Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə20/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   ...   16   17   18   19   20   21   22   23   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
77 
yaranması səbəbləri və mənşəyinin, azad fərdlərin müstəqil müqa-
viləsinin nəticələri kimi şərhi,  “ictimai müqavilə (sosial kontrakt) 
nəzəriyyəsinə  aid  hesab  olunur.  ctimai  müqavilə  (kontrakt), 
nəzəriyyəsinin əsasını qoyanlardan biri, məhşur ingilis filosofu və 
iqtisadçısı  Con  Lokk  (1632-1704)  olmuşdur.  C.Byukenen  Con 
Lokku özünün ideya sələfi hesab edir. 
  Məhz C.Lokkun əsərlərində, ilk dəfə vətəndaş cəmiyyətinin 
zəruri  şərti  və  dövlət  hakimiyyəti  səlahiyyətlərinin  müqaviləli 
şə
rhi  kimi,  xüsusi  mülkiyyətin  əsaslandırılmasına  rast  gəlinir
1
.
    
“Müqavilə  nəzəriyyəsi  -  ”azadlığı  “təbii  vəziyyət”  kimi  təsəvvür 
edir və onun əsasında yaşamaq, azadlıq və mülkiyyət hüququnun 
dayandığını  göstərir.  Hesab  olunur  ki,  bu  hüquqların  hər  biri, 
digərinin realizasiyası üçün, ilkin şərtləri  yaradır  və biri digərinə 
çevrilir.  Yaşamaq  hüququ,  xoşbəxtlik  və  faydalılığa  söykənən 
fəaliyyətdə reallaşır. Azadlıq hüququ, despotizmi rədd edir. Mül-
kiyyət hüququ, bu hüquqların ilkin şərti və qarantı rolunu oynayır. 
Azad  fəaliyyət,  müstəqil  fikir,  fərdi  seçmə  və  düşünülmüş  məq-
sədli xarakterə malikdir. 
           C.Lokkun  bu  ideyaları  və  onun  bəzi  sonrakı  davamçıla-
rının  fikirləri,  bazar  təsərrüfatının  ideal  modelini  təsvir  etdiyi 
üçün, mücərrəd xarakter daşıyır. Belə bazarda, hamı sadə məhsul 
istehsalçısı kimi, tam təkmil rəqabətlilik şəraitində fəaliyyət gös-
tərir. C.Byukenen isə, cəmiyyətin müqavilə nəzəriyyəsinə istinad 
edərək, siyasi münasibətlər sferasında, ideal bazar mexanizminin 
müsbət  cəhətlərini  və  imkanlarını  göstərməyə  çalışmışdır. 
C.Byukenenin hələ 1954-cü ildə, nəşr etdirdiyi “Səsvermədə fərdi 
seçim və bazar” adlı məqaləsində, ictimai seçimin iki səviyyəsini 
fərqləndirirdi. 1) ilkin, (konstitusiya qəbul  edilənədək  reallaşan  
seçim),  2)  konstitusiyadan sonrakı  seçim.  lkin mərhələdə fərd-
lərin  hüquqları  müəyyənləşdirilir,  onlar  arasında  münasibət  qay-
daldarı  yaradılır.  Postkonstitusiya  mərhələsində  isə,  fərdlərin, 
müəyyən  olunmuş  qaydalar  daxilində,  davranış  strategiyası  for-
                                           
1
 Дж. Локк.  Два трактата о правлении, кн. 2. В книге   Локк Дж. 
Сочинения
. В 3 т. М. Мысль 1988, т. 3. С. 262-356 
Расим Щясянов 
 
78 
 
malaşdırılır. Başqa sözlə, cari siyasət, konstitusiya qaydaları daxi-
lində oyunun nəticəsidir. Ona görə də siyasətin nəticəliliyi və sə-
mərəliliyi,  daha  çox  ilkin  konstitusiyanın  necə  tərtib  olunma-
sından  asılıdır.  C.Byukenen,  doğru  olaraq  elə  hesab  edirdi  ki, 
konstitusiya,  ilk  növbədə  dövlətin  yox,  vətəndaş  cəmiyyətinin 
ə
sas qanunudur. Hüquqi sistem, ictimai nemət yox, özünəməxsus-
luğu ilə seçilən ictimai kapitaldır. Qanunların ictimai kapital kimi 
hərtərəfli  əsaslandırılması  “Azadlıq  sərhədləri”  əsərində  veril-
mişdir.  “Təcrübədə  formalaşmasından  asılı  olmayaraq  qanunlar 
sistemi,  özlüyündə  elə  ictimai  kapitaldır  ki,  onun  faydası  zaman 
ötdükcə artır”
1

Adi kapitaldan fərqli olaraq etibarlı hüquqi sistemin faydası, 
fərdlərarası münasibətlərin stabilliyinin artmasında, özünü təzahür 
etdirir.  Belə  fayda,  adi  kapitalın  faydasından  fərqli  olaraq,  ani 
yaranmır və özünü həmin anda biruzə vermir. 
Digər  tərfdən  isə,  hüququ  sistemin  daima  “silkələnməsi”, 
hüquqi  prinsiplərin  pozulması  nəticəsində,  ictimai  kapital  həmi-
şə
lik  itrilə  bilər.  Postkonstitusion  seçim  hər  şeydən  əvvəl  oyun 
qaydalarının”  -  hüquqi  doktrinalar  və  “işçi  qaydaların”  (working 
rules)
 seçimidir. Bu seçim, əslində ictimai nemətlərin istehsalı və 
bölgüsünə  hədəflənən,  iqtisadi  siyasətin,  konkret  istiqamətlərinin 
müəyyənləşdirilməsinin əsasını təşkil edir.  
Məlum  olduğu  kimi,  elmin  fəlsəfəsinin  yaradıcılarından 
olan  .Lakotaşın  təbirincə,  hər  bir  elm  sahəsi,  “əsas  nüvə”  və 
“müdaifə  kəməri”dən  ibarətdir.  Yeni  siyasi  iqtisadın  nüvəsini, 
aşağıdakı üç ideoloji mülahizə təşkil edir: - metodoloji fərdilik; - 
iqtisadi insan konsepsiyası; - siyasətin mübadilə olması. 
Metodoloji  fərdilik.
  Resursların  məhdudluğu  şəraitində,  hər 
bir  fərd,  mövcud  alternativlərdən  birini  seçmək  məcburiyyə-
tindədir. Fərdlərin bazarda seçim davranışının, təhlili üsulları, ki-
fayət qədər universaldır. Bu metodları, insanın seçim etdiyi bütün 
                                           
1
Бьюкенен  Дж.  Границы  свободы.  Между  анархией  и  лефиафаном. 
Сочинения.   М., Таурус Альфа, 1997.  
 


Игтисади сийасят: методолоэийа вя практика 
 
79 
sahələrə, tətbiq etmək olar.  ctimai seçim nəzəriyyəsinin əsas fər-
ziyyəsi, ondan ibarətdir ki, insanlar siyasi sferada, öz maraqlarını 
güdməklə  hərəkət  edirlər  və  bizneslə  siyasət  arasında,  keçilməz 
maneə  yoxdur.  Bu  tezis,  mahiyyətcə,  dövlətin  zəruriliyi  haqdakı 
mifi dağıdır. Çünki hesab olunur ki, dövlətin ictimai maraqlardan 
qeyri məqsədləri yoxdur.
  
“Rasional siyasətçilər”, ilk növbədə elə proqramları müdafiə 
edilər ki, bu proqramlar, həmin siyasətçilərin nüfuzunu artırır və 
onların  yeni  seçkilərdə  qələbə  qazanmaq  şansını  çoxaldır.  Belə-
liklə, ictimai seçim nəzəriyyəsi, fərdiçilik prinsipini ardıcıl olaraq 
tətbiq etməklə, bu prinsipi bütün fəaliyyət sahələrinə, o cümlədən 
dövlət qulluğuna şamil etməyə cəhd edir. 
qtisadi  insan  konsepsiyası.
  (Homo  economicus)  Bazar 
iqtisadiyyatında  insan,  özünün  seçim  meyarlarını,  əmtəələrlə  ey-
niləşdirir. Elə qərar qəbul etməyə çalışır ki, faydalılıq funksiyasını 
maksimumlaşdırsın.  Yəni,  insanın  davranışı  rasionaldır.  Fərdin 
rasionallığı  prinsipi,  bu  nəzəriyyə  üçün  tam  universal  hesab 
olunur. Bu o deməkdir ki, seçicidən başlayaraq, prezidentə qədər 
hamı  öz  fəaliyyətində,  ilk  növbədə  iqtisadi  prinsipləri  qorumağa 
çalışır.  Başqa  sözlə,  qərar  qəbulunda  həmişə,  limit  xərcləri  və 
faydası müqayisə edilir (MB ≥ MC). 
Siyasət  mübadilədir.
    C.Byukenenin  təklif  etdiyi,  ictimai 
seçim nəzəriyyəsinin mühüm prinsipi kimi, qəbul edilən siyasətin, 
mübadilə  prosesi  xarakterinə  malik  olması  ideyası,  əslində 
K.Vikselə  məxsusdur.  Siyasi  və  iqtisadi  bazarlar  arasında  əsas 
fərqi, C.Byukenen insanların, maraqlarının meydana gəlməsi şərt-
lərində görürdü. “Siyasət, fərdlər arasında mübadilənin mürəkkəb 
sistemidir. Belə mübadilədə fərdlər, adi bazar mübadiləsində əldə 
edə  bilmədikləri  məqsədlərə  çata  bilmək  üçün,  kollektiv  cəhdlər 
edirlər. Burada fərdi maraqlardan savayı, maraq yoxdur. Bazarda 
insanlar, almanı - apelsinə dəyişirlər, siyasətdə isə hamıya və hər 
Расим Щясянов 
 
80 
 
kəsə:  xidmətçidən  hakimədək,  nemətləri  əldə  etmək  üçün  ver-
giləri ödəməyə razılaşırlar”
1

ctimai seçim nəzəriyyəsi tərəfdarları, siyasi bazarlara, ana-
loji əmtəə bazarı kimi baxırlar. Bu baxımdan, dövlət - insanların 
qərar  qəbuluna  təsir  etmə,  ehtiyatların  bölgüsündə  iştirak  etmə, 
idarəetmə  ierarxiyasında  mövqe  tutmaq  uğrunda,  rəqabət  are-
nasıdır.  
Ancaq,  dövlət  -  özünəməxsus  bazardır.  Bu  bazarın  iştirak-
çıları, qeyri - adi mülkiyyət hüququna malikdirlər. Seçicilər - ali 
dövlət orqanlarına təmsilçiləri seçmək, deputatlar qanunları qəbul 
etmək,  məmurlar  isə  onların  icrasına  nəzarət  etmək  hüququna 
malikdirlər.  Seçicilər  və  siyasətçilər    səsləri  və  seçkiqabağı  vəd-
lərini mübadilə edən fərdlər kimi qəbul edilir.  
Bir sıra alimlərin fikrincə, Byukenenin bu  yaxınlaşmasına, 
bəzi  zəruri  əlavələrin  edilməsi  mümkündür.  Siyasətdə,  kollektiv 
fəaliyyət təcrübəsi geniş yayıldığından, siyasi prosesləri və müba-
dilə  prosesini,  bir  fərdin  yox,  bir  qrup  şəxsin  maraqları  prizma-
sından,  təhlil  etmək  mümkündür  və  ya  daha  məqsədəuyğundur. 
nsanlar, sosial və ya əmlaka malik olma əlaməti, dini və ya siyasi 
partiyaya  mənsub  olma  əlaməti  və  s.  üzrə  qruplara,  yəni  eyni 
məqsədə  çalışanların  qrupuna,  ayrıla  bilirlər.  Bu  zaman,  hətta 
metodoloji fərdilik prinsipindən uzaqlaşmaqda olar.  
 Qrupları  öz  məhdudiyyətləri,  faydalılıq  funksiyası  və  s. 
olan  son  bölünməz  obyektlər  kimi  təsəvvür    etmək  olar
2
.  Lakin 
qrupların  müxtəlif  faydalılıq  funksiyaları  və  maraqlara  malik 
fərdlərin birləşməsi kimi tədqiq olunması daha düzgün və ardıcıl 
hesab  olunur.  Bu  mənada,  siyasi  mexanizmin  fəaliyyətinə  qrup 
maraqlarının  toqquşması  prosesi  kimi  baxmaq  olar.  R.Xardin
3

belə  yanaşmanı  tətbiq  edərək,  nəticə  çıxarır  ki,  konkret  qrup 
                                           
1
 Дж.Бьюкенен.  Сочинения.    Серия  «Нобелевские  лауреаты    по  эконо-
мике
»  М.: Таурус Альфа.  1997. 
2
 М.Олсон.  Логика  коллективных  дейcтвий.  Общественные  благи  и 
теория
  групп. М. Фонд экономической инициативы, 1995. 
3
 Р.Нуреев. Теория общественного выбора// Вопросы экономики. 2002. 

8. С.122-149 


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə