Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə26/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   ...   22   23   24   25   26   27   28   29   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
101 
idarəetmənin mərkəzləşdirilməsi səviyyəsindən asılı olaraq, qərar 
qəbulu  və  təsir  imkanları  formalaşır.  nstitusional  strukturun  va-
riasiyaları  genişdir.  Bütövlükdə  isə,  müasir  dünya  təcrübəsində, 
dövlət tənzimlənməsinin idarəetmə orqanları vasitəsilə ifadəsinin 
iki modelini ayırmaq olar: 
1.  Reaktiv  (adaptasiya)  modeli.  (məsələn  ABŞ  modeli).  Bu 
model,  bazarın  səhvlərinə  dəqiq  reaksiya  vermə  imkanına  ma-
likdir.  Bu,  idarəetmə  funksiyalarının  çevikliyi,  makro  və  mikro 
səviyyələrdə,  birbaşa  və  dolayı  tənzimləmə  alətlərindən  istifadə, 
dövlət və xüsusi biznesin əməkdaşlığının müxtəlif formalarından 
istifadə olunması ilə təmin olunur. 
2. Proaktiv model (məsələn Yaponiya). Bu model, bazar me-
xanizmində mümkün qəzaları, dövlət müdaxiləsinin dəqiq həcm-
lərinin  müəyyənləşdirilməsi,  proqnozlaşdırma,  dövlət  və  müəs-
sisələrin  danışıqlarında,  koordinasiya  və  təsisedici  tövsiyyələrin 
verilməsi yolu ilə, həll etməyi məqsədəuyğun hesab edir. 
 Müasir dünya təcrübəsində, dövlətin, iqtisadi funksiyalarını, 
aşağıdakı əsas qruplarda ifadə etmək olar: 
1.
  Hüquqi bazanın təmin olunması və rəqabət mühiti yarat-
maqla,  bazar  sisteminin  fəaliyyətinin  himayə  olunması. 
Rəqabət mühiti, antiinhisar qanunvericiliyi ilə qorunma-
lıdır. 
2.
   Sərvətlər  və  gəlirin  yenidən  bölgüsü,  milli  məhsulun 
strukturunu  dəyişmək  məqsədilə,  ehtiyatların  bölgüsü-
nün korreksiyası, məşğulluq və inflyasiya üzərinə, nəza-
rət vasitəsilə, iqtisadiyyatın stabilləşməsinin təmin olun-
ması. 
3.
  Bazar  mexanizmlərinin  bəzi  elementlərinin,  təsirinin 
məhdudlaşdırılması. Məsələn, məcmu istehlak və ictimai 
rifahın  təmin  olunması  üçün,  dövlət  bazarın  və  ictimai 
maraqların qorunmasını təmin etməlidir. 
4.
  Dünya iqtisadiyyatında milli rəqabət üstünlüklərinin            
              yaradılması və qorunması. 
 Dövlətin iqtisadi funksiyalarının bu təsnifatını yeganə hesab 
etmək  olmaz.  Xüsusilə,  keçid  iqtisadiyyatına  malik  ölkələrdə, 
Расим Щясянов 
 
102 
 
dövlətin əsas iqtisadi funksiyalarında mövqelərin dəyişməsi, mən-
tiqi  və  qanunauyğun  hesab  oluna  bilər.  Məsələn,  belə  ölkələrdə, 
infrastrukturanın əsas komponentlərinin, təbii inhisarların, bir sıra 
xüsusilə vacib sahələrin (məsələn, müdafiə sənayesi, Azərbaycan 
üçün  neft-qaz  sənayesi  və  s.),  birbaşa  dövlət  mülkiyyətində  qal-
ması;  iqtisadiyyatın  restrukturizasiyasının  siyasətinin  formalaşdı-
rılması  və  həyata  keçirilməsi;  ÜDM-in  dövlət  büdcəsi  vasitəsilə 
yenidən  bölüşdürülməsində  dövlətin  fəal  iştirakının  təmin  olun-
ması,  xarici  iqtisadi  siyasət,  sosial  müdafiə  və  sosial  təminat 
siyasəti  və  s.,  dövlətin  əsas  iqtisadi  funksiyalarına  aid  olunması, 
fikrimizcə,  məqsədəuyğun  sayılmalıdır.  Dövlətin  iqtisadiyyatı 
tənzimlənmə  baxımından  müdaxiləsi  iqtisadi  siyasəti  vasitəsilə 
həyata  keçirilir.  Hökumətin  iqtisadi  siyasəti  dedikdə,  iqtisadi 
alətlər  vasitəsilə  təsərrüfat  subyektlərinin  davranışının  norma  və 
qaydalarının müəyyənləşdirilməsi başa düşülür. 
qtisadiyyatın dövlət tənzimlənməsinin məqsədləri, metodla-
rı və alətləri, ümumiyyətlə dəyişkəndir. Belə ki, ümumi texnoloji 
inkişaf  səviyyəsindən,  siyasi  qüvvələrin  dislokasiyasından,  iq-
tisadi  siyasətdəki  dəyişikliklərdən,  bazar  iqtisadiyyatının  ümumi 
inkişaf səviyyəsindən, asılı olaraq, tənzimlənmə sisteminin çevik 
dəyişməsi labüddür. 
        Dövlətin  fəaliyyətinin  bu  istiqaməti,  sanki,  dövlətin  bazar 
iqtisadiyyatına  müdaxiləsinin,  aşağı  sərhəddini  müəyyənləşdirir. 
Ancaq  müasir  dövrdə,  dövlətin  iqtisadi  funksiyaları,  daha  geniş-
dir. Bu funksiyalar, infrastrukturun inkişafı; məktəb təhsilinə do-
tasiya; işsizliyə görə müavinət; cəmiyyətin az təminatlı kateqori-
yasına  verilən  təqaüd  və  müavinətlərin,  müxtəlif  növləri  və  s., 
kimi fəaliyyət sahələrini əhatə edir. Bu sahələrin kiçik bir hissəsi, 
xalis  ictimai  nemətlərə  aid  edilə  bilər.  Onların  böyük  qismi, 
kollektiv yox, fərdi istehlak edilir. Buna baxmayaraq, bütövlükdə 
son  yüz  ildə,  inkişaf  etmiş  ölkələrdə,  dövlət  xərclərinin  payı 
ÜDM-də  sürətlə  artma  meyilinə  malikdir.  Digər  tərəfdən  dövlət, 
adətən  antiinhisar  və  anti  inflyasiya  siyasəti  aparır  və  işsizliyi 
azaltmağa  çalışır.  Son  onilliklərdə  dövlət,  struktur  dəyişikliklə-
rinin  tənzimlənməsində,  daha  aktiv  iştirak  edir,  elmi-texniki  tə-


Игтисади сийасят: методолоэийа вя практика 
 
103 
rəqqini stimullaşdırır və milli iqtisadiyyatın,  yüksək inkişaf tem-
pini,  qorumağa  səy  göstərir.  Bu  funksiyalara,  regional  və  xarici 
iqtisadi  tənzimləməni  əlavə  etsək,  dövlətin  rolunun  XXI    əsrdə 
artması səbəbləri aşkar olar. 
Lakin,  bazar  iqtisadiyyatı  şəraitində,  dövlətin  iqtisadi  tən-
zimləmə  rolu,  hədsiz  arta  bilməz.  Bazar  iqtisadiyyatı,  dövlətin 
iqtisadi  funksiyalarına  müəyyən  məhdudiyyətlər  qoyur.  lk  növ-
bədə qeyd etmək lazımdır ki, bazar mexanizmini dağıtmaqla, onu 
birbaşa inzibatçılıqla əvəz etməyə, nəticələnə biləcək müdaxilələr, 
yolverilməzdir.  Burada,  bazar  mexanizminə  üzvü  qoşulan  dolayı 
tənzimləyicilər,  (vergilər,  subsidiyalar  və  s.)  daha  səmərəli  me-
todlar  hesab  olunur.  Ona  görə  də  dövlət  tənzimlənməsi,  bazar 
qüvvələrini dəyişməli, yalnız, həmin qüvvələri gücləndirməyə və 
ya  zəiflətməyə  çalışmalıdır.  Nəzərdən  qaçırmaq  olmaz  ki,  bütün 
iqtisadi  tənzimləyicilərin  təsiri,  ziddiyyətlidir.  Qısamüddətli  fay-
da,  uzunmüddətli  dövrdə,  böyük  itkilərlə  əvəzlənə  bilər.  Digər 
tərəfdən, iqtisadi tədbirlərin çox böyük dəstəsi müxtəlif, bəzən isə 
ə
ks  istiqamətlərdə  təsir  edir.  Ona  görə  də  birbaşa  və  dolayı, 
inzibati metodların təsir dairələri, dəqiq müəyyənləşməlidir 
 
 
 
 
 
 
Расим Щясянов 
 
104 
 
FƏSIL 3. AÇIQ  QT SAD YYATDA MAKRO QT SAD  
TARAZLIQ S YASƏT . M LL  GƏL R VƏ BEYNƏLXALQ 
MÜBAD LƏN N QARŞILIQLI ƏLAQƏS  
 
3.1.  Makroiqtisadi tarazlığın müəyyənləşdirilməsinin  
baza şərtləri 
 
Yuxarıda  qeyd  olunduğu  kimi,  mahiyyət  etibarilə,  makro-
iqtisadi tarazlığın təmin olunması problemi – məcmu milli məhsul 
istehsalı, məşğulluq və qiymətlərin dəyişən dünya  təsərrüfatı şə-
raitində  tənzimlənməsi  probleminin  həlli,  iqtisadi  siyasətin  vacib 
vəzifələrindən  hesab  olunur.  Problemin  həllini  təmin  edən  siya-
sətin formalaşdırılması və reallaşdırılması kifayət qədər mürəkkəb 
məsələdir.  Çünki  milli  iqtisadiyyat  ilə  dünya  təsərrüfat  sistemi 
arasında  əlaqələr  çox  cəhətli  və  çox  saylıdır.  Digər  tərəfdən  isə, 
dövlət  tənzimlənməsi  prinsiplərinin  qiymətləndirilməsi  çətindir.  Bu 
məsələnin həlli açıq iqtyisadiyyat şəraitində xüsisilə  çətinləşir. 
Beynəlxalq  makroiqtisadiyyatda  iqtisadi  siyasətin  əsasların-
dan biri, xarici ticarət və valyuta kursunun ölkənin milli gəlirinə 
təsiri  xarakterinin  müəyyənləşdirilməsidir.  qtisadi  nəzəriyyədə 
Keyns  “inqilabından”  sonra,  makroiqtisadi  təhlildə  əsas  çətinlik, 
real  gəlirin  və  qiymətlərin  dəyişilməsinin  proqnozlaşdırılması 
hesab olunur. Uzun müddətli polemikadan sonra, qiymət və milli 
gəlirin,  eyni  vaxtda  artırılması  və  azaldılmasını,  təmin  edə  bilən 
iqtisadi  sistemdə  məcmu  tələbi,  pul  və  digər  faktorların  dinami-
kasını  müəyyənləşdirən  konsensus  formalaşdırılmışdır.  Lakin, 
standart makroiqtisadi model çərçivəsində, milli gəlir və qiymət-
lərin  səviyyəsini,  ayrılıqda  müəyyənləşdirməyə  imkan  verən, 
məcmu tələbin xarakterini müəyyənləşdirmək, mümkün deyildir.  
Bu problemin həlli üçün, üç variant və ya fərziyyənin,  irəli 
sürülməsi mümkündür. 
1. Keyns nəzəriyyəsinin, ekstremal fərziyyəsinin, əsas götü-
rülməsi. Burada nəzərdə tutulur ki, qiymətlər, iqtisadiyyatdakı da-
xili proseslərə, təsir etmir. Ona görə də, məcmu gəlir və xərclər, 


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə