Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə16/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   ...   12   13   14   15   16   17   18   19   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
61 
beralizm-neoliberalizm  kimi,  sosial  bazar  təsərrüfatı  nəzəriyyə-
çilərinin baxışlarının özünəməxsusluğunu ifadə edən addır), bazar 
prosesinin, arzuolunmaz, sosial nəticələr döğurmasını qəbul edir-
di.  Belə  nəticələr,  bəzi  ümumi  bəşəri  meyarlara  uyğun  olmadığı 
üçün, müəyyən korreksiyalara ehtiyac yaradır. 
Neoliberalların  hamısı,  səmərəli  fəaliyyət  göstərən  rəqabət 
mexanizmindən  kənarda,  əlavə  “sosial  siyasət”in  olmasını  zəruri 
hesab  edirlər. Lakin, rəqabət mexanizminin institusional forması 
haqda,  neoliberalların  fikirləri  üçt-üstə  düşdüyü  halda,  yardımçı 
sosial  siyasətin  təbiəti  haqda,  onların  fikirləri,  fərqli  idi.  Fray-
burqlu ordoliberallarla müqayisədə, A.Müller-Armak sosial inqri-
dientlərə,  xüsusi  ilə  iqtisadi  təhlükəsizliyin  siyasi  aspektlərinə, 
daha çox diqqət yetirirdisə, B.Pienke daha geniş, sosial və mənəvi 
qiymətlərə  üstünlük  verirdi.  Frayburq  universitetinin  professoru 
V.Vanberqin  fikrincə,  alman  neoliberallarının  hazırladığı  sosial 
siyasət proqramında, sosial ədalət və bərabərlik, iqtisadi və sosial 
mərkəzsizləşdirmə ideyaları aparıcı rol oynayırdı. Ona görə də, bu 
proqramda  gəlirlərin  yenidən  bölgüsu,  sosial  təhlükəsizlik  və 
ə
dalətli sosial siyasət, kiçik və orta sahibkarlığa yardım, şəhər və 
regional,  planlaşdırma    orqanlarının  institusional  strukturunun 
islahatları və s. tədbirlər xüsusi yer  almışdır. 
deya baniləri, sosial bazar təsərrüfatını iqtisadi, sosial və si-
yasi nizam kimi qəbul edərək, sosial siyasətə (onun bütün təzahur 
formalarında),  bazarın  azadlığının  uzunmüddətli  siyasi  zəmanəti 
kimi,  xüsusilə  önəm  verirdilər.  Onlar  döğru  olaraq  belə  hesab 
edirdilər  ki,  bazar  nizamının  yüksək  iqtisadi  səmərəliliyi,  öz-
özlüyündə  onun  uzunmüddətli  stabilliyini  təmin  edə  bilməz.  Bu,  
yalniz  o halda mümkün  ola bilər ki, stabilliyin təmin olunması, 
daha çox adamlar üçün, mühüm əhəmiyyətli məsələ kimi, (məsə-
lən,  iqtisadi  təhlükəsizlik,  bölgü  prolblemi  və  s.),  sosial  nizamın 
ə
hatə  dairəsinə  aid  edilsin.    Hesab  edilirdi  ki,  siyasi  baxımdan, 
azad bazar nizamı, geniş ictimai dəstək aldıqda yaşaya  bilər. Ona 
görə də  onların, yardımlı sosial siyasət,  proqramını “kompensa-
siya yaradan mexanizm” kimi, qəbul etmək olar. 
Расим Щясянов 
 
62 
 
Bazar prosesinə korreksiyanı mümkün hesab edən, alman 
neoliberalları, eyni zamanda, bu siyasətin,  kobud  müdaxilələrlə 
yox,  bazara  uyğün  və  qiymət  mexanizminə  mane  olmamaq  şərti 
ilə, aparılmasını  zəruri hesab edirdilər. Hətta B.Oykenin fikrincə, 
sosial siyasət, bazar prosesinə birbaşa müdaxilədən fərqli olaraq, 
formalaşmış  struktur  sərçivəsində,  daha  səmərəli  fəaliyyət  gös-
tərən institusional siyasətin tərkib hissəsi olmalıdır. 
           “Nizam nəzəriyyəsi” konstitusiyalı iqtisadiyyatdır.  “Ni-
zam nəzəriyyəsi” və “Nizam siyasəti” anlayışlarının, mahiyyətcə 
özünəməxsusluğunu müəyyənləşdirmək üçün, “iqtisadi nizam” və 
ya  “sosial  nizam”  anlayışlarının  iki,  fərqli,  şərhinə  nəzər  salmaq 
vacibdir.  Bu  anlayışlar  bir  tərəfdən,  müəyyən  sosial  mühit  daxi-
lində, adamların seçimləri çoxluğunun birləşməsi nəticəsində, ya-
ranan  fəaliyyət  və  sövdələşmələrin  yekun  “şəklini”  ifadə  etmək 
üçün istifadə olunur. Digər tərəfdən isə bu terminlərlə, adamların 
fəaliyyəti və sövdələşmələrinin yekun “şəklini”, müəyyən mənada 
“yaradan”  və  tərəflərin  seçimini,  onların  sosial  nizamına  uyğun-
laşmasını  təmin  edən,  qanun  və  qaydalar  sistemini  işarə  edirlər. 
Bu    fərqləri,  F.Xayek  “fəaliyyət  nizamı”  ilə,  “qaydalar  nizamı” 
arasındakı  fərqlər  kimi,  xarakterizə  edir.  
“Nizam  nəzəriyyəsi”  və  “nizam  siyasəti”,  iqtisadi  nizam 
anlayışını,  sözün  ikinci  mənasında,  yəni  fərdlərin  öz  seçimlərini 
həyata keçirdikləri, institusional sərhədləri müəyyənləşdirən, qay-
dalar (qanunlar) sistemi kimi qəbul edir. Bu mənada, sosial bazar 
təsərrüfatı  konsepsiyası,  müasir  konsitusiyalı  iqtisadiyyatın  əsas 
xüsusiyyətini  ifadə  edir.  Belə  konsepsiya,  institusional  iqtisadi 
nizam  probleminə,  siyasi  seçim  problemi  kimi    baxmaqla,  əsas 
diqqəti,  hüquqi  institusional  strukturun,  bazar  elementlərinin 
fəaliyyəti və sövdələşmələrin yekun şəklinə,  necə təsir  etməsinə 
yönəldir.  
Alman “nizam nəzəriyyəsinin” və müasir konstitusiyalı iqti-
sadiyyatın,  əhəmiyyətli  oxşarlığına  baxmayaraq,  onlar  bir-birin-
dən  müəyyən  dərəcədə  fərqlənirlər.  Məsələn,  konstitusiyalı  iqti-
sadiyyat  nəzəriyyəsində,  hüquqi  konstitutsion  qaydaların,  alter-
nativ  sıralarının  xüsusiyyətlərinin  müqayisəli  təhlili,  ilk  dəfə, 


Игтисади сийасят: методолоэийа вя практика 
 
63 
iqtisadçı  Valter  Oyken  və  hüquqşunas  Frans  Byem  tərəfindən, 
təklif olunmuş və sonralar, onların tələbələri tərəfindən davam et-
dirilmişdir. Lakin, alman neoliberalizminin digər, tanınmış nüma-
yəndəsi olan A.Müller-Armak üçün, bu yanaşma, aparıcı olmamış 
və  heç  də  həmişə,  onun  sosial  bazar  təsərrüfatı  konsepsiyası  ilə, 
üst-üstə  düşməmişdir.  B.Vanberqenin  fikrincə,  məhz  bu  baxım-
dan,  demək  olar  ki,  “oyun  qaydaları”  kimi  qəbul  edilən,  konsti-
tusiyalı  iqtisadiyyatla  (Oyken  və  Byem),  “nəticə”  kimi  qəbul 
edilən  konstitusiyalı  iqtisadiyyat  arasında  müəyyən  ziddiyyətlər 
vardır.  Əslində  bu  ziddiyyət,  “sosial”  termininin  Müller-Armak 
konsepsiyasındakı, iki mənalığı ilə bağlıdır. Bir tərəfdən bu, bazar 
nizamının hüquqi institusional struktur və onun daha geniş, sosial 
institusional  nizamın  tərkib  hissəsi  olmasına,  münasibəti  təzahür 
etdirir. Digər tərəfdən isə bu, bazar prosesinin nəticələrinin xarak-
teristikası  kimi  qiymətləndirilir.  Bu  mənada  Müller-Armak  kon-
sepsiyası,  bazarın  yaratdığı  və  geniş  sosial  məqsədlər  və  meyar-
lara  tam  uyğun  qəlməyən  nəticələrin  aradan  qaldırılması  üçün 
siyasi iradəlik və niyyətlərin mövcudluğunu ifdə edir.  
Konstitusiyalı  və  ya  qaydaların  (qanunları)  qorunmasına 
istiqamətləndirən iqtisadiyyat, sosial bazar təsərrüfatı konsepsiya-
sının, tam mənada, “nizam nəzəriyyəsi” kimi, qəbul edilən cəhət-
lərində daha düzgün əks olunur. Dövlətin, “iqtisadı nizam” yara-
dılmasında  aktiv  rolunu  müdafiə  edən  alman  neoliberalları,  belə 
hesab  edirlər  ki,  bu,  dövlətin  iqtisadi  proseslərə  birbaşa  müda-
xiləsini yox, müvafiq “oyun qaydalarının” yaradılması, tətbiqi və 
korreksiyasını  əhatə  edir.  Qaydaların  qorunması  yönündə,  pers-
pektivlərin  müəyyənləşdirilməsində,  alman  “nizam  nəzəriyyəsi” 
və  müasir  konstitusiyalı  iqtisadiyyat  konsepsiyası,  sıx  qarşılıqlı 
ə
laqəli olsa da, onlar kifayət qədər müxtəlif, məsələlər üzrə istiqa-
mətlənmişdir.  Müxtəlif  yanaşmaların  təhlili  gostərir  ki,  konsti-
tusiyalı  iqtisadiyyatın,  tətqiqat  predmetinin  vahid  şərhi  yoxdur
1

Konstitusiyalı  iqtisadiyyatın  mahiyyəti  haqda,  iki  tərif  var.  Bu 
                                           
1
Hayek F. Low. Legistation and Librerty Vol. 11- London, 1973, p.238. 
 
Расим Щясянов 
 
64 
 
təriflər  “konstitusiya” termininin iki şərhi ilə bağlıdır. Birincisi - 
“ümumi”  anlamda  “konstitusiya”  dedikdə,  adamların  sosial  dav-
ranışını müəyyənləşdirən, bütün qaydaların “əhatə” olunması başa 
düşülür. Bu halda, konstitusiyalı iqtisadiyyat konsepsiyası, əsasən 
qaydaların  və  institutların  yaranması  və  dəyişməsi,  onların  fərd-
lərin  qarşılıqlı  əlaqəsinə  təsirini  öyrənir.  Daha  “dar”  anlamda, 
“konstitusiya”  termini,  qaydaların  (qanunların)  xüsusi  hissəsini, 
məhz  dövlət  qaydalarını  (qanunlarını)  əhatə  edir.  Bu  mənada, 
konstitusiyalı  iqtisadiyyat,  elə  qaydaları  əhatə  edir  ki,  onlar, 
“dövlətin”  yaradılmasının  əsaslarını  və  onun  fəaliyyətinin  məh-
dudlaşdırıcı çərçivəsini, müəyyən edir
1
.  
          Müqayisədən  qörünür  ki,  alman  “nizam  nəzəriyyəsi”,  əsas 
diqqəti, kortəbii bazar nizamının hüquqi, institusional strukturuna 
və  müəyyən  mənada,  onun  əksi  olan,  mərkəzləşdirilmiş  planlı 
iqtisadiyyata yönəldilir. Dövlətə hansı  məhdudiyyətlərinin lazım-
lı olması, müasir konstitusiyalı iqtisadiyyat  ilə müqayisədə,  so-
sial  bazar  təsərrüfatı  nəzəriyyəçilərini  daha  az  maraqlandırır. 
 
Alman  neoliberallarının,  elmi  və  siyasi  proqramlarının, 
ümumi  məqsədinin  dövlətin  və  özəl  qüvvələrin  məhdudlaşdırıl-
ması  və  onlara  nəzərət  olunması  təşkil  edirdi.  Ümumi  şəkildə 
onlar, siyasi konstitusiya ilə, iqtisadi və sosial konstitusiyanı  bir-
ləşdirən,  tam  əhatəli  konstitusiya  nizamı,  konsepsiysının  tərəf-
darları kimi çıxış edirlər. Konstitusiyalı iqtisadiyyatın və ya qay-
daların  (qanunların),  qorunmasına  istiqamətlənən  iqtisadiyyatın, 
yuxarıda  şərh  olunan  təhlili,  sosial  bazar  təsərrüfatı  konsepsi-
yasının,  yalnız  bir  tərəfini-istiqamətini  əks  etidirir.  Qeyd  olun-
duğu  kimi,  bu  konsepsiyaların,  qaydaların  qorunmasını  mütləq 
hesab  etməyən  istiqamətidə  vardır.  Bu  istiqamət,  rəqabətli  bazar 
nəticələrinin,  prosesin  gedişində  əldə  oluna  bilməyən,  sosial 
məqsədlərlə, uzlaşmasını təmin etmək üçün, siyasi korreksiyaların 
aparılmasını zəruri hesab edir. 
                                           
1
 В.Ванберг.  «Teoрия порядка» и конституционная  экономика. Вопросы  
экономики
. 1999, № 12. С. 99. 
 


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə