Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə22/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   ...   18   19   20   21   22   23   24   25   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
85 
Mikroiqtiadi  səviyyədə  Valrasın  tarazlıq  modeli  nəzərdə 
tutur ki, tələb və təklif hər bir məhsul, xidmət və ehtiyatlar üçün 
tarazlığa  malikdir.  Makroiqtisadi  səviyyədə  isə  məcmu  tələb  və 
təklifin  bərabərliyi  nəzərdə  tutulur.  Başqa  sözlə  Valras  qanuna 
görə  hər  hansı  bir  bazarda  tələbin  artıqlığı  varsa,  digərlərində 
həmin  ölçüdə  təklifin  artıqlığı  vardır.  Yəni  ümumi  saldo  həmişə 
sıfıra  bərabərdir.  Valrasa  görə  tarazlığın  təmin  olunması  təkcə 
təkmil rəqabətin mövcudluğunu yox, həm də qiymətdən başqa tə-
ləb  və  təklifin  bütün  faktorlarının  sabitliyini  tələb  edir.  Təbiidir  ki, 
belə fərziyyələr real iqtisadiyyatda həmişə özünü doğrultmur. Ona 
görə də ümumi tarazlıq tipik deyil, «ideal» hal üçün mümkündür. 
Lakin bu halın tədqiqi, rəqabətli iqtisadiyyatın hədəfini müəyyən-
ləşdirməyə  və  tarazlığa  mane  olan  səbəbləri  aşkarlamağa  imkan 
verir. 
qtisadi tarazlığın, təmin olunması üsullarının xarakteristika-
ları  arasında,  Marşall  konsepsiyası,  daha  məhşurdur.  Bu  kon-
sepsiyaya  görə  istehsalçı  və  istehlakçılar,  satış  və  alış  planlarını, 
qarşılıqlı  olaraq  iqtisadi  konyukturaya  görə  tənzimləyirlər.  Ona 
görə də, bazarda tarazlıq – tələbin qiymətinin təklifin qiymətindən 
üstünlüyü və  ya əksinə təsiri ilə formalaşır. Belə üstünlüyə reak-
siya olaraq istehsalçılar, istehsalın həcmini müvafiq olaraq artırıb, 
azaldırlar. 
Müasir  dövrdə  makroiqtisadi  tədqiqatlarda,    tarazlığa  doğru 
hərəkəti -  daha  çox, iqtisadi agentlərin gözləmələri  ilə  korrektə 
olunan  stoxostik,  ehtimallı  proses    kimi  qiymətləndirirlər.  Nə-
zərdə tutulur ki,   iqtisadi subyektlər, tələb və təklifin həcmi haq-
da qərarları, müxtəlif vaxtlarda qəbul edirlər.Ona görədə, məcmu 
tələb, cari iqtisadi konyuktura   ilə,  yəni  qüvvədə olan qiymətlərə   
görə  müəyyənləşirsə,  istehsal  həcmi  haqda  qərar,  istehsal  prose-
sindən əvəl qəbul edilir. Makroiqtisadi nəzəriyyədə, «gözləmələr» 
konsepsiyasını, 30-cu illərdə  sveç alimi Q.Mürdal təklif etmişdir.  
Mürdal,    gözləmələrin    iki  tipini    fərqləndirməyi      vacib    hesab 
edirdi.:    «ex  poste»  gözləmə,  yəni  baxılan  dövr  bitdikdən  sonra, 
istehsalçı  və  istehlakçıların  qiymətləndirməsi  və  «ex  ante»,  iqti-
sadi  agentlərin,  qərar  qəbulu  prosesində  formalaşan,  plan  və 
Расим Щясянов 
 
86 
 
məramlarındakı gözləmələr. Bu tipli konsepsiyalara, ekstropolya-
siyalı,  adaptiv  və  rasional  gözləmə  konsepsiyalarını  aid  etmək 
olar. Tarazlığın digər modelləri sırasında, Kene cədvəli, Marksın 
geniş  və  təkrar  istehsal  sxemi,  Leontyevin  «xərc-buraxılış»  mo-
deli,  yetərincə  istinad  olunan  modellər hesab edilir. 
qtisadi  inkişafın   tarazlğı  problemi,  son dövrlərdə  də iqti-
sadi siyasətin mühüm vəzifələrindən hesab olunur. Bununla belə,   
tarazlıq  problemi  iqtisadi  inkişafın  dayanıqlığı  və  davamlılığı  
xüsusiyyətləri ilə, eyni  əhəmiyyətli kimi  qəbul olunur.   qtisadi  
siyasətdə, yuxarıda sadalanan xüsusiyyətlərin, uyğunluğunun  tə-
min olunması şərti  ilə  həlli, düzgün həll  hesab olunur. Digər  tə-
rəfdən, həmin xüsusiyyətlərin birgə  həllinin  təmin olunması,  iq-
tisadi  inkişafın,  resurslardan  istifadənin  intensivliyinə,  yeni  
baxışların  tətbiqi  vasitəsilə,  daha  da  gücləndirilməsi    şəraitində  
baş  verməsi, son dövrlərdə  xüsusi ilə  aktuallaşmışdır. 
Bununla belə, iqtisadi  inkişafda, tarazlıq  və  sürətli  artımın  
təmin  olunmasına    yanaşmalarda    müxtəliflik  vardır.  Dünya    tə-
sərrüfat  sistemində,  son  illərdə  baş  verən  institusional  dəyişik-
liklər, həmçinin  inkişaf  etmiş  ölkələrin  və beynəlxalq iqtisadi 
təşkilatların, inkişaf etməkdə olan  ölkələrə və o  cümlədən “tran-
zitiv”  iqtisadiyyatlı  ölkələrə,  yardım    layihələrində,  müxtəlif  in-
kişaf  nəzəriyyələrinə  istinad  edərək,  tətbiq  ediləcək  konsepsiya-
ların,    benefisiar    ölkələrin  kompleks  transformasiyasını  doğura-
cağı haqqında, təsəvvürlər yaradılır. Belə  nəzəriyyələrdə, iqtisadi 
inkişafın ən mühüm şərtləndirici faktoru kimi, “idarəetmə” amili 
önə  çəkilir  və  ona  görə  də  institutların  dəyişməsi  zərurəti,  daha 
səylə  qabardılır.  BMT-nin  “Minilliyin  layihəsi”  proqramında  da, 
bu  səpkidən  insan  kapitalına,  infrastruktura  və  kənd  təsərrüfatı 
texnologiyalarına  iri  miqyaslı,  koordinasiya  olunan  investisiya 
qoyuluşları, zəruri hesab edilmişdir.  
Lakin, inkişaf nəzəriyyələri ilə məşğul olan bir sıra tanınmış 
ekspertlər isə, fərqli məntiqləri  irəli sürürlər. ABŞ-da, sosial elm-
lər  sahəsində,  tanınmış  alim    olan  Albert  Xirşmanın  məntiqinə 
görə, iqtisadi artım imkanları, çox müxtəlif ola bilir. Ona görə də, 
ayrı-ayrı nəzəriyyələrdə tələb olunan “şərtlər toplusu”, mütləq he-


Игтисади сийасят: методолоэийа вя практика 
 
87 
sab olunmamalıdır.  Xirsman, hətta Helbreyti tənqid edərək qeyd 
edir ki, təklif olunan kompleks proqramlar,  əslində çox mürəkkəb 
və geniş  olduğundan , iqtisadi cəhətdən geri qalmış ölkələr, on-
ların    icrasını  həyata  keçirə    bilməzlər.  Eyni  zamanda,    Xirsman 
hesab  edir  ki,  inkişafı  yarada    biləcək  faktorlar,  olduqca  çoxdur  
və  müxtəlif  xarakterlidir.  Hətta,  aşağı  inkişaf  səviyyəsinə  malik 
olan ölkələr üçün, xarakterik olan inkişafın qeyri-tarazlığı belə,  in-
kişaf üçün əlverişli imkanlar yarada biliər. Son illərin təcrübəsi gös-
tərir  ki,  Xirsmanın  bu  ideyası,  əslində  doğrudur.  Məsələn,  kinci 
Dünya müharibəsindən sonrakı Qərbi Almaniya, XX əsrin sonunda-
kı,  vahid  Almaniya  iqtisadiyyatının  bərpası,  90-cı  illərin  sonunda, 
məhşur dünya maliyyə böhranı şəraitində Malayziya təcrübəsi və s.   
Mütəxəssislərin qənaətinə görə, son 50 ilin dərsləri göstərir 
ki, effektiv inkişafın təmin olunması baxımından, inkişaf etməkdə 
olan  ölkələrdə  siyasətcilər  kompleks”  yox,  “strateji”  məntiqə 
daha çox üstünlük verməli, “qlobal” düşünərək, “lokal” fəaliyyət 
göstərməlidirlər.  qtisadi  inkişafda,  irimiqyaslı  sıçrayışlara  can 
atmaq  yox,  inkişaf  priopritetlərini  müəyyənləşdirərək,  ardıcıl  və 
kumulyativ dəyişikliklərə çalışmalıdırlar.  
Dünya təcrübəsinin təhlili göstərir ki, müvəffəqiyyət qazan-
mış ölkələrin ümumi cəhətləri, çoxdur. Belə ölkələrdə, mülkiyyət 
hüququ və müqavilə öhdəlikləri, daha effektiv qorunur, makroiq-
tisadi stabillik təmin olunur, dünya iqtisadiyyatına inteqrasiyaya, 
məhsulların diversifikasiyasına və yeniliklərə çalışılır. Lakin mə-
sələ  ondadır  ki,  belə  ölkələr,  öz  məqsədlərinə  müxtəlif  yollarla 
nail  olurlar.  Məsələn,  dünya  bazarına  sürətli  inteqrasiya,  ixracın 
subsiyalaşdırılması  (cənubi  Koreya),  azad  iqtisadi  zonalar  (Ma-
layziya), çox milli müəssisələrin investisiya yatırımlarının stimul-
laşdırılması  (Sinqapur),  xüsusi  iqtisadi  zonalar  (Çin),  regional 
azad  ticarət  razılaşmaları  (Meksika)  və  ya  idxalın  liberallaş-
dırılması (Çili) vasitəsilə həyata keçirilə bilir.  
Nəzərə  almaq  vacibdir  ki,  ən  yaxşı  inkişaf  strategiyaları, 
yerli  özəllikləri  nəzərə  almalı,  üstünlükləri  inkişaf  etdirilməli  və 
maneələri tədricən aradan qaldırılmasını əsas götürməlidir. Məhz 
bu  baxımdan,  dünya  təcrübəsi  sübut  edir  ki,  universal  səmərəli 
Расим Щясянов 
 
88 
 
islahat modeli yoxdur. Bütün məqsədlərə eyni zamanda nail olun-
ması,  praktiki  cəhətdən  mümkün  deyildir.  Ən  mühümü,  iqtisadi 
artıma qarşı maneələri eyni vaxtda azaltmaqdır.  
Ayrı-ayrı  ölkələrdə  belə  maneələr  özləridə  fərqlidir.  Ona 
görə  də  islahatlar,  dəqiq  düşünülmüş  proqramlarla  aparılmalıdır. 
Bu  baxımdan  məhşur  Vaşinqton”  və“Post-Vaşinqton”  konses-
susları,  konkret  fəaliyyət  strategiyası  yox,  ümumi  problemlər 
siyahısı kimi qəbul edilməlidir. Ümumiyyətlə son dövrlərin təcrü-
bəsi göstərir ki, Xirsmanın yanaşması özünü daha çox doğruldur. 
Zaman ötdükcə iqtisadiyyatın zənginləşməsi, dinamik modellərin 
üstünlüyünü artırır, indi ,sekond-best” (ikinci yaxşı), iqtisadiyyat 
modelinin  tərəfdarları  çoxalır,  “davranış”  iqtisadiyyatı    isə,  “ra-
sional  oyunçunu”  pis  vəziyyət  salır.  qtisadiyyatın  siyasiləşməsi, 
yenidən adi hadisəyə çevrilir.  
           
2.5. Dövlətin bazar iqtisadiyyatında iştirakı zərurəti, 
mahiyyəti  və məqsədləri 
             
 
Məlum  olduğu kimi,  klassik mənada iqtisadiyyat – insan-
ların  qeyri-məhdud  tələbatının,  məhdud  xarakterli  təbii  resurslar 
və  istehsal  imkanları  ilə,  ödənilməsi  problemlərini,  həll  etməyə 
çalışan  elm  və  praktiki  fəaliyyət  sahəsidir.  Bütövlükdə  iqtisadiy-
yat,   tədqiqat  baxımından  fərqlənən,  institusional xarakterli  iki   
böyük  bölməyə ayrılır:  mikro və  makroiqtisadiyyat. 
Mikroiqtisadiyyat  –
 ayrı-ayrı iqtisadi  elementlərin, iqtisadi 
davranışını  öyrənir.  Belə  elementlərə,  ev  təsərrüfatları,  firmalar, 
sahələr və konkret bazarlar aiddir. 
Ümumiləşmiş  şəkildə,  mikroiqtisadiyyatın  problemləri, 
ayrı-ayrı  məhsul  və  xidmətlərin  istehsal  həcmləri  və  qiymətləri, 
həmçinin  müxtəlif  bazarların,  qarşılıqlı  fəaliyyəti  nəticəsində, 
məhdud ehtiyatların, yenidən bölgüsünün sonsuz alternativlərinin 
yaranmasına aiddir. 
Makroiqtisadiyyat 
isə əksinə, iqtisadiyyatın bütövlükdə fəa-
liyyətini tənzimləyir. Burada əsas diqqət,  məhsul və xidmətlərin 


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə