Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə21/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   ...   17   18   19   20   21   22   23   24   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
81 
maraqlarının  reallaşdırılması,  məhz  siyasi  proseslər  çərçivəsində 
razılaşmanın  məhsuludur.  Bu  yanaşmaya  görə,  siyasi  proseslər 
ə
lavə faydalar əldə etməkdə, qruplararası razılaşma üçün əlverişli 
məqamdır.  Siyasi seçim prosesləri ənənəvi olaraq politologiyanın 
tədqiqat  obyektidir.  Lakin,  nəzəriyyə  baxımından  bəzi  siyasi 
proseslərə iqtisadi tədqiqat üsulları tətbiq edilə bilər.  
Son  dövrlərdə  neoinstitutsionistlər,  bir  neçə  ilkin  ideoloji 
mülahizələrdən  ("müdafiə  kəməri”)  imtina  etməklə,  institusiona-
lizmin  klassik,  makroiqtisadi  proqramını  dəyişməyə  çalışır-
lar.Yeni  baza  ideyası  kimi,  mülkiyyət  hüququ  anlayışını  daxil 
edərək,  əvəzində,  bazarın  ideallığı  mülahizəsindən  imtina  edilir. 
Eyni zamanda, transaksiya xərclərinin mövcudluğunu qəbul edən 
neoinstitusionalistlər,  bəzi,  ilkin  mülahizələrin  (informasiyanın 
tamlığı  və  bazardakı  agentlər  üçün  rasionallığı)  qismən  dəyiş-
məsini, məqsədəuyğun hesab edirlər. 
       Yeni  yanaşma,  nəticənin  insanın  davranış  modelindən  və 
fəaliyyət  göstərdiyi  şəraitdən  asılı  olması  faktına,  önəm  verir. 
Neoklassik  yanaşmanın ideal modellərindən imtina, informasiya-
nın  natamamlığı,  məhdud  rasionallıq,  iştirakçıların  opportunist 
davranışının  mümkünlüyünü  nəzərə  almaqla,  yeni  qərarlar  və 
nəticələrə gətirir. 
nformasiyanın natamamlığı
. Verilən informasiyanın tamlığı 
haqda  mülahizələr  qeyri-real  hesab  olunur  və  iqtisadi  tədqiqat-
ların dairəsini əhəmiyyətli dərəcədə daraldır. XX əsrdə iqtisad el-
minin inkişafı bir çox hallarda qeyri - müəyyənlik probleminin və 
bununla  bağlı  informasiya  axtarışı  və  onun  sonrakı  emalı  prob-
leminin  öyrənilməsi  ilə  müəyynələşmişdir.  (F.Naytın  -  qeyri-
müəyyənlik və risk problemləri üzrə; C.Fon Neymanın və O.Mor-
qanşterin  -  gözlənilən  faydalılıq  nəzəriyyəsi;  C.Stiqlerin  - 
informasiya axtarışı nəzəriyyəsi və s.
1

Məhdud  rasionallıq.
  Bu  mülahizə,  Q.Saymonun  məhdud 
rasionallıq nəzəriyyəsindən törəmədir. Q.Saymon, informasiyanın 
natamamlığı  şəraitində  seçimin  alternativ  proseduralarını  təklif 
etmişdir. Qərar qəbulu prosesi iki mərhələli: 1) axtarış; 2) məqbul 
                                           
1
 Р.Нуреев.  Теория  общественного  выбора//    Вопросы  экономики.  2002. 

8. С.122-149. 
Расим Щясянов 
 
82 
 
variantın  qəbul  edilməsi  kimi  təsəvvür  olunur.  Saymon  konsep-
siyası, C.Stiqlerin təklif etdiyi informasiya axtarışı nəzəriyyəsi ilə 
oxşardır.  
Hər  iki  yanaşmada,  hazır  alternativin  olmaması  mülahizəsi 
yer  almışdır.  Ancaq  Saymon  hesab  edir  ki,  hər  hansı  faydalılıq 
funksiyasını maksimumlaşdırmaq mümkün deyildir. 
ş
tirakçıların  opportunist  davranışı
.  Opportunist  davranış 
anlayışı, iqtisadi agentin yeni məna alan, motivasiyası ilə birbaşa 
bağlıdır. Əgər ilk vaxtlarda, “öz marağı” motivi, mütləq “eqoizm” 
adlandırılırdısa,  sonralar  bu  fikirin  mütləqliyi,  getdikcə  itməyə 
başladı.  Neoinstitusionalistlər  bu  motivi,  “opportunist  davranış” 
kimi şərh edirlər.  “Opportunist davranış”, təşkilatın maraqlarının 
realizasiyasına  mane  olan,  aldatma,  informasiyanın  gizlədilməsi, 
düz yoldan çəkindirmək və s. kimi hərəkətləri özündə “cəmləşdi-
rən,  dəqiq  hesablanmış,  öz  şəxsi  məqsədələrinə  can  atmaq  kimi, 
başa düşülür. Opportunist davranış, sadə eqoizmdən fərqlənir. 
Sadə  eqoizm,  fərdlərin  məlum  qaydalara,  həmişə  əməl  et-
məklə  oynamasıdır.  Bu  zaman  təbii  ki,  öz  marağı  konsepsiyası 
ə
sas  tutulur.  Beləliklə,  nəticə  çıxarmaq  olar  ki,  əslində,  informa-
siyanın natamamlığı, məhdud rasionallıq və opportunist davranış 
qaydalarının  nəzərə  alınması  siyasi  proseslərin  dərk  olunması 
üçün son dərəcə vacibdir. 
Beləliklə,  ictmai  seçim  nəzəriyyəsinin  predmetini  nəzərdən 
keçirərək  yekunlaşdırmaq  olar  ki,  ictimai  seçim  nəzəriyyəsi 
(public  choice  theory)  –  insanların,  hökumət  idarələrini,  öz  ma-
raqları  üçün  istifadə  etməsi  metodları  və  üsullarını  öyrənən 
nəzəriyyədir.  Nəzəriyyənin  tədqiqat  obyekti  -  birbaşa  və  həm  də 
təmsilçi  demokratiya  şəraitində,  ictimai  seçimdir.  Onun  əsas 
sahələri - seçki prosesi, depuptatların fəaliyyəti, bürokratiya nəzəriy-
yəsi, tənzimləmə nəzəriyyəsi və konstitusiyalı iqtisadiyyatdır. 
Ə
gər  əvvəllər,  siyasi  iqtisad  və  iqtisadiyyat  (ekonomiks) 
bərabər  hüquqlu  elmi  fənlər  hesab  olunurdusa,  XX  əsrdə  siyasi 
iqtisada,  iqtisad  elminin  ancaq  bir  bölməsi  kimi  baxmağa  baş-
ladılar.  Lakin  XX  əsrin  sonlarında,  siyasi  iqtisad,  yeni  mahiyyət 
aldı. Yeni siyasi iqtisad - hökumətin, iqtisadi idarəetmə fəaliyyəti  
metodlarını,  həmçinin  insanların,  hökumət  idarələrini  öz  maraq-


Игтисади сийасят: методолоэийа вя практика 
 
83 
ları üçün istifadə etməsi, metod və üsullarının tədqiqini əsas mə-
sələyə çevirdi.    
         
Расим Щясянов 
 
84 
 
2.4.      qtisadiyyatın tarazlı inkişafı problemləri   
və  “unifikasiya edilmiş” artım reseptləri 
                 
            qtisadi  siyasətin və iqtisadiyyatın dövlət  tənzimlənməsinin  
müasir vəzifələri sırasında,  inkişafın tarazlığının  təmin  olunması   
və  müxtəlif  resurslardan istifadə  kombinasiyalarını  dəyişməklə,  
dinamikada  arıtmı  sürətləndirmək  məsələləri,  daha  prioritetli  
vəzifələrə  çevrilmişdir. 
Mahiyyət  və  nəzəri  meyarlar  baxımından,  milli  iqtisadiy-
yatın tarazlı fəaliyyəti, bütün qarşılıqlı əlaqəli bazarlarda, tələb və 
təklifin  bərabərliyinin  təmin  olunması  anlamında    başa    düşülür.  
qtisadi fəaliyyətdə üç belə bazar qəbul edilir: məhsul və xidmət-
lər,   istehsal  faktorları və pul bazarları. Nəzəri və təcrübi baxım-
dan  bu bazarların tarazlı fəaliyyəti, aşağıda sərh olunduğu  kimi 
müxtəlif məqsədlərin əldə olunmasını nəzərdə tutur. 
  Məsələn,  məhsul  və  xidmətlər  bazarında  tarazlıq    dedikdə, 
istehsalçıların  öz  gəlirlərini  maksimumlaşdırması,  istehlakçıların 
isə, aldıqları məhsuldan maksimum fayda götürməsi başa düşülür.  
stehsal faktorları bazarında isə tarazlıq: - bazara daxil olan bütün 
ehtiyatların  öz  alıcısını  tapmasını,  təklifi  formalaşdıran  ehtiyat-
ların  sahibkarlarının  limit  gəlirinin,  tələbi  formalaşdıran  hər 
ehtiyacın  limit  məhsuluna  bərabərliyini  etiva  edir.  Pul  bazarında 
tarazlıq:  -  əhali  və  sahibkarların  istədikləri  qədər  pul  təklifinin 
olmasını nəzərdə tutur. 
qtisadiyyatda    ümumi  tarazlıq  ideyası  A.Smitə  məxsusdur. 
Onun fikrincə, istehsalçı və istehlakçıların sərbəstliyi, xaos yarat-
mır, əksinə şəxsi mənafeni güdən iqtisadi subyektlərin maraqları, 
hamı  üçün  əlverişli  olan  ümumi  tarazlığın  yaranmasını  doğurur. 
Təkmil  rəqabət  şəraitində,  ilk  dəfə  ümumi  tarazlığın  prinsipcə 
mümkünlüyünü  və  onun  riyazi  ifadəsini  Valras  vermişdir.  O 
sübut etmişdir ki, birindən başqa, digər bazarlarda tarazlıq varsa,  
o  bazarda  da  tarazlıq  yaranacaqdır.  Valras  hesab  edirdi  ki,  belə 
bazar pul bazarıdır (Qeyd etmək lazımdır ki,  Fridmenin məhşur  
monetarizm    nəzəriyyəsi  Valrasın  bu ideyasının   əksidir). 


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə