Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə17/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   ...   13   14   15   16   17   18   19   20   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
65 
Sosial bazar konsepsiyasının, birmənalı anlaşılmaması, hətta  
neoliberralların,  bəzi  görkəmli  nümayəndələrinin  ona  qarşı  çıx-
masına gətirmişdir. Belə tanınmış neoliberallardan olan F.Xayek, 
“sosial”  sözünün  “bazar  təsərrüfatı”  ilə  birləşdirməsinin,  heç  bir 
mahiyyət daşımadığını göstərərək deyir ki, bu “... siyasi şuarların,  
bütün zövqlərə uyğyn qələn,  gözəl  pərdə  altda  gizlədilməsidir”.  
Xayekin, sosial bazar təsərrüfatı konsepsiyasını, qəbul etmə-
məsinin  ən  mühüm  arqumenti  ondan  ibarətdir  ki,  “sosial  ədalət” 
meyarına  cavab  verən  nəticələri  almaq  niyyəti,  əslində  bazar 
prinsiplərinə  ziddir.  “Bazar  nizamı,  kortəbii  xarakter  daşıdığı  və 
konkret  ümumi  qaydalara  əsaslandığı  üçün,  fərdlərə  öz  maraqla-
rına uyğun, sərbəst seçim imkanları yaradır, ona görə də, spesifik 
nəticələr, hər hansı nəzəriyyədən kənardır. Ümumi davranış qay-
dalarına  əsaslanan,  kortəbii  “bazar  nizamı”  prinsipi  vasitəsi  ilə, 
konkret nəticələrin müəyyənləşdirilməsi, qeyri mümkündür. Eyni 
vaxtda,  “bazar  nizamının”  fəaliyyətindən  bəhrələnmək  və  onun 
nəticələrini  idarəetmək  mümkün  deyildir.  Bazarın  yaratdığı  nə-
ticələrə nəzarət etmək cəhdi, bazar prosesinin spesifik xarakterini 
pozur.  Xayek,  məhz  bu  baxımdan,  sosial  bazar  təsərrüfatının, 
“bazar təsərrüfatı” olmasına şübhə edir. 
Aydındır  ki,  burada  Xayekin  məntiqi  düz  xətlidir:  əvvəl-
cədən  müəyyənləşdirilmiş  nəticələr  alınacaqsa,  rəqabət  mübari-
zəsi  öz  mahiyyətini  itirir,  nəticələrlə,  birbaşa  manipulyasiya  im-
kanı  qalan  bazar,  əsl  xarakterini  saxlaya  bilməz.  V.Vanberqin 
fikrincə,  Xayek  o  öz  qiymətləndirmələrində,  neoliberalların  nə-
zərdə  tutduqları  bir  məqamı  görməmişdir.  Neoliberallar,  oyun 
analogiyası ilə dedikdə, “bazar oyunun”, əsl oyun olmasını arzu-
lamaqla,  iştirakçıların,  hətta  bəzi  səbəblərdən  həmişə,  “qeyri  qə-
naətbəxş”  nəticələrə  malik  oyunçuların,  müəyyən  müddətdən 
sonra,  oyunu  “normal”  hesab  etməklərini  məğbul  sayırdılar.  Əl-
bəttə  iştirakçıların,  oyunu  “normal”  hesab  etmələri,  bütün  digər 
şə
rtlər  daxilində,  ilk  növbədə,  “bazar  oyununun”  bölğü  nəticələ-
rindən asılı olacaqdır. 
Sosial  bazar təsərrüfatı konsepsiyasının, tam dəstəklənməsi 
baxımından, nəticələrin bölüşdürülməsi qaydası, bazar prosesinin 
Расим Щясянов 
 
66 
 
institusional  strukturunun    tənzimlənməsi  üçün,  iki  səbəbdən  və 
ya  iki  yolla,  əsas  hesab  oluna  bilər.  Birinci  səbəb  –  qaydaların 
(qanunlar)  istənilən  qiymətinin  alınmasının,  gözlənilən  nəticələr 
modelindən,  güclü  asılılığıdır.  Bu  xüsusi  ilə,  bazar  qaydalarına 
aiddir.  Digər  tərəfdən,  nəticələr  modelinin,  normativ  standartlara 
(daha doğrusu  etik) uyğunlaşdırılması niyyətinin, “oyun” iştirak-
çıları  üçün  əhəmiyyətliliyinə  baxmayaraq,  qoyulmuş  qaydaların, 
mümkün  qədər  sərbəst  seçilməsi  və  ya  dəyişdirilməsinin  arzu 
olunmazlığının apriori izahı yoxdur. 
Nəticələr  haqda  müzakirələrin,  bazarın  institusional  struk-
turuna daxil edilməsinin  kinci səbəbi, gəlirlərin və maddi nemət-
lərin  bölüşdürülməsi  kimi,  bazar  nəticələri  üçün,  “məqbul” 
variantların,  müəyyən  sərhədlərinin  formalaşdırılmasıdır.  Nəticə-
lərə  görə  meyarları  nəzərə  alan,  ikinci  səbəb  və  ya  istiqamət, 
birinciyə  nisbətən  daha  real,  hesab  olunur.  Lakin  aydın  deyil  ki, 
nəyə  görə  “oyunçular”,  qeyri-müəyyən  nəticəli  əsl  oyunlarda, 
daha  çox  uduş  almağa  imkan  verən  seçim  edə  bilməzlər,  ancaq 
eyni zamanda, oyunçular müəyyən mənada, “zəmanət nizamı” ilə 
razılaşırlar. Nəticələrə istiqamətlənən, sosial bazar təsərrüfatı kon-
sepsiyası,  əslində  hər  iki  nəticəni,  hesablama  üsulunu,  özündə 
ehtiva  edir.  Bazarın  neoliberal  müdafiəçiləri  sübut  edirlər  ki, 
“nəticələrin korreksiyası”, ancaq bazar prosesinə müvafiq vasitə-
lərlə aparıla bilər. Qaydalara uyğun tənzimləməni, onlar,  körtəbii 
müdaxilənin  əksinə  olaraq,  bazara  müvafiq  vasitələrlə  müdaxilə 
hesab edirlər. Aydındır ki, “digər sosial məqsədlərə” dəstək üçün, 
təklif olunan “bazara müvafiq müdaxilə” anlayışı, başqa şərhlərə, 
məsələn,  siyasi  məcburetməyə  nisbətən,  daha  səmərəlidir  və  on-
larla birgə yolverilməzdir. Əslində, “bazar prosesinə müvafiq mü-
daxilə”  anlayışı  ilə,  neoliberallar  möhtəkirlik  edərək,  bir  çox  ya-
yılmış  subsidiya  və  transfer  proqramları  kimi,  tənzimləmə 
metodlarını  ört-basdıq  edirlər.  Belə  metodlar,  çox  uzun  müddət 
alman  sosial  konsepsiyasında  istifadə  olunmuşdur.  Fikrimizcə, 
bəzən “sosial bazar təsərrüfatının aşınması” adlanan, belə iqtisadi 
inkişaf, ola bilər ki, “bazar təsərrüfatına” ,“sosial” sözünün artırıl-
masının mənasızlığı haqqda, F.Xayekin şübhələrini təsdiq edir. 


Игтисади сийасят: методолоэийа вя практика 
 
67 
        “Nizam  nəzəriyyəsinin”  normativ  aspekti.  Alman “nizam 
nəzəriyyəsi”  və  konstitusiyalı  iqtisadiyyat  tərəfdarları  institusio-
nal struktura diqqəti cəlb etməklə, klassik ənənələrə marağı bərpa 
etmişlər.  Bu  həm  də  “nizam  nəzəriyyəsinin”  normativ  aspekt-
lərinə aiddir. 
Müasir  konstitusiyalı  iqtisadiyyatda,  bu  aspekt,  iki  əsas 
elementlə  xarakterizə  olunur.  Aktiv  element  –  hansı  “zəruri” 
institusional strukturun, yarana biləcəyi haqqa, konstruktiv yanaş-
ma; və institusional tədbirlərin əsas normativ qiymətləndirmə me-
yarları  kimi,  maraqlı  tərəflərin  razılığının  öyrənilməsi  ilə  bağlı, 
ikinci yanaşma. Bu iki cəhət, alman “nizam nəzəriyyəsini”də əha-
tə  edir,  ancaq   onlarda  xüsusi   ilə ikinci yanaşma çox səthi isti-
fadə olunur. 
Konstitusiyalı iqtisadiyyat, F.Xayekin adı ilə bağlı olan kör-
təbii  artım  və  mədəni  evolyusiyaya  diqqəti  cəlb  etməyin  əksinə 
olaraq,  qayda  və  institutların,  “müvafiq”  strukturu  şəraitində, 
seçim  aspektlərinə  zəif  əhəmiyyət  verir.  Konstitusion  seçimə 
diqqət    yetirmə  sayəsində,  alternativ  qayda  və  qanunların  fəaliy-
yəti haqda, informasiya baxımından pozitiv, müqayisəli institusio-
nal təhlil, son dərəcə vacibdir. Alman neoliberalları isə, konstitu-
siyon nizam yaradılması sahəsində, konstruktiv siyasi məsələlərə 
eyni dərəcədə əhəmiyyət verirlər. Onlar kortəbii, spontan inkişaf 
edən,  “lazımi”  iqtisadi  konstitusiyanın  perspektivliyinə  inamsız 
yanaşırlar.  Baxmayaraq  ki,  müqayisəli  institusional  təhlil  ide-
yaları, o qədər də ümumi deyildi, hesab edirdilər ki, iqtisadiyyatın 
ə
sas  vəzifəsi  –  həqiqi  institusional  xarakteristikalar  haqda, 
informasiya əldə etməklə, “yaxşı iqtisadi konstitutsiya” uğrunda, 
siyasi axtarışda iştirak etməkdir.  
“Zəruri”  və  ya  “arzu  olunan”,  konstitusiyalı  nizam  anla-
yışları, alternativ institusional vasitələri  qiymətləndirməyə imkan 
verən,  müəyyən  normativ  meyarlar  və  ya  standarların  mövcud-
luğunu qəbul edir. Fərdi azadlıq haqda klassik, liberal suala həm 
alman “nizam nəzəriyyəsi” və həm də konstitusiyalı iqtisadiyyat-
da,  eyni  dərəcədə  əhəmiyyət  verilir.  Lakin  hər  iki  nəzəriyyədə, 
secim  azadlığı  kriteriyasının,  onların  normativ  izahına  daxil 
Расим Щясянов 
 
68 
 
edilməsi  üsulu  haqda  baxışlar  fərqlidir.  Alman  neoliberalları,  öz 
arqumentlərini  elə  izah  edirlər  ki,    sanki  “fərdi  azadlıq”  dəyəri, 
lazımı  normativ  standart  kimi  qəbul  edildikdə,  “zəruri”  konstitu-
sion  nizamın  seçimi,  nəzəri  obyektin  ciddi  pozitiv,  sübut  etmə 
arqumentinə çevrilir. 
Konstitusiyalı  iqtisadiyyat  problemləri  ilə  məşqul  olan, 
müasir iqtisadçılar isə, daha dəqiq ifadə etməyə ustunluk verirlər. 
nstitusional  secim  prosesində,  analitik  informasiyanın  mühüm 
ə
həmiyyətini  qəbul  etsələr  də,  onlar,  qaydaların  ədalətliliyini 
müəyyənləşdirən  əsas  instansiyanın  -  fərdlər  olmasını  ,düzgün 
hesab edirlər. Onların fikrincə, bütün tərəflərin razılığı, konstitusi-
ya  tədbirlərinin  “ədalətliliyi”  və  yüksək  “keyfiyyətliliyini” 
göstərir.  
Beləliklə,  “nizam  nəzəriyyəsi”ni,  müasir  konstitusiyalı  iq-
tisadiyyatın əsl sələfi hesab etmək, o qədər də düzgün olmaz. La-
kin,  yuxarıdakı  təhlil  göstərir  ki,  alman  neoliberalları  öz  nə-
zəriyyələri ilə, konstitusiyalı iqtisadiyyat tərəfdarlarının, sonralar, 
daha  da  dəqiqləşdirdiyi  məsələlərə  diqqət  yetirmişlər.  Yəni, 
alman neoliberalları və konstitusiyalı iqtisadiyyat nəzəriyyəçiləri, 
eyni istiqamətdə işləmişlər. 
 
2.3.  ctimai seçim: metodoloji və nəzəri  
mülahizələr və prinsiplə
 
 
 
ctimai seçim nəzəriyyəsinin əsası, XVIII-XIX əsrlərdə səs-
vermə  problemlərini  öyrənən,  riyaziyyatçıların  əsərlərində 
(J.Konorse, T.Laplas, L.Kerrol) qoyulmuşdur. Sonralar siyasi fəl-
səfə  tədqiqatçıları  T.Qobbs,  B.Spinoza  və  s.,  politoloqlar  C.Me-
dison və A. de Tokvill, ictimai seçimin müxtəlif prizmalardan, nə-
zəri  əsaslarını  verməyə  çalışmışlar.  Ictimai  seçim  nəzəriyyəsinin 
aktuallığı, 1930-1940-cı illərdəki bazar sosializmi və maddi rifah 
iqtisadiyyatı  barəsində,  diskusiyalar  dövründə  daha  da  yüksəldi. 
qtisad  elminin  müstəqil  istiqaməti  kimi  isə,  ictimai  seçim  nəzə-
riyyəsi  1950-1960-cı  illərdə  K.Errou  (1951,  1963),  E.Dauns 
(1957), D.Blek (1958), C.Byukenen və Q.Tallok (1962), M.Olson 


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə