Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə13/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   ...   9   10   11   12   13   14   15   16   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
49 
Bu iki kateqoriyanın üzvü vəhdəti,  «istehsal üsulunu»  yaradır və 
iqtisadi bazis üzərində sosial-siyasi üstqurum formalaşır. Bu nəzə-
riyyənin  ən  böyük  fərqləndirici  cəhəti  inkişafın  determinləşdi-
rilməsidir.  Məhz  ona  görə  də  Marks  formasiyaları  bir-birini      
inqilablarla  əvəz edir və kommunizmlə bitir. 
        U.Rostounun  «iqtisadi  artım  mərhələləri»  nəzəriyyəsi    
isə  əksinə,  evolyusiyalı  inkişafın  mövcudluğunu  əsas  götürür.  
Rostou iddia edir ki, tarixi iqtisadi inkişafın əsasında üç ümumi-
ləşdirici  cəhət  dayanır:  -  texnikanın  inkişaf  səviyyəsi;  iqtisadi 
artım  sürətinin  yığım  norması;  istehlak  norması.    Bu  cəhətlərin 
keyfiyyət fərqliliyinə görə Rostou iqtisadi inkişafın beş mərhələ-
sini fərqləndirir. 
1.
  Ənənəvi  və  ya  sinifli  cəmiyyət.  Onun  əsas  əlamətləri: 
kənd  təsərrüfatının  üstünlüyü,  iqtisadiyyatda  statik  tarazlıq, 
aşağı  yığım  norması,  istehsalçıların  ETT-ni  inkar  etməsi, 
yüksək əhali artımı. Aşağı iqtisadi artım və əhalinin yüksək 
artımı,  gəlir  səviyyəsi  və  əhalinin  sayının  stabilləşməsinə 
gətirir. 
2
  Yüksəlişə  doğru  inkişaf  üçün  şəraitin  yaradılması 
dövrü. Bu dövr istehsalın səmərəliliyinin və iqtisadi artımın 
təmin olunması üçün şəraitin tədricən yaradılması ilə xarak-
terikdir. 
3.    Yüksəliş  dövrü. Onun əsas əlamətləri, milli gəlirdə  yı-
ğ
ım normasının artırılması, ETT-nin nəaliyyətlərinin tətbiqi 
vasitəsilə  hakimiyyət  institutları  və  ənənələrin  inkişafa  ma-
neələrinin aradan qaldırılması və s. hesab olunur. 
4    Yetkinliyə  doğru  inkişaf  dövrü.  qtisadi  artımın  sürəti 
çoxalır.  stehsal həcminin genişlənməsi, əhalinin artım sürə-
tini üstələyir və nəticədə əhalinin həyat səviyyəsi yüksəlir. 
5.
  Yüksək  kütləvi  istehlak  cəmiyyəti.  Bu  mərhələdə,  is-
tehsalın artımı üçün, resurs məhdudluğu problemi yox olur. 
Ə
ksinə,  istehlak  və  ekoloji  təmizlik  cəhətdən  məhdudiy-
yətlər  yaranır,  uzunmüddətli  istehlak  məhsullarına  və 
xidmətlərə tələbin əhəmiyyəti artır. 
Расим Щясянов 
 
50 
 
Son dövrlərdə  isə, iqtisadi   inkişaf konsepsiyaları sırasında, 
«Sənaye    və  postsənaye  cəmiyyəti»  nəzəriyyəsi  daha    çox  şərh 
olunur. Konsepsiyanın müəllifi Helbreyt hesab olunur. Onun ma-
hiyyətini, müasir sənaye strukturunun inkişaf perspektivləri meyli 
təşkil edir. 
Bütövlükdə  iqtisadi  dinamikanın  inkişafı,  yuxarıda  qeyd 
olunduğu kimi, uzunmüddətli xarakterli meyillər əsasında forma-
laşan, artım nəzəriyyələri ilə izah olunur. Lakin, iqtisadi inkişafın 
artım nəzəriyyəsi ilə yanaşı, iqtisadi fəallığın rəqslərinin xarakteri 
ə
sas  götürülən  «inkişafın  dövrülüyü»  nəzəriyyələri,  daha  çox 
istifadə olunur. 
qtisadi inkişafın dövrülüyü nəzəriyyələri.  qtisadi inkişafın 
dövrülüyü  nəzəriyyələri,  iqtisadiyyatın  tarazlı  inkişafını  xarakte-
rizə edən göstəricilər toplusunun vəziyyəti ilə, «iqtisadi konyunk-
turanı» qiymətləndirməyə imkan verir. 
nkişafın dövrülüyü nəzəriyyələri, dünyanın inkişafının əsa-
sı kimi dünya elmində Qədim Yunanıstan və Qədim Çin dövrün-
dən (xüsusi ilə Çin daosların əsərlərində) məlumdur. 
  qtisadi inkişafın dövrülüyü nəzəriyyələrinin, elmi əsaslan-
dırılmış  şəkildə  formalaşması,  iqtisadi  böhran  və  tənəzzüllərin     
getdikcə qloballaşması  fonunda  baş vermişdir. 
Doğrudur,  hələ  XVIII  əsrdə  geniş  miqyaslı  böhranlar,  o 
cümlədən 1720-ci  ildə Fransa və  ngiltərədə, Missispi və Cənub 
Dəniz  Kompaniyası  ətrafında  baş  verən  təlatümlər,  dövrünün  in-
kişaf  etmiş  ölkələri  kimi  yenə  də  Fransa  və  ngiltərədə  1763-
1793-cü  illərdəki  ticarət  böhranları,  konyukturanın  güclü  dəyiş-
mələrini  doğuran səbəblər  kimi, ciddi müzakirələrə səbəb olmuş-
dur.  Lakin  həmin  dövrlərdə  bu  hadisələr,  daxili  səbəblərlə  yox, 
xarici və formal səbəblərlə izah olunmuşdur.  1815-ci ildə, məş-
hur  Vaterleo  döyüşündən  sonra,  ticarətin  qısa  müddətdə  can-
lanması istehsalın kəskin artmasına səbəb oldu. Lakin, cəmi bir il 
sonra,  alıcılıq  qabiliyyətinin  kəskin  aşağı  düşməsi  səbəbindən 
böhran  yarandı.  Daha bir ildən sonra, 1817-ci ildə canlanma baş 
verdi,  sənayedə  yüksəliş  yarandı,  ancaq  1819-cu  ildə  yenə  aşağı 
düşmə  və  1821-ci  ildən  isə  yüksəliş  baş  verdi.  Yeni  canlanma 


Игтисади сийасят: методолоэийа вя практика 
 
51 
1825-ci ildə, artım pikində, panikaya çevrildi. Məhz bu hadisələr 
Adam  Smit  və  David  Rikardonun  ilkin  bitkin  elmi-iqtisadi 
nəzəriyyələrində,  inkişafın  dövrülüyünü,  təsadüfi  faktorlarla  izah 
etmək cəhdlərinin doğru olmadığını göstərdi. 
Klassik  iqtisadçıların  mövcud  baxışlarının,  reallıqdan  fərq-
lənməsi,  iqtisadi  inkişafın  yeni  prinsiplərini  formalaşdırmağı 
zəruri  edirdi.  Yeni  baxışların  formalaşmasında,  pionerlik  Simon 
de  Sismondiyə  məxsusdur.  «Yeni  Edinburq  ensiklopediyası» 
üçün,  «Siyasi  iqtisadın  yeni  prinsipləri»  adlı  məqalə  yazan  Sis-
mondi  (1819  il)    Vaterleodan  sonra  baş  verən  böhranları      təhlil   
edərək,  bir sıra yeni iqtisadi  prinsiplər təklif etdi. Onun fikrincə, 
dövrülük  və  böhranların  baş  verməsinin  aşağıdakı  kimi  əsas 
səbəbləri vardır. 
1.
  Cəmiyyətin  iqtisadi  strukturunun  təşkili  qeyri-təkmil  oldu-
ğ
undan, sahibkar «metofizik cəmiyyət» düşüncəsi ilə hərəkət 
edir.  Onun  istehsal  üçün  əsas  meyarı,  qiymət-xərc  münasi-
bətidir. Lakin, öz aralarında, hər hansı digər koordinasiya ol-
madığına görə, həmişə mümkün sərhədlər pozulur. 
2.
  Sənaye yüksəlişi dövründə, istehlaka  yönəldilə biləcək gəlir, 
bazarın təklifindən az olur. Çünki istehlaka tələb, Sismondi-
yə görə, əvvəlki ilin gəliri ilə müəyyənləşir.  nkişaf dövründə 
isə, cari ilin məhsulu ilə, əvvəlki ilin gəliri arasında ciddi fərq 
yaranır. 
3.
  Zəngin    ölkələrdə  istehsalın  həcminin  artımı,  tələblə  yox, 
kapitalın artması ilə bağlıdır. Bu isə qeyri-düzgün meyildir. 
4.
  Sismondinin  ən  vacib  tezisi  isə,  böhranın  səbəbinin,  gəlirin 
qeyri-bərabər bölgüsündə olmasıdır. 
Dünya  təcrübəsində,  iqtisadi  inkişafda  müşahidə  olunan 
dövrülüyün  intensivləşməsi,  onu  izah  edən  nəzəriyyələrin  çoxal-
masına  səbəb  oldu.  U.Mitçellin  fikrincə,  artıq  XIX  əsrdə  onları  
ideoloji tezislər üzrə aşağıdakılar kimi quruplaşdırılması mümkün 
oldu
1
.
 
                                           
1
 
Уэслей
 К.Митчелль.   Экономические циклы.  М., 1930. С.5-6. 
 
Расим Щясянов 
 
52 
 
    qtisadi  dövrlərin  fiziki  proseslərə  müvafiq  izahı   
nəzəriyyələri. 
1. Helbert Cevons
 nəzəriyyəsi. Məhsuldarlıq dövrlərinin 3,5 illik 
günəş radiasiyası dövrləri və 7-illik, 10-illik konyuktura dövrləri 
ilə  üst-üstə  düşməsini  iddia  edir.  Bu  nəzəriyyə  1801-ci  ildə 
Uilyam Herşelin
 günəş ləkələrinin dəyişməsinin, metroloji şəraiti 
və  beləliklə  məhsuldarlıq  və  qiymətləri  dəyişməsi  tezisinə  əsas-
lanırdı.  Bu  tezis  Şvab  tərəfindən  kəşf  olunmuş  və  1857-ci  ildə 
Kral  Astronomik  cəmiyyət  tərəfindən  təsdiq  olunmuş  günəş 
ləkələrinin dövrülüyü ideyası ilə daha da inkişaf etmişdir.  
lk  dəfə  Uilyam  Stenli  Cevons  (ata)  1721-1878-ci  illərin 
ticarət  konyukturunu  tədqiq  edərək,  157  ildə  16  böhranın  oldu-
ğ
unu  aşkar  etdi.  Başqa  sözlə,  konyukturanın  10,466  illik  döv-
rünün,  günəş  dövrü  ilə  10,45  tam  üst-üstə  düşdüyünü  göstərdi. 
Lakin 1878-ci ildə, astronomlar günəş dövrünü 11 il hesablamağa 
başladılar.  Ona  görə  də  H.Cevons  (oğul)  konyuktura  dövrlərinin 
3,5 illik tezisini əsaslandırdı. Onun fikrincə iqtisadi artımın 1 döv-
rü bum yaratmır.  ki və ya üç dövr birlikdə isə bum yarada bilər 
və onun mənfi təsiri güclənər. 
2.  Henri  Murnəzəriyyəsi
.  Amerikan  alimi  Henri  Mur,   
1814-cü ildə, Veneranın Yerə nisbətən vəziyyətinin  dəyişməsinin  
8  illik  dövrünü  əsas  götürərək  təklif  etdi  ki,  metreoloji  şərait, 
məhz bu dövrülüklə dəyişir. Murun ideyasının əsasını, 8 ildən bir 
Veneranın,  Yerə  istiqamətlənmiş  günəş  şüalarının  qarşısına  çıx-
ması  nəticəsində,  maqnit  sahəsinin  dəyişməsi  müddəası  təşkil 
edirdi. 
Yerin  maqnit  sahəsinin  dəyişməsi,  yağıntının  miqdarını  və 
beləliklə məhsuldarlığı dəyişir. Buna görə Mur, 8 illik və 33 illik 
konyuktur dövrləri təklif etdi. Lakin, Murun nəzəriyyəsi, hamılıq-
la qəbul edilmədi. Məsələn, U.Beveric, Avropada taxılın qiymət-
lərinin 300 illik (1545-1844) dinamikasını harmonik analiz üsul-
ları  ilə,  tədqiq  edərək,  metreoloji  şəraitin  dəyişməsinin,  bir  neçə 
müxtəlif dövrülüyünün olmasını aşkar etdi. Onun dövrləri, 5,1 və 
35,5; 5,671; 9,750; 54,0; 68,0 və s. arasında, 8 illik dövr olmamış-
dır.  Bevericin  əsas  nəticəsi  ondan  ibarətdir  ki,  günəş  sistemində 


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə