Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə15/43
tarix01.09.2018
ölçüsü1,79 Mb.
#66175
1   ...   11   12   13   14   15   16   17   18   ...   43

43
 
istiqamətlərdən  biri  kimi  xarici  iqtisadi  fəaliyyət  iştirakçılarının  idxal  və  ixrac 
ə
məliyyatlarının tənzimlənməsini özündə cəmləşdirir. 
Gömrük  siyasətinin  başlıca  vəzifəsi  -  Azərbaycan  Respublikasının  iqtisadi 
maraqlarının  və  səlahiyyət  çərçivəsində  iqtisadi  təhlükəsizliyin  təmin  edilməsi, 
qaçaqmalçılıq,  gömrük qaydalarının və vergi  qanunvericiliyinin  pozulması hallarına 
qarşı mübarizə və s. təşkil edir. Eyni zamanda gömrük siyasəti ölkə iqtisadiyyatının 
dövlət tənzimlənmə sisiteminin əsas tərkib hissələrindən biridir. Gömrük siyasətinin 
məqsədi və təyinatı - Azərbaycan Respublikasının strateji milli dövlət mənafelərinin 
təmin  edilməsindən,  milli  iqtisadiyyatın  sosial  iqtisadi  səmərəliliyini  və  rəqabətə 
davamlılığını  stimullaşdırmaqdan,  ölkənin  milli  təhlükəsizliyinin  lazımi  səviyyədə 
saxlamaqdan,  xarici  iqtisadi  fəaliyyət  sahələri  üçün  əlverişli  şəraitin  təmin 
edilməsindən ibarətdir. 
Azərbaycan  dövlətinin  gömrük  siyasəti  onun  iqtisadi  təhlükəsizliyinin  təmin 
edilməsinə xidmət edir. Respublikanın gömrük siyasəti, onun həyata keçirilməsi üçün 
başlıca zəmin olan gömrük fəaliyyətinə arxalanır. Gömrük siyasətinin formalaşması 
və  həyata  keçirilməsi  mürəkkəb  proses  olub,  hakimiyyətin  hər  üç  qanadının  - 
qanunvericilik,  icra  və  məhkəmə  hakimiyyətinin  və  həcminin  bu  işdə  maraqlı  olan 
sahibkarlar dairələrinin bilavaistə iştirakı ilə reallaşır. 
Azərbaycan  dövləti  müstəqilliyini  bərpa  etdikdən  sonra  özünün  müstəqil 
gömrük  siyasətini  yeridir,  gömrük  işinin  təşkili  Azərbaycan  Respublikasının 
Konstitusiyası, Gömrük Məcəlləsi və müvafiq qanunvericilik aktlarına əsaslanır. 
«Gömrük  siyasətinin  dəqiq  hüquqi  əsaslandırılmaları  ilk  növbədə  ona  görə 
vacibdir  ki,  sahibkarlıq  fəaliyyətinin  bu  və  ya  digər  istiqamətini  imperativ  tənzim-
ləyərkən  onun  həyata  keçirilmə  vasitələri  istər-istəməz  mülkiyyət  münasibətləri 
sferasına müdaxilə etmiş olur
1
». Bazar iqtisadiyyatına keçid şəraitində ölkə iqtisadiy-
yatının inkişaf səviyyəsi  və daxili istehsalçıların  beynəlxalq  rəqabət qabiliyyətindən 
asılı  olaraq  və  daxili  istehsalçıların  beynəlxalq  rəqabət  qabiliyyətindən  asılı  olaraq 
gömrük siyasəti, proteksionizm,   yumşaq   proteksionizm,  yumşaq  sərbəst  ticarət,   
sərbəst  ticarət istehsalçıların beynəlxalq rəqabət qabiliyyətindən asılı olaraq gömrük 
                                                            
1
 Nuriyev C.Q. “Gömrük Hüququ”, Bakı, 2002
 


44
 
siyasəti, proteksionizm, yumşaq proteksionizm, yumşaq sərbəst ticarət, sərbəst ticarət 
(fritrederçilik) istiqamətində həyata keçirilir. Belə ki, bu istiqamətlər, eyni zamanda 
ölkə iqtisadiyyatının xarici iqtisadi müdaxilələrə açıqlıq dərəcəsini nümayiş etdirir. 
Proteksionist gömrük siyasəti yerli istehsalın inkişafı üçün daha əlverişli şərait 
yaradılmasına  yönəldilib.  Onun  əsas  məqsədləri  idxal  edilən  mallara  gömrük 
vergiqoymasının  daha  yüksək  səviyyəsini  tətbiq  etməklə  əldə  edilir.  Proteksionist 
siyasətdən  fərqli  olaraq  sərbəst  ticarət  siyasəti  gömrük  rüsumlarının  daha  aşağı 
minimum  səviyyəni  nəzərdə  tutur  və  daxili  bazara  xarici  malların  daha  çox  cəlb 
edilməsini təhrik edir. 
Gömrük  siyasətinin  həyata  keçirilməsinin  əsas  vasitələri  gömrük  rüsumları, 
yığımları  (tarif  və  ya  iqtisadi  tənzimlənmə),  gömrük  rəsmiləşdirilməsi  və  gömrük 
nəzarəti  əməliyyatları,  xarici  ticarətin  lisenziyalaşdırılması  və  kvotalaşdırılması 
(qeyri-tarif  və  ya  inzibati  tənzimlənmə)  təcrübəsi  ilə  bağlı  olan  müxtəlif  gömrük 
məhdudiyyətlidir. Azərbaycan müstəqillik əldə etdikdən sonra dünya iqtisadiyyatı ilə 
sıx  əlaqədə  olan  xarici  ölkələrlə  əməkdaşlıq  etməsi  onun  milli  təsərrüfatının 
inkişafına  böyük  təkan  vermişdir.  Bu  zərurət  Azərbaycanın  xarici  iqtisadi  ticarət 
fəaliyyətini, onun idxal və ixrac əməliyyatlarını və bütün bununla bağlı olan gömrük 
siyasətini təkmilləşdirməyi tələb edir. 
dxal və ixrac olunan məhsullarının qiymətinə və bununla bağlı xarici ticarətin 
səmərəli  fəaliyyətinə  həlledici  təsir  göstərən  amillərdən  əsası  dövlətin  gömrük 
siyasəti və gömrük tarifləridir. Azərbaycan kimi keçid iqtisadiyyatlı ölkələrin gömrük 
siyasətində  yerli  istehsalçıların  qorunması,  xüsusilə  kənd  təsərrüfat  bazarının 
müdafiəsi çox aktualdır. Belə ölkələr yerli kənd təsərrüfatı bazarının xarici rəqabətdə 
qorunması sahəsində də dövlət əməli tədbirlər həyata keçirməli, bu sahədə fəaliyyət 
göstərən  istehsalçıları  gömrük  tarifləri  və  rüsumları  vasitəsilə  müdafiə  etməlidir. 
Gömrük  tarifləri  və  bu  tariflərin  nəticəsi  olan  gömrük  rüsumları  əmtəələr  gömrük 
sərhədini keçərkən ona tətbiq olunan vergi funksiyasını yerinə yetirir. Bundan başqa 
gömrük  rüsumları  idxal  və  ixrac  olunan  məhsulların  qiymətini  qaldıraraq  xarici 
ticarət  dövriyyəsinin  həcminə  və  strukturuna  təsir  göstərir.  Beləliklə,  gömrük 
siyasətinin tərkib hissəsi olan  gömrük tarif  və  rüsumları  bir tərəfdən xarici  ticarətin 


45
 
tənzimlənməsinə,  digər  tərəfdən  isə  büdcənin  vəsaitlərinin  artmasına  səbəb  olur. 
Bundan  başqa  dövlət  yerli  kənd  təsərrüfatı  və  həmçinin  sənaye  istehsalçılarını 
rəqabətdən  qorumaq  üçün  təkcə  antidempinq,  kompensasiya  rüsumlarını  deyil, 
mövsümi rüsumların, kvota və embarqoların tətbiqini həyata keçirilməlidir. 
Gömrük siyasəti ölkənin iqtisadi siyasətinin tərkib hissəsi olmaqla yanaşı bütün 
dünyada aparılan gömrük siyasətindən, onun forma və üsullarından bilavasitə asılıdır. 
Lakin gömrük siyasətinin məqsədi, ölkənin iqtisadi inkişaf səviyyəsinə uyğun olaraq 
müəyyən  edilir.  nkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələr  arasında  gömrük 
siyasətinin  məqsədi  bir-birindən  fərqlənir.  Yəni,  EOÖ-də  gömrük  siyasəti  əsas 
etibarı  ilə  iki  məqsədə  -  birinci,  nəyin  bahasına  olursa  olsun  dövlət  büdcəsini 
maksimum  həcmdə  gömrük  vergi  və  rüsumlaria  təmin  etməkdən;  ikinci,  milli 
istehsalı  hər  cür  xarici  rəqabətin  hər  cür  mənfi  təsirindən  qorumaq  istiqamətində 
tədbirlər  görməkdən  ibarətdir.  EÖ-in  təcrübəsi  göstərir  ki,  bazar  iqtisadiyyatı 
şə
raitində  istehsalın  taleyini  gömrük  tariflərinin  artıb-azaldılması  deyil,  sağlam 
rəqabət  müəyyən  edir.  EÖ-in  gömrük  siyasəti  əsasən  gömrük  idxal  rüsumlarının 
azaldılmasına  və  ixrac  rüsumlarının  götürülməsinə  yönəldilməklə  daxili  vergilərdə 
onlara daha çox güzəştlərin verilməsinin tərəfdarı kimi çıxış edir
1
. Azərbaycan kimi 
ölkələrdə,  yəni  bazar  iqtisadiyyatı,  tam  təşəkkül  tapmayan  ölkələrdə  isə  gömrük 
siyasətinin  əsas  vəzifəsi  büdcə  gəlirlərində  yaxından  iştirak  etmək  və  milli 
iqtisadiyyatı  hər  cür  mənfi  xarici  təsirlərdən  qorumaqdan  ibarətdir.  Azərbaycan 
iqtisadiyyatının dünya  iqtisadi  sisteminə inteqrasiya  olunmasında və  xarici ticarətdə 
maksimum  faydalanmaqda  gömrük  siyasəti  əhəmiyyətli  rol  oynayır.  Çevik  gömrük 
siyasəti  yeritməklə  tez  bir  zamanda  iqtisadiyyatı  inkişaf  etdirmək  mümkündür. 
Fikrimizcə,  gömrük  siyasətinin  effektivliyini  artırmaq  məqsədilə  aşağıdakıların 
həyata keçirilməsi məqsədə müvafiq sayılır. 
1. Rüsum normaları müəyyən olunarkən ölkənin idxal siyasəti, sosial siyasəti, 
oxşar malların yerli istehsalçılarının mənafeyi nəzərə alınmalıdır; 
2. Yüksək  elmi-texnoloji  nailiyyətlərin  tətbiqini  tələb  edən  və  idxalında 
Azərbaycan  Respublikasının  maraqlı  olduğu  mallara  aşağı  rüsum  normaları  tətbiq 
                                                            
1
 Əliyev A.Ə. “Gömrük  işi və dünya iqtisadiyyatının inkişafı”, 2002, Bakı: Caşıoğlu, 236 s.
 


Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə