Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə70/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   ...   62   63   64   65   66   67   68   69   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
277 
-  dövlət  büdcəsinin  formalaşmasında  birbaşa  və  dolayı  ver-
gilərin  paritetli  nisbətlərinin  təmin  olunması  vasitəsi  ilə  vergi 
yükünün optimal bölüşdürülməsi; 
- əhalinin pul gəlirlərinin xərcləri üstələməsi meylinin gücləndi-
rilməsi üçün dövlət bölməsində çalışanların orta aylıq əməkhaqqının 
minimum istehlak büdcəsi səviyyəsini ötməsinin təmin olunması; 
-  təsərrüfat  mexanizminin  şəffaflığını  artırmaqla  qarşılıqlı 
öhdəliklərin yerinə yetirilməsi və ödəmə intizamının qeyri-şərtsiz 
qorunmasının təmin olunması; 
-  real  iqtisadiyyatın  normal  fəaliyyəti  üçün  pul-kredit 
siyasətinin iqtisadi şəraitə adekvatlığının təmin olunması. 
II. Real sektorun yenidən qurulması vəzifələri. 
slahatların müasir mərhələsində iqtisadi inkişafın sürətləndi-
rilməsi mövcud təbii-iqtisadi  ehtiyatların aktiv təsərrüfat dövriy-
yəsinə cəlb olunmasını intensivləşdirilməsini tələb edir. Buna nail 
olmaq  üçün  müasir  tələblərə  cavab  verən  və  dünya  iqtisadiy-
yatında müşahidə olunan strateji meyilləri nəzərə alan yeni sənaye 
siyasətinin həyata keçirilməsi zəruridir. Sənaye siyasətinin aparıcı 
prinsiplərini  ayrı-ayrı  sahələrin  cari  ödəmə  qabiliyyətinin  təmin 
olunması, enerji ehtiyatlarının qənaətli istifadəsi, dünya bazarında 
likvidli  məhsul  istehsalı  üzrə  ixtisaslaşma  və  təsərrüfat  mexa-
nizminin şəffaflığı təşkil etməlidir. 
Sənayenin  mühüm  bölməsi  olan  yanacaq-enerji  kompleksi 
iqtisadiyyatın həlledici sahələrindən biri kimi qalır. Eyni zamanda 
o  yüksək  enerji  tutumlu  digər  sahələrin  fəaliyyəti  və  perspektiv 
inkişafı  üçün  çox  vacib  rol  oynayır.  Ona  görə  də,  iqtisadi 
siyasətdə  neft  faktoru  aparıcı  mövqe  tutur.  Bu  sahələrin  intensiv 
inkişafı  iqtisadiyyatın  rəqabət  qabiliyyətini  artırır  və  həm  də 
dünya  təcrübəsində  məlum  neft  sindromlarının  ölkəmizdə  baş 
verməməsinə zəmin yaradır.  
Neft  müqavilələrinin  uğurla  reallaşdırılması  Azərbaycanda 
de-fakto  dünya  əhəmiyyətli  neft  bazarı  yaranmasına  səbəb  ol-
muşdur.  Belə  şəraitdə  neftayırma  sənayesinin  inkişafı  bir  sıra 
digər sənaye sahələrinin də intensiv inkişafını təmin edir. 
Расим Щясянов 
 
278 
 
Neftayırma  sənayesinin  inkişafı  istehsal  gücünün  bərpasını 
təmin edəcək və neft məhsullarının maya dəyərini aşağı salmaqla 
onların dünya bazarında rəqabət qabiliyyətliliyini artıracaqdır.  
Fikrimizcə,  neftayırma  sahəsi  dövlət  büdcəsinin  əsas  gəlir 
kanallarından  biri  olmaqla  bərabər,  gələcəkdə  beynəlxalq  neft 
müqavilələrindən daha çox xeyir əldə etmək vasitəsinə çevrilmə-
lidir.  Ona  görə  də,  neftayırmanın  xüsusi  nkişaf  Proqramının 
həyata keçirilməsi zəruridir. 
Hələ ötən əsrin 70-ci illərində ölkə rəhbərliyinin ciddi səyləri 
sayəsində  Azərbaycanda  enerji  müstəqilliyini  təmin  edə  biləcək 
sistem yaradılmışdır. Son illərdə xeyli zəifləmiş bu sistemin bər-
pası üçün radikal addımların atılması təqdirəlayiq hesab olunur. 
Kənd təsərrüfatı siyasəti ölkənin daxili istehlak bazarının tə-
min  olunması,  iqtisadiyyatın  neftdən  asılılığının  azaldılması,  əmək 
ehtiyatlarından səmərəli istifadə olunması kimi ciddi sosial problem-
lərin  həllinə  istiqamətləndirilməlidir.  Belə  siyasət  və  onun 
realizasiya mexanizmi bazar iqtisadiyyatı prinsipləri, aqrar və torpaq 
islahatının mənafeyini əsas tutmaqla həyata keçirilməlidir. 
Aqrar  islahatlarının  ötən  dövrdəki  təcrübəsinə  əsaslanaraq 
deyə  bilərik  ki,  kənd  təsərrüfatında  normal  iş  ahənginin  bərpası 
üçün ilk növbədə, aşağıdakılar həll olunmalıdır: 
*
   meliorasiya  və  irriqasiya  sisteminin  və  torpaq  fondunun 
məhsuldar iş qabiliyyətinin bərpası; 
*
   emal  güclərinin  modernləşdirilməsi  və  yenilərinin  yara-
dılması; 
*
   müasir xidmət sferasının, o cümlədən ipoteka, maliyyə-sı-
ğ
orta sisteminin inkişafı; 
*
   ayrı-ayrı  istehsal  və  infrastruktura  vəsilələri  arasında 
stabil iqtisadi münasibətlər sisteminin yaradılması. 
III.  Geosiyasi  mövqeyin  iqtisadi  potensialının  reallaşdırıl-
ması. 
Yaxın illər ərzində dövlətin iqtisadi siyasətinin mühüm isti-
qamətlərindən  biri  ölkəmizin  geopolitik  mövqeyinin  yaratdığı 
tranzit  potensialının  genişləndirilməsi,  onun  iqtisadiyyatın  inki-
ş
afının  əsas  faktorlarından  birinə  çevrilməsi  olmalıdır.  Bu  məq-
sədlə  son  illərdə  əsası  qoyulmuş  bir  sıra  beynəlxalq  və  regional 
layihələrin reallaşdırılmasının sürətləndirilməsi zəruridir. 


Игтисади сийасят: методолоэийа вя практика 
 
279 
 Məşhur  pək  yolunun  bərpası  üçün  aparılan  genişmiqyaslı 
tədbirlər, bu yolun özünün geosiyasi əhəmiyyəti ilə yanaşı iqtisadi 
inkişaf  vasitəsinə  çevrilə  bilər.  pək  yolu  Qərblə  Şərq  arasında 
körpü olmaqla Azərbaycan məhsullarının satış bazarının genişlən-
məsinə,  daxili  bazarın  təminatının  yaxşılaşmasına  və  onun  tutu-
munun  artmasına,  əhalinin  məşğulluğunun  çoxalmasına  və  belə-
liklə, iqtisadiyyatın gəlirliliyinin yüksəlməsinə səbəb olacaqdır. 
Lakin  bizim  fikrimizcə  burada  «çoxqütblü»  siyasət  aparıl-
ması zəruridir. Belə ki, ölkənin tranzit potensialının genişləndiril-
məsi  üçün  Şimal-Cənub  istiqamətində  də  müvafiq  strateji  layi-
hələrin reallaşdırılması son dərəcə aktualdır.  
Tranzit imkanlarının genişlənməsi üçün nəqliyyat növlərinin 
hamısının  iştirakı  ilə  ölkədə  vahid  nəqliyyat  sisteminin  sürətli 
inkişafı təmin olunmalıdır. 
Son  dövrlərdə  regionumuzun  təbii  ehtiyatlarının  istifadəsi 
istiqamətində  həyata  keçirilən  beynəlxalq  layihələrin  tərkib  his-
səsi kimi neft və qaz kəmərlərinin yeni regional  sisteminin yara-
dılmasında  istismarında  Azərbaycanın  aparıcı  mövqeyinin  təmin 
edilməsi çox vacibdir  və bu baxımdan,  dövlətinin mövqeyi düz-
gün, iqtisadi cəhətdən əsaslandırılmış və ədalətlidir. 
Neft müqavilələrinin və tranzit layihələrinin reallaşdırılması 
Azərbaycanda bir sıra fəaliyyət sahələri üçün beynəlxalq mərkəz-
lərin,  o  cümlədən,  neft,  qaz  və  neft  məhsulları  bazarı,  maliyyə-
kapital bazarı iş qüvvəsi bazarlarının  yaranmasına, infrastruktura 
və xidmət sferasının sürətli inkişafına əlverişli şərait yarada bilər. 
Fikrimizcə  hökumət  orqanları  artıq  bu  istiqamətdə  konkret 
fəaliyyətə başlamalıdır. 
IV.   nvestisiya siyasətinin vəzifələri. 
Son illərdə Azərbaycanda investisiya prosesinin əhəmiyyətli 
fəallaşması bu prosesin gələcəkdə sürətləndirilməsi üçün möhkəm 
ə
sas yaradır. Ötən dövrdə investisiya prosesinin bütövlükdə təhlili 
investisiya  mühitinin  yaxşılaşması,  sahə  quruluşunun  və  mənbəə 
müxtəlifliyinin  genişlənməsini  sübut  edir.  Lakin  son  4-5  ilin 
təcrübəsi  göstərir  ki,  investisiyaların  multiplikativ  effekti  bizim 
iqtisadiyyatımızda, xüsusilə böyük gecikmə addımlarına malikdir. 
Ona görə də, çıxış yolu investisiyanın daha tez səmərə verə 
biləcəyi sahələrə, xüsusilə qeyri-neft bölməsinə yönəldilməsi çox 
Расим Щясянов 
 
280 
 
vacibdir.  Təcrübə  göstərir  ki,  belə  sahələrə  qoyulan  investisiya 
qısa  müddətdə  real  inkişafı  təmin  edir.  Yuxarıda  qeyd  etdiyimiz 
kimi  son  dövrlərdə  bu  meyil  güclənir.  Ancaq  hazırki  sürəti  qə-
naətbəxş hesab etmək olmaz. 
nvestisiya  siyasətində  daha  bir  yeni  addım  fikrimizcə  in-
vestisiyaların  sığortalanması  sisteminin  yaranması,  investisiya 
fondları və qiymətli kağızlar bazarının formalaşdırılmasının sürət-
ləndirilməsi  vasitəsilə  ölkəyə  portfel  investisiyaların  axınının 
stimullaşdırılmasıdır. 
Bütövlükdə,  investisiya  siyasətinin  indiki  mərhələdəki  ən 
mühüm şərtlərindən biri onun real sektorun sağlamlaşdırılması və 
restrukturizasiyasının sürətləndirilməsinə istiqamətləndirilməsidir. 
qtisadiyyatın inkişaf sürətinin və əhalinin həyat səviyyəsinin 
yüksəldilməsi üçün fikrimizcə yaxın beş ildə aşağıdakıların həya-
ta keçirilməsi nəzərdə tutulur: 
-  istehsal  və  infrastruktur  fondları  potensialının  əsaslı  mo-
dernləşdirilməsi  və  yenilərinin  yaradılması  üçün  məcmu  yığı-
mının stimullaşdırılması siyasətinin aparılması; 
-  xarici  və  yerli  investorlar  üçün  daha  əlverişli  investisiya 
mühitinin yaradılması; 
- real iqtisadi imkanları nəzərə alaraq dövlət investisiyasının 
həcminin, o cümlədən, qaytarıla bilən xarici və daxili kreditlərin 
cəlb olunması hesabına artırılması; 
Azərbaycan  iqtisadiyyatına  xarici  kapitalın  cəlb  olunması 
siyasətində ölkənin maraqlarını maksimum qorumaqla beynəlxalq 
təcrübədə qəbul olunmuş əsas prinsiplər tətbiq edilməlidir. 
Yaxın  illərdəki  investisiya  siyasətinin  xüsusiyyəti  yerli 
investorların milli iqtisadiyyatın inkişafında iştirakını stimullaşdı-
rılması olacaqdır. Bunun üçün: vergi qoymağın ağırlıq mərkəzinin 
tədricən  istehsal  sferasından  istehlaka  keçirilməsi;  müəssisələrin 
yenidənqurulması; əsas fondların yenidən qiymətləndirilməsindən 
sonra amortizasiya ayırmalarının payının artırılması; kommersiya 
banklarının kredit ehtiyatlarının istehsala cəlb olunması; əhalinin 
yığımının səviyyəsinin qaldırılması nəzərdə tutulmalıdır. 
V.  qtisadi inkişafın sosialyönümlülüyünün gücləndirilməsi. 
Dövlətin  iqtisadi  siyasətinin  ən  vacib  vəzifəsinin  əhalinin 
maddi-rifah  halının  yaxşılaşdırılması  olduğunu  nəzərə  alaraq, 


Игтисади сийасят: методолоэийа вя практика 
 
281 
yaxın gələcəkdə iqtisadi siyasətin sosial yönümlülüyünün güclən-
dirilməsi zəruridir. Bunun üçün bütün prinsipial iqtisadi qərarların 
strateji  baxımdan  sosial  xarakterinin  təmin  olunması  nəzərdə 
tutulur və bu real iqtisadi şəraitə adekvat olmalıdır. 
Bütövlükdə,  son  illərdə  iqtisadiyyatda  stabil  inkişafın  təmin 
olunması,  iqtisadi  siyasətin  sosialyönümlülüyünün  artırılması 
üçün son dərəcə əlverişli şərait yaratmışdır. 
Hazırda dövlət büdcəsindən ayrılan sosialyönümlü xərclərin 
həcminin  və  orta  əməkhaqqının  artım  sürəti  təmin  olunsa  da, 
ölkədə  aparılan  iqtisadi  siyasətin  sosial  istiqamətliliyi  ilə  kifa-
yətlənmək  olmaz.  Çünki  ən  azı  minimum  istehlak  səbəti  ilə  orta 
ə
məkhaqqı arasında fərq hələ də qalır. 
Ona görə də, əhalinin ödəmə qabiliyyətli tələbi və imkanları 
sürətlə artmır. Hər bir ölkədə iqtisadiyyatın aparıcı qüvvəsi hesab 
olunan  orta  təbəqə  ölkəmizdə  getdikcə  azalır  və  bu  təhlükəli 
meylin  qarşısı  alınmalıdır.  Fikrimizcə,  sosial  siyasətin  parametr-
ləri  formalaşdırılarkən  yoxsulluq  həddini  müəyyən  edən  təminat 
səviyyəsini artırmaq vacibdir.Hətta bu, yeni hökumət proqramının 
aparıcı elementinə çevrilməli, bu və ya bütün digər göstəricilər bu 
prizmadan qiymətləndirilməlidir. 
VI.  qtisadiyyatın idarə olunması.
 
Qarşıdakı  beş  ildə  iqtisadi  siyasətin  başlıca  vəzifələrindən 
biri  də  dövlətin  iqtisadi  fəaliyyətdəki  rolunun  müəyyənləşdiril-
məsidir.  Bazar  münasibətləri  şəraitində  dövlət  idarəetmə  orqan-
larının  iqtisadi  fəaliyyətin  təşkil  olunmasında  ümumi  ictimai 
xidmətlərin  təminatçısına  çevrilməlidir.  Yaxın  vaxtlarda  yeni 
iqtisadi  idarəetmə  sisteminin  formalaşdırılması  başa  çatdırıl-
malıdır.  Çevik  və  azsaylı  dövlət  idarəetmə  orqanlarından  ibarət 
olacaq  bu  sistemin  əsas  vəzifəsi  iqtisadi  siyasətin  formalaşdı-
rılması, onun həyata keçirilməsi üçün zəruri qanunvericilik baza-
sının yaradılması, nəzarətedici və stimullaşdırıcı mexanizmin qu-
rulması olmalıdır. 
 
 
Расим Щясянов 
 
282 
 
Ə
dəbiyyat 
 
 1.  A.Abdullayev.  qtisadiyyat  və  iqtisadi  siyasət.  Bakı,              
2003. -  227 s. 
2.  Аникин    А.В.  История  финанасовых  потрясений,   
Москва
, 2002, - 448с. 
3.  Алле  Морис.  Условия  эффективности  в  экономике.                  
М
., НИЦ « Наука для общества», 1998. - 304 с. 
4. Bayramov Ə.Ə. Regional iqtisadi inteqrasiya – nəzəriyyə və 
praktika.  Bakı, 1997. 
5. Бьюкенен Д.М. Сочинение. Пер.с англ. Серия «Нобелевские 
лауреаты
 по экономике”  М.: Таурус Альфа, 1997. - 560 с. 
 6.  Вельфенс  П.  Основы  экономической  политики.    
Учебник
. Пер. нем. СПб, 2002. – 495 с. 
7.  Брайцева  Т.В.  Государственные  финансы,  СПб,  2001.  - 
288 с. 
8. Финансы в вопросах и ответах. Под ред. В.В.Иванова и  
В
.В.Ковалева. Москва, 2005. - 272 с. 
   9.  Фридмен  М.    Если  бы  деньги  заговарили  Москва, 
1999. -  160 с. 
10. Государственное регулирование рыночной экономики: 
Под
  ред.  И.И.Столярова.  Учебное  пособие.  –  М.:  Дело, 
2001. -280 с. 
11. Гаджиев Ш.Г. Азербайджан на пути к мировому сооб-
ществу
:  стратегия  внешнеэкономического  развития.  
Киев
,  2000.  - 504 с.  
12. Гасанов Р.Т. и другие. Социальная политика в постсо-
циалистическом
 обществе: задачи. противоречия. Меха-
низмы
. Под ред. aкад. К.Микульского.  М.: Наука, 2001. 
– 648 с. 
 13.  Ротбард  М.  Государство  и  деньги  как  государство  зав-
ладело
 денежной  системой общества. Москва, 2003.-166 с. 
14.  Həsənov  R.T.  Azərbaycan  Respublikasının  sosial  iqtisadi 
inkişafının bazar modelinin  konseptual əsasları. Bakı: Elm. 
-343 s. 


Игтисади сийасят: методолоэийа вя практика 
 
283 
15.  Həsənov R.T.  qtisadi inkişaf və makroiqtisadiyyat. Bakı, 
2001. -74 s. 
16.  Həsənli  Y.H.,  Həsənov  R.T.  qtisadi  tədqiqatlarda  riyazi 
üsulların tətbiqi. Bakı, 2002.  - 303 s. 
17.  Корнаи  Я.  Социалистическая  система.    Политическая 
экономия
  коммунизма.  Пер.  с  англ.  М.:  Вопросы 
экономики
, 2000. - 672 с. 
18.  Курс  переходной  экономики:  Учебник.  Под  ред.  
Абалкина
  Л.И. М.: Финстатинформ, 1997. -633с. 
19.    Кулиев  Т.  Пародоксы  экономических  теорий    Баку,  
2008. – 316 с.  
20.  Линдерт  П.Х.  Экономика  мирохозяйственных  связей  
Москва
, 1992. – 520 с. 
21.  Məmmədov  N.,  Barxudarov  M.  qtisadi  təhlükəsizlik  
Bakı, 2006. – 452 s. 
22.  Монтес  М.Ф.,  Попов  В.В.  Азиатский  вирус  или  гол-
ландская
 болезнь?. М.: Дело, 2000. - 136 с.  
23. Nadirov A.A. Müstəqil Azərbaycan iqtisadiyyatının inkişaf 
məsələləri. Bakı, 2001. - 452 s. 
24.  Нуреев  Р.М.  Теория  общественного  выбора:  Учебное 
пособие
. М.: Изд. дом ГУ ВШЭ, 2005. - 531 с. 
 25. Нуреев Р.М. Экономика развития: модели становления 
рыночной
 экономики. М.:  2001. - 240 с. 
26.    Чекалин    А.  Темнее  всего  перед  рассветом.  М.  ГП 
Редакция
 газеты «Экономическая газета»,  1999.- 816 с. 
27.    Savas  E.S.  Özəlləşdirmə  və  ictimai-özəl  əməkdaşlıqlar. 
(ingilis dilindən tərcümə  R.Sadırxanov) Bakı, 2001. 408 s. 
28.  Сажина  М.А.  Научные  основы  экономической  поли-
тики
 государства. М.: 2001. 224 с. 
29.    Səmədzadə  Z.    Çin  qlobal  dünya  iqtisadiyyatında.  Bakı, 
2009. - 608 s. 
30.  Salahov  S.V.  Aqrar  sahənin  dövlət  tənzimlənməsi  prob-
lemləri  Bakı, 2004. - 503 s. 
31.  Социальная  политика:  Учебник.  Под  общ.ред. 
Н
.А.Волгина. M.: Экономика, 2002. - 736 с. 
Расим Щясянов 
 
284 
 
 32.    Stiqlis  J.  Qloballaşma  və  onun  doğurduğu  narazılıqlar. 
Bakı, 2004. 
33.  Основы  торговой  политики  и  правила  ВТО.  –  М.: 
Междунар
. oтношения, 2005. – 448 с. 
34.  Xəlilov  H.A.  Milli  ərzaq  təhlükəsizliyi:  bazar  transforma-
siyaları və iqtisadi qloballaşma amilləri  Bakı: 2001, - 175 s. 
35.  Уткин  А.И. Глобализация: процесс и осмысление М. 
Логос
, 2001.- 253 с.  
36.  Экономическая  безопасность.  Производства,  финансы, 
банки
. Под ред. В.К.Сенчагова. М.: Финстатинформ, 1998. 
37.        Зиберт  Хорст.  Эффект  кобры.  Как  можно  избежать 
заблуждений
  в  экономической  политике  СПб,  2003.-  
246 с. 
38. Qloballaşma amilləri.  Bakı, 2001. -175s. 


Игтисади сийасят: методолоэийа вя практика 
 
285 
 
 
Няшриййатын мцдири 
Камил Щцсейнов 
 
Баш редактор 
Исмят Сяфяров 
 
Редактор 
Исабя Щцсейнова 
 
Корректор 
Сцдабя Манафова 
 
Компйутер оператору 
Тяраня Бахшялийева 
 
Дизайнер 
Вцсаля Ахундова 
 
 
 
Rasim Həsənov 
iqtisad elmləri doktoru, professor 
 
qtisadi siyasət:  
metodologiya və praktika 
(Dərs vəsaiti) 
 
 
 
 
 
Чапа имзаланыб 10. 03. 2010. Каьыз форматы 60х84 1/16. 
Щяжми 17,6 ч.в. Ш.ч.в. 16,4. Сифариш  65. Сайы 500. 
--------------------------------------------------------------------------- 
" Игтисад Университети " Няшриййаты. 
АЗ 1001, Бакы, Истиглалиййят кцчяси, 6 
____________________________________________________ 
 

Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə