Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə24/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   ...   20   21   22   23   24   25   26   27   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
93 
həmin nemət, hamı üçün açıq olur. Həm də, əlavə istehlakçılardan 
imtina olunması xərcləri, hədsiz yüksək olur. 
Xalis  ictimai  nemətlərin  xüsusiyyətlərini,  daha  aydın  dərk 
etmək  üçün  onu,  xalis  fərdi  nemətlərlə,  müqayisə  etmək  məqsə-
dəuyğundur. Xalis fərdi nemətlər (pure private good) - elə nemət-
lərdir  ki,  onun  hər  vahidi,  ayrıca  haqq  müqabilində  satıla  bilər. 
Xalis  fərdi  nemətdən  fərqli  olaraq,  xalis  ictimai  nemət,  istehlak 
vahidlərinə  ayrıla bilmir və hissə - hissə satıla bilmir. Xalis icti-
mai  nemətin  hissəciklərinin,  qiymətinin  müəyyənləşdirilməsinin 
qeyri-mümkünlüyü,  həmin  nemətlərə  olan  məcmu  tələbin  müəy-
yənləşdirilməsi xüsusiyyətləri ilə, izah olunur. (Şəkil 1). Bu halda 
qiymət,  dəyişən  kəmiyyət  deyil  və  hər  vahidin  qiymətini  müəy-
yənləşdirmək  mümkün  deyil.  Çünki  onun  istehlakı,  hər  kəsin  öz 
ə
lahiddə  hüququdur.  Ona  görə  də,  xalis  ictimai  nemətə  olan 
tələbin əyrisi, həmin nemətin mövcud olan bütün həcminin, limit 
faydalılığını əks etdirir. Xalis fərdi nemətlərə tələbin həcmini isə 
adamlar özləri tənzimləyir:                
                
 
                                      Q
d
 = Zq
i
.  
Xalis ictimai nemət üçün bu mümkün deyildir. Bütün isteh-
lakçılar onun bütün həcmini istifadə etməlidir.          
                           Q
s
 = q
1
 = q
2
 = ...... = q
n
 
 
Bu,  hər  bir  istehlakçının,  nemətlərdən  istifadədə  keyfiyyət, 
həcmi  və  s.  meyarlar  baxımından,  özəl  tələblərinə  yol  verilmə-
məsi ilə izah olunur. Məsələn, teatrda tamaşaçılar, parter, loja və 
ya  amfiteatrı  seçməklə  müxtəlif  qiymətli  biletlər  ala  bilirlər,    
lakin,  ölkənin  müdafiə  qabiliyyətindən  faydalananlar  belə  seçim 
edə bilməzlər. 
 
 
 
 
 
 
Расим Щясянов 
 
94 
 
 
                      Xalis fərdi nemətlər                               
  P 
 
 
 
 
 
 
          D
1      
D
2
    D
3      

  P 
   
 
 
 
 
      0      2       4        6        12      Q  
 
               Xalis ictimai nemətlər 
P   
 
 
 
D = Eq
i
 
  30 
   
 
 
D
3
 
   
 
       D

   
 
  D
1
 
   15 
 
   10 
     5 
 
     0                                                                          Q 
   
 
 
 
 
Q
s
 = 12 
Şə
kil 1.  Xalis fərdi və xalis ictimai nemətlərə 
 məcmu tələbin  müəyyənləşdirilməsi 
 
   Göründüyü  kimi,  xalis  fərdi  nemətlərə,  məcmu  tələbdən 
(bu tələb üfüqi xətlə fərdi tələblərin  cəmlənməsi ilə alınır)  fərqli 
olaraq,  xalis  ictimai  nemətlərə,  məcmu  tələb,  şaquli  xətlə,  bütün 
limit  faydalarının  cəmlənməsindən  (mövcud  olan  həcm  baxı-
mından) alınır. Beləliklə, aydın olur ki, həm fərdi, həm də ictimai 
seçim,  əslində,  iqtisadi  qarşılıqlı  əlaqəli  fəaliyyəti  prosesində  - 
individlərin verdikləri üstünlükləri müəyyənləşdirir, nəzərə alır və 
həyata  keçirir.  Hər  iki  halda,  Pareto  -  optimallığının  əldə  olun-


Игтисади сийасят: методолоэийа вя практика 
 
95 
ması  üçün  imkan  yaranır.  Lakin  onlar  arasında,  ciddi  fərqlər  də 
vardır.  Bu  fərqlər,  optimallıq  meyarlarının  seçimindən  asılı 
olaraq, alət və vasitələrin müxtəlifliyi səbəbindən   yaranır. 
Qeyd etmək vacibdir ki, istehlak seçiminin qeyri – mümkün-
lüyü və imtina olunması xüsusiyyətləri, ictimai nemətlərin heç də 
hamısı üçün xas deyildir. Əgər, hətta bu xüsusiyyətlərin hər hansı 
biri, nisbətən zəif olarsa, onda “qarışıq nemətlər”  yaranır. Məsə-
lən, əgər milli müdafiə və ya dövlət tərəfindən göstərilən səhiyyə 
xidmətlərini,  ictimai  istehlakdan  çıxarmaq  mümkün  deyildirsə, 
Ronald Kouzun dediyi kimi, gəmilərin hərəkəti üçün mayak xid-
mətini,  ictimai  nemətlər  sırasından  çıxararaq,  haqqı  ödənilən, 
fərdi nemətlərə aid etmək olar. 
ctimai  nemətlər,  ümummilli  və  lokal  (regional,  yerli)  ola 
bilir. Sonuncular, yerli hakimiyyət tərəfindən istehsal olunur. Hö-
kumət  isə,  ictimai  nemətlərlə  yanaşı  digər  sosial  nemətlər  (xid-
mətlər), məsələn, sosial təminat təqaüdü, işsizliyə görə müavinət, 
məktəbdə oxumağa görə dotasiya, infrastruktur təminatı (yollar və s.) 
istehsal edir. Bu nemətlərin əksəriyyəti, bütövlükdə (və ya bəzən 
qismən) fərdi istehlak olunur. Həmin nemətlərdən kənar şəxslərin 
istifadəsinin qarşısını almaq üçün, onlara bu nemətləri əvəzi ödə-
nilməklə  təklif  etmək  olar.  Əslində,  təcrübədə  çox  az  sayda  ne-
mətlər  var  ki,  xalis  ictimai  nemətlərə  məxsus  olan  bütün  xüsu-
siyyətlərə malikdirlər. 
Xalis  ictimai  nemətlər  istehsalı,  bir  sıra  çox  saylı  müsbət 
kənar  effektlərin  yaranması  ilə  müşayiət  olunur.  Həmin  effektlə-
rin, daxili effektlərə  çevrilməsi baş verməzsə, bazar iqtisadiyyatı 
şə
raitində belə nemətlərin istehsalı mümkünsüz olar. 
   Məlum  olduğu  kimi,  iqtisadi  mahiyyətə  görə,  istehsalın 
səmərəli  həcmi  elə  nöqtədədir  ki,  orada  limit  ictimai  fayda 
(qazanc)  (marginal  social  benefits),  limit  ictimai  xərclərə  (mar-
ginal  social  costs)
  bərabər  olur.  MSB  =  MSC.  Xalis  ictimai 
nemətlərin istehlakı, kollektiv baş verir, lakin istehlakın fərdi fay-
dası müxtəlifdir. Təcrübədə, hər kəsin aldığı faydanı müəyyənləş-
dirmək  üçün,  dəqiq  informasiya  əldə  etmək  çox çətindir.  Ictimai 
neməti  qrup  halında  istehlak  edənlərin  sayı,  az  olduqda,  könüllü 
Расим Щясянов 
 
96 
 
kooperasiya  əsasında,  müsbət  kənar  effektləri,  daxili  effektlərə 
çevirmək  olar.  Lakin  qrupun  həcmi  böyüdükdə,  informasiyanın 
gizlədilməsi ehtimalı da sürətlə böyüyür. 
Ə
gər  xalis,  ictimai  nemətlərin  istehlakının  haqqının  ödənil-
məsi,  onların  istifadə  olunmasının,  limit  faydalılığı  baxımından, 
həyata  keçirilirsə,  alınmış  faydanın  real  həcminin  azaldılması  və 
düzgün  informasiyanın  gözlədilməsi  üçün,  güclü  stimul  yaranır. 
Həqiqətən,  əgər istehlakçı xalis ictimai nemətlərin istehlakından, 
haqqı  ödənilməsindən,  asılı  olmayaraq  fayda  alırsa,  onda  artıq 
xərcə düşmədən, həmin nemətləri,  havayı almaq arzusu  yaranır. 
Belə situasiya “biletsiz sərnişin” (free - rider problem)  problemi 
adlanır. (Şəkil 2) 
 
“Biletsiz sərnişin” problemi necə yaranır? 
 
 
 
 
 
 
 
Şə
kil 2. 
 
Arzuolunmaz  belə  halın  baş  verməməsi  üçün,    məcburetmə 
vacibdir.  Kiçik  və  bütöv  kollektivdə,  bu  çox  simvolikdir.  “Bi-
letsiz”  problemi,  iri  qruplarda  daha  tez  -  tez  yaranır,  çünki  qeyd 
etdiyimiz kimi, belə qruplarda dəqiq informasiya almaq çətinləşir. 
Anonimlik  (tanınmamazlıq),  “biletsizliyi”  bir  növ  stimullaşdırır. 
Nəticədə isə, ictimai nemətlərin istehsalının səmərəliliyi, arzuolu-
nan  səviyyədən  aşağı  düşür.  Bazar  özlüyündə,  bu  problemi  həll 
etməyə, qadir deyildir. Ona görə də, bazarın belə “boşluqlarının”    
həllində,   dövlət, mühüm rol oynayır. 
ctimai nemətlərin istehsalı, kifayət qədər olmadıqda, proble-
min  rasional  həll  yolu  -  vətəndaşların  məcburilik  əsasında,    ic-
timai  nemətlərin  istehsalının  maliyyələşdirilməsində  iştirakını 
stehlakçının, xalis 
ictimai nemıtdın 
aldııı limit fayda-
lılııın xırclıri, 
onun ödımıdı 
iıtirakdan asılı 
deyil. 
Bu, insanların 
aldııı faydadan, 
daha az, xidmıt 
göstırmıyı sövq 
edir 
Nəticədə müəyyyən 
dövrdən sonra, xalis 
ictimai nemıtlırin 
hıcmi, sımırıli 
hıcmdın kiçik 
olur. 


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə