikirlərinə rast 
gəlmək  olar.  «Klassik  burjua  məktəbinin  görkəmli  nümayəndəsi  olan  Adam  Smit 
dövlətin gömrük siyasətinin xarici iqtisadi əlaqələrdə rolunu qeyd edərək göstərmiş-
dir ki, bir ölkə digər ölkə ilə ticarət əlaqələrində həmin ölkələrin mallarına qoyulan 
gömrük  rüsumlarını  ləğv  etsə  və  üçüncü  ölkələrlə  münasibətdə  gömrük  rüsumlarını 
tətbiq etməkdə davam etsə istehsalçılar bu siyasətdən fayda əldə edə bilərlər» 
Gömrük  siyasətinin  mərkəzində  idxal,  ixrac  siyasəti,  tarif  və  vergi  siyasəti 
durur.  Bu  siyasət  dövlətin  iqtisadi  maraqlarının  qorunmasına  yönəldilmiş  əsas 
                                                            
1
 Nuriyev C.Q. “Gömrük Hüququ”, Bakı, 2002
 


Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə