Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə23/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   ...   19   20   21   22   23   24   25   26   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
89 
ümumi  həcmi  və  qiymətlərin  orta  səviyyəsinin  dəyişməsi, 
işsizliyin artıb-azalması və s. kimi problemlər üzərində cəmlənir. 
Lakin diqqət mərkəzinin müxtəlifliyi, bu iki bölmənin, bir-
birindən  tamamilə  ayrı  sahələr  olması  demək  deyildir.  Sadəcə 
olaraq,  onların  tədqiqat  alətləri  və  analitik  qiymətləndirmə  me-
yarları müxtəlifdir.  qtisadi siyasət dedikdə, adətən, makroiqtisadi 
problemlərin  tənzimlənməsi  və  ya  həlli  variantları  arasında,  
seçimlə  bağlı      fəaliyyyət,  başa    düşülür.  Bu  baxımdan    iqtisadi  
siyasət, əksər  hallarda, makroiqtisadi siyasətlə eyniləşdirilir. 
Makroiqtisadi  siyasət  –  bütövlükdə  iqtisadiyyata  təsir  edən 
vasitələr və hərəkətlər toplusudur. Praktikada makroiqtisadi siya-
səti, adətən hökumət həyata keçirə bildiyi üçün, onun təhlili, fak-
tiki  olaraq,  bilavasitə  hökumətin  iqtisadi  fəaliyyətinin  təhlilinə 
çevrilir.  Hökumətin  makroiqtisadi  siyasəti  isə,  siyasi  parametrlər 
və ya siyasi alətlər adlanan,  vergi stavkaları,  dövlət  xərcləri    və   
hökumətin   subsidiyaları  ilə tənzimlənir. 
Ümumiyyətlə, makroiqtisadi siyasətin zəruriliyi, daimi pole-
mika  obyektinə  çevrilmişdir.  Bəziləri  hesab  edir  ki,  bazar  iqtisa-
diyyatı  şəraitində,  makroiqtisadi  tənzimlənməyə  ehtiyac  yoxdur.  
Bəziləri  isə hesab edir ki, məsələn, işsizlik və inflyasiya ilə mü-
barizə,  iqtisadi  inkişafın  sürətlənməsinə xidmət edir. 
Makroiqtisadiyyat, təkcə makroiqtisadi faktların qəbul edil-
məsi yox, həm də iqtisadi fəaliyyətin yekunlarının, makroiqtisadi 
siyasətlə qarşılıqlı asılılığını öyrənir. Əslində makroiqtisadi siya-
sətin zəruriliyi, onun iqtisadiyyatın səmərəliliyinə təsiri ilə müəy-
yənləşir.  Digər  tərəfdən,  makroiqtisadi  proseslərin  istiqamətləri-
nin  seçimində,  mütəxəssislərin  müxtəlif  fikirlərə  malik  olması, 
hökumətin öz siyasətinə daha məsul yanaşmasını tələb edir. Çün-
ki,  mütəxəssis  rəyində  fikir  müxtəlifliyi,  həm  də  qeyri-iqtisadi 
xarakterli, sosial-mənəvi dəyərlərin müxtəlifliyini də yarada bilir. 
Dünya təcrübəsində, əsas makroiqtisadi problemlərə inflya-
siya, işsizlik və iqtisadi artım prosesləri aid   edilir.  nflyasiya –ən 
ümumu formada, müxtəlif səbəblərdən, qiymətlərin orta səviyyə-
sinin  yüksəlməsidir.  nflyasiyanın hansı səbəblərdən baş verməsi  
və  onun  sürəti,  inflyasiyaya  qiymət  verilməsi  üçün,  olduqca 
Расим Щясянов 
 
90 
 
vacibdir. Çünki, qiymətlərin tədricən artması,  qədim tarixə malik 
olmaqla  yanaşı,  resursların  istifadəsinin  intensivliyinin  və  məh-
sulların  xərc  stukturunun  mürəkkəbləşməsinin,  obyektiv    olaraq 
yüksəlməsi fonunda baş verdiyindən, inflyasiya özlüyündə,  qaçıl-
maz iqtisadi  proses  xarakterinə malikdir. Lakin bununla  yanaşı,  
qeyd olunmalıdır ki, nəticə etibarilə inflyasiya, milli pulun alıcılıq 
qabiliyyətini  aşağı  salır.  Praktikada  inflyasiya,  ikili  xarakterə 
malikdir:  xərclərin  artmasının  doğurduğu  inflyasiya  və  məhsul 
qıtlığının doğurduğu inflyasiya. Hər iki halda inflyasiya, əhalinin 
pula  etibarlılığını  aşağı  salır  və  onun  dövriyyə  sürətini  artırır. 
Beləliklə,  iqtsadiyyatda  “inflyasiya  gözləmələri”  ilə  müəyyən-
ləşən, qeyri-stabilliyin yaranması üçün, əlverişli mühit formalaşır. 
nflyasiyanın  ölçü  vahidi,  onun  artım  sürətidir.  nflyasiyanın 
artım  sürəti,  müəyyən  dövr  (il,  ay)  ərzində,  qiymətlərin  məcmu 
səviyyəsinin  artma  faizini,  əks  etdirir.  şsizlik  –  iş  qabiliyyətli 
ə
halinin, müəyyən hissəsinin, işlə təmin olunmamasıdır. Aydındır 
ki,  əhalinin  iş  qabiliyyətli  hissəsinin  hamısını,  işlə  təmin  etmək, 
ə
məli cəhətdən mümkün deyildir.  Ən azı ona görə ki, bu say, çox 
dinamik  dəyişir,  digər  tərəfdən  isə,  müəyyən  səviyyədə  işsizlik, 
iqtisadiyyat üçün sərfəlidir.  şsizliyin, ancaq müəyyən səviyyədən 
ötməsi, narahatlıq yaradır. Yol verilə bilən  işsizlik  səviyyəsi, bir 
neçə növ işsizlik səviyyələrinin cəmindən  ibarətdir:  
  Friksion işsizlik (iş axtarmaq və ya iş gözləməklə bağlı iş-
sizlik); struktur işsizlik (istehlakın strukturunda baş verən dəyişik-
liklərin,  iş  qüvvəsinə  tələbin  strukturunu  dəyişməsindən  yaranan 
işsizlik);  dövrü  işsizlik  (iqtisadi  dövrlərin  müəyyən  fazasında, 
tələbin  azalması  səbəbindən  yaranan  işsizlik).  Tam  məşğulluq 
dedikdə,  iqtisadçılar,  friksion  və  struktur  işsizliyin  cəmi  qədər, 
olan səviyyəni hesaba almırlar. Yəni, tam məşğulluq şəraitində iş-
sizlik var və onun səviyyəsi, friksion və struktur işsizliyin cəminə 
bərabərdir.  Bu  səviyyə,  işsizliyin  təbii  səviyyəsi,  həmin  vəziy-
yətdə  baş verən  istehsalın həcmi isə, ölkənin istehsal potensialı 
adlanır.  şsizlik  səviyyəsinin,  iqtisadi  inkişafa  təsirinin      qiymət-
ləndirilməsi, Oyken qanununa əsasən  mümkündür. Real iqtisadi 
siyasətdə,  çox  mühüm  əhəmiyyətə  malik  olan  Oyken  qanununa 


Игтисади сийасят: методолоэийа вя практика 
 
91 
görə,  « şsizliyin  faktiki  səviyyəsi  onun  təbii  səviyyəsini  bir  faiz 
ötərsə,ölkədə  istehsal olunan  ümumi daxili məhsulun həcmi 2,5 
faiz az olar».    qtisadi artım – makroiqtisadiyyatın əsas tədqiqat 
obyektlərindən biri olaraq,  işsizlik və inflyasiyanın mövcudluğu 
şə
raitində,  ÜDM-in  və  ya  adambaşına  ÜDM-in  artımının  xarak-
terini öyrənir.  qtisadi artımı  yaradan faktorlar, altı qrupa ayrılır. 
Onların  dördü:  təbii  ehtiyatların  sayı  və  keyfiyyəti;  əmək  ehti-
yatlarının sayı və keyfiyyəti; əsas kapitalın həcmi; texnologiya – 
təklif  faktorları  adlanır.  Lakin,  real  artımla,  iqtisadiyyatın    artım 
qabiliyyətini,  fərqləndirmək  vacibdir.  Belə  ki,  artım  tələb  və 
bölgü  faktorlarından  da  asılıdır.  Başqa  sözlə  istehsal  potensialını 
daha  məqsədəuyğun  istifadə  etmək  üçün,  yalnız  ehtiyatların 
dövriyyəyə tam cəlb edilməsi kifayət deyildir.  qtisadi artıma təsir 
edən,  təklif  və  tələb  faktorları,  qarşılıqlı  asılıdırlar.  qtisadi  ar-
tımın sürət və xarakterinə münasibət, birqiymətli deyil. Ətraf mü-
hitin aşınmasının sürətlənməsi, artımın, əhalidə sabaha ümidsizlik 
yaratması  və  onun  bəşəri  mənəvi  dəyərlərlə  uzlaşmaması  və  s. 
kimi  arqumentlərdən  çıxış  edən  bir  sıra  mütəxəssislər,  müəyyən 
səviyyədə  və  şəraitdə,  iqtisadi  artımın  qarşısını  almağı,  onu  zə-
iflətməyi məqsədəuyğun hesab edirlər. 
 
 
 
 
    Bazar  iqtisadiyyatında  dövlət,  müəyyən  xüsusiyyətlərə 
malik  adi  iştirakçılardan  biridir.  Ona  görə  də,  onun  iqtisadi 
subyekt  kimi,  kapital  və  gəlirin  “dairəvi  hərəkətində”  iştirakı 
xüsusiyyətləri,  bütövlükdə,  inkişaf  mərhələsindən  daha  çox  ası-
lıdır. Müasir dövrdə, dövlətin bu prosesdə fəaliyyətinin əsas isti-
qaməti,  “ictimai  tələb”  və  ehtiyatlardan  istifadə  ilə  bağlıdır.  “ c-
timai  tələb”  dedikdə,  bazar  mexanizminin  xarakterindən  doğan 
“boşluqların”,  yaratdığı  problemlərin  həllində  dövlətin  roluna 
olan tələb, başa düşülür. 
Bazarın  “boşluqları”  (fiaskosu)  (market  failuers),  -  bazarın 
ehtiyatların  səmərəli  istifadə  olunmasını  təmin  edə  bilməməsi 
hallarıdır.  Dünya  təcrübəsində,  adətən  aşağıdakı  dörd  hal  və  ya 
vəziyyət, bazarın yaratdığı “boşluq” hesab olunur: 1) inhisarçılıq
2)  informasiyanın  çatışmamazlığı  və  ya  asimmetriyası;  3)  kənar 
təsir effektinin yaranması; 4) ictimai nemətlər istehsalı. Bu halla-
Расим Щясянов 
 
92 
 
rın hər birində, dövlət, bazarın fəaliyyətinə müdaxilə edir. Yaran-
mış  problemlərin  həlli  üçün,o,  antiinhisar  siyasəti,  sosial  sığorta 
fəaliyyəti və kənar mənfi təsirlərin məhdudlaşdırılması siyasətini 
reallaşdırır.  Bu məqsədlə dövlət, həm müsbət, həm də mənfi sti-
mullardan  istifadə  edə  bilər.  Eyni  zamanda  dövlət,  müəyyən, 
xüsusi  hüquqlara  malikdir.  Ən  vacib  belə  hüquq  isə,  onun  föv-
qəladə ,məcburetmə hüququdur. 
qtisad  elmində  “məcburetmə”  anlayışı  -  adamların  seçim 
sərbəstliyini  məhdudlaşdırmaqla,  onların  birgə  fəaliyyətə  yönəl-
dilməsi  kimi,  qəbul  edilir.  Dövlət  məcburetmə  üçün  legitim,  hü-
quqi və institusional hakimiyyətə malikdir. Cəmiyyətdə oyun qay-
dalarının  müəyyənləşdirilməsi  imkanları,  məhz  bununla  forma-
laşır. Dövlətin, belə hüquqlara malik olması zərurəti və ya cəmiy-
yətdə,  iqtisadi  fəaliyyətdə,  məcburetmənin  tətbiqinin  zəruriliyi, 
Dövlətin  bilavasitə  adamlar  üçün,  istehsal  etdiyi  nemətlərin, 
təbiəti ilə də bağlıdır.  Belə nemətləri, iki qrupa ayırmaq olar: Xa-
lis ictimai nemətlər və xalis fərdi nemətlər. 
 Xalis ictimai nemətlər - elə nemətlərdir ki, onlar haqqı ödə-
nilib - ödənilməməyindən asılı olmayaraq, kollektiv istehlak olu-
nur. Belə nemətlərin istehlakı, iki xüsusiyyətə malikdir: seçilməsi 
və imtina olunması mümkün deyildir. Məsələn, milli müdafiə və 
ə
traf mühitin qorunması, belə nemətlərdəndir.  stehlakda seçimin, 
qeyri-mümkünlüyü  (nonrivalness)  xüsusiyyəti,  belə  başa 
düşülməlidir  ki,  bir  nəfərin  xalis  ictimai  neməti  istehlak  etməsi, 
həmin nemətin başqaları tərəfindən, istifadə olunması imkanlarını 
azaltmır.  Belə  nemətlər,  rəqabət  obyekti  olmur,  çünki  istifadə 
həcmindən asılı olmayaraq, əlavə istehlakçının onu istifadə etmə-
sinin limit xərcləri  sıfıra bərabərdir. Ona görə də belə nemətlərin 
istifadəsi  üçün,  hər  hansı  birbaşa  haqq  ödənilməsini  tələb  etmək 
mümkün  deyildir.  stehlakdan  imtina  (nonexludability)  xüsu-
siyyəti,  o  deməkdir  ki,  heç  bir  kəs,  hətta  istehlakın  haqqını  ödə-
məkdən imtina edərsə belə, həmin nemətlərin istehlakından məh-
rum  edilə  bilməz.    Xalis  ictimai  nemət,  özünə  məxsus,  müsbət 
kənar  effektə  malikdir  -  kimsə  onu  istifadə  etməyə  başlarsa, 


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə