Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə19/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   ...   15   16   17   18   19   20   21   22   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
73 
masının təmin yolları və səmərəliliyinin dəyişməsini doğura bilər. 
Aydındır ki, formal qaydaların dəyişməsi, daha çox birbaşa xərc, 
tələb  edir.  Lakin  ümumiyyətlə  hesab  olunur  ki,  xərclərin  həc-
mindən  asılı  olmayaraq,  qeyri-formal  qaydaların  dəyişdirilməsi, 
daha çətin, ağrılı və uzunmüddətli prosesdir. 
qtisadi subyektlər, adətən öz bilik və bacarıqlarını, imkan-
larını, daha çox fayda götürmək üçün, siyasi və iqtisadi dairələrdə 
fəaliyyət  göstərən,  aralıq  və  ya  əsaslı  təşkilatların  yaradılmasına 
istiqamətləndirirlər.  Belə  təşkilatların  yaradılmasının  əsas  şərti, 
onların  formal  qaydalarda  tələb  olunan,  dəyişikliyi  təmin  edə 
bilməsidir.  nqilablar  və  ciddi  islahatlar  dövründə,  formal  qay-
daların dəyişməsinin, iqtisadi nəticələri də özünü tez göstərə bilər. 
Qeyri-formal  qaydaların  dəyişməsi  isə,  tədrici  xarakterli  olub, 
təsadüfi,  təbii  seçmə  və  mədəni  inkişaf  səviyyəsi,  faktorları  ilə 
şə
rtlənir. 
nstitusional  dəyişikliklərdə  təşkilatlar,  çox  mühüm  rol 
oynayır. Təşkilat - sözün geniş mənasında, hansısa məqsədə nail 
olmaq  üçün  birləşmiş,  bir  qrup  adamlardan  ibarətdir.  Dəyişik-
liklərin  istiqamətini,  məhz  seçilmiş  məqsədə  çatma  xərclərinin 
aşağı salınması, təşkil edir. Ümumiyyətlə, dəyişikliklərin iki stra-
tegiyası var: mövcud məhdudiyyətlər çərçivəsində dəyişmələr və 
çərçivənin özünün dəyişdirilməsi. Institusional dəyişiklər, adətən, 
təşkilatı  eksperiment  və  səhvlərin  aradan  qaldırılması  xarakteri 
daşıyır.  Burada  əsas  problem,  cəmiyyətin  təklif  olunan  dəyişik-
ləri,  hansı  çərçivədə,  qəbul  edə  bilməsidir.  Çünki,  əvvəla,  ayrı  - 
ayrı  ölkələrdə  eyni  instituta  münasibət  və  onun  nəticəliliyi  müx-
təlif  ola  bilər.  Digər  tərəfdən,  hər  bir  institusional  sistem,  məh-
suldar  və  əks  məhsuldar  stimullar  yarada  bilir.  Əgər  transaksiya 
xərcləri  çox,  əks  əlaqə  isə  zəifdirsə,  institusional  inkişaf,  iştirak-
çıların  və  ya  oyunçuların  subyektiv  baxışları  üzrə  yönələcəkdir. 
Məhz  bu  məqam,  müxtəlif  institusional  məhdudiyyətlərin  mey-
dana  gəlməsinə,  özünəməxsus  institusional  tələblərin  yaranması-
na, imkan yaradır. 
Aydındır ki, uzunmüddətli iqtisadi dəyişiklər, əsas etibarilə 
siyasi  və  iqtisadi  agentlərin,  qısa  müddətli  qərarlarının  yığılma-
Расим Щясянов 
 
74 
 
sının nəticəsidir. Agentlərin qərarları isə, onların subyektiv fikir-
lərinin məhsuludur. Ona görə də, nəzərdə tutulanlarla, nəticələrin 
uyğun olması dərəcəsi, agentlərin subyektiv mülahizələrindən ası-
lıdır.  Bu  baxımdan  nəticələr,  nəinki  qeyri-müəyyən,  hətta  gözlə-
nilməz ola bilir. 
Beləliklə, institusional dəyişikliklərin, hansı nəticələrə gətir-
məsini  öyrənmək  üçün,  iqtisadi  agentlərin  fəaliyyət  prinsipləri 
araşdırılmalı  və  onların  davranışının  rasionallığı,  qiymətləndiril-
məlidir.  Əslində  ictimai  seçim  nəzəriyyəsi,  rasional  seçim  nəzə-
riyyəsinin xüsusi halıdır. 
Neoklassik  iqtisadi  nəzəriyyədə,  rasionallıq  dedikdə,  malik 
olduqları resurslar, o cümlədən biliklər və partnyorların bir – biri-
nə  qarşı  davranışlarındakı  gözləmələr  daxilində,  individlərin, 
faydalılığının  maksimumlaşdırılması  başa  düşülür.  Hesab  olunur 
ki,  rasional  individlər,  öz  hərəkətlərinin  xərcləri  və  qazanclarını 
müqayisə edə bilməklə yanaşı, fəaliyyətlərinin nəticələrinidə dərk 
edə bilirlər. Neoklassiklər, rasionallığın təmin edilməsində, qəbul 
edilmiş ümumi qaydalar, adət və ənənələrə, ciddi əhəmiyyət ver-
mirlər.  Lakin  bununla  belə,  qeyri-müəyyənliyi  azaltmaq  üçün, 
iqtisadi agentlər ənənələri nəzərə almağa məcburdur. Çünki ,qeyri 
-  müəyyənlik  yüksək  olan  sahədə,  neoklassik  mülahizələrin  uni-
versallığı itir. Rasional individ, optimal nəticələrə yox, sosial nəti-
cələrə, daha çox əhəmiyyət verir. Digər tərəfdən, zaman ötdükcə, 
hər hansı rasional fəaliyyət, qeyri - rasional ola bilər. 
Rasional  seçim  nəzəriyyəsi  rasionallıq  probleminə  bu  ba-
xımdan çevik yanaşmanın tərəfdarıdır. Belə yanaşma aşağıdakı üç 
istiqamətdə formalaşmışdır: 
Ş
otland  mənəviyyat  fəlsəfəsi  prinsipləri
  -  cəmiyyətdə  fərdiləşdi-
rilmiş  davranış  konsepsiyasını  formalaşdırmışdır.  (F.Xatçenson, 
A.Ferqyuson, D.Yum, A.Smit); 
Utilitarizm  cərəyanı
  -    mənəvi  dəyərlər  və  qiymətləndirmələrin 
üstünlüyü  prinsipləri  (hər  bir  invidiv  nəyin  “yaxşı”,  nəyin  “pis” 
olduğunu dərk edir); 
Neoklassik  nəzəriyyə
  (A.Marşall)  -  adamlar  arasında  qarşı-
lıqlı münasibətlərin rolunun əhəmiyyəti. 


Игтисади сийасят: методолоэийа вя практика 
 
75 
Rasionallıq  aksiomu,  reallığı  hərtərəfli  əhatə  etmir.  Bu  ak-
siom,  reallığın  ideal  halının  təsəvvürünü  formalaşdırır.  Belə  tə-
səvvür  isə,  fəaliyyət  sahəsindən  asılı  olmayaraq,  fərdlərin  davra-
nışının  əsas  fərziyyələrini  müəyyənləşdirməyə  imkan  verir.  Ra-
sional  seçim  nəzəriyyəsi  universaldır.  Ayrı-ayrı  elm  sahələrində 
mahiyyətcə, eyni seçim qaydaları, müxtəlif anlayışlarla adlandırıl-
sa  da,  rasionallığın  üç  cəhəti  -  seçimin  fərdi  xarakteri,  məhdud-
luğu və subyektivliyi hamılıqla qəbul edilir. Rasionallığın müəy-
yənləşdirilməsində,  fərdin  seçdiyi  məqsəd,  aparıcı  olduğundan, 
ə
slində rasional halların sayı, faktiki olaraq çox genişdir. 
Neoklassik nəzəriyyədən fərqli olaraq, rasional seçim nəzə-
riyyəsinə  görə,  gündəlik  qərar  qəbulunda  vaxt,  transaksiya  xərc-
ləri və informasiya faktorları mühüm rol oynayır. Ona görə də ra-
sional  seçim,  yalnız  yeganə  və  ciddi  (maksimumlaşdırma)  prin-
sipə    yox,  həm  də  bu  faktorlar  baxımından,  əlçatan  səviyyədə, 
tələbatın  max  ödənilməsi  prinsipinə  əsaslanır.  Bu  baxımdan, 
rasional seçimin müxtəlif növləri mövcuddur. Məsələn, R.Kouzun 
“transaksiya  xərcləri”;  N.Saymonun  “məhdud  rasionallıq”; 
C.Stiqlerin  “yarımçıq  məlumata  əsaslanan  neoklassik  təhlil”; 
H.Bekkerin “ailə münasibətlərində qeyri-müəyyənlik” - metod və 
konsepsiyaları  əsasında  ,rasional  seçimin  müxtəlif  nəzəriyyələri, 
mövcuddur. 
Rasional seçim nəzəriyyəsi, “metodoloji fərdilik” konsepsi-
yasını  inkişaf  etdirir.  Bu  o  deməkdir  ki,  ictimai  strukturlara,  öz 
məqsədələrini  güdən  individlərin  toplusu  kimi  baxılır.  Lakin  bu, 
heç  də  individlərin  öz  məqsədlərini  mütləqləşdirməsinə  gətirmir. 
Çünki fərdlər, təşkilat daxilində, həmişə öz maraqlarını müəyyən, 
mənəvi məhdudiyyətlər daxilində güdə bilirlər.  
Rasional seçim nəzəriyyəsi daxilində, ilk vaxtlarda, iki isti-
qamət - ictimai və sosial seçim istiqamətləri yaranmışdır. Ictimai 
seçim  istiqaməti  daxilində  isə,  iki  məktəb  -  Çikaqo  və  Virciniya 
məktəbi  formalaşmışdır.  Çikaqo  məktəbi  1930-cu  illərin  orta-
larında yaranmışdır, bazarın effektivliyi və neoklassik qiymət nə-
zəriyyəsinin  uğurlarına  daha  çox  diqqət  yetirilməsi  ilə  tanınır. 
Virciniya məktəbi  də əslində Çikaqoda  yaranmışdır.  Lakin  1950-ci 
Расим Щясянов 
 
76 
 
ildə,  C.Byukenenin  Virciniya  universitetinə  gəlişindən  sonra, 
daha  çox  uğur  qazanmışdır.  Bu  məktəbin  nümayəndələri  üçün, 
ə
sas tədqiqat obyekti, bazarın üstünlükləri yox, aparılan siyasətin 
naqislikləri  olmuşdur.  Siyasətin  özü  isə,  yalnız  mübadilə  kimi 
qəbul  edilir.  Həm  də  Virciniya  məktəbi  (C.Byukenen,  U.Hatter, 
R.Vayninq,  L. ger,  C.Brenani,  U.Buş,  R.Vaqner,  Q.Tallok,  
D.Müller,  R.Tollison),  bu  mübadilədə,  konstitusiyalı  iqtisadiy-
yatın, etik əsaslarının pozitiv yox, normativ təhlilini əsas sayırlar.               
        Virciniya məktəbindən fərqli olaraq, sosial seçim nəzəriyyəsi 
tərəfdarları  isə,  (ilk  növbədə  K.Errou,  A.Berqson,  A.Sen, 
C.Romer,  C.Elster,  K.Moen)  fərdlər  qrupunun  maraqlarını,  daha 
yaxşı  ifadə  edən  rifah  funksiyasını  yaratmağa  çalışırlar.  Belə 
funksiya institutları prosedur və qaydaları tətbiq etmə mexanizmi 
kimi  yox,  siyasi  sövdələşmə  və  ya  oyunun    əsasında  dayanan, 
tarazlıq alətləri kimi xarakterizə edir.  
       C.Byukenen  və  yeni  siyasi  iqtisadın  təşəkkülü.    Ictimai 
seçim  nəzəriyyəsinin  yaradıcılarından  biri,  Amerika  iqtisadçısı 
Ceyms Maуkl Byukenendir. C.Byukenenin və Q.Tallokun, 1969-cu 
ildə  Virciniyada  yaratdığı  ctimai  seçim  tədqiqatları  Mərkəzi 
(Corc  Meyson  Universiteti),  yeni  siyasi  iqtisadın  əsaslarının 
yaradıcısı, hesab olunur.  
C.Byukenen,  müqavilə  (kontrakt)  paradiqması  çərçivəsində, 
iqtisadi nəzəriyyənin predmetinə, yeni şərh vermişdir. Hələ, key-
nisçiliyin hökmranlığı dövründə, 1960-cı illərin əvvəlində, Cənub 
qtisadi  Assosiyasiyasının  Prezidenti  kimi,  o,  assosiyasiya  üzv-
lərinə müraciətində, iqtisadiyyatı  “bazar və  cəmiyyət institutları” 
haqqında  elm  adlandırmışdır.  Onun  fikrincə  bu  elm,  “Fərdlərin 
hüquqları toplusu və ya strukturunu dəqiq müəyyənləşdirməkdən 
başlayır;  iqtisadi  fəaliyyətin  nəticələrini,  əvvəlcədən  göstərən  və 
izah edən təsdiqləyici mülahizələr toplusunu və həmçinin struktur 
dəyişmələrinin,  nəticələrə  təsiri  haqda  şərti  mülahizələri  təqdim 
edir”.  Fərdlərin  hüquqlarının  dəqiq  müəyyənləşdirilməsi,  bazar 
iqtisadiyyatının  səmərəli  fəaliyyəti  üçün  imkan  yaratmaqla  bəra-
bər,  digər  iqtisadi  sistemlərlə  müqayisədə,  onun  əsas  üstünlük-
lərini  aşkar  olunmasına  əlverişli  şərait  açır.  Dövlət  və  hüququn 


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə