Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə15/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   ...   11   12   13   14   15   16   17   18   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
57 
bir  tərəfdən  yeni,  dünya  təsərrüfat  sisteminin  yaranması  ilə 
səciyyələnən,  ölkələrin  iqtisadi  qarşılıqlı  asılılığının  güclənməsi, 
iqtisadi  proseslərin  təsir  zonasını  xeyli  genişləndirir  və  ölkədən 
kənar təsir faktorlarının rolunu artırır. Digər tərəfdən isə,  birinci 
amilin də təsiri ilə, ənəvi iqtisadi faydalılıq göstəricilərinə müna-
sibət  dəyişirdi.  Çünki  bütövlükdə  iqtisasi  fəaliyyətin  ictimailəş-
məsi  səviyyəsi  artırdı,  başqa  sözlə  baş  verənlərdə  birbaşa  və 
xüsusi ilə, dolayı,  maraqlı elementlərin sayı  hədsiz artdığından,  
onların reaksiyalarını əvvəlcədən nəinki müəyyənləşdirmək, hətta 
onları görmək  çətinləşir və ya mümkün olmurdu. Beləliklə,  ənə-
nəvi  liberal  iqtisadiyyata  münasibətdə,  yeni  fərqli  qiymətləndir-
mələrin və geniş mənada, təsərrüfatçılığa metodoloji yaxınlaşma-
ların axtarışı aktuallaşırdı. Dünya iqtisadiyyatında, çoxtərəfli tən-
zimləmə  qaydalarını  yaradılması,  iqtisadi  böhranların  qarşısının 
alınması, faktiki olaraq, yeni dünya iqtisadi nizamının yaradılması 
üzrə  axtarışlar  və  müzakirələr,  bir  çox  digər  mühüm  nəticələrlə 
yanaşı, bazar iqtisadiyyatının klassik modelinə olan münasibətlə-
rində  transformasiyasını  şərtləndirdi.  Belə  demək  mümkünsə, 
fərdi merkantil maraqlara əsalanan iqtisadi səmərəlilik, daha çox 
ictimai  maraqlara  istiqamətənirdi.  Məşhur  “böyük  tənəzzül”    və 
ondan  çıxış  modelləri  və  nəzəriyyələri,  o  cümlədən  iqtisadi 
fikirdə, Keyns inqilabı və onun doğurduğu nəticələr, Almaniyada 
Hitlerin,  ABŞ-da  isə  Ruzveltin  praqmatizm  və  sərt  dövlət  nəza-
rətinə  əsaslanan,  iqtisadi  inkişaf  strategiyaları  (eyni  paraleli,  qis-
mən və şərti olaraq, SSR  –nin iqtisadi siyasəti  üzrə də aparmaq 
olar),  bazarın  tam  sərbəstliyinin  səmərəsizliyini  sübut  edərək, 
onun məhsuldar elementlərinin yeni prinsiplərlə tətbiqini əsaslan-
dırdı.  Belə  yeni  prinsiplər  məhz  ictimai  maraqların  daha  geniş  
nəzərə alınması ideyasına əsaslanırdı.  
        qtisadi    təsərrüfatçılıqda  ilk  dəfə  belə  ideyalara  əsaslanan, 
“Sosial bazar təsərrüfatı” (sosiale Markwiztschaft) nəzəriyyəsi və 
kateqoriyası,  termini,  II  Dünya  müharibəsindən  sonra,  Qərbi 
Almaniyanın  iqtisadiyyat  naziri  Ludviq  Erxard  tərəfindən  aparı-
lan,    iqtisadi  siyasət  sayəsində  məşhurlaşmışdır.  Həmin    dövrdə 
Avropada hakim olan, lakin ABŞ və Böyük Britaniya iqtisadçıla-
Расим Щясянов 
 
58 
 
rının  bəyənmədikləri,  iqtisadi  baxışlara  tam    uyğun  olmayan,  
liberal bazar siyasəti, Almaniyada, 1948-ci ildə, pul islahatlarının 
başlanması ilə, rəsmən qəbul edildi. Bu islahatlar, sonralar “alman 
iqtisadi möcüzəsi” adı ilə tanınan, məşhur, iqtisadi  dirçəlişin əsa-
sını  təşkil  etmişdir.  ndiyədək,  sosial  bazar  təsərrüfatı  konsep-
siyası, alman iqtisadi siyasətinin, aparıcı istiqaməti hesab olunur. 
   Almaniyada  sosial  bazar  təsərrüfatının  tətbiqi  və  onun 
nəzəri  əsaslarının  təkmilləşdirilməsində,  bu  nəzəriyyənin,  meto-
doloji  fundamenti  hesab  olunan  “nizamlılıq  nəzəriyyəsi”nin,  bö-
yük rolu vardır. Bu nəzəriyyənin tərəfdarları,Volter Oyken, Frans 
Byem,  Vilhelm  Pienke,  Aleksandr  Pyustov,  Leongard    Mikş, 
Alfred  Müller-Armak,  hələ  kecən  əsrin  30-cü  illərindən  başla-
yaraq,  nizamlılıq  nəzəriyyəsinin  formalaşmasında,    mühüm  rol 
oynamışlar. 
 
“Nizamliliq nəzəriyyəsinin” mahiyətini, daha dolğun dərk 
etmək  üçün,  rəqabətli  bazar  təsərrüfatının  formalaşmasını    şərh 
edən,  iki müxtəlif yanaşmanın,  T.Xatçinson tərəfindən təklif olu-
nan,  müqayisəsini  nəzərdən  keçirmək  məqsədəuyğundur.  T.Xat-
çinsonun müqayisə etdiyi, yanaşmaların biri, utopik “maxsimum” 
və  ya  “optimum”  səviyyəsi  ilə  səciyyələnən  iqtisadiyyatın, 
rəqabətli tarazlığını ifadə edən, xalis abstrakt modelə  əsaslanan, 
“Rikardoçu”  yanaşma, digəri isə siyasi , sosial    və xüsusi ilə iq-
tisadi nizamlılığın,  hüquqi əsasları və strukturunu ifadə edən  və  
ümumi   terminlərlə  ifadə  olunan  “Simitçi”  yanaşmalardır
1
.
  
T. 
Xatçinson sübut edir ki,  sosial bazar təsərrüfatının, siyasi proqra-
mının nəzəri konsepsiyası, hesab olunacaq “nizamlılıq nəzəriyyə-
si”, “Simitçi” yanaşmaya əsaslanır. Belə ki, bu nəzəri konsepsiya, 
hüquqi  və  institusiolnal  qaydalara  söykənməklə,  neoklassik 
ə
nənələrin  hökmran  istiqamətinə,  açıq  zidd  xaraker    daşıyır,  ona 
görə də, “iqtisadi fərdilik və azad bazar” anlayışlarının, digər elmi 
şə
rhlərinə  nisbətən,  daha  çox,  Simit  ideyalarına  yaxındır.  Ancaq 
həmin  mülahizələri,  müasir  “konstitusiyalı  iqtisadiyyat”  paradiq-
                                           
1
 Hatchinson T.W. The  Politics  and   Philosophy  of   Economists.  Marxians, 
Keynesians and Austrians, Oxford, 1981, p. 155-175. 


Игтисади сийасят: методолоэийа вя практика 
 
59 
ması  haqqında  da  demək  olar.  Belə  ki,  bu  paradiqma  da  bütöv-
likdə,  institusional  təhlilə  yeni  yanaşmanı    təmin  edən,  bir  sıra 
kəsişən  nəzəri  konsepsiyalar  (ictimai  secim  nəzəriyyəsi,  mülkiy-
yət  hüququ  nəzəriyyəsi,  yeni  institusional  iqtisadiyyat  ya  s.)   
bazasında  yaranmışdır. 
Sosial bazar təsərrüfatı və  konstitusiyalı iqtisadiyyat, müəy-
yən mənada klassik siyasi iqtisadın yenidən “bərpası” kimi qəbul 
edilə  bilər.  Bu  baxımdan  həmin  konsepsiyaların  qarşılıqlı  əlaqə-
lərinin  öyrənilməsi məqsədə uyğün hesab olunur. 
 Sosial    bazar  təsərrüfatının  nəzəri  konsepsiyası.  Sosial 
bazar  təsərrüfatı  konsepsiyası  banilərinin,  siyasi  və  nəzəri  baxış-
ları, çox fərqlidir. Bununla belə, forma və məzmun müxtəlifliyinə 
baxmayaraq, onların ümumi cəhətlər çoxdur. Məsələn, Oyken və 
Byemin  Frayburq  məktəbi  ilə, Pienke, Pyustov və  bilavasitə, bu 
terminini  ilk dəfə təklif edən, Müller- Armak məktəbinin təmsil-
çiləri,  belə  hesab  edirlər  ki,  təmiz  iqtisadi  siyasət,  hər  şeydən 
ə
vvəl, hüquqi və institusional strukturun yaradılmasına istiqamət-
lənən  nizamlılıq  siyasəti   olmalıdır  
 Sosial  bazar  təsərrüfatı  nəzəriyyəsinin  baniləri,  kinci 
Dünya müharibəsindən sonrakı dövrdə, mərkəzləşdirilmiş iqtisadi 
planlaşdırmanın  və  müharibədən  sonrakı  dövrün,  inzibati  iqtisa-
diyyatının  nasional-sosialist  variantını,  kəskin  tənqid  edirdilər.  
Doğrudur  bu  zaman,  onlar  yeni  əks  nəzəriyyə  yox,  yalnız  bazar 
iqtisadiyyatının  xüsusi  versiyasını  təklif  edirdilər.  Nəzərə  almaq 
lazımdır  ki,  həmin  dövrdə  inzibati  iqtisadiyyatın  çatışmazlıqları, 
Almaniya  cəmiyyətinə  taniş  deyildi,  lakin  cəmiyyət  bazar  iqtisa-
diyyatının, kəskin problemlərsiz, fəaliyyət göstərməsinə heç inan-
mırdı.      Liberal    “Laissez-faire”  ideyası,    tərəfdarlarının  mülahi-
zələrindən fərqli  olaraq, alman neoliberaları  eyni zamanda, nor-
mal fəaliyyət göstərən  qiymət mexanizminə  malik, institusional 
strukturun  yaradılmasında,  dövlətin  əlahiddə  rolunu  xüsusi  qeyd 
edirdilər. Neoliberalların, klassik liberallardan (azad rəqabət tərəf-
darları)  ciddi  fərqi,  rəqabətə  yanaşmada  təzahür  edir.  Neoli-
berallar  elə  hesab  edirlər  ki,  dövlət,  yalnız  “son  tələb”  funksiya-
sını  (müəyyən  mülkiyyət  hüquqlarını  müəyyənləşdirilir  və  hər 
Расим Щясянов 
 
60 
 
hansı  müdaxilədən  çəkilir)  yerinə  yetirirsə,  rəqabət  mexanizmi 
öz-özünə  avtomatik  işləyə  bilməz.  Onların  mülahizələrində,  rə-
qabət prosesinə nəzarətdə həlledici rol, dövlətə verilir, çünki belə 
hesab olunur ki, nəzarətsiz  fərdi qüvvələrin təsiri altda, genişlə-
nən  disproporsiyalar  və  inhisarçı  meyillər,  rəqabət  prosesini   
pozur.  
Neoliberalların qeyd etdiyi kimi, klassik liberalizmin bu ba-
xımdan  əsas  xidmətləri,  fərdi  maraqlar  və  sosial  qazancın  əldə 
olunması  arasında,  əhəmiyyətli  əlaqənin  məhz,  rəqabətlə  təmin 
olunması, ideyasının irəli sürülməsidir. Lakin, bu mülahizə ancaq, 
istehsal  rəqabəti  üçün  doğrudur.  Rəqabət  nizamı,  bütövlükdə 
institusional siyasətin aparılmasını tələb edir.  nstitusional siyasət 
isə,  qaydalar  və  institutların  müəyyən  strukturuna  əsaslanır. 
Burada  əsas  mövqelərdən  birini,  stabil  pul  dövriyyəsini  təmin 
etməli olan, “pul konstitutsiyası” təşkil  edir. Ona görə də, institu-
sional strukturun, dəyişən şəraitdə rəqabət prosesinə təsiri, daima 
izlənilməlidir.  
Sosial bazar təsərrüfatı banilərinin fikrincə, ən mühüm prob-
lemlərdən biri, rəqabət nizamının yaradılmasıdır. Belə nizam,   si-
yasi  və  fərdi  qüvvələrin,  ilk  növbədə,  dövlətin  müdaxiləsinin, 
həmçinin fərdi hakimiyyətin cəmləşməsi və sui-istifadəsinin qar-
ş
ısını almalıdır. Əlbəttə, fərdi hakimiyyətin təsirindən, qorunmanı 
təmin edəcək institusional zəmanətlər dedikdə, neoliberallar, yal-
nız kartel və inhisarların, hədsiz güclənməsinə mane olan qanun-
ların qəbul edilməsini yox, həm də müflisləşmə, patent, koopera-
siya,  vergilər  və  s.  kimi  qanunların,  rəqabət  nizamının  saxlanıl-
masına  təsirinin  ardıcıl  izlənməsini  nəzərdə  tuturdular.  Bununla 
belə, sosial bazar nizamının müdafiəçiləri olan neoliberallar, rəqa-
bət nizamının qorunmasını, dövlətin, sosial-bazar təsərrüfatındakı   
fəal rolunun, yalnız bir hissəsi hesab edirdilər. Onlar rəqabətli ba-
zara, insan həyatının digər  “nizamları” ilə qarşılıqlı əlaqəli olan, 
“qismən  nizam”  kimi  baxırdılar.  Hesab  olunurdu  ki,  sosial  hə-
yatda elə fövqalədə, mühüm problem yoxdur ki, prinsip etibarilə 
bazar, onu həll edə bilməsin. Bununla belə, Frayburq məktəbinin 
nümayəndələri  (onları  ordoliberallar  adlandırırdılar,  ordoli-


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə