Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə31/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   ...   27   28   29   30   31   32   33   34   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
121 
formalaşmış iqtisadi siyasət, o cümlədən iqtisadi uçot və statisti-
kanın, xüsusiyyətlərindən asılıdır. 
Tədiyyə balansının hesabları, informasiya daşıması nöqteyi - 
nəzərindən  unikal xarakterə malikdir. Belə ki, bu hesablar, ölkə-
lərarası maliyyə, real əmtəə və xidmətlər axınını olduğu kimi ifa-
də edir  və ona görə də, hər bir ölkə üçün siyasi qərarların qəbu-
lunda mühüm  rol oynayır. Məsələn müasir dövrdə tədiyyə balan-
sının  daşıdığı  informasiyanın  üç  mühüm  istiqamətini  aşağıdakı 
kimi ifadə etmək olar: 
-
  Ölkələr arası mübadilənin nəticələrinin, sistematik yazılışı 
vasitəsi ilə milli valyutanın,  “üzən” kurslarının stabilliyini 
müəyyənləşdirmək  olar;  tədiyyə  balansı,  valyutanın  onu 
öz  əllərində  saxlamaqda  maraqlı  olan  tərəflərdə  (həmin 
ölkə  valyutasının    rezidentləri)  və  həmin  valyutanın  tez  
mübadiləsində  maraqlı  olan  tərəflərdə  (xaricilər)  akkum-
liyasiya səviyyəsini müəyyənləşdirməyə imkan verir. 
-
  Tədiyyə balansı, fiksə olunmuş valyuta şəraitində, mühüm 
informasiya  daşıyır.  Tədiyyə  balansı  vasitəsi  ilə  valyuta-
nın  xaricilərin  əlində  toplanmış  həcminin,  müəyyənləş-
dirilməsi və ona görə də, valyutanın fiksə olunmuş kursu-
nun saxlanılmasının, xüsusi ilə böhran şəraitində məqsədə 
müvafiqliyi haqqında  qərar qəbul etməyə imkan verir. 
-    Tədiyyə balansı  borclar,  faiz ödəmələri və əsas borcun, 
toplanması  haqqında  və ölkənin gələcək ödəmələri, həya-
ta keçirmək üçün, qazana biləcəyi valyutaların həcmi haq-
qında,  məlumatları əks etdirir.  Belə informasiya,  ölkənin 
öz  borclarının,    qaytarması  xərclərini,  müqayisə  etməyə 
imkan verir. 
     BVF  standart  təsnifatına  görə,  tədiyyə  balansı  iki  əsas  hesab-
dan ibarətdir: cari və kapital hesabları. Cari hesab, ticarət balan-
sını  əks  etdirir  və  adətən  müsbət  olduqda  yaxşı  hesab  olunur 
(merkantilistlərdən miras qalmış, qədim ənənələrə əsasən). Lakin 
heç  də  həmişə,  mənfi  saldolu  balans,  pis  qiymətləndirilə  bilməz. 
Məsələn, investisiya mühiti yaxşı olduqda ölkəyə çoxlu avadanlıq 
gəlir, ticarət balansı mənfi olur. 
Расим Щясянов 
 
122 
 
         Cari  əməliyyatlar  balansının  müsbət  olması  o  deməkdir  ki, 
ə
mtəə  və  xidmətlər,  birtərəfli  köçürmələr,  hədiyyələr  və  s.  ölkə-
lərarası axınları üzrə, ölkənin debeti kreditindən çoxdur və ölkə-
də,    xaricilərə,  nə  qədər  yeni  tələblər  yaranmışdır.  Başqa  sözlə, 
ölkənin  xaricdə  sərvəti  artmışdır  və  o,  “təmiz  investora”  çev-
rilmişdir.  Cari  əməliyyatlar  balansının  mənfi  olması  isə,  əksinə 
ölkənin  “təmiz  borcunu  “əks  etdirir.  Belə  yanaşmadan  istifadə 
edərək ölkənin milli məhsulunun hesablanmasında tədiyyə balan-
sının  rolunu  qiymətləndirmək  olar.  “Təmiz  investor”  olan  ölkə, 
daxili  yığımı    (
d
)  artırmaq  əvəzinə,  özünün  milli  yığımının    (S) 
bir hissəsini  xaricə  investisiya (
X
)  edir. Başqa sözlə milli yığım  
S= 
d
 +
X
  kimi hesablanır. Burada  
X
 =S - 
d
  faktiki olaraq, milli 
gəlirin, ölkənin bütün xərclərindən (E), o cümlədən daxili yığım-
dan, artıq olan hissəsini ifadə edir. Ölkənin bütün xərcləri, xarici 
və milli, məhsul və xidmətlərə olan fərdi istehlak xərcləri(C), üs-
təgəl,  məcmu  dövlət    xərcləri(G),  üstəgəl,  istehsal  vasitələrinin 
alınmasına xərclənən fərdi investisiyalardan(
d
) ibarətdir.  
        Məlumdur ki,  ölkədə istehsal olunmuş milli məhsulun istifa-
dəsi, Y = C + 

+ L + X – M   kimi ifadə olunur, digər tərəfdən,     
daxili milli xərcləri  E = C + 
d
+ G  kimi ifadə etsək, onda, milli 
məhsul    (Y)  milli  xərclərdən,  cari  tədiyyə  balansı  və  ya  təmiz 
ixrac qədər fərqlənir.  Y – E = X-M.  Beləliklə, tədiyyə balansının 
cari  hesabının  saldosu,  eyni  zamanda  dörd  müxtəlif  qaydada  he-
sablana  bilər  və  ya  müqayisə  edilə  bilər:    saldo,  məcmu  ixracla, 
məcmu idxalın fərqi;   təmiz xarici investisiyalar  X-M = 
x
;  ölkə 
daxilində investisiya olunmamış yığım X-M = S - 
d  
  və milli gə-
lirlə,  milli  yığımın  fərqinə  X-M  =  Y-E  bərabərdir.    Bu  nəticələr 
ölkədə makroiqtisadi şəraitin  idarə olunmasında  saldonu istifadə 
etməyə imkan verir. Aydındır ki, cari hesabın saldosuna nail olun-
maq üçün,  iki müxtəlif məsələni həll etmək  vacibdir: milli xərc-
lərə nəzərən milli gəlirin  artırılması (Y-E), milli  yığımla   daxili 
investisiyanın fərqinin ( S - 

) artırılması. 
       Dünya təcrübəsində tədiyyə balansının cari hesabında yaran-
mış mənfi saldo, adətən  aşağıdakı mənbələr vasitəsilə ödənilir: 


Игтисади сийасят: методолоэийа вя практика 
 
123 
-
  Aktivlərin  bir  hissəsinin  xaricilərə  satılması,  yəni  ölkə  iqti-
sadiyyatına birbaşa  və ya portfel investisiyalar qoyulması; 
-  Xarici banklar, hökumətlər və ya beynəlxalq təşkilatlardan borc 
alınması; 
-    Mərkəzi Bankda saxlanılan, rəsmi valyuta  ehtiyatlarının isti-
fadəsi vasitəsilə. 
Lakin  aydındır  ki,  cari  hesabın  maliyyələşdirilməsi  sonsuz 
davam  edə  bilməz.  Likvidliyə  malik  aktivlər,  azaldıqca,  ölkəyə 
kredit vermək arzusunda olanlar azalır. Ona görə də, cari hesabda 
korreksiyalar zərurətə çevrilir. Bu xaricə ödənilən xərclərin azal-
dılması və ya xaricə satışın artırılması vasitəsilə mümkün olur. 
Ölkənin aktivləri ilə beynəlxalq mübadilə tədiyyə balansının 
kapital  və  ya  maliyyə  əməliyyatları  bölməsində,  hesabında    əks 
olunur. 
Tədiyyə  balansı,  ikiqat  qeyd  prinsipi  ilə  tərtib  olunduğuna 
görə,  əslində  mahiyyət  etibarilə,    sıfıra  bərabər  olmalıdır,  yəni, 
dövlət bütün borclarını ödəməlidir. Ona görə də, cari əməliyyatlar 
üzrə  kəsir,  kapital  əməliyyatları  üzrə  müsbət  artıma  bərabər 
olmalıdır. Əks halda tədiyyə balansı mənfi yekuna – kəsirə malik 
olur. Onun kəsiri isə, yuxarıda qeyd olunan kimi,   rəsmi valyuta 
ehtiyatlarının  istifadəsi  və  ya  qismən  milli  valyutanın  mübadilə 
kursunun dəyişməsi yolu ilə örtülə bilər. 
Mərkəzi  Bankın,  makroiqtisadi  situasiyanı  nəzarətdə  saxla-
maq  məqsədi  ilə,  açıq  bazarda  beynəlxalq  ehtiyatlarının  alıb-sat-
ması  rəsmi  valyuta  müdaxiləsi  adlanır.  Hazırda  dünya  təcrübə-
sində  rəsmi  valyuta  ehtiyatlarına  monetar  qızıl,  nəqd  xarici  val-
yuta,  xarici  hökumətlərin  qiymətli  kağızları  və  depozitləri;  SDR 
(xüsusi  borc  hüquqi)  və  BVF-da  ölkənin  ehtiyat  kvotası  aid 
olunur.  Beynəlxalq  hesablaşmalar  təcrübəsində,  istifadə  olunan 
«təmiz rəsmi valyuta ehtiyatları» göstəricisi, ölkənin ödəmə qabi-
liyyətliliyini  və  valyuta  pul-kredit  siyasətinin  düzgünlüyünü  əks 
etdirir.  Bu  göstərici  vasitəsilə,  həm  də  idxalın  ödənməsi  üçün, 
valyuta  ehtiyatlarının  kifayətliliyi  həddi  hesablanır.  Bu  göstərici 
isə,  mövcud  ehtiyatların  hesabına  ölkənin  nə  qədər  müddətdə  öz 
idxalını ödəmək imkanına malik olduğunu göstərir. Bu isə, dünya 
Расим Щясянов 
 
124 
 
təcrübəsində  ölkənin  beynəlxalq  kreditlər  almaq  üçün  imkanları 
ə
ks  etdirir.  BVF  tövsiyələrinə  görə,  keçid  iqtisadiyyatına  malik 
ölkələr üçün, bu göstərici ölkənin iki - üç aylıq idxal həcmindən 
az olmamalıdır. 
Tədiyyə balansı, ölkənin ödəmə qabiliyyətliliyinin göstəricisi 
rolunu oynamaqla bərabər, mühüm makroiqtisadi tənzimləmə va-
sitəsidir. Milli hesabların iqtisadi məntiqinə görə, ölkədə istehsal 
olunan  milli  məhsul,  əhəmiyyətli  dərəcədə  təmiz  xarici  əla-
qələrdən asılıdır. 
Açıq  iqtisadiyyatda,  milli  hesabların  əsas  eyniliyi,  geniş 
yayılmış,   Y= C + I + G + NX  formulu ilə ifadə oluna bilir.  
Burada C – istehlak, I - investisiya, G - dövlət xərcləri, NX = 
EX - IM tədiyyə balansının cari hesabı,  təmiz ixrac göstəricisidir. 
Milli  hesabların  əsas  eyniliyini,  təmiz  ixrac  göstəricisinin  hansı 
səbəbdən  milli  iqtisadiyyatın  mühüm  göstəricisi  olmasını  ifadə 
edir.  Belə  ki,  əsas  eyniliyin  sağ  tərəfi  ölkə  daxilində  istehsal 
olunmuş  məhsullara  olan  məcmu  xərcləri  ifadə  etdiyindən  təmiz 
ixracda olan dəyişikliklərin, məcmu məhsul istehsalında və məş-
ğ
ulluğun  təmin  edilməsində  yarada  biləcəyi  dəyişikləri  göstərə 
bilir. Əsas eynilikdən təmiz ixrac formulu NX = Y - (C + I + G)  
kimi  ifadə  olunur.    Məhsul  buraxılışı  daxili  xərcləri  üstələyirsə, 
ölkə  yaranan fərqi ixrac edir: təmiz ixrac müsbət qiymət alır. Ək-
sinə,  daxili  istehsal    xərcləri  ödəmirsə,  ölkə  yaranmış  fərq  qədər 
idxal edir: təmiz ixrac mənfi qiymət alır.    
Keyns modelinə görə, qapalı iqtisadiyyatda təmiz ixrac sıfıra 
bərabər olduğundan,  avtonom daxili xərclərin hər hansı kompo-
nentinin: istehlak, investisiya və  ya dövlət xərclərinin dəyişməsi, 
milli gəlirin  və ya milli   məhsul  istehsalının, multiplikativ artı-
mını  doğurur.  Keyns,  bu  artımı  müəyyənləşdirən  xərclər  multip-
likatorunu aşağıdakı kimi təklif edir.  
 
                                
b
A
Y

=


1
1
     
 


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə