Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə30/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   ...   26   27   28   29   30   31   32   33   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
117 
ölkələr  kəsiri  uzun  müddət  saxlaya  bilmir,  çünki  sadəcə  olaraq, 
onların ehtiyatları və kredit qabiliyyətləri tükənir. Müsbət saldolu 
ölkələrdə  isə,  bununla  bağlı  çətinliklər  nisbətən  azdır  və  onlar 
yalnız uzun müddətdən sonra, özünü göstərə bilir: - belə ölkələrdə 
uzun  müddətdən  sonra,  valyuta-qızıl  ehtiyatlarının  hədsiz  artma-
sından  narahatlıq  yarana  bilir.  Valyuta  ehtiyatlarının  həcmi  tə-
diyyə balansını müsbət saldosu səbəbindən çox yüksək həddə çat-
dıqda hökumətlər pul kütləsinin  artmasının,  həmçinin  daxili ba-
zarda kreditləşdirmənin qarşısını texniki cəhətdən daha ala bilmir  
və  buna  görə  də  inflyasiyanın  güclənməsi  dövrü  başlayır.  Belə-
liklə, dünya təcrübəsində, tədiyyə  balansının kəsirliliyi və böyük 
müsbət  saldosunun  yaratdığı  asimmetriya  dəyişən  konyunktura 
şə
raitində  qeyd  olunmuş  valyuta  kurslarından,  üzən  kurslara 
keçidi, inflyasiyalı iqtisadi siyasətə keçid kimi, xarakterizə etməyi 
mümkün edir. Bu müddəanın ən yaxşı sübutu, 1971-ci ildən sonra  
pul kütləsinin və qiymət səviyyəsinin, bütün dünyada,  bütövlük-
də artması faktı hesab edilə bilər. 
 Yuxarıda  qeyd  olunanlarla  yanaşı  vurğulamaq  vacibdir  ki, 
valyutanın sərbəst üzməsinin, həmişə yüksək inflyasiya  yaratma-
sının    bir  mənalı  təsdiqi  yoxdur.  qtisadi  siyasətin  əsas  məqsədi 
tam  məşğulluğun,  təmin  edilməsi  kimi  müəyyənləşdirilir    və  bu 
zaman  inflyasiyaya  diqqət  yetirilmirsə  çevik  valyuta  kurslarına 
üstünlük  verilə  bilər.  Çünki,  belə  kurslar  kəsir  balanslı  ölkələrə 
deflyasiya  siyasəti  aparmayaraq  məşğulluq  və  gəlirlərin  azalma-
sından qaçmağa   imkan verir. Hansı ölkə daha çox inflyasiyadan 
çəkinirsə,  qeyd  olunmuş  kurslar  siyasətini  seçə  bilər.  Beləliklə, 
qeyd olunmuş və ya üzən valyuta  kurslarının seçilməsinin üstün-
lüklərinin müqayisəsi əslində işsizlik və ya inflyasiyanın optimal 
nisbətlərinin  müəyyənləşdirilməsi  məsələsinin  xüsusi  halıdır. 
Doğrudur,  qiymət  intizamı  məsələsi  təcrübədə  hər  iki  sistemin 
fəaliyyət  göstərməsini  mümkün  edir.  Lakin,  hansı  kursun  üstün 
olmasının qiymətləndirilməsi heç də həmişə doğru olmayan, qiy-
mətlərin  stabilliyinin  əsas  hesab  edilməsi  fərziyyəsinə  əsaslandı-
ğ
ından subyektiv  seçim məsələsidir. 
Расим Щясянов 
 
118 
 
 Dünya  təcrübəsinin,  valyuta  kurslarının  müəyyənləşdiril-
məsi ilə bağlı, bir sıra dərslərinin təhlili və yuxarıda qeyd olunan 
nəzəri  ümumiləşdirmələrin  əsasında  açıq  iqtisadiyyat  şəraitində 
valyuta  rejiminin  seçimində  aşağıdakı  qiymətləndirici  mülahizə-
lərin nəzərə alınması  məqsədəuyğun hesab edilir: 
- Rəsmi dövlət orqanlarının, qeyd olunmuş kursları saxlamaq 
imkanları  şəksizdirsə,  destabilləşdirici  möhtəkirlik  ehtimalı  çox  
kiçik olacaqdır; 
- Qeyd olunmuş kurslar, “qiymət intizamının ” qorunmasını  
və  dünya  iqtisadiyyatında  bütövlükdə  aşağı  inflyasiya  sürətini 
(aşağı  səviyyədə  məşğulluq  və  gəlirliliyin  mümkünlüyü  ehtimalı 
ilə) şərtləndirir; 
- Valyuta kurslarının ciddi  bağlanmasından,  yarana biləcək 
uduş  və  ya  itkilər,  aparılan  iqtisadi  siyasətdən  yaranan  və  ya  iq-
tisadiyyatda  mümkün olan  makroiqtisadi  “şoklardan”   asılıdır.  
Bununla belə, daxili tələbin sürüşmələri ilə yaranan şokların kom-
pensasiyası  üçün,  qeyd  olunmuş  kurslar  daha  üstün  əhəmiyyətə 
malikdir; ixrac tələbi ilə bağlı sürüşmələr üçün isə, çevik  kurslar 
daha əhəmiyyətli hesab edilir;  
-  Sonuncu  qənaətə  görə,  üzən  kurslar  stabil  və  proqnozlaş-
dırılan büdcə və pul siyasətinə malik ölkələr üçün, daha əhəmiy-
yətlidir. Daxili qeyri-stabilliyin mənbəyi olan qeyri-stabil iqtisadi 
siyasətin  ləğv  edilməsi  mümkün  “şokları”  xarici  ticarət  bölməsi  
ilə məhdudlaşdıracaq və üzən valyuta kursları isə, onları müəyyən 
qədər, ”xüsusiləşdirməyə” imkan yaradacaqdır; 
- Avtonom  pul-kredit və büdcə siyasəti aparan ölkələr, qeyri 
aşkar  şəkildə  öz  daxili  iqtisadiyyatlarında  yaranan  “şoklara”  üs-
tünlük  verirlər.  Onlar,  xarici  təsirlərdən  özlərini  qorumağa  çalı-
ş
araq,  daxili  problemlərini,  təkbaşına  həll  etməyə  cəhd  edirlər. 
Belə olduqda isə, onlar  üzən valyuta kurslarından istifadədə ma-
raqlıdırlar. 
 
3.3. Açıq iqtisadiyyatda tədiyyə  
balansının tənzimləyici rolu 
 


Игтисади сийасят: методолоэийа вя практика 
 
119 
 Açıq  iqtisadiyyatda    beynəlxalq  iqtisadi  münasibətlər  ənə-
nəvi olaraq, iki əsas kanal – beynəlxalq ticarət və maliyyə axınları 
vasitəsilə həyata keçirilir.  Beynəlxalq ticarət vasitəsilə istehsal və 
istehlak olunmuş məhsul və xidmətlərin bir hissəsi ixrac və idxal 
olunur.    Maliyyə  axınları  sahəsində  beynəlxalq  münasibətlərin 
yaranması isə, milli iqtisadiyyatların qarşılıqlı asılılığı, insanların 
milli və xarici aktivlərə malik olması, xarici banklarda pul baratı-
nın  saxlanılması,  qiymətli  (o  cümlədən  xarici)  kağızlar  və  da-
ş
ınmaz əmlak alması və s. kimi  səbəblərlə izah olunur. 
Ölkələrin  qarşılıqlı  asılılığının  güclənməsi,  milli  gəlirin  və 
digər əsas iqtisadi göstəricilərin, heç də həmişə daxili faktorlardan 
asılı  olmamağını    şərtləndirən  əsas  amillərdən  hesab  olunur.   
Belə  şəraitdə,  hər  hansı  dövlətin    iqtisadi  siyasəti,  mütləq  qay-
dada, ölkə iqtisadiyyatının beynəlxalq əlaqələrini, nəzərə almaqla 
qurulmalıdır.  Belə  mexanizm  isə  dünya  təcrübəsində,      tədiyyə 
balansı (TB) vasitəsilə  yaradılır  və tətbiq edilir. 
Tədiyyə  balansı  –  ölkənin  bütün  rezidentlərinin,  müəyyən  
təqvim dövrü ərzində  (il,  rüb  və  ya ay)  ərzində, qalan dünya 
ilə, bütün iqtisadi münasibətlərinin, əlaqələrinin  və sövdələşmə-
lərinin  maliyyə yekunlarını əks etdirən, ikiqat qeydolunma prin-
sipi (kredit və debet) ilə qurulmuş matris cədvəldir.  
Tədiyyə balansının  kredit bölməsi – ölkədən dəyərlərin get-
məsi  və  onun  müqabilində,  kompensasiyaedici  ödəmələrin,  o 
cümlədən,  valyuta  formasında  gəlməsini    əks  etdirir.  Debet  böl-
məsi  isə,  ölkəyə  yeni  dəyərin  gəlməsini    və  onun  müqabilində 
ödəmə kimi, valyutanın getməsini  göstərir. Sövdələşmələrin kre-
dit və ya debet bölməsinə aid edilməsi məhsul və xidmətlərin id-
xalı və ixracında heç bir problem yaratmır. Lakin, bir sıra hallarda 
isə, bu müəyyən çətinliklər yarada bilir.  Bu ilk növbədə rezident 
və  iqtisadi  sövdələşmə  anlayışlarının,  müəyyən  olunmasındakı 
xüsusiyyətlərlə  şərtlənir.  Məsələn,  ölkənin  xaricdən  aldığı  uzun 
və qısamüddətli  borclar, tədiyyə balansının kredit bölməsində əks 
olunmalıdır.  Belə  ki,  xaricdən  alınan  borclar,  xarakterinə  görə 
ixracla oxşardır, çünki bu halda da ölkə, xarici kreditora özünün 
borc  öhdəliyini  -  sadəcə  bir  kağız  formasında  ifadə  olunmuş 
Расим Щясянов 
 
120 
 
öhdəliyi, satır. Başqa sözlə, borc öhdəliyi də ixrac kimi, pul əldə 
etmək  vasitəsidir,  sadəcə  olaraq  bu  halda,  pul  bank  depozitləri 
formasında olmaqla, müvafiq qaydada xərclənməlidir. Oxşar hal, 
debet  hesabında  da  baş  verir.  Məhsul  və  xidmətlərin  idxalı, 
ölkəyə dəyərlərin gəlməsini əks etdirir və bu halda onların əvəzi-
nin, nəqd pulla ödənilməsi də mümkündür.  Lakin xaricilərin kre-
ditləşdirilməsində isə, ölkə beynəlxalq statuslu öhdəliklər alır ki, 
bu  da  faktiki  olaraq  gələcəkdə  ödəmək  haqqında    zəmanətli  vəd 
hesab olunur. Beynəlxalq təcrübədə qəbul olunmuş, qeyri-formal 
terminoloji  ifadə    qaydalarına  görə,  xaricə  kreditlərin  verilməsi, 
“kapitalın  ixracı”  və  əksinə  xarici  borclar  isə,  “kapitalın  idxalı” 
adlanır.  Lakin  qeyd  edildiyi  kimi,  “kapital  ixracı”  debet  kimi 
(məhsul  və  xidmətlərin  idxalı  kimi)  ,”kapitalın  idxalı”  isə  kredit 
kimi (məhsul və xidmətlərin ixracı kimi) qeydə alınır. 
 Ölkənin rəsmi aktivlərinin artması tədiyyə balansında debet 
kimi  qeyd  edilir.  Rəsmi  aktivlərin  artması,    onun  strukturu  ilə 
birbaşa bağlı olsa da  (bu struktur onu təşkil edən vasitələrin se-
çimi  və  xüsusi  çəkiləri  ilə  müəyyənləşir),  dövlət  saxlanclarında 
aktivlərin  artması, məhsul idxalına oxşardır, baxmayaraq ki, yeni 
aktivlərin bu səbəbdən artması, o cümlədən qızılın alınması üçün 
mütləq “təmiz ixrac ”, yəni ixracın idxaldan artıq olması vacibdir. 
Tədiyyə  balansının  tərtib  olunmasında,  ölkələr  arası  axınla-
rın  müqayisəliliyini təmin etmək, bəzi hallarda müəyyən çətinlik-
lərə  səbəb olur. Belə ki, bəzən bu axınların beynəlxalq xarakteri, 
aydın olmur və ya axınlar birtərəfli  olur. Məsələn hədiyyələr və 
müxtəlif  köməklər  (təbii  fəlakətlər  zamanı  göstərilən  müxtəlif 
xarakterli köməklər) iqtisadi dəyərlərin qarşılıqlı axınlarının uçota 
alınması  mümkün  olmayan  hissələri  (belə  hallarda  balansda 
“təmiz  səhvlər  və  buraxmalar”  adlı  xüsusi  sətir  yazılır)  ölkənin 
aktiv  və  passivlərinin  görünməyən  və  ya  hiss  olunmayan  artımı 
(məsələn,  xarici  firma  öz  gəlirlərini  ölkəsinə  qaytarmadan,  işlə-
diyi  ölkədə  reinvestisiya  edir,  dünya  təcrübəsinə  əsasən,  dövlət 
statistikasında, ancaq repatriasiya edilmiş gəlir, tədiyyə balansının 
müvafiq  bölməsində  qeydə  alınır).  Belə  hallar,  balansın  tərtib 
olunmasında, texniki çətinliklər yaradır və bu problemlər, ölkədə 


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə