Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə9/43
tarix01.09.2018
ölçüsü1,79 Mb.
#66175
1   ...   5   6   7   8   9   10   11   12   ...   43

25
 
ölkənin  ərazisi  çərçivəsində  vahid  bazar  məkanının  yaradılması  kimi  başa  düşürlər. 
Bu  vəziyyətin  yaranması  üçün  da  xarici  ticarət  və  valyuta  sferalarında  dövlət 
müdaxiləsi  olmamalıdır.  nteqrasiya  blokuna  daxil  olan  ölkələr  arasında  bazar 
subyektlərinin fəaliyyəti üzərindən bütün məhdudiyyətlər götürülməli və nəinki hazır 
məhsul və xidmətlərin, eləcə də istehsal amillərinin blokdaxili sərbəst hərəkəti təmin 
olunmalıdır.  Beynəlxalq  ticarətin  neoklassik  nəzəriyyəsinin  prinsiplərini  rəhbər 
tutmaqla bazar konsepsiyasının tərəfdarları regional inteqrasiyanı istehsal amillərinin 
sərbəst  hərəkətini  təmin  edən  ən  əlverişli  vasitə  kimi  qəbul  edirdilər.  Buna  görə  də 
həmin  istiqamətdə  aparılan  nəzəri  tədqiqatlarda  əsas  mövqe  gömrük  ittifaqı 
konsepsiyasına məxsusdur ki, bunu da C.Vayner hazırlamışdır. 
-  Bazar institutsional konsepsiya inteqrasiya prosesində bazarın öncül rolunu 
inkar etməməklə yanaşı, həmin prosesin səmərəli gedişi üçün fövqəl hökumət komitə 
və  komissiyaların  yaradılmasını  nəzərdə  tutur.  Blokdaxili  ölkələr  öz  milli 
müstəqilliklərini  saxlamaqla  yanaşı  iqtisadiyyatın  əlaqələndirilmiş  proporsiyalarına 
uyğun  idarəetmə  sferasında  bəzi  səlahiyyətlərini  həmin  qurumlara  həvalə  edirlər. 
Başqa  sözlə,  inteqrasiya  prosesi  nəinki  milli  bazarların  birləşdirilməsinə  gətirib 
çıxarır,  o  həm  də  təsərrüfat  siyasətinin  müxtəlif  cəhətlərinin  dövlətüstü  orqanlar 
tərəfindən  əlaqələndirilməsinə  də  səbəb  olur.  Bazar  institutsional  konsepsiya  bazar 
mexanizmindən fərqli olaraq bir sıra problemlərin həllini də nəzərdə tutur. Bunlara – 
iqtisadiyyatda durğunluğa yol verməmək, iqtisadiyyatda məşğulluğa nail olmaq, geri 
qalmiş  rayonları  inkişaf  etdirmək,  milli  və  beynəlxalq  korporasiyaların  fəaliyyətini 
tənzimləmək və sairə. 
-  Dirijist  konsepsiyanın  tərəfdarları  kimi  tanınan  tədqiqatçıları  (R.Kuper, 
A.Marşall,  Q.Murdal,  Y.Tinberqen)  neoliberal  cərəyanın  əsası  kimi  istifadə  olunan 
beynəlxalq  ticarətin  neoklassik  nəzəriyyəsinə  kəskin  tənqidi  münasibət  birləşdirir. 
Onların  fikrincə,  birləşmiş,  inteqrasiya  olunmuş  bazarda  mal  və  istehsal  amillərinin 
sərbəst  hərəkəti  inteqrasiya  prosesinin  əsas  hərəkətverici  qüvvəsi  kimi  qəbul  edilə 
bilməz.  Bu  konsepsiyanın  görkəmli  nümayəndələrindən  olan  Q.Murdal  dünya 
bazarının  inkişaf  etməkdə  olan  ölkələrə  mənfi  təsirini  önə  çəkərək  siyasi  amillərin 
inkarına əsaslanan “xalis” iqtisadi nəzəriyyənin əlehinə çıxış etmişdir: “...Milli siyasi 


26
 
mənafelər  istehsal  amillərinin  real  surətdə  yerləşməsinə  təsir  göstərə  bilməz.  Bazar 
mexanizminin  tam  sərbəst  fəaliyyəti  şəraitində  bu  hal  regionun  inkişaf  etmiş 
ölkəsinin  surətli  tərəqqisinə  və  digərlərinin  iqtisadi-sosial  vəziyyətinin  pisləşməsinə 
gətirib  çıxaracaqdır”.  Başqa  sözlə  azad  rəqabətə  əsaslanan  birləşmiş  bazar  öz-
özlüyündə  resursların  səmərəli  yerləşdirilməsi  və  tarazlaşdırılmış  inkişafı  üçün 
kifayət deyildir. Bu fikrini davam etdirərək Q.Murdal belə bir nəticəyə gəlir: “...Real 
məzmunlu beynəlxalq inteqrasiya üçün dünya bazarında azad rəqabətin formalaşması 
deyil,  şansların  bərabərliyi  zəruridir  ki,  bu  da  dövlətin  bazar  proseslərinə  aktiv 
müdaxiləsi olmadan qeyri-mümkündür”.  
- Struktur  konsepsiyanın  əsası  Y.V.Şişkov  tərəfindən  formalaşdırılmışdır.  Bu 
konsepsiya öz mahiyyəti etibarı ilə dirijist yanaşmanın təməl prinsipinə əsaslanır. Bu 
yanaşmada başlıca diqqət inteqrasiya prosesində inhisarların yeri və roluna, eləcə də 
onların fəaliyyəti nəticəsində meydana çıxan struktur problemlərə yönəldilir. 
-  Marksist  konsepsiya  haqqında  isə  yalnız  retrospektiv  səpkidə  danışmaq 
mümkündür.  Belə  ki,  ifrat  ideologiyalaşdırılmış  yanaşmanın  bariz  nümunəsi  olan 
marksist 
konsepsiya 
inteqrasiya 
prosesinin 
mərkəzləşdirilmiş 
direktiv 
idarəedilməsinə əsaslanır və bu prosesdə bazar mexanizminin rolunu təmamilə inkar 
edir.  Marksist  iqtisadçılar  inteqrasiyanın  əsas  prinsiplərindən  biri  kimi  proletar 
beynəlmiləlçiliyini  önə  çəkirdilər.  Bu  baxımdan  V. .Leninin  fikri  səciyyəvidir: 
“...Marksizm  -  ən  ədalətli,  təmiz,  incə  və  sivilizasiyalı  olsa  da  belə  milliyətçiliyin 
ə
lehinədir”. Marksist iqtisadçılardan olan Y.S.Şiryayev inteqrasiyanın 3 mərhələsini 
–  region  ölkələrinin  əməkdaşlığının  ilkin  iqtisadi  və  təşkilati  strukturlarının 
yaradılması, struktur inteqrasiyası yəni qarşılıqlı iqtisadi tamamlanmanın planauyğun 
surətdə  genişləndirilməsi  və  inkişafı  və  funksional  inteqrasiya  başqa  sözlə 
regiondaxili  vahid  xalq  təsərrüfatı  kompleksinin  formalaşmasını  –  fərqləndirir. 
Marksist  konsepsiya  iqtisadi  inteqrasiyanın  yalnız  şaquli  istiqamətdə  getdiyi  fikrinə 
gəlir ki, bu da nəticədə region ölkələrinin milli müstəqilliklərinin itirilməsi və güclü 
partnyordan ifrat asılılığa gətirib çıxarır. 
nteqrasiyanın müxtəlif konsepsiyalarını tədqiq etdikdə, iki başlıca istiqamətin 
mövcud  olması  faktını  mütləq  nəzərə  almaq  lazımdır.  Birincisi,  regional 


27
 
inteqrasiyanın iqtisadi təhlili ilə bağlıdır. Bu istiqamət çərçivəsində beş pilləli sxem 
(azad ticarət zonası, gömrük ittifaqı, ümumi bazar, iqtisadi və valyuta ittifaqı, siyasi 
inteqrasiya) hakim mövqe tutur. Burada hər bir pillə sonrakı pillənin məntiqi davamı 
kimi  başa  düşülür  və  regional  inteqrasiya  istiqaməti  kimi  siyasi  birləşməyə  doğru 
atılan addımdır. Öz növbəsində siyasi elmlər və beynəlxalq münasibətlər nəzəriyyəsi 
(ikinci  istiqamət)  nümayəndələri  inteqrasiyanın  siyasi  və  iqtisadi  qarşlıqlı  nisbətini 
tədqiq etmişlər.  
Bununla  əlaqədar  olaraq,  ilk  növbədə  inteqrasiya  proseslərinin  iqtisadi 
aspektlərini nəzərdən keçirmək lazımdır. Söhbət dörd konseptual istiqamətdən gedir: 
Ceykob  Viner  və  Con  Midin  gömrük  ittifaqı  haqqında  elmi  işlərinə  uyğun  olan 
preferensial  ticari  sazişlər  nəzəriyyəsi  (PTS);  Robert  Mandellanın  optimal  valyuta 
zonaları  nəzəriyyəsi;  Andreson  və  Van  Vinkupun  qravitasiya  modelləri,  eləcə  də 
büdcə  federalizm  nəzəriyyəsi.  Sonuncu  nəzəriyyə  spesifik  regional  əhəmiyyəti 
məsələlərin  maliyyələşməsini  və  üst  milli  instutların  formalaşdırılması  arasında 
ə
laqəni xüsusilə qeyd edir.  
«Proteksionist  imicə»  görə  əsas  məsuliyyəti  PTS  nəzəriyyəsi  daşıyır  və 
regional  birliklərin  imicini  iqtisadçılar  daim  nəzarətdə  saxlayırlar.  Azad  ticarət 
zonaları  bu  növ  sazişlərə  aiddir  və  bu  zona  çərçivəsində  iştirakçı  dövlətlər  öz 
aralarındakı  ticarəti  liberallaşdırırlar.  Bununla  yanaşı,  üçüncü  ölkələrlə  aparılan 
ticarət  əlaqələrində  milli  maneələri  aşağı  səviyyədə  saxlayırlar.  Gömrük  ittifaqının 
şə
rtlərinə  əsasən  iştirakçı  dövlətlər  öz  aralarındakı  ticarət  əlaqələrini  liberallaşıdırır, 
üçüncü  dövlətlərə  qarşı  isə  vahid  ticari  maneələr  tətbiq  edilir.  Bu  nəzəriyyədə 
«ticarətin  təşkil  olunması»  (trade  creation)  və  «ticarətdən  kənarlaşma»  (trade 
diversion) anlayışları başlıca rol oynayır. Bunlardan birincisinə əsasən, PTS iştirakçı 
dövlətlərində  ticarət  edən  istehlakçılar  yerli  məhsullarla  yanaşı  xarici  istehsalçıların 
məhsulları  ilə  də  ticarət  edirlər,  çünki  ticarət  maneələrinin  aşağı  salınması  xarici 
məhsulların  qiymətini  aşağı  salır.  Başqa  sözlə  desək,  daha  az  effektli  milli  təklif 
mənbələri  daha  effektli  olan  xarici  təkliflərlə  əvəz  edilir,  bu  da  öz  növbəsində 
ticarətin həcminin artması ilə nəticələnir.  


Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə