Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə5/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   2   3   4   5   6   7   8   9   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
17 
A.Berson, E.Mindol və başqaları tərəfindən rifah – halının meyar-
larının yaradılması üçün özünə məxsus stimul rolu oynamışdır.  
Dövlətin  iqtisadiyyatda  rolu  haqda  baxışlarda  ən  köklü 
dəyişiklik  isə  Con  Meynard  Keynsin  (1883-1946)  1936-cı  ildə 
nəşr etdiyi  “Məşğulluğun, faiz və pulun ümumi nəzəriyyəsi” adlı 
ə
səri ilə baş verdi. Qərb iqtisadi fikrində dövlətin iqtisadi siyasə-
tini  diqqət  mərkəzinə  çevirən  yeni  istiqamətin  –  keynisçiliyin 
yaranması  əslində  C.M.Keynsin  ideyalarının  hamılıqla  tanınma-
sının  ifadəsidir.  Öz  baxışları  ilə  Keyns  ilk  dəfə  bazarın  ideal 
özünütənzimləyən  mexanizm  olması  haqda  neoklassik  cərəyan 
tərəfdarlarının bəzi fərziyyələrindən imtina etdi. Keynsin təbirin-
cə, bazar “səmərəli tələbi” təmin edə bilmir. Bunun üçün dövlətin 
pul  –  kredit  və  büdcə  siyasəti  vasitəsilə  stimullaşdırıcı  fəaliyyəti 
vacibdir.  Belə  siyasət  milli  gəlirin  daha  sürətli  artımını  təmin 
etmək üçün xüsusi investisiya və istehlak xərclərinin artımını sti-
mullaşdırmalıdır.  Keyns  nəzəriyyəsinin  əməli  xarakteri,  istiqa-
mətliliyi  kinci Dünya müharibəsindən sonrakı dövrdə onun geniş 
yayılmasına  səbəb  oldu.  Keynsin  məsləhətləri  “qarışıq  iqtisadiy-
yat”  və  “ümumi  rifah  dövləti”  nəzəriyyələri  üçün  ideoloji  proq-
ramla çevrildi. 
XX  əsrin  50-ci  illərindən  başlayaraq  “Yeni  keynsçilər” 
(R.Harrod, E.Domar, E.Xansen və b.) iqtisadi dinamikanın, xüsu-
silə  inkişaf  faktorları  və  sürətləri  problemlərinin  həllində  böyük 
fəallıq göstərir, inflasiya və məşğulluq arasında optimal nisbətləri 
tapmağa çalışırdılar.  
Bazar  və  dövlət  tənzimlənməsinin  üzvü  qovuşmasını  təmin 
etməyə çalışan Pol Samuelsonun (1915) “Neoklassik sintez” kon-
sepsiyası  məhz  bu  problemə  həsr  olunmuşdur.  Ictimai  nemətlər 
nəzəriyyəsinin  müasir  versiyası  ilk  dəfə  Samuelson  tərəfindən 
(1954) “ ctimai rifahın təmiz nəzəriyyəsi” adlı əsərində öz əksini 
tapmışdır. 
“Post  keynsçilər”  (Doan  Robinson  (1903-1983),  Pyero 
Sraffa (1898-1983),  Nikolas Kalder  (1908-1986) və s.  1960-1970-ci 
illərdə  keynsçilik  ideyalarını  D.Rikardonun  bəzi  fikirləri  ilə 
tamamlamağa çalışırdılar. Yeni rikardoçular gəlirlərin daha bəra-
Расим Щясянов 
 
18 
 
bər bölüşdürülməsi, bazar rəqabətinin məhdudlaşıdırılması və in-
flyasiya ilə səmərəli mübarizə üçün tədbirlər sisteminin görülmə-
sinə çalışırdılar. 
Lakin  hesab  olunur  ki,  1970-ci  illər  keynsçilikdə  “məyus-
luq” dövrü yaratdı. Çünki təklif olunan məsləhətlər inflyasiyanın 
güclənməsinin, istehsalın düşməsinin və işsizliyin artmasının eyni 
zamanda  qarşısını  almaq  mümkünsüz  edir.  Başqa  sözlə  Keynsçi 
paradiqma  neoklassik  paradiqmanı  tamamilə  aradan  çıxara 
bilmədi.  Bu  iki  paradiqmanı  “neoklassik  sintez”  formasında 
birləşdirmək  cəhdləri  də  fayda  vermədi,  çünki  bu  konsepsiya 
özlüyündə  “bütöv”  deyildi.  Belə  ki,  “sintez”  makroiqtisadi  pro-
seslərin  təhlilində  makroiqtisadi  proseslərin  doğurduğu  fərziy-
yələri qəbul etmirdi. Digər tərəfdən artıq 1970-80-cı illərdə dünya 
təcrübəsində neoklassik cərəyanın yeni istiqamətləri (mоnetarizm, 
yeni  klassik  iqtisadiyyat,  ictimai  seçim  nəzəriyyəsi)  keynsçiliyi 
ciddi şəkildə “sıxışdırmışdı”. 
Sadalanan  yeni  cərəyanların  güclənməsi  və  direktiv  iqtisa-
diyyatın  liberal  prinsiplərə  söykənən  bazar  iqtisadiyyatına  nis-
bətən  səmərəliliyinin  xeyli  aşağı  olması  səbəbindən  80-cı  illərdə 
sosialist  sisteminin  tranformasiyasının  güclənməsi  yeni  siyasi 
iqtisadda  dövlətin  roluna  yenidən  baxmağı  zəruri  etdi.  Siyasi 
iqtisadda yeni ideoloji cərəyan - neoinstitusionalizmin yaranması 
məhz  dövrün  tələblərinə  reaksiya  kimi  qiymətləndirilə  bilər. 
Bütövlükdə isə, neoinstitusionalizm dövlətin iqtisadiyyata müda-
xiləsinə kifayət qədər qısqanclıqla yanaşır. Hesab olunur ki, döv-
lətin müdaxiləsi gücləndikcə bazar mexanizmin səmərəliliyi aşağı 
düşür.  Ronald  Kouzun  məhşur  teoremi  (1960)  məhz  dövlətin 
müdaxiləsinin  lüzumsuzluğunu  sübut  edir.  Ancaq  bununla  belə 
neoinstitusionalistlər başa düşürlər ki, müasir dövrdə həyata keçi-
rilən  mürəkkəb  xarakterli  mübadilə  proseslərində  dövlətin  aktiv 
müdaxiləsi  ən  azı  ona  görə  vacibdir  ki,  dövlət  “mülkiyyət  hüqu-
qunu”  müəyyənləşdirir  və  müqavilə  şərtlərinə  əməl  olunmasını 
təmin  edir.  Başqa  sözlə,  ölkə  əhalisinə  qarşı  fövqəladə  inhisarçı 
hüquqa  malik  olan  dövlət,  bununla,  mülkiyyət  hüququnu  öz 
mənafeləri  baxımından  yenidən  bölüşdürmək  imkanına  malikdir. 


Игтисади сийасят: методолоэийа вя практика 
 
19 
Eyni  zamanda  dövlət  səmərəli  olmayan  institutlar  yaradaraq, 
cəmiyyətin gəlirlərinin bir qismini mənimsəyə bilər. Ona görə də 
cəmiyyətdə  xüsusi  maraqları  olan  elə  qruplar  meydana  gəlir  ki, 
onlar  siyasi  renta  axtarmaqla  mövcud  “oyun  qaydalarını”  öz 
mənafeləri istiqamətində dəyişməyə çalışırlar.  
Nəzərə  almaq  vacibdir  ki,  köhnə  institutların  dəyişməsi  və 
yenilərin  yaranması  özlüyündə  böyük  həcmdə  vəsait  xərclən-
məsini tələb edir. Belə vəsaitin əsas hissəsi isə adətən artıq əvvəl-
cədən  istifadə  edildiyindən  onun  istiqamətinin  dəyişdirilməsi  çə-
tin məsələyə çevrilir.  ş ondadır ki, mövcud “oyun qaydalarının” 
öyrənilməsinə,  mənimsənilməsinə  adamlar  kifayət  qədər  eh-
tiyatlar sərf ediblər. Ona görə də yeni institutların yaranması nəin-
ki  əlavə  vəsait  tələb  edir,  həm  də  artıq  mövcud  olan  “institusio-
nal” kapitalın ucuzlaşmasını (dəyərinin aşağı düşməsini) doğurur. 
Beləliklə  əvvəlki  inkişaf  trayektoriyasından  asılılıq  effekti  (path 
dependence) yaranır. 
Lakin  nə  monetaristlər,  nə  də  keynsçiliyi  tənqid  edən  neo-
klassiklər, siyasi qərar qəbulu mexanizminin özünün etibarlılığına 
heç  vaxt  şübhə  etmirdilər.  Nəzəri  baxışlarda  bu  boşluğu  doldur-
maq  istəyənlər  1950-60-cı  illərdə  “ictimai  seçim  nəzəriyyəsini” 
yaratdılar.  (C.Byukenen,  Q.Tallo,  M.Olson,  D.Müller  və  s.).  Bu 
nəzəriyyə  tərəfdarları  da  dövlətin  iqtisadiyyata  müdaxiləsinin 
nəticəliliyinə şübhə edirdilər. Onlar, klassik liberalizm prinsipləri 
və marjinal təhlil metodlarını siyasi, hüquqi və sosioloji sahələrin 
tədqiqində  ardıcıl  genişləndirirlər.  Qısa  müddətdə  bu  fəallıq  “iq-
tisadi  imperializm”  adlı  fenomenin  yaranmasına  gətirmişdir.  Be-
ləliklə,  bu  nəzəri  cərəyanın  tərəfdarları  “hökumət  qərarlarının 
qəbulu prosesini” tədqiqat obyektinə çevirirlər. 
“Metodoloji fərdilik” ideyasını əsas tutaraq onlar sübut edir-
lər  ki,  biznes  və  siyasət  arasında  keçilməz  sərhəd  yoxdur.  Be-
ləliklə, onlar “paternalist dövlət” mifinin dağılmasına səbəb olur-
lar. Onların fikrində “rasional siyasətçilər” ilk növbədə elə proq-
ramları müdafiə edirlər ki, bu proqramlar həmin siyasətçilərin nü-
fuzunun və beləliklə, növbəti seçkilərdə udmaq ehtimalının artma-
sına xidmət edə bilər. Bu isə o deməkdir ki, “ictimai seçim” nəzəriy-
Расим Щясянов 
 
20 
 
yəsi  fərdilik  prinsipini  daha  da  inkişaf  etdirərək  onu  yalnız  bütün 
kommersiya fəaliyyətinə yox, həm də dövlətə aid edir. 
ctimai seçim nəzəriyyəsinin tərəfdarlarının insan kapitalına 
munasibəti,  bütövlükdə,  insanların  həmişə  müəyyən  davranış 
prinsiplərinə  sadiqliyi  faktoruna  əsaslanır.  Məlumdur  ki,  adətən 
adamlar faydalılığı maksimumlaşdırmağa (mümkün olanlardan ən 
yaxşı  nəticəni  əldə  etməyə);  məlum  və  məlum  olmayan  xərcləri 
də  nəzərə  almaqla  iqtisadi  tarazlığı  təmin  etməyə  (mal  və  xid-
mətlər bazarında olduğu kimi) çalışırlar və bu zaman özlərinin üs-
tünlük meyarlarını (əsas tələbləri üzrə meyarları) saxlayırlar. 
Siyasətdə  “ qtisadi  imperializmin”  inkişafı  üç  mərhələdə 
gedir. Birinci mərhələdə “düşmən ərazisi” sürətlə işğal edilir. Po-
litologiyanın  ənənəvi  anlayışları qısa müddətdə iqtisadi dilə çev-
rilir.  Belə  fikir  yaranır  ki,  əsas  problem  ümumi  iqtisadi  prinsip-
lərin  (davranışın  maksimumlaşdırılması,  bazar  tarazlığı,  dəyər-
lərin  və  meyarların  dayanıqlığı,  xərc  və  faydalılıq  limitlərinin 
nisbəti və s.) fərdi tətbiqindədir. 
kinci mərhələdə “mənimsənilmiş (işğal olunmuş)” materia-
lın  müqaviməti  başlayır.  ş  ondadır  riyazi  aparat  özünün  inkişaf 
məntiqinə malikdir və tətbiq olunduğu elmin xüsusiyyətlərini nə-
zərə almır. Ona görə də riyazi aparatın tətbiqi üçün iqtisadi qanun-
ların anlayış və mahiyyətinin dərindən öyrənilməsi zərurəti yaranır. 
Nəticədə həqiqətlə elmi ciddilik arasında problem meydana gəlir. 
 Üçüncü mərhələdə isə, ilk iki yanaşmanın sintezi həyata ke-
çirilir. Yeni keyfiyyət halı yaranır - sübut olunur ki, iqtisadiyyatın 
universal  elm  olması  iddiası  özünü  tam  doğrultmasa  da,  onun 
digər  sahələrə  müdaxiləsi  yeni  biliklərin  yaranmasına  səbəb  ol-
muşdur və bu müdaxilədən bütün tərəflər faydalanır. 
Belə müdaxilənin daha bir üstünlüyü var. “ qtisadi imperia-
lizm”  yalnız  özünün  ciddiliyi  ilə  yox,  həm  də  izah  etmə  üstün-
lükləri ilə fərqlənir. Onun metodologiyasını daha asanlıqla öyrən-
mək və təbliğ etmək olar. Həm də o, standart şəraitdə düzgün se-
çim etmək üçün əlverişlidir. Lakin onun tətbiqi üçün ilkin fərziy-
yələrin daha dərin məna daşıması vacibdir. Bu yöndə ən çox uğur 


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə