Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə7/43
tarix01.09.2018
ölçüsü1,79 Mb.
#66175
1   2   3   4   5   6   7   8   9   10   ...   43

19
 
-  Milli  sənayenin  gənc  sahələrinin  dəstəklənməsi.  Inteqrasiya  birlikləri 
üçüncü ölkələrə qarşı ayrı-seçkilik tədbirləri nəzərdə tutmursa belə, birliklərə bir sıra 
hallarda  yerli  istehsalçıları  dəstəkləmək  üsulu  kimi  baxılır.  Belə  ki,  bu  zaman  yerli 
istehsalçılar üçün daha geniş regional bazar meydana gəlir; 
-  Dünya  bazarlarında  mövqelərin  gücləndirilməsi.  Bu,  regional  rəqabət 
üstünlüklərinin yaradılması vasitəsilə təmin edilir. 
Regional  iqtisadi  komplekslərə  qloballaşmanın  mühüm  elementləri  kimi 
baxmaq  lazımdır.  Regional  iqtisadi  inteqrasiya  beynəlxalq  iqtisadiyyatda  ticarətin 
liberallaşdırılması, kapitalın, digər istehsal amillərinin hərəkəti üçün əlavə imkanlar, 
stimullar  və  mexanizmlər  yaradır.  Digər  tərəfdən,  qloballaşma  və  regional  iqtisadi 
inteqrasiya  arasında  müəyyən  ziddiyyətlər  də  mövcuddur:    əgər  regioanl  iqtisadi 
inteqrasiya  ayrı-ayrı  ticarət-iqtisadi  qrupların  qapanmasını,  kollektiv  proteksionizmi 
gücləndirirsə, onda o, ümumi qloballaşma prosesini zəiflədə bilər.  
 
 
1.2  nteqrasiya birliklərinin növləri və müasir beynəlxalq iqtisadiyyatda  
inteqrasiya proseslərinin reallaşması istiqamətləri 
nteqrasiya  ilə  bağlı  dünyanın  bir  çox  tədqiqatçılarının  geniş  nəzəri  və 
metodoloji  konsepsiyaları  hazırlanmışdır.  Bunların  bəziləri  ilə  aşağıdakı  kimi  tanış 
ola bilərik: 
 
qtisad elminin baniləri ( A. Smit, D. Rikardo, D.S. Mill, J.B. Sey), K. Marks 
və  onun  davamçıları  tərəfindən,  müasir  iqtisadçı-alimlər  (S.  Harris,  E.  Xekşer,  B. 
Olin,  P.  Samuelson,  S.  Linder,  V.  Leontyev,  M.  Porter,  F.  Peru,  Q.  Myurdal) 
beynəlxalq iqtisadi inteqrasiyaya hər şeydən əvvəl dünya iqtisadiyyatının inkişafının 
iki zidd tendensiyası - qloballaşma və fraqmentikləşmə kimi baxırlar.  
Böyük  Amerika  iqtisadçı-alimləri  K.  R.  Makkonell və  S.  L.  Bryu  yazırlar ki, 
"...  iqtisadi  inteqrasiya  -    azad  ticarət  zonasında  iki  və  ya  daha  çox  ölkənin  bazar 
birliyidir,  ticarətin  liberallaşdırması  istiqamətində  həlledici  dönüşdür".    K.R. 
Makkonell  və  S.  L.  Bryu  onların    ən  parlaq  reallaşdırılması  nümunəsi  kmi  Avropa 


20
 
qtisadi  Birliyini  (Vahid  enerji  Sistemini)  və  ya  "Ümumi  bazar"ı  və  azad  ticarət 
haqqında Amerika –Kanada razılaşmasını göstərirlər.  
 Nəzərə  almaq  lazımdır  ki,  Roma  razılaşmaları  (1957-ci  il)  və  inkişafın  bütün 
sonrakı  mərhələləri  bizə  Qərbi  Avropada  inteqrasiyaya  proses  və  vəziyyət  kimi 
baxmaq  imkanı  verir.  Konkret  məsələlər  sırasında  sosial  bazar  təsərrüfatının 
ideyalarının  təcəssüm  etməsi  vasitəsi  kimi  bazar  rəqabətinin  stimullaşdırılmasını 
qarşıya  hədəf  qoyan  azad  ticarət  zonasının,  gömrük  birliyinin  və  ümumu  bazarın 
yaradılmasını  qeyd  etmək  lazımdır.  Onun  fəaliyyətinin  əsas  prinsiplərindən  olan 
qiymətləndirmənin azadlığının, pulun  sabit dövriyyəsinin,  monopoliyasız  rəqabətin 
və xüsusi  mülkiyyətin,  iqtisadi  müstəqilliyin  və sahibkarların məsuliyyətinin    təmin 
olunması dövlətin tənzimləyici roludur. 
 Beynəlxalq  iqtisadi  inteqrasiyanın  konseptual  yanaşmaları  arasında  müxtəlif 
istiqamətlər geniş yayılmışdır, xüsusilə də korporasionalizm (S. Rolf və Y. Rostou) 
və strukturalizm (Q. Myurdal və A. Marşal, P. Striten, F. Perru).  Korporasionalizmdə 
beynəlxalq iqtisadi inteqrasiyanın əsasında TMK, böyük firmalar, bütöv ölkələr çıxış 
edir.  Strukturalizmdə  bazar  mexanizmlərinin  stimullaşdırılması  ideyasına  dövlət 
tənzimlənməsində    və  inteqrasiya  fəzasında  malların,  xidmətlərin,  kapitalın,  işçi 
qüvvəsinin hərəkətinin tam liberallaşdırmaqla kifayət qədər tənqidi yaxınlaşırlar. Q. 
Myurdalın  fikrincə,  ənənəvi  nəzəriyyə  yalnız  bazar  mexanizminin  fəaliyyətinə 
yönələrək,  iqtisadi  inkişafın  eyni  olmaması,  zəif  inkişaf  və  iqtisadi  artım  kimi 
problemləri  izah  edə  bilmir.  O,  hesab  edirdi  ki,  “öz-özlüyündə  vahid  bazarın 
yaradılması daha çox resursların rasional yerləşdirilməsinə, tənzimlənmiş inkişafa və 
ə
mək məhsuldarlığının artmasına gətirib çıxara bilmir”.  Onun fikrinə görə "şansların 
bərabərliyi"  milli  inteqrasiya  çərçivəsində  əsas  zəruri    şərtdir.  Belə  ki,  hər  ölkənin 
daxilində ümumi bərabərliyə və çiçəklənməyə nail olunması, beynəlxalq inteqrasiya 
çərçivəsində isə ayrı-ayrı dövlətlərin və regionların inkişafı şərtlərinin bərabərləşdiril-
məsi üçün zəmin yaradılması, az inkişaf etmiş ölkələrin iqtisadi inkişafının qabaqcıl-
ların  səviyyəsinə  qədər  artırılması  son  nəticədə  dünya  miqyasında  inteqrasiyaya 
gətirib  çıxarmalıdır.  Məhz  onların  ən  böyük  ölçüdə  inkişaf  səviyyəsi  bütövlükdə 
dünya cəmiyyətinin inteqrasiyası göstəricisi olacaq. Bir halda ki, azad  bazar struktur-


21
 
ları, beynəlxalq bazardakı rəqabət "şansların bərabərliyi"nin həqiqiliyini təmin etməyi 
bacarmır, yalnız güclünün iradəsinin möhkəmləndirilməsinə  imkan yaradır, bu halda 
Myurdal  dövlət  strukturlarının  bazar  proseslərinə,  gələcəkdə  isə  dünyanın 
hökümətlərarası  institutlarına  aktiv  müdaxiləsinə  ehtiyacı  dəstəkləyir.  "Dövlətlər 
gəlirlərin bölgüsü sahəsində işlərini koordinasiya etməlidir, tam məşğulluğu, region-
ların bərabər inkişafını və s. təmin etməlidir". 
 
Y. Tinberqen, C. Pinder mahiyyəti diskriminasiyanın aradan qaldırılmasından 
ibarət  olan  "neqativ  inteqrasiya"  və  iqtisadi  hədəflərin  nailiyyəti  və  rifah  üçün 
siyasətin uzlaşdırılması fəaliyyətinə yönəldilmiş "pozitiv inteqrasiyanı" fərqləndirmə-
yi təklif edirlər. "Neqativ inteqrasiya" milli iqtisadiyyatlar arasında ticarət maneələri-
nin ləğvi üzrə tədbirləri özündə əks etdirir, "pozitiv inteqrasiya" isə qərarların qəbul 
edilməsinin  müəyyən  mexanizmi  ilə  yeni institutların  yaradılmasını  tələb  edir.  Eyni 
zamanda    pozitiv  inteqrasiya  mərkəzləşdirilmiş  idarəetmə  tələblərinə  uyğun  olaraq 
iqtisadi siyasətdə  mövcud olan alətləri manipulyasia edir.. 
Funksionalizmin banilərindən biri olan D. Mitrani öz analizində yeni funksio-
nal əsaslarda beynəlxalq cəmiyyətin yaradılması imkanına əsaslanırdı. O, dövlətlərin 
arasında  münaqişələrin  "mövcud  dövlət  sərhədlərinin  daxilində  xalq  və  dövləti 
yaxınlaşdıran  əməkdaşlıq  formalarının    qurulması  vasitəsilə"  qlobal  həllini  təklif 
edirdi. M. Arax yazır ki, "Funksionalizm, sülhsevər cəmiyyətin birləşməsinə tədricən 
yaranmasına  imkan  yaradan,  nəzəri  baxımdan    operativ  fəlsəfə  kimi    görünür. 
Beləliklə  də  bu  nəzəriyyə  Avropa  cəmiyyətlərində  hadisələrin  proqnozlaşdırılması, 
birləşdirilməsi, təsvir edilməsi üçün  şübhəsiz, ən uyğun olan nəzəriyyədir…". 
nteqrasiya  proseslərinin  maddi  əsası,  rus  alimlərin  (Y.  Şişkov,  V.  Zuev,  Y. 
Borko,  M.  Maksimova,  .  Sokolov  və  başqaları)  tədqiqatlarına  əsasən,  istehsalın  və 
kapitalın beynəlmiləlləşdirilməsidir ki, bu da eyni zamanda inteqrasiya proseslərinin 
təkamülünün hərəkətverici  qüvvəsi kimi çıxış edir. 
Bu  məsələyə  bir  qədər  başqa  yanaşma  Y.  Avdokuşinə  məxsusdur  :  "iqtisadi 
inteqrasiya,  öz  növbəsində,  bu  prosesin  iştirakçısı  olan  ölkələrin  istehsalının 
beynəlmiləlləşdirilməsinin sürətlənməsi, onların əsas ictimai-iqtisadi parametrlərinin 
tarazlaşdırılması  üçün  şərait  yaradır".  Onun    tərəfindən    təklif  edilən  sxem  növbəti 


Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə