Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə18/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   ...   14   15   16   17   18   19   20   21   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
69 
(1965)  və  U.Niskanen  (1971)  əsərlərinin  nəşrindən  sonra  for-
malaşdı.  
ctimai  seçim  nəzəriyyəsi,  makroiqtisadi  qərarların  forma-
laşmasının siyasi mexanizmini öyrənir. Ona görə də, bəzən bu nə-
zəriyyəni, “yeni siyasi iqtisad” adlandırırlar
1
. Bu nəzəriyyə tərəf-
darları  dövlətin  iqtisadiyyata  müdaxiləsinin  səmərəliliyinə  şübhə 
ilə yanaşmaqla keynsçiliyi tənqid edirlər. Klassik liberalizm prin-
siplərini  ardıcıl  inkişaf  etdirərək,  makroiqtisadi  təhlil  üsullarının 
vasitəsilə onlar, ənənəvi olaraq politoloqlar, hüquqşünas və sosio-
loqların tədqiqat sferasına daxil olan problemləri şərh etməyə və 
həllinə cəhd edirlər.  
Belı 
müdaxilı 
“iqtisadi 
imperializm” 
adlanır. 
Iqtisadiyyatın  dövlıt  tınzimlınmısinin,  keynsçi  baxıılarını 
tınqid edırık, ictimai seçim nızıriyyısi tırıfdarları, maliyyı 
-  kredit  siyasıti  vasitısilı  iqtisadiyyata  tısir  etmıni  yox, 
hökumıt  qırarlarının,  qıbulu  prosesini  öyrınmıyi,  düzgün 
hesab  edirlır.Yıni  mahiyyıtcı  “ictimai  seçim  nızıriyyısi”, 
institusional nızıriyyınin tırkib hissısidir. 
  nstitusional 
iqtisadi 
n z riyy . 
ınstitusionalizm 
müstıqil  istiqamıt  kimi,  XX  ısrin  ıvvılırindı  yaransa  da, 
uzun  müddıt  digır  iqtisadi  nızıriyyılırı  nisbıtın  kölgıdı 
qalmııdır.  ıqtisadi  nemıtlırin  hırıkıtinin,  institusional 
faktorlarla  izahı,  çoxları  tırıfindın  qıbul  olunmurdu. 
Bunun  ısas  sıbıblırini,  iki  böyük  qrupa  ayırmaq 
mümkündür. ıvvıla, “institut” termini ilı, insanların adıt vı 
ınınılırinı  uyıun  gılın,  hıtta  qanuni  status  almıı  sosial-
psixoloji  hadisılır  vı  mıfhumlar,  o  cümlıdın  hımkarlar 
ittifaqı,  dövlıt,  korporasiya,  adıtlır  vı  s.  kimi  anlayıılar 
baıa  düıülür.  Digır  tırıfdın  isı,  institusionalistlır  baıqa 
ictimai elmlırin (hüquq, sosialogiya, psixologiya, politologiya 
vı  s.),  üsullarını  iqtisad  elminı  tıtbiq  etmıyı  çalııırdılar. 
                                           
1
 
Р
.Нуреев.  Теория  общественного  выбора//  «Вопросы  экономики».     
2002 г. №8. С. 122-149 
 
Расим Щясянов 
 
70 
 
Ona  görı  dı  onlar,  digır  tıdqiqatçılarla,  iqtisadiyyatın  dili 
sayılan  qrafik  vı  formullarla  danııa  bilmirdilır.  ılbıttı, 
sıbıblırin  bir  çoxu,  obyektiv  ısasa  malik  idi.  Lakin  1960-
1970-ci 
illırdı, 
vıziyyıt 
ısaslı 
ııkildı 
dıyiıdi. 
Tıdqiqatçıların  diqqıt  mırkızindı  artıq,  adıtlır  yox, 
insanların 
standart 
vıziyyıtlırdı 
davranıılarını 
ıırtlındirın, sosial institutlar dayandı.   
Bununla da, daimi təkrarlanan proseslərin (cəmiyyətdə tək-
rar  istehsal  olunan)  tədqiqi  və  qiymətləndirilməsi  üçün,  şərait 
yarandı.  Yəni,  proseslərin  obyektiv  qanunauyğunluqlarının  öyrə-
nilməsi və formalaşdırılması vasitəsilə, iqtisadi - riyazi modellərin 
yaradılması imkanı meydana gəldi.  nstitutlar, individualist - fərdi 
məqsədlərin,  əldə  olunması  vasitəsi  anlamında  qəbul  edilməyə 
başlandı.  
Yaranmış  prinsipial  dəyişikliklərin  mahiyyətini  qavramaq 
üçün  “köhnə  institusionalistlərlə”  (T.Veblen,  C.Kommons, 
C.Helbreyt),  “yeni  institusionalistlərin”  (R.Kouz,  C.Byukenen, 
X.Demses,  M.Olson,  R.Pozner)  baxışları  arasında  mövcud  olan 
fərqləri nəzərdən keçirmək vacibdir. Əvvəla - “köhnə” institusio-
nalistlər, qeyd edildiyi kimi əsasən hüquq və siyasətdən iqtisadiy-
yata  gəlməyə  çalışaraq,  iqtisad  elminin  müasir  problemlərini, 
digər ictimai elmlərin metodları ilə həll etməyə can atırdılar. Neo-
institusionalistlər  isə  tam  əks  yolla  gedir.  Politoloji  və  siyasi 
problemləri,  neoklassik  iqtisadi  üsullarla,  ilk  növbədə  isə  müasir 
makroiqtisadiyyat və oyunlar nəzəriyyəsinin aparatı vasitəsilə həll 
etməyə çalışırlar. 
kincisi  -  ənənəvi  institusionalizmin  əsas  həll  vasitəsi, 
induksiya  metodudur.  Yəni  onlar,  fərdi  hallardan  ümumiləşdir-
məyə doğru getməyə çalışırlar. Əslində, məhz buna görə, ümumi 
institusional  nəzəriyyə  formalaşmamışdır.  Neoinstitusionalizm 
ə
ksinə - deduksiya üsulundan çıxış edərək neoklassik iqtisadi nə-
zəriyyənin  prinsipləri  vasitəsilə  ictimai  həyatın  konkret  prob-
lemlərini izah edir. 
Üçüncüsü - “Köhnə” institusionalizm, radikal iqtisadi fikir 
cərəyanı  kimi,  əsasən  kollektivlərin  (ilk  növbədə  həmkarlar 


Игтисади сийасят: методолоэийа вя практика 
 
71 
təşkilatı  və  hökumətin),  fərdlərin  maraqlarının  qorumasına  daha 
çox  diqqət  yetirir;  neoinstitusionalizm  isə  əsas  diqqəti,  öz  ma-
raqları  və  iradəsinə  görə  daha  faydalı  hesab  etdiyi  kollektivi 
seçən,  müstəqil  fərdlərə  yönəldir.    Yeni  institusional  nəzəriyyə, 
XX  əsrin  sonlarında  formalaşmışdır  (D.Nort  və  b.).  Onun  əsas 
diqqət mərkəzi, sosial institutlara xas olan “oyun qaydaları” üzə-
rində  cəmləşmişdir.  Oyun  qaydaları  ayrıca,  həm  iqtisadi  agent-
lərdən,  həm  də  təşkilatlardan  kənarda  tədqiq  olunur.  Lakin  əv-
vəllər,  institutlar  iqtisadiyyata  münasibətdə  ekzogen,  yəni  kənar 
subyekt  kimi,  həm  də  iqtisadi  institutlar,  siyasi  institutlardan 
ayrıca  öyrənilirdisə,  yeni  siyasi  iqtisadda  onlar,  vahid  struktur 
kimi, insanların qarşılıqlı əlaqəsini təmin edən sistemin element-
ləri kimi tədqiq olunur.  ctimai seçim nəzəriyyəsində, iqtisadiyyat 
və  siyasət  bir-birini  şərtləndirən,  qarşılıqlı  münasibətdə  olan  və 
daima  bir  -  birinə  çevrilən  fəaliyyət  sferaları  kimi  qəbul  edilir. 
Yeni  siyasi  -  iqtisadi  təhlil  metodu,  təkcə  siyasi  proseslərin 
iqtisadi  əsasını  yox,  həm  də  bazar  iqtisadiyyatına  müdaxilənin 
siyasi metodlarını öyrənir. 
Son  on  illiklərdə  iqtisadi  tədqiqatlarda  və  ekspert  qiymət-
ləndirmələrində institusionalist aparatın tətbiqi sürətlə  genişlənir. 
Bunu bir neçə, mühüm səbəblə izah etmək olar. Belə səbəblərə ilk 
növbədə, ortodoksal siyasi iqtisadın, bir neçə “zəif” xüsusiyyətlə-
rini  aid  etmək  düzgündür.  Tam  rasionallıq,  mütləq  məlumatlılıq, 
təkmil  rəqabət,  yalnız  qiymət  mexanizmi  vasitəsilə  tarazlığın  tə-
min olunması və s. kimi klassik iqtisadi kateqoriya və fərziyyələr 
müasir  inkişaf  səviyyəsində  öz  aksiomatik  mahiyyətini  dəyişir. 
Ona görə də müasir iqtisadi, sosial və siyasi proseslərin kompleks 
və  hərtərəfli  təhlilinə  ehtiyac  artır.  Digər  tərəfdən  müasir  inkişaf 
mərhələsində  ənənəvi  iqtisadi  tədqiqat  üsullarının  tətbiqi  arzu 
olunan nəticələr vermir
1
.
 
                                           
1
 
Р
.Нуреев.  Институтсионализм:  прошлое,  настоящее,  будущее//  
Вопросы
 экономики.  1999. №1.
 
 
Расим Щясянов 
 
72 
 
Qloballaşma  və  iqtisadiyyatın  getdikcə  daha  artıq  dərəcədə 
“virtuallaşması”,  ayrı-ayrı  ölkələrdə,  bütövlükdə  bazar  münasi-
bətlərinə  əsaslanan  təsərrüfatçılığın,  müxtəlif  modellərinin  (ame-
rikan,  alman,  yapon,  isveç  və  s.)  yaxınlaşması  üçün,  obyektiv 
ə
saslar  yaratsa  da,  institusionalizmin  “regionallığı”  qalmaqdadır. 
Məsələn, amerikan və qərbi Avropa institusionalizmi arasında, ki-
fayət qədər geniş fərqlər vardır. 
 
Amerikan  iqtisadi  baxışları  və  tədqiqat  üsulları,  ənənəvi 
olaraq, dünyada öncül sayılır, lakin, institusionalizm metodlarının 
inkişafında avropalılar daha irəlidədirlər. Bu “metomorfoza” milli 
- mədəni ənənələrlə izah olunur. Tarixi ənənələrə malik olmayan 
ölkə kimi, amerikalı tədqiqatçıların yanaşması mücərrəd, rasional 
fərd  prizmasından  yanaşmadır.  Qərbi  Avropada  isə  şəxslər  arası 
münasibətlərin, yalnız bazar sövdələşmələri vasitəsilə məhdudlaş-
dırılması ilə xarakterizə olunan cəmiyyət və fərdlərin qarşı-qarşı-
ya qoyulması, qəti yolverilməz hesab olunur. 
 
 Məsələn, amerikan 
neoinstitusionalistləri,  normaları,  ilk  növbədə,  seçkilərin  nəticəsi 
hesab  edirlər.  Fransız  tədqiqatçıları  isə,  normaları,  rasional  dav-
ranışın ilkin şərtləri, hesab edirlər. Ona görə də rasionallıq,  məhz  
davranış norması   kimi,  izah olunur.
 
 Müasir  iqtisad  elmində  institutlar  anlayışı,  cəmiyyətin 
“oyun  qaydası”  və  ya  “insanın  yaratdığı”  məhdudiyyətlər  çərçi-
vəsi,  kimi  qəbul  edilir. Bu  oyun  qaydaları  və  ya  çərçivə  məhdu-
diyyətləri, insanlar arasında qarşılıqlı münasibətləri və onların hə-
yata keçirilməsi mexanizmləri, sistemlərini təşkil edir. Institutlar, 
insanların qarşılıqlı əlaqələrini şərtləndirən motivlərin strukturunu 
yaratmaqla, qeyri müəyyənliyi azaldır, gündəlik həyatı təşkil edir.
 
nstitutlar  formal  və  qeyri-formal  (məsələn,  adət  və  ənə-
nələr),  qruplara  ayrılır.  Formal  institutlar  dedikdə,  təşkilatlar  və 
müvəkkəl  olunmuş  şəxslər  (dövlət  məmurları)  tərəfindən,  müəy-
yənləşdirilən  və  qorunan,  qaydalar  başa  düşülür.  Mahiyyət  eti-
barilə, istənilən institutun yaradılması, vahid standartların forma-
laşdırılması  yolu  ilə,  xərclərin  azaldılması  və  məhdudiyyətlərin 
faydasının  artırılmasıdır.  Cəmiyyətin  inkişafı,  formal  və  qeyri  – 
formal  qaydaların  dəyişməsi,  həmçinin,  bu  qaydalara  əməl  olun-


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə