Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə7/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   2   3   4   5   6   7   8   9   10   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
25 
innovasiya ilə bağlı müstəqil qərarlar verirlər. Bazar qiymətlərin-
dən  və  gələcək  istehsal  xərclərindən  asılı  olaraq  gözlənilən  gəlir 
və  bir  sıra  hallarda  müəssisənin  digər  məqsədləri  istehsal  sfera-
larının  genişlənməsini  və  inkişafını  stimullaşdırır.  Belə  istehsal 
sferaları  əsasən  cəlb  olunan  kapital  vasitəsilə  gəlir  gətirirlər. 
Rəqabət  mühiti  şəraitində  iqtisadi  subyektlərin  uzunmüddətli 
dövrdə öz qazanclarını maksimuma çatdırmağa çalışmaları isteh-
sal faktorlarının cəmiyyət üçün optimal yerləşməsini təmin edir.  
Beləliklə, Pareto mənasında optimallıq şəraiti yaranır. Başqa 
sözlə,  ehtiyatların  yenidən  bölgüsünün  başqalarına  zərər  vurma-
dan kimlərinsə xeyrinə dəyişdirilməsinin qeyri-mümkünlüyü şərti 
yaranır. 
Lakin  yuxarıda  qeyd  olunanlar  bazarın  ideal  halında  müm-
kün olur. Təcrübədə isə bazarın özünü tənzimləmə xüsusiyyətləri 
müxtəlif səbəblərdən zəifləyir. Ona görə də dövlət iqtisadi siyasət 
vasitəsilə  bazarın  tənzimlənmə  potensialına  təkan  verməyə 
məcburdur.  Bu  baxımdan  dövlətin  bazar  iqtisadiyyatında    daha  
bir neçə  mühüm  vəzifəsi müəyyənləşmişdir:  -  Təhsil siyasətli;  
Ə
mlak  siyasəti;  Allokasiya  siyasəti  (bu  siyasət  dövlətin  istehsal 
təşəbbüsləri-dövlət  sifarişləri  və  ya  bilavasitə  dövlətin  iqtisadi 
fəaliyyəti ilə aparılır); Stabilləşdirmə siyasəti; Vəsaitlərin yenidən 
bölgüsü siyasəti və ya sosial siyasət və s. 
Ə
nənəvi   olaraq  iqtisadi  siyasətin subyektləri  dedikdə   ilk  
növbədə  dövlət  basa  düsülür. Lakin  bu  səthi  yanaşma hesab 
edilməlidir.Belə ki, xüsusilə bazar iqtisadiyyatı şəraitində  iqtisadi  
siyasətin  subyektləri  cox  müxtəlif  ola  bilir.  Həmin  subyektlərin  
sırasına dövlət və onun yerli, regional strukturları ilə yanaşı qeyri-
dövlət  ittifaqları  və  birlikləri  aiddir.  Aydındır  ki,  dövlət  haki-
miyyəti, ictimai xidmətlərin təminedicisi kimi, ayrı-ayrı istehsalçı 
qruplar ilə müxtəlif istehlakçı, o cümlədən, əhali qruplarının iqti-
sadi maraqlarının uzlaşmasına xidmət etməlidir. Demokratik  cə-
miyyətdə, ictimai- siyasi statusa malik struturlar da, iqtisadi siya-
sətin  subyektləri  kimi,  iqtisadiyyatın  tənzimlənməsində  içtirak  edə 
bilərlər.  Dünya  təcrübəsində,  iqtisadi  siyasətə  təsir  gücünə  malik 
orqanlar arasında, üstmilli xarakterli orqanlar da fərqləndirilir. 
Расим Щясянов 
 
26 
 
qtisadi  siyasətin  qeyri-dövlət  subyektlərinə  ayrı-ayrı  qrup-
ların  maraqlarını  ifadə  edən  qurumlar  aiddir.  qtisadi  siyasətin 
formalaşması  prosesində  onun  subyektləri  arasında  daimi  mü-
barizə gedir.  qtisadi siyasətin vəzifəsi, əslində daima yeni razılaş-
ma  variantlarının  hazırlanmasıdır.  qtisadi  siyasət  bütövlükdə, 
«dövlət  tənzimlənməsindən»  geniş  anlayışdır.  Dövlət  iqtisadi 
siyasətin  həyata  keçirərkən  onun  əsas  təşəbbüskarı  və  icraçısı 
olur. Makroiqtisadi tənzimlənmənin müvəffəqiyyəti dövlətin tota-
litarlığında yox, onun rasional siyasət aparmasındadır. 
 
1.3.   qtisadi siyasətin əsas konsepsiyaları   
və  məqsədlər   piramidası 
 
qtisadi  siyasət  konsepsiyası  dedikdə,  iqtisadiyyata  məq-
sədyönlü  və  əsaslandırılmış  təsirin  qarşılıqlı  əlaqəli  məqsədləri, 
prinsipləri,  strategiyaları  və  alətləri  sistemi  başa  düşülür.  Belə 
konsepsiyanın  məğzini,  iqtisadi  siyasətin  rasional  mahiyyəti  fər-
ziyyəsi  təşkil  edir.  Təcrübədə  iqtisadi  siyasətin  əsas  tərkib  his-
sələri kimi sosial siyasət, maliyyə-valyuta siyasəti, beynəlxalq in-
teqrasiya  siyasəti,  büdcə-vergi  siyasəti,  regional  siyasət,  struktur 
siyasəti və ayrı-ayrı real fəaliyyət sahələrinin siyasəti  və s. ayrılır.  
qtisadi  siyasətin  məqsədləri  mahiyyət  etibarilə  iqtisadi  
inkişafın  xarakteri  və potensialı ilə  müəyyənləşir.   qtisadi inki-
ş
afın qlobal məqsədi  -cəmiyyətin maksimum rifah halının təmin 
olunmasıdır. Lakin bu məqsədin dəqiq kriteriya ilə ifadəsi yoxdur. 
Ona görə qlobal məqsəddən əlavə əsas məqsədlər qrupu mövcud-
dur. Onları adətən  dövlətin iqtisadi funksiyaları adlandırırlar.   q-
tisadi siyasətin məqsəd və vasitələrini  ierarxik strukturlu   pirami-
da formasında sxemlə ifadə etmək olar.  Bu məqsədləri öyrənər-
kən ən vacib metedoloji aspekt onların dialektik əlaqəsinin olması 
-  yəni  aşağı  səviyyəni  məqsədə  nail  olunmanın  yuxarı  məqsəd 
üçün vacibliyinin qəbul olunmasıdır. 
Müasir sosial cəmiyyətdə əsas məqsədlərə-cəmiyyətin  azad 
inkişafı  və  hüquqi  qayda-qanunların  fəaliyyəti  üçün  əlverişli  
şə
raitin təmin edilməsi (buraya daxili və xarici təhlükəsizlik   mə-


Игтисади сийасят: методолоэийа вя практика 
 
27 
sələləri  də  daxil  edilir)  aid  olunur.  Belə  məqsədlər  bazar  iqtisa-
diyyatının çərçivə prinsipləri hesab olunur. 
qtisadi  siyasətin  əsas  məqsədlərindən  əlavə  praktiki  məq-
sədləri  də  vardır.  qtisadi  təcrübədə  və  elmi  ədəbiyyatda  adətən, 
praktiki  məqsəd  müəyyənləşdirilir.-iqtisadi  artım;  tam  məşğulluq; 
qiymət səviyyəsinin və milli valyutanın stabilliyi. Bir sıra iqtisadçılar 
buraya  xarici  iqtisadi  tarazlıq  gəlirlərin  ədalətli  bölgüsündə  aid 
edirlər. 
qtisadi  siyasətin  qarşılıqlı  əlaqəli  məqsədlər  toplusunu  bir 
neçə  qrupa  ayırmaq  mümkündür:  iqtisadi  sistemin  məqsədləri 
(məsələn,  ehtiyatların  bazar  vasitəsilə  bölüşdürülməsi  prioritet-
ləri);  iqtisadi  proseslərin  xarakteri  ilə  bağlı  məqsədlər  (məsələn, 
qiymətlərin  stabilliyi,  tam  məşğulluq);  iqtisadiyyatın  strukturuna 
təsirlə bağlı məqsədlər (məsələn, xidmət sferasının inkişafı və ya 
istehsal sektorunun ətraf mühitə zərərli təsirini azaltmaq üçün mo-
dernləşdirilməsi).  Əhatə  müddətinə  görə  qısa,  orta  və  uzun-
müddətli məqsədləri də ayırmaq mümkündür. 
qtisadi  siyasətin    bütövlükdə    mövcudluğu    və  nəticəliliyi  
baxımından məqsədlərin müəyyənləşdirilməsi çox vacibdir. Lakin 
mahiyyətinə  görə,  məqsədlərin  doğru  olub-olmadığını,  onlara  
bəslənilən gözləntilərin doğrulmasını yalnız müəyyən vaxt ötdük-
dən sonra müəyyənləşdirmək mümkündür. Əksər hallarda  isə, bu 
vaxt  artıq  buraxılmış  səhvləri  düzəltməyə  ehtiyac  yaranır.  Eyni 
zamahda    nəzərə  almaq  vacibdir  ki,  bir  çox  sahələrdə  məqsədlər 
ə
vvəlcədən    ya  ənənələrlə  və  ya  Konstitusiya  ilə  müəyyənləşə 
bilir.  Siyasətin  qalan  sahələrində  isə  məqsəd  seçimi  sərbəstdir. 
Məqsədlərin  düzgün  seçimində  yaranmış  şəraitin  elmi  əsaslara 
təhlili mühüm əhəmiyyətə malikdir.  
Belə təhlilin ən həlledici meyarı Məqsədlərin uzlaşması və 
realizasiyasının  səmərəlilik  məhdudiyyətləri  daxilində    müm-
künlüyü  hesab olunmalıdır. 
Məqsədlər  bir-birinə  münasibətdə  komplementar  (bir-birini 
tamamlayan),  neytral  və  ya  konfliktli  (bir-birinə  zidd)  ola  bilər. 
Ə
gər  məqsədlər  konfliktlidirsə,  məsələn,  A  məqsədinə  çatmaq 
üçün atılan hər bir addım B məqsədini uzaqlaşdırırsa, onda məq-
Расим Щясянов 
 
28 
 
sədlərin prioritetliyini müəyyənləşdirmək və ya siyasi kompromis 
tapmaq zərurəti yaranır. Nəzərə almaq vacibdir ki, hətta  məqsəd-
lərin  qısa  müddətli  konflikti  uzunmüddətli  dövrdə  öz-özünə  həll 
ola  bilər.  Əgər  eyni  vaxtda,  bir  neçə  məqsəd  müəyyənləşirsə 
onda,  rasional  iqtisadi  siyasət  baxımından,  aşağıdakı  kimi  bəzi  
məqamları nəzərə almaq vacibdir.  
Məqsədlərin  ziddiyyətsizliyi.  Məqsədlərin  rasional  sistemi 
daxilən ziddiyyətli ola bilməz. Məsələn, əgər bütün partner ölkə-
lər  cari  tədiyyə  balansının  müsbət  saldoya  malik  olması  məqsə-
dini qabartmağa  çalişarsa, onda belə məqsədlər sistemi ziddiyyət-
li olacaqdır.  
Ölkə daxilində məqsədlərin uzlaşması o vaxt baş  verə bilər 
ki,  məsələn  tədiyyə  balansının  müsbət  saldosu  (bu  inflyasiyanın 
artması deməkdir) məqsədlərdən biri kimi qoyulur, eyni zamanda 
iqtisadi siyasətin əsas məqsədi kimi aşağı inflyasiya səviyyəsinin 
təmin  olunması  müəyyənləşdirilir.  Məqsədlər  nəzəri  və  təcrübi 
baxımdan uyuşmazdırsa, onda iqtisadi siyasət konsepsiyası özünü 
göstərir. 
Məqsədlər  siyahısının  tamlığı.  Məqsədlərin  siyahısı  bütün 
ə
həmiyyətli məqsədləri əhatə etməlidir. Əks halda iqtisadi siyasət 
konsepsiyasını sistemli və obyektiv təhlil etmək, onun ziddiyyət-
lərini aşkar etmək mümkün deyil.  
Məqsədlərin ierarxiyası. Məqsədlər ən mühüm və az vacib-
lərə, ilk növbəli və təcili olmayanlara ayrılmalıdır. Alt məqsədlərə 
nail  olmaq  əsas  məqsədlərə  nail  olmaq  üçün  fundament  hesab 
olunmalıdır  (Məsələn  məhsuldarlığın  artımı  iqtisadi  artımın 
ə
sasıdır). Vaxta görə prioritet ilk növbəli məqsədələrə məxsusdur. 
Məqsədlərin açıqlığı. Məqsədlər sistemi elə qurulmalıdır ki, 
məqsədlərin  vacibliyi  və  onların  bir-biri  ilə  uyğunluğunu  müəy-
yənləşdirmək mümkün olsun. 
cra  orqanlarının  razılaşdırılması.  Hər  bir  məqsəd  üçün 
onun  realizasiyasına  məsul  təşkilat  müəyyənləşdirilməlidir.  Bu 
təşkilat  məqsədlərin  realizasiyası  üçün  səlahiyyətlərə  malik  ol-
maqla, öz fəaliyyəti haqda hesabatlar verməlidir. 


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə