Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə9/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   ...   5   6   7   8   9   10   11   12   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
33 
sülh 
azadlığı 
Hərəkət sərbəstliyi  Təbii sərvətlər 
Müxtəlif 
nəsillərin 
imkanlarının bərabər-
liyi 
                                                   Aralıq məqsədlə
 
qtisadi siyasətiin prinsipləri dedikdə qərar qəbuluna təsir 
edən,  uzunmüddətli  xarakterə  malik  mülahizələr  başa  düşülür. 
Belə mülahizələrə, məsələn, bazar qanunlarının uçotu prinsipi və ya 
xarici istehsalçılara ayrı - seçkiliyin yol verilməzliyi aid edilə bilər. 
Prinsiplərin pozulmasına çox nadir hallarda yol verilə  bilər.  
Belə  hallara  iqtisadi  vəziyyətin  hədsiz  ağır  olduğu  şərait  və  ya 
qərar  qəbulu  müddətinin  böyüklüyü,  yəni  qərar  qəbulu  zərurəti 
yalnız  müəyyən  məqamlarda  yaranan  (məsələn,  iqtisadiyyatın 
stabilləşdirilməsinin keynsçi siyasəti) hallar aid edilə bilər. Rasio-
nal iqtisadi siyasət baxımından belə hallarda nəzərdə tutulan təd-
birlərin əhali üçün vacibliyi əsaslandırılmalı  və  bu zaman strate-
giyanın  düzgün  seçimi,  o  cümlədən,  ölkə  daxili  və  beynəlxalq  
strategiyaların  fərqləndirilməsi  təmin  edilməlidir.  Əks  halda  iq-
tisadi siyasəti ölçülüb-biçilmiş hesab etmək olmaz.  
qtisadi  siyasət  strategiyaları.  Rasional  iqtisadi  siyasətin 
mühüm  tələblərindən  birini  seçilmiş  strategiyaların  nəticələrinin 
dövrü olaraq qiymətləndirilməsi və onun realizasiyasının nəzarət-
də  saxlanılması  təşkil  edir.  Bu  zaman  qiymətləndirmə  meyarı 
kimi  iqtisadi  səmərəlilik,  siyasi  hərəkətlərin  rasionallığı,  istifadə 
olunan metodların rasionallığı (hüquqi normaların qorunması) qə-
bul  edilə  bilər.  Vasitələrin  seçimində  isə  xərclərin  və  nəticələrin 
təhlilini  aparmaqla  alternativ  variantların    müqayisəsi  məqsədə-
uyğundur.  Bu  zaman  müddətin  ölçüsü  xüsusi  əhəmiyyətə  malik-
dir.  Qısa  müddət  seçimi  məhdudlaşdırır  (məsələn,  gözlənilən 
siyasi seçkilər). 
Qısa,  orta  və  uzunmüddətli  əsas  effektlər  ictimai  məhsulun 
allokasiyası, bölgüsü və maliyyələşdirilməsi sferalarında müşahi-
də olunur. Allokasiya sferasında resursların istehlak və ya inves-
tisiya  məqsədlərinə  istifadəsi  fərqləndirilirsə,  bölgüdə  ictimai 
məhsulun şəxslər və ya nəsillər arasında bölgüsü effektinə baxılır. 
Расим Щясянов 
 
34 
 
Maliyyələşmə  baxımından  isə  daxili  və  xarici  maliyyələşmə 
effektləri nəzərdən keçirilir.  
Alətlərin seçiminə gəldikdə isə siyasi hakimiyyətin daşıyıcı-
ları  kimi  səlahiyyət  institutlarını  müəyyənləşdirmək  vacibdir. 
Belə institutlar arasında məsuliyyət dəqiq bölüşdürülməlidir. Ayrı 
-  ayrı  institutların  qarşılıqlı  əlaqəsinin  problemin  effektli  həllinə 
təsirini  müəyyənləşdirməkdə  mühüm  məslələrdəndir.  Institutlar 
arasında  məsləhətləşmələr,  koordinasiya  və  kooperasiyanın  apa-
rılması  da  iqtisadi  siyasətin  ümumi  effektivliyini  artırmaq  baxı-
mından vacib sayılır. 
1.4.  qtisadi siyasətdə xətalar  və onlardan  
qaçmaq yolları 
 
“Dövlət  xadimləri cərrahlara  bənzəyir,  
onların səhvləri öldürücüdür”!       
 
Mauriak Fransis,  
fransız  yazıçısı, 1952-ci il  
Nobel mükafatı laureatı 
 
Mahiyyət  etibarilə, iqtisadi  siyasətin  məqsədləri  hər   bir  
halda, dövlətin və xalqın mənafelərinə  xidmətə hədəflənir. Lakin 
nəzərdə tutulan   fəaliyyətin  obyektiv və arzuolunan nəticəlilyini, 
müxtəlif    səbəblərdən,  heç  də  həmişə  təmin  etmək  mümkün    ol-
mur. Bu əslində iqtisadi siyasətin predmetinin olduqca  mürəkkəb  
və  zərif olması ilə əlaqələndirilə bilər.  qtisadi  siyasətdə düzgün 
olmayan motivlər, institusional iqtisadi sistemin yalançı siqnalları 
ümumi  idarəetmədə  səhvlərin  yaranmasına  səbəb  olur.  Başqa 
sözlə,  iqtisadi  inkişafın  olduqca  çox  sayda  faktorlardan  asılı  ol-
ması, iqtisadi  siyasətdə   xətaları qaçılmaz edir.  Tanınmış alman 
iqtisadçısı Horst Zibertin fikrincə aparılan siyasətin ən  mühüm və 


Игтисади сийасят: методолоэийа вя практика 
 
35 
ə
n  çətin  vəzifəsi    mümkün  və  gözlənilən  arzuolunmaz  nəticələr 
haqqında vaxtında siqnallar  verməkdir
1

Dünya  təcrübəsində,  ilk  baxışdan  obyektiv  meyarlara  və 
adekvat  nəticələrə  istiqamətlənmiş,  və  müxtəlif  ölkələrdə  tətbiq 
edilmiş,  iqtisadi  siyasət  strategiyalarının  çoxsaylı  nəticələri  gös-
tərir  ki,  iqtisadi  siyasət  olduqca  həssas  və  incə  yanaşmalar  tələb 
etdiyindən  onun  realizasiyasının  nəticələri,  heç  də  həmişə  istə-
ninlən kimi olmur. Bu fikrin doğruluğunun sübutu kimi,  iqtisadi 
siyasətin  faktiki  nəticələrinin  aşkarladığı,  müxtəlif  və    ibrətamiz 
xətalarından aşağıdakı iki  nümunəni  nəzərdən  keçirməyi   məq-
sədəmüvafiq  hesab  edirik. 
• ngilis müstəmləkəsi zamanı Hindistanda çoxlu gürzə ilanı 
yaranmışdı. Hökumət onunla mübarizə üçün hər öldürülən gürzə 
başına mükafat verməyi  qərara  alır.  Lakin əks  effekt  yaranır, in-
sanlar daha çox pul qazanmaq üçün   ilanları artırmağa başlayır. 
•1992-1994-cü ildə neft böhranı zamanı Venesuela hökumə-
ti neft ixracını artırmaq üçün ölkə daxilində neft məhsullarının is-
tehlakını  azaltmaq  qərarına  gəlir.  Siyasi  səbəblərdən  daxili  qiy-
mətləri  artıra  bilmədiyi  üçün,  hökumət  inzibati yola  keçir.  Qərar 
verilir  ki,  cüt  günlər  cüt  nömrəli  maşınlar,  tək  günlər  isə  tək 
nömrəli  maşınlar  işləsin.  Venesuelalılar  isə  çox  tez  müddətdə 
çıxış  yolu  tapırlar.  Onlar  ikinci  maşını  alaraq  hər  gün  maşın 
sürmək imkanı əldə edirlər. 
Məsələ  ondadır  ki,    “iqtisadi  özünü  təminetmə”  zərurəti  və 
onun  yaratdığı  yanaşma  məharəti,  insanları  hər  cürə  hiyləgərliyə 
ə
l atmağa məcbur edir. Çox müxtəlif şəraitdə çalışan adamlar, öz 
həyatlarını  yüngülləşdirmək  üçün,  cari  istehsal  və  istehlak  çərçi-
vəsindən çıxaraq daha geniş baxmağa, bütün imkanlardan bəhrə-
lənməyə çalışırlar. 
Müasir  iqtisadi  nəzəriyyədə  bu  “assiosativ  qabiliyyətlər” 
termini  ilə  adlandırılır.   Buraya  öz  fəaliyyətində  müxtəlif   hiylə-
                                           
1
 Х.Зиберт.  Эффект  кобры.  Как  можно  избежать  заблуждений    в  эконо-
мической
 политике.  Пер. с немецкого, СПб,  2003. 
 
Расим Щясянов 
 
36 
 
lərlə,  başqalarına  zərər  vurmamaqla,  öz  qazanclarını  əhəmiyyətli 
artıranlar  da  aid  edilir.  Məsələn  Qreqar  fon  Ressorinin  “Məğrib 
ə
hvalatlarında” hər malın altı qiyməti müəyyənləşdirilir: kasıblar 
üçün,  varlılar  üçün,  xaricilər  üçün;  bu  qiymətlər  özləri  də  iki 
növdür:  ağıllı  kasıb  və  axmaq  kasıb,  ağıllı  varlı  və  axmaq  varlı, 
ağıllı xarici və axmaq xarici üçün qiymətlər müəyyənləşdirilir. 
Aydındır  ki,  hətta  bazarda  sövdələşən  iki  nəfərin  arasında, 
kiminsə insafsız hərəkəti mümkündürsə, onda ayrı-ayrı  fərdlərlə, 
kollektivin  və  ya  hökumətin  münasibətlərində  insafsızlığa  daha 
tez-tez rast gələ bilər. “Gürzə effekti” belə münasibətlərdə hər an 
yarana  bilər.  Yəni  adamlarda  həmişə  siyasətçilərin  yaratdığı 
“qaydaları”  üstələmək  imkanları  yarana  bilər.  Siyasətçilər  insan-
ların  belə  davranışını  “sui-istifadə”  adlandırırlar.  Lakin  əslində 
onların davranışı    aparılan siyasətlə şərtləndirilir. 
Bir  çox  iqtisadi  problemlər  insanların  azadlığı  və  iqtisadi 
müstəqilliyi məsələləri ilə çıx bağlıdır. Əsas problem ondadır ki, 
hətta  ən  yaxşı  məramlı  dövlət  qulluqçusu,  hər  hansı  qaydanı 
müəyyənləşdirəndə  belə,  böyük  çətinliklərlə  üzləşir.  Belə  ki,  o 
insanların yeni qaydalara mümkün reaksiyası haqda, çox az infor-
masiyaya  malik  olur.  qtisadi  nəzəriyyədə  bu  “agent-prinsipial” 
modeli ilə şərh edilir. Prinsipial qaydaları yaradır. Bu hüquq ona 
ya  seçki  yolu  ilə  və  ya  səlahiyyətli  şəxsin  qərarı  ilə  verilir.   
Agent-vətəndaşlardır.  Onlar  qaydalar  daxilində  fəaliyyət  göstər-
məlidirlər.  Hökumətin  (və  ya  idarə  edən  şəxsin)  məqsədi  –  elə 
qayda yaratmaqdır ki, adamlar özlərini onun istədiyi kimi aparsın-
lar. Deməli Prinsipial qayda yaradarkən çalışmalıdır ki, adamların 
mümkün  reaksiyaları  nəzərə  alınsın,  o  bilməlidir  ki,  adamların 
məqsədləri və onların reaksiyasını şərtləndirən amillər hansılardır. 
Məsələn vergi tutma ilə bağlı Kolberin məşhur ifadəsində olduğu 
kimi:  “Vergi  tutma  –  qazı  elə  yolmaqdır  ki,  ən  az  toxunmaqla 
daha çox tük qoparmaq mümkün olsun”. 
kinci  problem  ondadır  ki,  dövlət  qulluqçuları  qaydaları 
yaradarkən,  ayrı-ayrı  firmalarda  və  iqtisadi  sahələrdə  vəziyyətin 
necə olduğunu tam və dəqiq bilmirlər. Ona görə də qərarın necə 
təsir edəcəyini görə bilmir. 


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə